Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə9/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   5   6   7   8   9   10   11   12   ...   190

28.4.4.  cinayət  prosesi  gedişində  qanunun  pozulması  ilə  əlaqədar  verilən 

şikayətləri yoxlamaq; 

28.4.5. cinayət prosesi iştirakçılarının iştirak etmək hüququnu təmin etmək. 

28.5.  Şəxsin  cinayət  törətməkdə  təqsirli  olmasına  dair  məhkəmə  qərarı 

mülahizələrə  əsaslana  bilməz  və  işə  aid  biri  digərinə  kifayət  qədər  uyğun  gələn 

mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 

28.6.  Ədalət  mühakiməsinin  həyata  keçirilməsi  qaydalarının  ayrı-ayrı  işlər  və 

şəxslər  üçün,  habelə  müəyyən  şəraitə  görə,  yaxud  hər  hansı  bir  zaman  dövründə 

özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. 

M a d d ə   2 9 .   M ə h k ə m ə   a i d i y y ə t i n ə   ə m ə l   o l u n m a s ı

 

29.1.  Heç  kəs  onun  işinə  aidiyyəti  qanunla  müəyyən  edilmiş  məhkəmədə 



baxılması  hüququndan  məhrum  oluna  bilməz.  Şəxsin  razılığı  olmadan  onun  işinə 

başqa məhkəmədə baxılmasına yol verilmir. 

29.2. Bu Məcəllədə nəzərdə tutulmuş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya 

işin qanuni hakimin icraatından əsassız götürülməsi qadağandır. 

M a d d ə  

3 0 .  


H a k i m i n  

c i n a y ə t  

m ü h a k i m ə  

i c r a a t ı n d a  

i ş t i r a k ı n ı n   m ə h d u d l a ş d ı r ı l m a s ı

 

30.1.  Birinci,  apellyasiya  və  ya  kassasiya  instansiyası  məhkəməsində  cinayət 



mühakimə icraatında iştirak etmiş hakimin məhkəmə baxışında təkrar iştirakına yol 

verilmir. 

30.2. Bu Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş hallarda hakim cinayət 

işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxılmasından özü kənarlaşmalı 

və ya kənarlaşdırılmalıdır. 

M a d d ə  

3 1 .  

C i n a y ə t  



m ü h a k i m ə  

i c r a a t ı n d a  

q e y r i -

p r o s e s s u a l   m ü n a s i b ə t l ə r i n   y o l v e r i l m ə z l i y i

 

Məhkəmə  tərkibi  və  cinayət  prosesi  iştirakçıları  arasında,  habelə  birinci, 



apellyasiya  və  kassasiya  instansiyası  məhkəmələri  arasında  cinayət  işlərinə  və  ya 

cinayət  təqibi  ilə  bağlı  digər  materiallara  baxılması  ilə  əlaqədar  bu  Məcəllədə 

nəzərdə tutulmayan qeyri-prosessual münasibətlər yolverilməzdir. 

M a d d ə   3 2 .   C i n a y ə t   p r o s e s i n d ə   t ə r ə f l ə r i n   ç ə k i ş m ə s i

 

32.1. Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə 



tərəfinin çəkişməsi əsasında həyata keçirilir. 

32.2.  Bu  Məcəllədə  nəzərdə  tutulmuş  qaydada  cinayət  prosesində  tərəflərin 

çəkişməsini təmin etmək məqsədi ilə: 

32.2.1. hər bir tərəf məhkəmədə təmsil olunur; 




32.2.2.  hər  bir  tərəf  məhkəmədə  öz  mövqeyini  müdafiə  etmək  üçün  bərabər 

hüquqlara və imkanlara malikdir; 

32.2.3.  ittiham  tərəfi  cinayət  hadisəsinin  baş  verməsini,  cinayət  qanunu  ilə 

nəzərdə  tutulmuş  əməlin  əlamətlərinin  mövcudluğunu,  bu  əməlin  törədilməsinə 

təqsirləndirilən  şəxsin  aidiyyətini,  cinayəti  törətmiş  şəxsin  cinayət  məsuliyyətinə 

cəlb  olunmasının  mümkünlüyünü  sübut  edir,  təqsirləndirilən  şəxsin  əməlinin 

hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir; 

32.2.4. müdafiə tərəfi cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və 

ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət 

məsuliyyətindən  azad  edilməsinə  və  ya  cinayət  məsuliyyətini  yüngülləşdirən 

halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə 

və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir; 

32.2.5.  hər  bir  tərəf  heç  kimdən  asılı  olmayaraq  müstəqil  surətdə  öz  mövqeyini 

seçir və onu müdafiə etmək üçün vasitə və üsullarını müəyyən edir; 

32.2.6. məhkəmə cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq 

zəruri materialların əldə edilməsinə kömək göstərir; 

32.2.7.  məhkəmə  tərəfindən  hökm  yalnız  cinayət  prosesi  tərəflərinin  iştirakı 

bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır; 

32.2.8.  dövlət  ittihamçısı  və  xüsusi  ittihamçı  cinayət  təqibini  həyata  keçirir  və 

cinayət təqibindən imtina edir; 

32.2.9.  təqsirləndirilən  şəxs  sərbəst  olaraq  təqsirli  olduğunu  inkar  edir  və  ya 

özünü təqsirli bilir; 

32.2.10. mülki iddiaçı iddiadan imtina edir və ya mülki cavabdehlə barışıq sazişi 

bağlayır; 

32.2.11.  mülki  cavabdeh  iddianı  qəbul  edir  və ya  mülki  iddiaçı  ilə  barışıq  sazişi 

bağlayır. 

M a d d ə   3 3 .   C i n a y ə t   m ü h a k i m ə   i c r a a t ı n d a   s ü b u t l a r ı n  

q i y m ə t l ə n d i r i l m ə s i

 

33.1.  Hakimlər  və  andlı  iclasçılar  cinayət  mühakimə  icraatının  həyata 



keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən 

qiymətləndirirlər. 

33.2. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı 

maddələrinin müddəalarının pozulması yolverilməzdir. 

33.3.  Cinayət  prosesində  heç  bir  sübutun  və  digər  materialın  qabaqcadan 

müəyyən edilmiş qüvvəsi yoxdur. 

33.4.  Hakimlərin  və  andlı  iclasçıların  sübutlara  və  sair  materiallara  qərəzli 

münasibət  bəsləməsi,  mövcud  hüquqi  prosedur  daxilində  tədqiq  edilənədək  sübut 

və  digər  materiallardan  birinə  digərinə  nisbətdə  çox  və  ya  az  əhəmiyyət  verilməsi 

yolverilməzdir. 




M a d d ə   3 4 .   E y n i   ə m ə l ə   g ö r ə   t ə k r a r   m ə h k u m   e t m ə n i n  

y o l v e r i l m ə z l i y i

 

34.1. Heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. 



34.2.  Bu  Məcəllənin  41-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  məhkəmədə 

müvafiq  olaraq  dövlət  ittihamçısının  və  ya  xüsusi  ittihamçının  şəxsə  qarşı  cinayət 

təqibindən  könüllü  imtina  etməsi  eyni  əməlin  təkrarən  həmin  şəxsə  istinad 

edilməsini istisna edir (yeni açılmış hallardan başqa). 

34.3.  Hər  hansı  əməlin  törədilməsinə  görə  şəxsin  barəsində  qanuni  qüvvəyə 

minmiş məhkəmənin hökmü varsa, həmin şəxsin haqqında eyni əmələ görə cinayət 

təqibinin təzələnməsi, ittihamın daha ağır ittihamla əvəz edilməsi və ona daha ağır 

cəza təyin edilməsi yolverilməzdir. 

M a d d ə  

3 5 .  


M ə h k ə m ə y ə  

t ə k r a r  

m ü r a c i ə t  

e t m ə k  

h ü q u q u n u n   t ə m i n   o l u n m a s ı

 

35.1.  Bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  cinayət  prosesi 



iştirakçısının  cinayət  işinin  və  ya  cinayət  təqibi  ilə  bağlı  digər  materialın 

baxılmasında  məhkəmənin  qəbul  etdiyi  prosessual  qərar  və  hərəkətlərdən  yuxarı 

məhkəməyə şikayət etmək hüququ vardır. 

35.2. Məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək aşağıdakı 

hüquqları həyata keçirir: 

35.2.1. barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə 

əlaqədar işə yenidən baxılmasını xahiş etmək; 

35.2.2.  barəsində  çıxarılmış  hökmlə  təyin  olunmuş  cəzanın  ağırlığı  ilə  əlaqədar 

onun yüngülləşdirilməsini xahiş etmək. 

35.3.  Məhkumun  bu  Məcəllənin  35.1  və  35.2-ci  maddələrində  nəzərdə  tutulmuş 

hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. 

M a d d ə  

3 6 .  

B ə r a ə t  



q a z a n m ı ş  

ş ə x s i n  

p o z u l m u ş  

h ü q u q l a r ı n ı n   b ə r p a s ı n ı n   t ə m i n   e d i l m ə s i

 

36.1. Cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə 



tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş 

ziyanın  ödənilməsini  tələb  etmək  hüququ  cinayət  prosesini  həyata  keçirən  orqan 

tərəfindən təmin edilməlidir. 

36.2.  Vəzifə  səlahiyyətlərindən  sui-istifadə  və  ya  cinayət  nəticəsində  zərər 

çəkmiş,  habelə  təqsirsiz  məhkum  olunmuş,  qanunsuz  həbsdə  saxlanılmış,  yaxud 

cinayət  prosesi  gedişində  hüquqları  digər  formada  məhdudlaşdırılmış  şəxslərin 

hüquqları  bu  Məcəllə  ilə  və  Azərbaycan  Respublikasının  digər  qanunları  ilə 

müəyyən edilmiş qaydada bərpa olunur. 

I I I   f ə s i l    



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə