Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   2   3   4   5   6   7   8   9   ...   26

 
16
etdi. O, öz elmi mövqeyini təsdiqləməklə bərabər 
həm də ötən illər ərzində peşəkar bir tədris təşki-
latçısı kimi də formalaşmışdır. XIX yüzillikdə və 
XX yüzilliyin sonlarında Azərbaycan tarixinin 
araşdırılmamış sahələrinin tədqiq edən gənc alim, 
tezliklə yeni materiallarla zəngin olan namizədlik 
və doktorluq dissertasiyaları müdafiə edərək tarix 
elmləri doktoru adını almışdır. Onun müdafiə et-
diyi mövzular çox aktual olmaqla yanaşı Azər-
baycan tarix elmində çox az tədqiq olunmuş milli 
azadlıq məsələlərinə, Azərbaycan Demokratik 
Respublikası, müstəqilliyimizin bərpasına, bir 
sözlə tariximizin ən qədim sahələrindən XX əsrin 
ən dəhşətli faciəsi olan Xocalı soyqırımına qədər 
olan bir dövrü əhatə edir.  
O, nədən yazırsа-yazsın, əsasən faktlara və 
sənədlərə söykənən fikirlər müəllifi kimi tanınır. 
Məhz ona görədir ki, respublikamızın tanınmış 
tarixçi alimləri və elm adamları içərisində onun 
özünə məxsus xüsusi yeri var.  
Ömrünün 35 ilini Azərbaycan tarixinin və 
tarixşünaslığımızın tədqiq olunmamış sahələrinin 
araşdırılmasına, vətən tarixinin formalaşdırılma-
sına, inkişafına, tədrisinə  və yüksək ixtisaslı 
kadrların yetişdirilməsinə həsr etmiş bu istedadlı 
alim yaxın və uzaq xarici dövlətlərdə də çox yax-


 
17
şı tanınır və onunla elmi yaradıcılıq əməkdaşlığı 
edirlər. 
Xəqani Məmmədovun zəngin müəllimlik 
və həyat təcrübəsi, mükəmməl təhsili və fitri iste-
dadı bir çox elm xadimlərinə qismət olmayan təş-
kilatçılıq missiyaları yerinə yetirməyə ona xüsusi 
imkan yaratmışdır. O, dünya və vətən tariximizin 
inkişafında baş verən yenilikləri həmişə diqqətlə 
izləyir və eyni zamanda bu yeniliklərə öz müna-
sibətini də bildirir. 
 Professor  X.Məmmədovun elmi və peda-
qoji fəaliyyəti onun simasında paralel vəziyyətdə 
inkişaf edir. Bu cəhətdən o tanınmış tarixçi bir 
alim olmaqla yanaşı respublikada kifayət qədər 
tanınmış yaxşı ali məktəb işçisi və tədris təşkilat-
çısıdır. Çünki, uzun illər BDU-dа işləmiş və püx-
tələşmiş bir alim üçün Bakı Biznes Universitetin-
də prorektor, Dövlət Idarəçilik Akademiyasında 
dekan və  nəhayət AMI-nin Ağcabədi filialında 
direktor işləmək onun üçün çox sadə və həm də 
çox məsuliyyətli bir iş olmuşdur.  
Filiala rəhbərlik etdiyi qısa bir zamanda bu 
tədris ocağı haqqında artıq ictimaiyyət arasında 
çoxsaylı müsbət fikirlər dolaşmaqdadır. 
X.Məmmədov respublikada tarixçi alimlə-
rin yetişməsində zəhməti olan alimlərdən biridir. 


 
18
O, uzun illərdir ki, Vətən tarixi üzrə doktorluq və 
namizədlik dərəcələri verən bir neçə ixtisaslaşmış 
müdafiə şuralarının üzvü olmuşdur.  
Ali məktəbə  rəhbərlik etmək, orada təhsil 
alan gənclərin təlim-tərbiyəsi ilə  məşğul olaraq 
onların fəal həyat mövqeyinə istiqamət vermək, 
eyni zamanda elmi tədqiqat işləri ilə  məşğul ol-
maq öz sahəsi üzrə çox dəyərli  əsərlər yazmaq, 
insanları elmə, biliyə  və  təhsilə istiqamətləndir-
mək X.Məmmədovun gündəlik işidir. Buna görə 
də o, Allah və məxsus olduğu Azərbaycan xalqı 
qarşısında üzü ağ, alnı da açıqdır. 
Dəyərli dostum, istedadlı alim, gözəl ailə 
başçısı, səmimi insan və son dərəcə xeyirxah iş-
lərə imza atan Xəqani müəllimi təbrik etməklə 
yanaşı bir arzumu da dilə gətirərək deyirəm: 
-Xəqani müəllim! Qarabağın çətin günləri 
arxada qalsın, Sizin növbəti doğum günlərinizi və 
gələcək yubileylərinizi, alacağınız dövlət mükafat-
larını Şuşada, Kəlbəcərdə və Göyçədə keçirək!»  
 
Abuzər XƏLƏFOV, 
Əməkdar elm xadimi,  
tarix elmləri doktoru,professor, 
Beynəlxalq Informasiyalaşdırma  
Akademiyasının həqiqi üzvü
  
 


 
19
 
Bakı Dövlət Universiteti zaman-zaman xal-
qımız üçün çox dəyərli və qüdrətli alimlər ordu-
sunun yetişdirilməsinin beşiyi başında durmuş-
dur. Və bu iş bu gün də belədir. Həmin nüfuzlu 
alimlərdən biri də şəxsiyyətinə, alimliyinə və zi-
yalılığına çox hörmətlə yanaşdığım görkəmli ta-
rixçi alim professor Xəqani Məmmədovdur.  
Təcrübəmdən bilirəm ki, şəxsiyyətlər mü-
əyyən məqam yetişdikdə mütləq öz varlıqlarını 
nümayiş etdirməklə nələrə qadir olduqlarını gös-
tərə bilərlər. Uzun illər BDU-da bir yerdə  işlə-
məklə bərabər Xəqani müəllimin bütün elmi pe-
daqoji fəaliyyəti mənim gözlərim önündə keçib. 
Xəqani eləmlər doktoru, professordur. Yaxşı ali 
məktəb işçisidir, yaxşı tarixçi pedaqoqdur, əvəz-
siz tədqiqatçıdır. Bütün bunlarla yanaşı o, Azər-
baycan dövlətini, ana dilini, milli-mənəvi dəyər-
lərini göz bəbəyi kimi qoruyan bir insandır. Bu 
mənada onun həm alimliyinin, həm də insanlığı-
nın miqyası çox genişdir.  
Yaxşı  mənada qibtə ediləcək tərbiyəçidir, 
yaxşı ailə başçısı, sevimli ata, nəvəsi üçün mehri-
ban dostdur. Azərbaycanlılıq duyğusu, zəngin nə-
zəri bilik, mənəvi təmizlik, özünə və ətrafdakı in-
sanlara qarşı son dərəcə diqqətli olmaq Xəqani 


 
20
Məmmədovun onu tanıyanlarda etibar və etimad 
formalaşdırmış əsas cəhətləridir.  
Elmi-pedaqoji fəaliyyətinin bütün dövrlə-
dində X.Məmmədovun öz mövzu dairəsi, dəst-
xətti, özünə məxsus olan bir təhlil və təhqiq tərzi 
olmuşdur. Yaxşı xatırlayıram ki, universistetdə 
keçən əsrin 70-80-cı illərində hələ milli oyanışın 
gizli fəaliyyəti dövründə Azərbaycanın müstəqil-
liyi uğrunda heç nədən çəkinmədən fəal mübari-
zə aparanlardan biri də Xəqani müəllim idi. Milli 
müstəqilliyimizin bərpası illərində o, artıq bu sa-
hənin həm təşkilatçılarından biri, həm də ictimai-
siyasi prosesləri dəqiq analiz və təhlil edərək gə-
ləcək fəaliyyət proqramları verən ziyalılardan bi-
ri, bəlkə  də birincilərdən idi. Qarabağ  məsələsi 
bir insan kimi də, bir ziyalı kimi də, onun həm 
həyatında həm də yaradıcılığında xüsusi yer tutur 
və tam məsuliyyəti ilə deyirəm ki, onun bu sahə-
dəki yaradıcılığı çox vacib bir elmi-tədqiqat işi-
nin mövzusudur.  
Professor X.Məmmədov uzun illər BDU da 
bizimlə əməkdaşlıq edib, çoxlu qiymətli tədqiqat-
lar apararaq 15-dək çox dəyərli monoqrafiyalar 
və kitablar çap etdirib. Bakı Biznes Universitetin-
də prorektor, Azərbaycan Respublikasının Prezi-
denti yanında Dövlət Idarəçilik Akademiyasında 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə