Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə1/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
  1   2   3   4   5   6   7   8   9   ...   268


 

BAKI DÖVLƏT UNİVERSİTETİ        



_____________________________________________ 

 

E.Ə.ƏLİYEV  

   hüquq elmləri namizədi  



 

 

 

 

 



 

 

 



BEYNƏLXALQ  

NƏQLİYYAT HÜQUQU  

 

 

DƏRSLİK  

 

 



 

 

 



 

 

«SeNa» MMC 



nəşriyyat-poliqrafiya müəssisəsi 

 

Bakı – 2009 

 

 




 

 



Ə (56) 2009  

 

Ə (56) 2009  Əliyev Etibar Əli oğlu.  Beynəlxalq  nəqliyyat  hüququ.  

 Dərslik. Bakı: «SeNa» MMC  nəşriyyat-poliqrafiya  

 müəssisəsi, 2009, 868 səh.  

 

  



 

Azərbaycan Respublikasında ilk dəfə olaraq tərtib edilmiş bu dərslikdə beynəlxalq nəqliyyat 

hüququ ilə bağlı məsələlərin əhatəli şəkildə    işıqlandırılmasına təşəbbüs göstərilir. Burada beynəlxalq 

nəqliyyat hüququna, onun subinstitutlarına  anlayış verilir, ayrı-ayrı nəqliyyat növləri üzrə beynəlxalq 

daşımaların hüquqi  tənzimlənməsinin xüsusiyyətləri şərh edilir. 

Müasir beynəlxalq  nəqliyyat daşımaları sahəsində  ən yeni normativ-hüquqi sənədlər və 

çoxsaylı elmi mənbələr  əsasında  hazırlanmış bu dərslik Azərbaycan  beynəlxalq nəqliyyat hüquq 

elmində  mövcud olan boşluqların  doldurulmasına xidmət edir. 

Dərslikdən ali məktəb tələbələri, hüquqşünaslar, nəqliyyat hüquq elmi sahəsində çalışan 

mütəxəssislər  və praktiki işçilər istifadə edə bilərlər.  

 

 

 

 

İSBN  978-9952-440-38-6 

 

 



 

 

© E.Ə.Əliyev, 2009 



 

 

 



 

 



 

 



Elmi redaktor: 

  

-Hüseynov L.H., AR MM Aparatının Dövlət quruculuğu  

üzrə qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri  

doktoru.    

Məsul redaktor:    

-Əliyev Ə.İ., BDU «Beynəlxalq münasibətlər və  

 beynəlxalq hüquq» fakültəsinin elmi işlər üzrə  

dekan müavini, hüquq elmləri doktoru. 

Rəyçilər:  

    


 

-Timçenko L.D., Ukrayna Vergi Xidməti 

Akademiyası  

«Beynəlxalq əlaqələr» şöbəsinin rəisi, hüquq elmləri  

doktoru, professor



-Məmmədov R.F., BDU «Beynəlxalq ümumi 

hüquq»  


kafedrasının müdiri, hüquq  elmləri doktoru, dosent; 

-Quliyev  İ.O.,  Milli Aviasiya Akademiyası 

«Hüquqşünaslıq»  kafedrasının müdiri, hüquq 

elmləri doktoru, professor; 

-Zeynalov R.M., BYPNT Baş Assambleyasının 

üzvü, AR NK YHTK-nın sədr müavini, AR DİN 

BDYPİ-nin rəisi, polis general-mayoru; 

-İmanov R.C., Azərbaycan Dövlət Dəniz 

Akademiyası 

«Humanitar fənlər» kafedrasının müdiri, tarix 

elmləri namizədi, dosent. 



 

Redaksiya qrupu:    

-baş redaktor- Əliyeva İ.M., ADU-nun baş müəllimi,  

filologiya elmləri doktoru, dosent;  



-redaktorlar- Əliyeva F.E., BDU «Beynəlxalq xüsusi  

hüquq və Avropa hüququ» kafedrasının baş 

laborantı, hüquqşünas; 

-Hacıyev E.A., Azərbaycan  Dövlət  Dəniz 

Akademiyası «Humanitar fənlər» kafedrasının müəllimi, 

hüquqşünas; 

-Vəliyev E.T., AR VN İVÖD-nin  əməkdaşı, I  

dərəcəli baş dövlət vergi müfəttişi, hüquqşünas.  



 

 

 

 



 


 

 



Azərbaycan  Respublikası  Təhsil Nazirliyinin 7 may 2009-cu il  

tarixli 535 saylı əmri  ilə  ali  məktəb  tələbələri  üçün  dərslik  

kimi təsdiq edilmişdir.  

 

 

 

Dərslik  Bakı Dövlət Universiteti «Beynəlxalq münasibətlər  

və beynəlxalq hüquq» fakütləsi Elmi Şurasının  qərarı  

əsasında (protokol  № 03, 12.12.2008-ci il) çapa tövsiyyə 

olunmuşdur. 

 

 

 



 

 

 



 

 

 



     © E.Ə.Əliyev, 2009 

 

 



 

 

 



 

 

 



 

     


 

 



 

ÖN SÖZ  

 

 



Beynəlxalq iqtisadi münasibətlər sisteminin mühüm komponenti olan 

nəqliyyat və  nəqliyyat daşımaları dövlətin iqtisadi infrastrukturunda vacib yer 

tutur.  

Qloballaşma dövründə  hər bir dövlətin milli iqtisadi (ticarət-nəqliyyat) 

sistemi beynəlxalq dünya təsərrüfat (nəqliyyat və  nəqliyyat daşıma)  əlaqələri 

sisteminə labüd şəkildə inteqrasiya olunur və bunun da nəticəsində  bu nəqliyyat 

münasibətləri milli çərçivədən kənara çıxaraq beynəlxalq hüquqi tənzimləməni 

zəruri edir. Nəqliyyat  əlaqələrinin beynəlmiləlləşməsi nəqliyyat daşımaları 

sahəsində inteqrasiya proseslərinin təşəkkülü, formalaşması və inkişafını obyektiv 

şəkildə  şərtləndirir. Bu proseslərdə beynəlxalq hüquq sahəsində formalaşmış 

beynəlxalq nəqliyyat hüququ daim artan əhəmiyyətli rol oynayır. Çünki nəqliyyat 

sahəsində  müxtəlif beynəlxalq xarakterli əlaqələrin ayrı-ayrı dövlətlərin milli 

hüquq sistemləri ilə tənzimlənməsi qeyri-mümkündür.  

Bütün bu göstərilən və digər amillər nəqliyyat (daşıma) münasibətlərinin 

tənzimlənməsi üçün nəzərdə tutulmuş ayrıca hüquqi normalar (həm beynəlxalq-

ümumi, həm də beynəlxalq-xüsusi) məcmusunun əmələ gəlməsinə səbəb olmuşdur. 

Beynəlxalq hüquqi normaların belə  məcmusu beynəlxalq nəqliyyat hüququ  

adlanır.  

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra bir sıra 

beynəlxalq nəqliyyat təşkilatlarına (BMAT, BDT, BYPNT və s.) üzv olmuş, 

beynəlxalq nəqliyyat konvensiyalarına qoşulmuş  və    nəqliyyat daşımaları 

sahəsində bir çox  dövlətlərlə müvafiq sazişlər bağlamışdır.  Əsası Azərbaycan 

xalqının ümummilli lideri Heydər  Əliyev tərəfindən qoyulmuş qlobal iqtisadi 

layihələrin –Böyük «İpək yolu»nun bərpası, «Avropa-Qafqaz-Asiya» nəqliyyat 

dəhlizinin yaradılması, BTC neft ixrac boru kəməri və BTƏ qaz kəmərinin 

reallaşması  və digər iri qlobal iqtisadi-ticarət (nəqliyyat) layihələrinin həyata 

keçirilməsi həlledici əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti 

cənab  İlham  Əliyevin uğurlu siyasəti nəticəsində  nəqliyyat sektoru neft 

sektorundan sonra ölkəmiz üçün ən mühüm sektora çevrilmişdir.  

 

 




Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə