Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə2/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   2   3   4   5   6   7   8   9   ...   190

ANDLI İCLASÇILARIN İŞTIRAKI İLƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSINDƏ 

İCRAATIN XÜSUSİYYƏTLƏRİ

 (359-380)

 

IX.



 APELLYASİYA VƏ KASSASİYA İNSTANSİYALARI MƏHKƏMƏLƏRİNDƏ İCRAAT 

MƏHKƏMƏLƏRİN HÖKM VƏ QƏRARLARINA APELLYASİYA QAYDASINDA YENİDƏN 

BAXILMASI 

(381-407)

 

MƏHKƏMƏLƏRİN HÖKM VƏ YA QƏRARLARINA KASSASİYA QAYDASINDA 



YENİDƏN BAXILMASI 

(408-420)

 

MƏHKƏMƏLƏRİN HÖKM VƏ YA QƏRARLARINA ƏLAVƏ KASSASİYA QAYDASINDA 



YENİDƏN BAXILMASI

 (421-427)

 

X. BƏZİ KATEQORİYALI ŞƏXSLƏR BARƏSİNDƏ İCRAATIN XÜSUSİYYƏTLƏRİ 



YETKİNLİK YAŞINA ÇATMAYANLAR BARƏSİNDƏ İCRAATIN XÜSUSİYYƏTLƏRİ 

(428-


435)

 

BEYNƏLXALQ MÜQAVİLƏLƏRLƏ MÜƏYYƏN EDİLMİŞ İMTİYAZ VƏ İMMUNİTETƏ 



MALİK OLAN ŞƏXSLƏR BARƏSİNDƏ İCRAATIN XÜSUSİYYƏTLƏRİ

 (436-441)

 

XI. 


XÜSUSİ İCRAATLAR 

MƏHKƏMƏ NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ

 (442-454)

 

NORMATİV HÜQUQİ AKTIN KONSTİTUSİYAYA UYĞUNLUĞUNUN YOXLANILMASI 



BARƏDƏ VƏSATƏT ÜZRƏ İCRAAT

 (455-460)

 

YENİ AÇILMIŞ HALLAR ÜZRƏ İCRAAT



 (461-467)

 

ANLAQSIZ VƏZİYYƏTDƏ CİNAYƏT TÖRƏTMIŞ ŞƏXSLƏR BARƏSİNDƏ TİBBİ 



XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏRİN TƏTBİQ EDİLMƏSİ ÜZRƏ İCRAAT

 (468-478)

 

CİNAYƏT TÖRƏTDİKDƏN SONRA PSİXİ XƏSTƏLİYƏ TUTULMUŞ ŞƏXSLƏR 



BARƏSİNDƏ TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏRİN TƏTBİQ EDİLMƏSİ 

ÜZRƏ İCRAAT

 (479-487)

 

CİNAYƏT İŞLƏRİNƏ DAİR HÜQUQİ YARDIMIN GÖSTƏRİLMƏSİ ÜZRƏ İCRAAT



 (488-

505)


 

HÖKM VƏ YA MƏHKƏMƏNİN DİGƏR YEKUN QƏRARLARININ İCRASI QAYDASINDA 

İCRAAT

 (506-521)



 

 



AZƏRBAYCAN RESPUBLİKASININ 

 CİNAYƏT-PROSESSUAL MƏCƏLLƏSİ

 

i[1]


 

ÜMUMİ HİSSƏ 

BİRİNCİ BÖLMƏ 

ƏSAS MÜDDƏALAR 

I   f ə s i l  

CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİYİ

 

M a d d ə   1 .   A z ə r b a y c a n   R e s p u b l i k a s ı   c i n a y ə t - p r o s e s s u a l  



q a n u n v e r i c i l i y i n i n   t ə y i n a t ı

 

1.1.  Azərbaycan  Respublikasının  cinayət-prosessual  qanunvericiliyi  cinayətin 



əlamətlərini  əks  etdirən  əməllərin  cinayət  olub-olmamasını,  cinayəti  törətməkdə 

təqsirləndirilən  şəxsin  təqsirli  olub-olmamasını,  habelə  cinayət  qanunu  ilə  nəzərdə 

tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin 

və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. 

1.2.  Azərbaycan  Respublikasının  cinayət-prosessual  qanunvericiliyi  ona 

yönəlmişdir ki: 

1.2.1.  qanunla  cinayət  hesab  olunan  əməli  törətmiş  hər  bir  şəxsi  ifşa  etmək  və 

cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun; 

1.2.2.  cinayət  törətməkdə  təqsiri  olmayan  heç  kəsi  cinayət  prosesini  həyata 

keçirən  orqanların  vəzifəli  şəxslərinin  və  ya  hakimlərin  özbaşına  hərəkətləri  ilə 

qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın; 

1.2.3.  heç  kəs  qanunsuz  və  ya  zərurət  olmadan  prosessual  məcburiyyət 

tədbirlərinə,  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının  digər  məhdudiyyətlərinə 

məruz qalmasın. 

1.3. 

Azərbaycan 



Respublikasının 

cinayət-prosessual 

qanunvericiliyi 

qanunçuluğun,  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarına  hörmətin  bərqərar 

olmasına imkan yaradır. 

M a d d ə  

2 .  

C i n a y ə t - p r o s e s s u a l  



q a n u n v e r i c i l i y i n  

m ə n b ə l ə r i

 

2.1. 


Azərbaycan 

Respublikasının 

cinayət-prosessual 

qanunvericiliyi 

aşağıdakılardan ibarətdir: 

2.1.1. Azərbaycan Respublikasının Konstitusiyasından; 

2.1.2. bu Məcəllədən; 

2.1.3. Azərbaycan Respublikasının digər qanunlarından; 

2.1.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən. 



2.2.  Azərbaycan  Respublikası  Konstitusiyasının  normaları  Azərbaycan 

Respublikasının  bütün  ərazisində  ali  hüquqi  qüvvəyə  malikdir  və  birbaşa 

qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının normaları ilə bu Məcəllənin 

müddəaları arasında ziddiyyət olduqda Azərbaycan Respublikası Konstitusiyasının 

normaları tətbiq olunur. 

2.3.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  bu 

Məcəllədən  fərqli  digər  qaydalar  müəyyən  olunduqda,  beynəlxalq  müqavilənin 

qaydaları tətbiq edilir. 

2.4.  Cinayət-prosessual  fəaliyyət  daxilində  insan  və  vətəndaş  hüquq  və 

azadlıqlarını  ləğv  edən  və  ya  məhdudlaşdıran,  hakimlərin  müstəqilliyini  və  ədalət 

mühakiməsinin  həyata  keçirilməsində  çəkişmə  prinsipini  pozan,  əvvəlcədən 

sübutlara müəyyən hüquqi qüvvə verən normativ hüquqi aktlar tətbiq edilə bilməz. 

Digər  qanunlardakı  prosessual  hüquq  normaları  bu  Məcəllənin  müddəalarına 

uyğunlaşdırılmalıdır. 

M a d d ə   3 .   C i n a y ə t - p r o s e s s u a l   q a n u n v e r i c i l i y i n   m ə k a n a  

g ö r ə   q ü v v ə s i

 

3.1.  Azərbaycan  Respublikasının  cinayət-prosessual  qanunvericiliyi  Azərbaycan 



Respublikasının  ərazisində  bu  Məcəllənin  3.3  və  3.4-cü  maddələrində  nəzərdə 

tutulan istisnalarla, heç bir məhdudiyyət qoyulmadan qüvvədədir. 

3.2.  Azərbaycan  Respublikası  cinayət-prosessual  qanunvericiliyinin  müddəaları 

Azərbaycan  Respublikasının  ərazisindən  kənarda  Azərbaycan  Respublikasının 

bayrağı  altında  olan  və  ya  onun  tanınma  nişanlarını  daşıyan,  yaxud  onun 

limanlarında qeydə alınan dəniz, çay və ya hava gəmilərində də tətbiq olunur. 

3.3.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə 

Azərbaycan  Respublikası  cinayət-prosessual  qanunvericiliyinin  məkana  görə 

qüvvəsinin digər qaydalarının tətbiqi halları müəyyən edilə bilər. 

3.4.  Xarici  dövlətin  cinayət-prosessual  qanunvericiliyinin  normalarının 

Azərbaycan Respublikasının ərazisində tətbiqinə yalnız Azərbaycan Respublikasının 

tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulduqda  və  Azərbaycan 

Respublikası  cinayət-prosessual  qanunvericiliyinin  vəzifə  və  prinsiplərinə  zidd 

olmadıqda yol verilir. 

M a d d ə   4 .   C i n a y ə t - p r o s e s s u a l   q a n u n v e r i c i l i y i n   z a m a n a  

g ö r ə   q ü v v ə s i

 

4.1.  Azərbaycan  Respublikasında  cinayət-prosessual  hərəkətlərin  aparılması, 



cinayət-prosessual  qərarların  qəbul  və  icra  edilməsi  həmin  anda  qüvvədə  olan 

Azərbaycan  Respublikası  cinayət-prosessual  qanunvericiliyinin  müddəalarına 

uyğun həyata keçirilir. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə