Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə5/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   2   3   4   5   6   7   8   9   ...   190

7.0.39.  tutulma  —  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  şəxsin 

azadlığını  qısa  müddətə  məhdudlaşdırmaqla  onun  müvəqqəti  saxlanılma  yerində 

saxlanılmasıdır; 

7.0.40.  həbs  —  qətimkan  tədbiri  qismində  bu  Məcəllədə  nəzərdə  tutulmuş 

hallarda 

və 


qaydada 

təqsirləndirilən 

şəxsin 

azadlığını 



müvəqqəti 

məhdudlaşdırmaqla  həbsdə  saxlanılma  yerində  (istintaq  təcridxanalarında) 

saxlanılmasıdır; 

7.0.41. vəsatət — cinayət prosesi iştirakçılarının cinayət prosesini həyata keçirən 

orqana ünvanlanmış xahişidir; 

7.0.42. izahat — cinayət prosesi iştirakçılarının və ya ərizəçilərin özlərinin, yaxud 

təmsil etdikləri şəxsin tələblərini əsaslandırmaq üçün göstərdikləri şifahi və ya yazılı 

dəlillərdir; 

7.0.43. prosessual qərar — cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material 

üzrə  hakimin  və  ya  hakimlərin  (hökmlər  istisna  edilməklə),  habelə  təhqiqatçının, 

müstəntiqin,  yaxud  prokurorun  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və 

qaydada qəbul etdiyi prosessual aktdır; 

7.0.44.  verdikt  —  məhkəmə  baxışı  nəticəsində  təqsirləndirilən  şəxsin  təqsirliliyi 

və ya təqsirsizliyi məsələsi barəsində andlı iclasçıların çıxardığı qərardır; 

7.0.45.  məhkəmənin  hökmü  —  şəxsin  təqsirləndirildiyi  əməllərdə  onun  təqsirli 

olub-olmaması, təqsirləndirilən şəxsə cəza tətbiq edilib-edilməməsi haqqında birinci 

və  apellyasiya  instansiyası  məhkəməsində  məhkəmə  baxışı  nəticəsində  hakimin 

(hakimlərin) çıxardığı qərardır; 

7.0.46.  protest  —  dövlət  ittihamçısının  iştirak  etdiyi  cinayət  işi  və  ya  cinayət 

təqibi  ilə  bağlı  digər  material  üzrə  hökmdən  və  ya  məhkəmənin  digər  qərarından 

prokurorun yuxarı məhkəməyə verilən şikayətidir; 

7.0.47.  şikayət  —  prosessual  hərəkətlərin  və ya  prosessual  qərarların  qanunsuz, 

yaxud  əsassız  olduğu  barədə  cinayət  prosesini  həyata  keçirən  orqana  ünvanlanmış 

yazılı müraciətdir.  

I I   f ə s i l  

CİNAYƏT MÜHAKİMƏ İCRAATININ VƏZİFƏLƏRİ, ƏSAS 

PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ

 

M a d d ə   8 .   C i n a y ə t   m ü h a k i m ə   i c r a a t ı n ı n   v ə z i f ə l ə r i



 

8.0. Cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 

8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 

8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə 

səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 

8.0.3.  cinayətləri  tezliklə  açmaq,  cinayət  təqibi  ilə  bağlı  bütün  halları  hərtərəfli, 

tam və obyektiv araşdırmaq; 



8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 

8.0.5.  cinayət  törətməkdə  ittiham  olunan  şəxslərin  təqsirini  müəyyən  edərək 

onları  cəzalandırmaq  və  təqsirsiz  şəxslərə  bəraət  vermək  məqsədi  ilə  ədalət 

mühakiməsini həyata keçirmək. 

M a d d ə  

9 .  


C i n a y ə t  

m ü h a k i m ə  

i c r a a t ı n ı n  

ə s a s  

p r i n s i p l ə r i   v ə   ş ə r t l ə r i n i n   t ə y i n a t ı

 

9.1.  Bu  Məcəllənin  10—36-cı  maddələrində  göstərilmiş  cinayət  mühakimə 



icraatının əsas prinsipləri və şərtləri: 

9.1.1.  cinayət  təqibinin  həyata  keçirilməsinin  əsasını  təşkil  edən  qaydaları 

müəyyən edir; 

9.1.2.  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının  qanunsuz  məhdudlaşdırılması 

hallarından onun müdafiəsini təmin edir; 

9.1.3. hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. 

9.2. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya 

şərtlərinin  pozulması  cinayət  təqibi  üzrə  başa  çatmış  icraatın  etibarsız  sayılmasına, 

onun  gedişində  qəbul  edilmiş  qərarların  ləğvinə,  yaxud  toplanmış  materialların 

sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 

M a d d ə   1 0 .   Q a n u n ç u l u q

 

10.1.  Məhkəmələr  və  cinayət  prosesinin  iştirakçıları  Azərbaycan  Respublikası 



Konstitusiyasının,  bu  Məcəllənin,  Azərbaycan  Respublikasının  digər  qanunlarının, 

habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrin 

müddəalarına ciddi əməl etməlidirlər. 

10.2.  Azərbaycan  Respublikasının  qüvvəyə  minmiş  və  dərc  edilmiş  qanunu  ilə 

müəyyən  olunan  əsaslardan  və  qaydalardan  kənar  heç  kəsin  cinayət  təqibi  üzrə 

şübhəli  və  ya  təqsirləndirilən  şəxs  qismində  məsuliyyətə  cəlb  edilməsinə, 

tutulmasına,  həbsə  alınmasına,  axtarılmasına,  məcburi  gətirilməsinə  və  digər 

prosessual  məcburiyyət  tədbirlərinə  məruz  qalmasına,  habelə  məhkum  edilməsinə, 

cəzalandırılmasına,  hüquq  və  azadlıqlarının  digər  formada  məhdudlaşdırılmasına 

yol verilmir. 

10.3.  Azərbaycan  Respublikası  Konstitusiyasının  və  digər  qanunlarının  təfsiri 

cinayət  prosesi  iştirakçılarına  o  halda  məcburidir  ki,  bu  təfsir  Azərbaycan 

Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 

10.4.  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  məhkəmə 

təcrübəsinə  dair  məsələlər  üzrə  izahları  cinayət  prosesini  həyata  keçirən  orqanlar 

üçün tövsiyə xarakteri daşıyır. 

10.5.  Qanunun  bu  maddəsində  göstərilən  tələblərin  pozulması  ilə  aparılan 

prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. 




M a d d ə   1 1 .   H ə r   k ə s i n   q a n u n   v ə   m ə h k ə m ə   q a r ş ı s ı n d a  

h ü q u q   b ə r a b ə r l i y i

 

11.1. Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə 



qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. 

11.2.  Cinayət  prosesini  həyata  keçirən  orqanlar  cinayət  prosesində  iştirak  edən 

şəxslərdən  hər  hansı  birinə  vətəndaşlıq,  sosial,  cinsi,  irqi,  milli,  siyasi  və  dini 

mənsubiyyətindən, 

dilindən, 

mənşəyindən, 

əmlak 

vəziyyətindən, 



qulluq 

mövqeyindən,  əqidəsindən,  yaşayış  yerindən  və  olduğu  yerdən  asılı  olmayaraq  və 

qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir. 

11.3.  Azərbaycan  Respublikasının  Prezidenti,  Azərbaycan  Respublikası  Milli 

Məclisinin  deputatları;  Azərbaycan  Respublikasının  Baş  naziri,  Azərbaycan 

Respublikasının  İnsan  hüquqları  üzrə  müvəkkili  (ombudsman)  ,  Məhkəmə-Hüquq 

Şurasının  üzvləri  və  Azərbaycan  Respublikasının  hakimləri  barəsində  cinayət 

təqibinin  xüsusiyyətləri  Azərbaycan  Respublikasının  Konstitusiyası,  bu  Məcəllə  və 

Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir. 

iii[3]


 

M a d d ə   1 2 .   K o n s t i t u s i y a   i l ə   t ə s b i t   e d i l m i ş   i n s a n   v ə  

v ə t ə n d a ş   h ü q u q   v ə   a z a d l ı q l a r ı n ı n   t ə m i n   o l u n m a s ı

 

12.1.  Cinayət  prosesini  həyata  keçirən  orqanlar  cinayət  prosesində  iştirak  edən 



bütün  şəxslərin  Konstitusiya  ilə  təsbit  edilmiş  insan  və  vətəndaş  hüquq  və 

azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 

12.2.  Cinayətin  əlamətləri  olan  əməldən  zərər  çəkmiş  şəxsin  bu  Məcəllədə 

nəzərdə  tutulmuş  qaydada  cinayət  təqibinin  başlanılmasını  tələb  etməyə,  onun 

həyata  keçirilməsində  zərər  çəkmiş  şəxs  və  ya  xüsusi  ittihamçı  qismində  iştirak 

etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa 

hüququ vardır. 

12.3.  Cinayət  prosesi  gedişində  hər  kəsin  özünün  Konstitusiya  ilə  təsbit  edilmiş 

hüquq  və  azadlıqlarını  qanunla  qadağan  edilməyən  bütün  üsul  və  vasitələrlə 

müdafiə etməyə hüququ vardır. 

12.4. Prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar şəxsin Konstitusiya 

ilə  təsbit  olunmuş  hüquq  və  azadlıqlarının  müvəqqəti  məhdudlaşdırılması  barədə 

qərar  yalnız  zərurət  olduqda  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  hallarda  və  qaydada 

qəbul edilə bilər. 

12.5.  Cinayət  təqibi  gedişində  insanların  həyat  və  səhhətinə  və  ya  ətraf  mühitə 

təhlükə yaradan üsul və vasitələrdən istifadə etmək qadağandır. 

12.6.  Cinayət  prosesini  həyata  keçirən  orqanlar  insanların  həyat  və  səhhətinə, 

ətraf mühitə təhlükə yaradan halları gizlətməyə haqlı deyillər. 

M a d d ə   1 3 .   Ş ə x s i n   ş ə r ə f   v ə   l ə y a q ə t i n ə   h ö r m ə t   e d i l m ə s i

 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə