Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə23/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   19   20   21   22   23   24   25   26   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
89
olması-  Azərbaycana regionun vahid liderinə çevrilməsi im-
kanı yaratdı. 
Azərbaycan Respublikasının yürütdüyü yeni neft strategi-
yası və enerji təhlükəsizliyi siyasəti uğurla həyata keçirildikcə 
ölkənin beynəlxalq nüfuzu da keçən müddətdə ardıcıl olaraq 
yüksəlmişdir. Birinci müqavilədən keçən bir neçə il ərzində 
Azərbaycanın yeni neft strategiyası çərçivəsində dünyanın  14 
dövlətinə  məxsus 32 aparıcı  şirkətlə daha 20 yeni neft-qaz 
müqavilələri bağlandı. Bu müqavilələr  əsasında 30 il müd-
dətinə Azərbaycanın təkcə neft-qaz sənayesinə 60 milyarddan 
çox dollar həcmində xarici investisiya qoyulması  nəzərdə 
tutulurdu. Verilən rəsmi məlumatlara görə keçən müddətdə 
yalnız “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiy-
yatına qoyulan xarici sərmayələrin həcmi 6 milyard manatdan 
çox və neft sənayesinə qoyulan sərmayələrin ümumi həcmi isə 
20 milyarda yaxın olmuşdur. Sovet İttifaqının keçmiş respub-
likaları içərisində adambaşına düşən xarici sərmayələrin həc-
minə görə Azərbaycan birinci yeri tutur və bir çox Şərqi 
Avropa ölkələrini ötüb keçir.  
Əlbəttə, bütün bu keyfiyyətlərin qazanılması Azərbaycan 
dövlətinə  və onu idarə edənlərə heç də, asan və rahat başa 
gəlməmişdir. Prezident Heydər Əliyevin nümayiş etdirdiyi bö-
yük iradə, ortaya qoyduğu ciddi zəhmət və düşünülmüş siyasət 
olmasaydı, yəqin ki, dünya ekspertləri bu ölkə haqqında hazır-
da tamamilə  fərqli fikirdə olacaqdı. Azərbaycan Respublika-
sının Prezidenti İlham Əliyev müstəqillik əldə edildikdən sonra 
Azərbaycanın keçdiyi geosiyasi inkişaf yolunu xarakterizə edə-
rək söyləmişdir ki, 1993-cü ildən sonrakı dövrdə Azərbay-
canının milli dövlətçiliyi qorunub saxlandı və yenidən quruldu, 
onun inkişaf strategiyası müəyyənləşdi, ölkə özünü bütün 
 
ƏL İ  H ƏS ƏNOV  
 
90 
dünyaya perspektivli və etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi 
təqdim edə bildi.
78
 
Yeni neft strategiyası ilk öncə Azərbaycanın ABŞ  və 
Avropa  İttifaqı ölkələri ilə münasibətlərinə xeyli müsbət təsir 
göstərdi. Xüsusən, ABŞ hökuməti keçən müddətdə Azərbay-
canın enerji siyasəti, yeni neft-qaz ixracı  təşəbbüslərini, eləcə 
də  Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizi yaratmaq 
istiqamətindəki  əksər səylərini ardıcıl olaraq dəstəkləmiş  və 
bütün transmilli layihələrin təkcə Azərbaycana deyil, bütün 
regiona fayda gətirməsinə yardım etmişdir. ABŞ-ın sabiq Pre-
zidenti Uilyam Klintonun 20 sentyabr 1994-cü ildə göndərdiyi 
teleqramda Azərbaycanın təşəbbüsü ilə imzalanan neft sazi-
şinin önəmini belə  dəyərləndirirdi: “Birləşmiş  Ştatlar tarixdə 
bir növ sazişlər arasında  ən böyüyü olan bu müqaviləni al-
qışlayır. O, bütün tərəflər üçün mənfəətli olacaq və ölkələrimiz 
arasında artmaqda olan iqtisadi-ticarət  əlaqələrinin möhkəm-
lənməsinə xidmət edəcəkdir. 
79
 
 ABŞ administrasiyası bu gün də Azərbaycanın və eləcə 
də Xəzəryanı bölgənin iqtisadi cəhətdən güclənməsinə, region 
dövlətlərinin azadlığının və suverenliynin möhkəmləndirilmə-
sinə olduqca böyük dəstək verir, bölgədəki transmilli layihənin 
həyata keçirilməsinə hər vasitə ilə yardım edir. Sabiq prezident 
C. Buş Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə 
ünvanladığı 14 iyun 2001-ci il tarixli məktubunda yazırdı: 
“Həyata keçirilən neft-qaz layihələrinin Azərbaycanı tezliklə 
güclü, sabit və dinamik inkişaf edən iqtisadiyyata malik dövlət 
edəcəyinə  qəti  əminəm”. Sevindirici haldır ki, istər ABŞ 
hökumətinin sabiq prezidenti B. Klintonun, istərsə  də hazırkı 
                                                 
78
 Bax: “ Azərbaycan” qəzeti, 26 may 2012-ci il 
79
 Bax:  Azər.TAC-ın xəbər bülleteni, 21 sentyabr 1994-cü il. 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
91
rəhbərliyinin başda C. Buş olmaqla, digər senator və konqres-
menlərinin Azərbaycanın enerji siyasətinə münasibətdə  dəyiş-
məz mövqe nümayiş etdirməsi bu siyasətin gələcək uğurlarına 
da inam yaradır. 
Azərbaycanın enerji siyasəti Böyük Britaniya, Fransa, 
Türkiyə, Yaponiya, Norveç, Almaniya kimi digər nüfuzlu döv-
lətləri tərəfindən də tam rəğbətlə qarşılanır. Onlar son dövrlər 
ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində  əldə 
etdiyimiz nailiyyətlərə yüksək qiymət verir, həyata keçirilən 
islahatların təşəkkül tapmasına və bazar iqtisadiyyatı yolunda 
daha böyük uğurlar əldə olunmasına dəstək verirlər.  
Azərbaycanın həyata keçirdiyi yeni neft strategiyası  və 
onun təşəbbüsü ilə reallaşdırılan çoxsaylı transmilli enerji, 
nəqliyyat-kommunikasiya və  dəhliz layihələrinin işə düşməsi 
faktiki olaraq bu ölkəni Xəzər-Qara dəniz hövzəsi və  Cənubi 
Qafqazın lider dövlətinə çevirdi. Bəzi nüfuzlu qərb tədqiqat-
çıların fikri ilə ifadə etsək:  “Azərbaycana Cənubi Qafqazda 
ətraf ölkələrin geosiyasi kursunu müəyyən edən” lider dövlət 
mövqeyi qazandırdı. Əlbəttə, bütün bunlar regional və beynəl-
xalq səviyyədə müəyyən iqtisadi, siyasi, sosial-mənəvi üstün-
lüklər qazandırmaqla yanaşı, həm də ölkə qarşısında daxili 
həyatda, yerləşdiyi Xəzər-Qara dəniz hövzəsi və  Cənubi Qaf-
qazda, o cümlədən bütün dünyada xüsusi düşünülmüş  və da-
vamlı geosiyasi fəaliyyət göstərmək kimi vacib tələblər qoydu. 
Mütəxəssislərin fikrinə görə, yeni yüzillikdə Azərbaycan 
enerji siyasəti qarşısında dayanan əsas geoiqtisadi vəzifələrdən 
biri bölgədə və dünyada yeni-yeni enerji ixracı marşrutlarının, 
xüsusən sərfəli təbii qaz satış bazarının axtarışı, enerji ixra-
cının şaxələndirilməsi siyasətini davam etdirilməsi və s. ibarət 
idi. Bu istiqamətdə Azərbaycan prezidenti İlham  Əliyevin 
 
ƏL İ  H ƏS ƏNOV  
 
92 
ciddi səyi ilə bir neçə il idi ki, regional və beynəlxalq aləmlə 
tərəfdaşlıq istiqamətində xüsusi düşünülmüş  fəaliyyət həyata 
keçirilirdi. Həmin fəaliyyətin nəticəsi kimi 2013-cü ilin dekabr 
ayının 17-də Bakıda “Şahdəniz” layihəsinin ikinci mərhələsi 
üzrə Azərbaycan Dövlət Neft Şirkəti ilə British Petrolium 
arasında investisiya sazişi və “Cənubi qaz dəhlizi” barədə 
Azərbaycan, Albaniya, Xorvatiya və Çernoqoriya dövlətləri 
arasında anlaşma memorandumu imzalanmışdır.
80
  
Bundan  əvvəl Azərbaycan «Şahdəniz-2» layihəsi çərçi-
vəsində yaradılmış «Şahdəniz» konsorsiumunun hasil ediləcək 
təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin 
seçilməsi ilə bağlı  qəbul etdiyi qərarı iyunun 28-də  rəsmən 
açıqlamışdı. Məlumata görə konsorsium son iki il ərzində 
gələcəkdə istehsal ediləcək qazın Avropaya nəqli üçün boru 
kəmərinin bir neçə variantını nəzərdən keçirmiş və TAP (Trans 
Adriatic Pipeline) üzərində dayanmışdır. Uzunluğu 870 km 
olacaq TAP kəmərinin “Şahdəniz 2” layihəsi üzrə istehsal 
olunacaq Azərbaycan qazının Türkiyə, Yunanıstan və Alba-
niya  ərazisi ilə  İtaliyaya çatdırılacağı  nəzərdə tutulur ki, bu 
layihənin ümumi dəyərinin təxminən 2,2 mlrd. ABŞ dolları 
təşkil edəcəyi proqnozlaşdırılır.
81
  
Müqavilədə  «Şahdəniz 2» tərəfdaşlarının payı  aşağıdakı 
kimi planlaşdırılır: BP (operator - 28,8%), ARDNŞ (16,7%), 
«Statoil» (15,5%), «Total» (10%), «LUKoil» (10%), NICO 
(10%) və TPAO (9%). «BOTAŞ» və BP-nin TANAP-da 2014-
cü ildə başa çatması gözlənilən iştirak paylarının alınması 
                                                 
80
Bax:  APA xəbər agentliyinin bülleteni, 17.12.2013/www.apa.az 
81
  «Şahdəniz» yatağı 1999-cu ildə  kəşf olunub. Azərbaycan 2006-cı ildən 
etibarən «Şahdəniz-1» layihəsi çərçivəsində Gürcüstan və Türkiyəyə qaz ixrac 
edir. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə