Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə17/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   52

 
42
qorunması yolları müzakirə olunur. Bu məlumatlar növbəti “Fəaliyyət” 
mərhələsinin suallarına keçidi və onların səmərəli yerinə yetirilməsini təmin edir. 
 
Bu dərsdə məlumatın həcmini nəzərə alaraq tapşırıq bütün siniflə şifahi aparıla 
bilər. Suallara cavab verərkən şagirdlər qazanılmış yeni bilikləri tətbiq edirlər. 
 
Şagirdlər aşağı siniflərdə “Həyat bilgisi” fənnindən xəstəliktörədən bakteriyalar 
haqqında elementar biliklər almışlar. Müəllim mövzunun şərhinə keçməzdən əvvəl 
bakteriyaların hansı xəstəliklərə səbəb olduğu barədə suallar verə bilər.  
Müəllim insan, heyvan və bitki orqanizmlərində bakteriyalar tərəfindən törədilən  
xəstəliklərin adları, onlara yoluxma yolları, “epidemiya” anlayışı barədə  məlumat 
verə bilər. Nəzəri materialı izah edərkən müəllimin dərslikdə verilmiş şəkilləri və 
ya proyektor vasitəsilə müəyyən mikrofotoları nümayiş etdirməsi məqsədəuyğun-
dur. Bu, bakteriya hüceyrələrinin forması barədə şagirdlərin biliklərinin yoxlanma-
sına və möhkəmləndirilməsinə imkan yaradacaqdır. Şagirdlərin diqqətini xəstəlik-
lərin yayılmasına qarşı aparılan profilaktik tədbirlərə yönəltmək vacibdir.  
Nəzəri materialın yekunlaşdırıcı hissəsi şagirdlər üçün tamamilə
 
yenidir. 6-cı sinif 
kursunda virusların quruluşu haqqında  ətraflı  məlumatın verilməsi nəzərdə tutul-
mayıb.  Şagirdlərə canlıların qeyri-hüceyrəvi quruluşa malik forması olan viruslar 
haqqında tanışlıq məqsədi daşıyan məlumatın verilməsi tövsiyə olunur. Qrip və 
QİÇS virus xəstəliklərini xüsusi qeyd etmək lazımdır.  
“Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş birinci tapşırığı yerinə yetirən 
zaman  şagirdlər dərslikdəki  şəkillərdən istifadə edə bilərlər. Cavablar belədir: 
kokklar: angina; basila: difteriya;  vibrionlar: sibir yarası, vəba.  
2-ci sualın cavabı belədir:  
a) həm oksigen, həm də rütubət kifayət qədər olduğuna görə hava ilə suyun sərhə-
dində  çürümə daha tez baş verəcək; 
b) rütubətin olmaması çürümənin sürətini azaldır və çətinləşdirir. 
 
Qiymətləndirmə meyarları: 
İzahetmə 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Xəstəliktörədən bakteriyaların 
quruluşunu çətinliklə təsvir 
edir. 
Xəstəliktörədən bakteriyaları 
qismən təsvir edir. 
Xəstəliktörədən bakteriyaların 
quruluşunu dolğun təsvir edir. 
Bakteriyaların təbiətdə və in-
san həyatında rolunu müəlli-
min köməyi ilə izah edir.
 
Bakteriyaların təbiətdə və 
insan həyatında rolunu izah 
edərkən bəzi qeyri-dəqiqliyə 
yol verir. 
 
Bakteriyaların təbiətdə və 
insan həyatında rolunu ətraflı 
izah edir.
 
Hüceyrəsiz həyat formaları 
olan virusların canlı orqa-
nizmlərə təsirini izah etməkdə 
çətinlik çəkir.  
Hüceyrəsiz həyat formaları 
olan virusların canlı orqa-
nizmlərə təsirini kiçik 
xətalarla izah edir. 
Hüceyrəsiz həyat formaları 
olan virusların canlı orqa-
nizmlərə təsirini geniş izah 
edir. 
 
 


 
43
Dərs 11 / Mövzu 10:
 HÜCEYRƏLƏRİN BÖLÜNMƏSİ VƏ İNKİŞAFI 
 
 
 
 
 Şagirdlər dərslikdəki mətnlə tanış olur. Müəllim böyümə  və inkişafı göstərən 
digər maraqlı faktlar da göstərə bilər. Məsələn, təzə anadan olmuş uşağın 3–3,5 kq 
çəkisi olur, elə kenquru növləri var ki, onların yeni doğulmuş balasının çəkisi 
qramlarla ölçülür. Amma onlar tez bir zamanda böyüyür və inkişaf edir. Müəllim 
şagirdləri bunun səbəbləri ətrafında fikir mübadiləsinə cəlb edə bilər. İnkişafın belə 
sürətlə getməsinin hüceyrələrin bölünməsi nəticəsində baş verdiyi nəticəsinə 
gəlmək üçün yönəldici suallardan istifadə etmək məqsədəuyğundur. Müəllim 
hüceyrənin quruluşu sxemini təqdim edir və  şagirdlərlə hüceyrə orqanoidlərinin 
adlarını sxemdə yazır. Sonra hüceyrənin nüvəsində yerləşən xromosomlar və 
onların irsi məlumat saxlamaq funksiyaları haqqında qısa məlumat verilməsi əhə-
miyyətlidir. Bu məlumat “Fəaliyyət” mərhələsinə keçidi təmin edir. 
 
Tapşırıqdakı suallara cavab verərək şagirdlər nəticəyə gəlirlər ki: 
  bölünmə zamanı iki yeni hüceyrə yaranır; 
  ilkin (ana) və yaranmış (qız) hüceyrələrdə xromosomların sayı eynidir. 
 
Müəllim hüceyrənin bölünmə prosesinin gedişatını izah edərkən mitozun mər-
hələlərinin adını çəkmədən onlarda baş verən hadisələri izah edə bilər. İzahat za-
manı sxem, maket, elektron təqdimatların, videomaterialların nümayişi məqsədəuy-
ğundur. Vizual təqdimatlar məlumatın mənimsənilməsinin effektivliyini daha da 
artıra bilər.  
Paraqrafın son hissəsini şagirdlər müstəqil təhlil edir, “mitoz” prosesinin mahiyyəti 
haqqında suallar üzrə müzakirələr aparılır. 
–  Bölünməsi nəticəsində iki qız hüceyrə əmələ gətirən hüceyrə necə adlanır?  
–  Hüceyrənin nüvəsində yerləşən xromosomlar hansı funksiyanı yerinə 
yetirir? Mitoz nədir? Meyoz nəticəsində hansı hüceyrələr əmələ gəlir? 
–  Ana hüceyrə ilə müqayisədə  qız hüceyrələrində xromosomların sayı 
dəyişirmi?  (bölünmə üsulundan asılı olaraq ya dəyişmir və ya iki dəfə 
azalır) 
Alt
 
STANDARTLAR
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Hüceyrədə bölünmə prosesinin xüsusiyyətlərini sadalayır. 
  Hüceyrənin bölünməsinin əhəmiyyətini izah edir.
 
 
 


 
44
–  Canlı orqanizmlər üçün bölünmənin nə əhəmiyyəti var? 
“Öyrəndiklərinizi tətbiq edin” hissəsində bölünmə prosesinin mexanizmi haqqında 
dərsdə aldıqları biliklərdən istifadə edərək şagirdlər hüceyrənin bölünmə mərhələ-
lərini düzgün ardıcıllıqla yerləşdirməlidirlər.  
Bu dərsin nəticəsində mənimsənilən biliklər test tapşırıqları vasitəsilə yoxlanılır və 
möhkəmləndirilir. 
 
 
Qiymətləndirmə meyarları: 
Xüsusiyyətləri sadalama 
İzahetmə 
Zəif
 
Orta
 
Yüksək
 
Hüceyrədə bölünmə prosesi-
nin xüsusiyyətlərini müəlli-
min köməyi ilə sadalayır.  
Hüceyrədə bölünmə prosesi-
nin xüsusiyyətlərini  əsasən 
düzgün sadalayır.  
Hüceyrədə bölünmə prosesi-
nin xüsusiyyətlərini düzgün 
sadalayır.  
Hüceyrənin bölünməsinin 
əhəmiyyətini izah edərkən 
tez-tez səhvlərə yol verir.  
Hüceyrənin bölünməsinin 
əhəmiyyətini əsasən düzgün 
izah edir. 
Hüceyrənin bölünməsinin 
əhəmiyyətini ətraflı izah edir. 
 
 
 
Dərs 12 / Mövzu 11:
 BİRHÜCEYRƏLİ VƏ ÇOXHÜCEYRƏLİ 
ORQANİZMLƏR  
 
 
 
 
 Dərslikdə verilmiş tarixi faktla tanış olduqdan sonra müəllim müxtəlif suallar 
verə bilər; məsələn: “Hansı əlamətlərə görə Levenhuk mikroskopla müşahidə etdiyi 
varlıqları kiçik heyvancıqlar kimi təsvir etmişdi?”. Bu zaman şagirdləri bu 
hissəciklərin yüksək sürətlə hərəkət etdiklərinə görə onların heyvancıqlar adlandı-
rılması cavabına istiqamətləndirmək lazımdır. Sonra müəllim  “Fəaliyyət” blokun-
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
 Birhüceyrəli orqanizmlərin quruluşunu təsvir edir. 
 Çoxhüceyrəli orqanizmlərin ümumi xüsusiyyətlərini təsvir edir. 
 Kolonial və çoxhüceyrəli orqanizmləri fərqləndirir.
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə