Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə22/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   18   19   20   21   22   23   24   25   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
85
ölkənin 11 neft şirkəti təmsil olunurdu. Müqaviləyə  əsasən
dünyanın ABŞ, Rusiya, Fransa, Türkiyə, Böyük Britaniya, 
Norveç kimi dövlətlərinə  məxsus olan aparıcı  şrikətlər 10 
milyard ABŞ dollarına bərabər ortaq vəsait yatırmaqla, Xəzər 
dənizinin Azərbaycan sektorundan 30 il müddətinə  dəyəri 50 
milyard dollara bərabər olan 511 milyon ton neft çıxarmağı 
hədəfə alırdılar. Müqaviləyə görə, ümumi investisiya qoyuluşu 
7,4 milyardını Qərb şirkətləri qoymalı idi.  
Layihədə investisiya qoyuluşu üzrə iştirakçı şirkətlərin 
payı aşağıdakı kimi idi: 
 
Şirkətlər  
İnvestisiya payı 
 
British Petroleum (Böyük 
Britaniya) 
- 17,12% 
Amoko (ABŞ) - 
17, 
01% 
LUKoyl (Rusiya) 

10% 
Penzoil (ABŞ) - 
9, 
81% 
Exxon (ABŞ) - 
8,00% 
Statoyl (Norveç) 

8, 56% 
Itochu Slodzi (Yaponiya) 

7,45% 
Ramko Energy Group 
(Böyük Britaniya) 
- 2,0825% 
Unocal (ABŞ) - 
11,2% 
Turkish Petroleum Cor. 
(Türkiyə) 
- 5% 
Delta Nimur Kharar 
(Səudiyyə Ərəbistanı) 
- 1,68% 
ARDNŞ (Azərbaycan) - 
5% 
 
ƏL İ  H ƏS ƏNOV  
 
86 
Göründüyü kimi, qoyduqları  vəsaitin miqdarına müvafiq 
olaraq aparıcı  Qərb dövlətlərini təmsil edən  şirkətlərə  “Əsrin 
müqaviləsi”ndə ən çox pay ayrılmışdı. Bu dövlətlər içərisində 
ən mühüm pay isə ABŞ və Böyük Britaniya şirkətlərinə məx-
sus idi. “Əsrin müqaviləsi” layihəsində aparıcı Qərb dövlətləri 
ilə yanaşı, Azərbaycan hökuməti bölgədə böyük nüfuza malik 
olan Rusiya Federasiyasına məxsus olan “LUKoyl” şirkətinə 
də 10 faizlik pay ayırmışdı. Baxmayaraq ki, İran neft şirkət-
lərinin konsorsiumda iştirakına ABŞ  və  bəzi Qərb dövlətləri 
açıqdan-açığa etiraz edirdilər. Lakin, Azərbaycan rəhbərliyi 
bütün bunları bitərəfləşdirərək müqavilədə  İran  şirkətinin 
təmsilçiliyinə də şərait yaratdı.  
 “Əsrin müqaviləsi” sazişinin Azərbaycanın təşəbbüsü ilə, 
guya onlarla razılaşdırılmadan hazırlandığına görə həmin dövr-
də bir sıra Rusiya və  İran dairələrini narazı salmışdı. Bu 
ölkələri təmsil edən müəyyən qüvvələr “Xəzər dənizi bütün 
Xəzəryanı dövlətlər üçün ümumidir və onu milli sektorlara 
bölmək olmaz”, “Azərbaycanın birtərəfli qaydada neft müqa-
vilələri bağlamaq və “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarından 
neft çıxarmaq hüququ yoxdur” və s. şəklində  bəyanatlar səs-
ləndirərək, müqavilənin bağlanmasına və həyata keçirilməsinə 
ciddi cəhdlə mane olmağa çalışırdılar.  
Müqavilə imzalandıqdan dərhal sonra bəzi xarici qüvvə-
lərin iştirakı ilə Azərbaycan Respublikasının daxilində  də bir 
çox antidövlət aksiyalarına  əl atıldı, siyasi hakimiyyət çevri-
lişinə, bəzi hakimiyyət nümayəndələrinə qarşı sui-qəsdlərə  və 
s. cəhd göstərildi Lakin Azərbaycan Respublikası bütün bu 
sınaqlardan, çətinliklərdən dəyanətlə  çıxdı, təzyiqləri aradan 
qaldıra bildi və xarici müqavimətlərə sinə gərdi. Eyni zamanda 
məhz dünyanın aparıcı dövlətlərinin, onları  təmsil edən neft 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
87
şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimad 
və ardıcıl dəstək nəticəsində tezliklə imzalanmış neft-qaz 
müqaviləsinin həyata keçirilməsinə şərait yaratdı. 
Mütəxəssislərin fikrinə görə, “Əsrin müqaviləsi” çərçivə-
sində  həyata keçirilən transmilli layihələr Cənubi Qafqaz və 
Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə Azərbaycanın 
beynəlxalq aləm üçün geosiyasi və geoiqtisadi dəyər ölçülərini 
xeyli artırdı, regional və beynəlxalq perspektivini yüksəltdi, 
xarici aləmlə  tərəfdaşlıq münasibətlərinə  və milli inkişafına 
ciddi təsir göstərdi. Ölkənin təbii-mineral ehtiyatlarından, 
Qərblə-Şərq, Şimalla-Cənub arasındakı siyasi, hərbi, ticarət və 
s. əlaqələrə müsbət təsir göstərən coğrafi mövqeyindən, möv-
cud nəqliyyat-kommunikasiya və tranzit imkanlarından düzgün 
bəhrələnərək, formalaşdırdığı  və yürütdüyü yeni geoiqtisadi 
siyəsət ölkəni dünya siyasətinin mərkəzinə  çıxardı. Azərbay-
canla və onun enerji daşıyıcıları ilə bu gün təkcə bölgənin 
Rusiya,  İran, Türkiyə kimi ölkələri deyil, həmçinin ABŞ, 
Avropa  İttifaqı, Yaponiya, Çin və bir çox inkişaf etmiş digər 
Qərb və Şərq dövlətləri ciddi maraqlanırlar.  
Bu sazişlərin imzalanması tezliklə planetin əsas fövqəl-
güclərinin, aparıcı maliyyə  və iqtisadi institutlarının, beynəl-
xalq transmilli təşkilatların diqqətini, maliyyə-texniki imkan-
larını və inkişaf resurslarını həm Azərbaycana, həm də bütöv-
lükdə Xəzər hövzəsinə yönəltdi. Bu vəziyyət bölgə ölkələrinə 
qabaqcıl dünya şirkətləri ilə qarşılıqlı-səmərəli  əməkdaşlıq 
üçün  əlverişli  şəraiti yaratdı. Neft müqavilələri bağlandıqdan 
sonra təkcə xarici ölkə rəsmilərinin deyil, həm də əksər dünya 
siyasətçilərinin, biznesmenlərinin, politoloqlarının nəzər diqqə-
ti Azərbaycana və  Cənubi Qafqaza yönəldi. Bu müqavilələrlə 
və ötən müddətdə aparılan uğurlu enerji siyasətinin nəticəsində 
 
ƏL İ  H ƏS ƏNOV  
 
88 
Azərbaycan Respublikasının dövlət müstəqilliyi daha da möh-
kəmləndirildi. Respublikanın təhlükəsizliyinin, dinamik inkişa-
fının və gələcək tərəqqisinin möhkəm təməli qoyuldu. Aparılan 
ardıcıl neft siyasətinin müvəffəqiyyətlə  həyata keçirilməsi 
sayəsində  Qərb dünyasının Azərbaycana olan etimadı artdı. 
Aparıcı dünya dövlətləri ilə Azərbaycan arasında olan qar-
şılıqlı etimad və tərəfdaşlıq əlaqələri dərinləşdi.  
Azərbaycanın yeni neft strategiyası 1996-cı ildən başla-
yaraq tədricən öz müsbət nəticələrini verərək, ölkəyə dünya 
iqtisadiyyatına və siyasətinə inteqrasiya istiqamətində ciddi 
addımlar atmağa imkan yaratdı. Xüsusən, “Əsrin müqaviləsi” 
bir dövlət olaraq Azərbaycanın dünyada və regionda geosiyasi 
və geoiqtisadi əhəmiyyətini artırdı, bölgədə  və dünyada arzu-
olunan iqtisadi tərəfdaşa çevrildi.  Mövcud  şərait Azərbaycan 
hökumətinə ölkə daxilində dinamik sosial-iqtisadi, siyasi və 
mədəni inkişaf kursu həyata keçirməyə imkan yaratdı ki, bu da 
geosiyasi anlamda Azərbaycanın regional və beynəlxalq  əhə-
miyyətini, geoiqtisadi dəyərini yüksəltdi, müstəqil dövlət ola-
raq perspektivlərini artırdı. O vaxta qədər Cənubi Qafqaz və 
Xəzər hövzəsinin  ən problemli, daxili münaqişələrin, etnik-
milli, sosial və dini qarşıdurmaların tüğyan etdiyi ölkəsi 
sayılan Azərbaycan, tezliklə regionda geosiyasi və geoiqtisadi 
cəhətdən  ən  əhəmiyyətli bir ölkəyə, arzuolunan iqtisadi tərəf-
daşa və ciddi persrektivlər vəd edən dövlətə çevrildi. Digər iki 
Cənubi Qafqaz respublikası- Gürcüstan və Ermənistandan 
fərqli olaraq, böyük iqtisadi, əmək resursları  və insan poten-
sialına, zəngin enerji mənbələrinə,  əlverişli coğrafi mövqeyə 
və  ən  əsası, tam müstəqil, balanslı, təkmil daxili və xarici 
siyasət kursuna, aydın geostrateji, geoiqtisadi mövqeyə malik 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə