Microsoft Word beynelxalq neqliyyat huququ hazir Восстановлен



Yüklə 6,72 Mb.
Pdf görüntüsü
səhifə14/268
tarix31.08.2018
ölçüsü6,72 Mb.
#65865
1   ...   10   11   12   13   14   15   16   17   ...   268

 

43 


 

(məhdud) beynəlxalq hüquq subyektliyi

1

  əldə etməklə hakimiyyət 



xarakterli beynəlxalq nəqliyyat münasibətlərində subyekt qismində 

iştirak edirlər.  

Qeyri-hökumət beynəlxalq təşkilatlara gəldikdə isə, qeyd 

etmək lazımdır ki, onların üzvləri dövlətlərdən deyil, ayrı-ayrı 

ölkələrin şəxslərindən ibarətdir. Odur ki, belə təşkilatlar hakimiyyət 

səlahiyyətinə malik olmurlar. Bu xüsusiyyət isə onları beynəlxalq 

ümumi nəqliyyat hüququnun subyekti olmaq imkanından məhrum 

edir. Bu səbəbdən ayrı-ayrı ölkələrin fiziki və hüquqi şəxsləri 

beynəlxalq ümumi nəqliyyat hüququnun subyekti hesab edilmir.  

Beləliklə, beynəlxalq ümumi nəqliyyat hüququnun iki 

kateqoriyada subyekti vardır: dövlət və  hökumətlərarası beynəlxalq 

təşkilatlar. 

Dövlət universal (ümumi) beynəlxalq hüquq subyektliyinə, 

hökumətlərarası beynəlxalq təşkilatlar isə  məhdud (funksional) 

beynəlxalq hüquq subyektliyinə malikdir.  

Beynəlxalq xüsusi nəqliyyat 

hüququnun subyektləri dedikdə 

beynəlxalq nəqliyyat daşıma prosesində, 

yəni xarici elementli daşıma 

münasibətlərində (daşıma öhdəliklərində) iştirak edən  şəxslər başa 

düşülür. Bu münasibətlər qeyri-hakimiyyət xarakterli əlaqələr 

olduğuna görə onlarda hakimiyyət səlahiyyətli (funksiyalı) 

subyektlərin iştirak etmələri tələb olunmur. Buna görə də beynəlxalq 

xüsusi nəqliyyat hüququnun subyektləri aşağıdakılardan idarətdir: 

- yükgöndərən; 

- yükalan; 

- daşıyıcı. 

 

 



                                                            

1

 Веляминов Г.М.Международное экономическое право и процесс. М., 2004, 



с.63. 

Beynəlxalq xüsusi  

nəqliyyat hüququ  

subyektləri 


 

44 


 

Yükgöndərən və yükalan yük sahibi adlanır. Əgər dövlət yük 

sahibi rolunda çıxış edərsə, o, beynəlxalq xüsusi nəqliyyat 

hüququnun subyekti kimi tanınır. Dövlət bu zaman beynəlxalq 



xüsusi nəqliyyat hüququnun subyekti qismində hakimiyyət 

səlahiyyətindən (funksiyasından) istifadə etmir və qarşı  tərəflə 

(kontragentlə), yəni daşıyıcı ilə bərabər hüquqlu sayılır. Belə hallarda 

dövlət mülki hüquq subyektliyinə malik olur.  

Ümumilikdə götürsək, beynəlxalq nəqliyyat hüququnun 

subyektlərinə aiddir: 

- dövlət; 

- hökumətlərarası beynəlxalq nəqliyyat təşkilatları; 

-yükgöndərən; 

- yükalan; 

- daşıyıcı. 

 

1.6.Beynəlxalq nəqliyyat hüququnun sistemi, funksiyaları 



və prinsipləri  

 

Beynəlxalq nəqliyyat hüququnun sistemi 

dedikdə onun daxili strukturu başa düşülür. 

O, belə bir suala cavab verir: beynəlxalq 

nəqliyyat hüququ hansı elementlərdən təşkil 

olunmuşdur və bu elementlər arasında əlaqə necədir?  

Qeyd etmək lazımdır ki, beynəlxalq nəqliyyat hüququnu 

təşkil edən hüquq normaları xaotik halda deyil, müəyyən 

ardıcıllıqla, daxili vəhdət halında düzlənirlər, yəni sistem halında 

yerləşirlər. Belə ki, həmin normalar subinstitutlarda, 

subinstitutlar isə,  öz növbəsində, beynəlxalq nəqliyyat hüququ 

institutunda yerləşirlər. 

Beynəlxalq nəqliyyat hüququ iki hissəyə ayrılır: 

- ümumi hissə; 

- xüsusi hissə. 

Ümumi hissə dedikdə ümumi əhəmiyyətə malik olan və 

ümumi xarakter daşıyan məsələləri tənzim edən hüquq 



Beynəlxalq nəq- 

liyyat hüququ-  

nun sistemi 


 

45 


 

normalarının sistemi başa düşülür. Bu normalar xüsusi hissəyə 

aid istənilən hər hansı konkret məsələyə tətbiq edilə bilər. Onlar 

beynəlxalq nəqliyyat-hüquqi münasibətlərin, subyektlərin, 

prinsiplərin, beynəlxalq daşıma müqaviləsinin və ümumi 

xarakterli digər məsələlərin tənzimlənməsinə həsr edilmişdir.  



Xüsusi hissə elə normalardan ibarətdir ki, həmin normalar 

konkret məsələləri tənzimləmək məqsədinə xidmət edir. O, özü 

aşağıdakı subinstitutlara (və ya yarıminstitutlara) bölünür: 

-beynəlxalq dəmir yolu hüququ; 

-beynəlxalq avtomobil hüququ

-beynəlxalq dəniz  hüququ; 

-beynəlxalq hava hüququ; 

-beynəlxalq su (çay) hüququ; 

-beynəlxalq boru kəmər nəqliyyat hüququ; 

-beynəlxalq qarışıq (intermodal) daşımalar hüququ və s. 

Beynəlxalq nəqliyyat hüququnun 

funksiyaları dedikdə onun beynəlxalq 

nəqliyyat daşıma münasibətlərinə 

göstərdiyi təsir istiqamətləri başa 

düşülür. Beynəlxalq nəqliyyat hüququ iki əsas funksiyanı yerinə 

yetirir: 

-tənzimləyici funksiya; 

-qoruyucu funksiya. 

Beynəlxalq nəqliyyat hüququ tənzimləyici funksiyasına 

görə, beynəlxalq nəqliyyat daşıma münasibətlərini nizamlayır və 

onları qaydaya salır. Beynəlxalq nəqliyyat hüququ beynəlxalq 

nəqliyyat və beynəlxalq daşımalar sahəsində subyektlərin, 

beynəlxalq daşıma müqaviləsi iştirakçılarının hüquq və 

vəzifələrini müəyyənləşdirir. Bu, onun öz tənzimləyici funksiya 

həyata keçirməsini ifadə edir.  

 

 



Beynəlxalq nəq- 

liyyat hüququ-  

nun funksiyaları


 

46 


 

Beynəlxalq nəqliyyat hüququ qoruyucu funksiyasına görə, 

beynəlxalq nəqliyyat daşıma münasibətlərini hüquq 

pozuntularından mühafizə edir və beynəlxalq münasibətlərin 

normal inkişafını təmin edir. Əgər həmin münasibətlər pozularsa, 

beynəlxalq nəqliyyat hüququ onları müdafiə edir və  təqsirli 

şəxslərə qarşı  müvafiq məsuliyyət tədbirləri tətbiq edilməsini 

nəzərdə tutur. Beynəlxalq nəqliyyat hüququ, xüsusən, daşıyıcının 

məsuliyyət məsələsinə prioritet əhəmiyyət verir. Ona görə ki, o, 

daşıma prosesini həyata keçirən subyektdir.  

Beynəlxalq nəqliyyat daşımalarının 

təşkili və  həyata keçirilməsi zamanı 

beynəlxalq nəqliyyat hüququnun tətbiq  

edilən prinsiplərini, praktiki olarq,  iki 

yerə bölmək olar: 

-ümumi prinsiplər; 

-xüsusi prinsiplər. 

Ümumi prinsiplərə aşağıdakılar aiddir: 

-beynəlxalq nəqliyyat  münasibətlərində dövlətlərin suveren 

bərabərliyi prinsipi

-dövlətlərin qarşılıqlı əməkdaşlıq prinsipi; 

-dövlətlərin öz üzərinə götürdükləri öhdəliklərin vicdanla 

yerinə yetirməsi prinsipi və s. 

Beynəlxalq nəqliyyat hüququnun xüsusi prinsiplərinə isə 

aşağıda göstərilənlər aiddir: 

 -təqsirə görə məsuliyyət prinsipi; 

-məhdud məsuliyyət prinsipi; 

-nəqliyyat təhlükəsizliyinin təmin olunması prinsipi; 

-nəqliyyat standartlaşdırılması prinsipi və s.  

Beynəlxalq nəqliyyat hüququnun iki ənənəvi prinsipinə 

qısaca toxunaq: təqsirə görə  məsuliyyət prinsipi, məhdud 

məsuliyyət prinsipi. 

Təqsirə görə  məsuliyyət prinsipinə görə, daşıyıcı yalnız 

təqsiri olduqda məsuliyyət daşıyır. «Əgər təqsir varsa, onda 



Beynəlxalq nəq- 

liyyat hüququ-  

nun prinsipləri


Yüklə 6,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   268




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə