Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə8/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   4   5   6   7   8   9   10   11   ...   190

24.2. Bu Məcəllənin 24.1-ci maddəsində göstərilən hüququn təmin edilməsi üçün 

birinci  instansiya  məhkəməsi  cinayət  işləri  üzrə  ədalət  mühakiməsinin  həyata 

keçirilməsinə  andlı  iclasçılar  qismində  Azərbaycan  Respublikasının  vətəndaşlarını 

cəlb etməlidir. 

M a d d ə  

2 5 .  


H a k i m l ə r i n  

v ə  


a n d l ı  

i c l a s ç ı l a r ı n  

m ü s t ə q i l l i y i

 

25.1.  Hakimlər  və  andlı  iclasçılar  müstəqildirlər  və  yalnız  Azərbaycan 



Respublikası qanunlarının tələblərinə tabedirlər. 

25.2.  Hakimlər  və  andlı  iclasçılar  cinayət  prosesini  həyata  keçirən  orqanların 

ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. 

25.3.  Hakimlər  və  andlı  iclasçılar  cinayət  işlərini  və  ya  cinayət  təqibi  ilə  bağlı 

digər  materialları  məhkəmə  iclasında  cinayət  prosesi  tərəflərinin  təqdim  etdikləri 

sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. 

25.4. Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsini hakimlərin 

və andlı iclasçıların müstəqilliyinə və iradəsinə qanunsuz təsiri istisna edən şəraitdə 

həyata keçirirlər. 

25.5.  Heç  kəsin  ədalət  mühakiməsinin  həyata  keçirilməsinə  müdaxilə  etməyə, 

hakimlərdən,  andlı  iclasçılardan  onların  baxdığı,  yaxud  icraatlarında  olan  cinayət 

işləri  və  ya  cinayət  təqibi  ilə  bağlı  digər  materialların  mahiyyəti  üzrə  izahat  tələb 

etməyə hüququ yoxdur. 

25.6. Hər hansı şəxs tərəfindən hər hansı səbəbdən ədalət mühakiməsinin həyata 

keçirilməsinin  birbaşa  və  ya  dolayı  yolla  məhdudlaşdırılması,  ona  qanunsuz  təsir, 

hədə-qorxu,  müdaxilə  edilməsi,  hörmətsizlik  göstərilməsi,  məhkəməyə  qarşı  açıq-

aşkar  etinasız  hərəkətlər  edilməsi  yolverilməzdir  və  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 

M a d d ə   2 6 .   C i n a y ə t   m ü h a k i m ə   i c r a a t ı n ı n   a p a r ı l d ı ğ ı   d i l

 

26.1.  Azərbaycan  Respublikası  məhkəmələrində  cinayət  mühakimə  icraatı 



Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq 

təşkil edən hissəsinin dilində aparılır. 

26.2.  Cinayət  prosesini  həyata  keçirən  orqan  cinayət  mühakimə  icraatının 

aparıldığı dili  bilməyən cinayət prosesi  iştirakçılarının aşağıdakı hüquqlarını təmin 

etməlidir: 

26.2.1.  cinayət  prosesi  iştirakçılarına  öz  ana  dilindən  istifadə  etmək  hüququnu 

izah etmək: 

26.2.2.  ibtidai  araşdırma  və  məhkəmə  baxışı  zamanı  tərcüməçinin  köməyindən 

pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət 

təqibi  ilə  bağlı  digər  materiallarla  tam  tanış  olmaq,  məhkəmədə  ana  dilində  çıxış 

etmək; 



26.3.  Cinayət  mühakimə  icraatının  aparıldığı  dili  bilməyən  cinayət  prosesi 

iştirakçılarının  bu  Məcəllənin  26.2.2-ci  maddəsində  göstərilən  hüquqlarının  təmin 

olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. 

26.4.  Cinayət  prosesini  həyata  keçirən  orqan  təqdim  edilməli  sənədləri  müvafiq 

şəxslərə  cinayət  mühakimə  icraatının  aparıldığı  dildə  təqdim  edir.  Cinayət 

mühakimə  icraatının  aparıldığı  dili  bilməyən  müvafiq  şəxslərə  təqdim  edilməli 

sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. 

vi[6]


 

M a d d ə   2 7 .   C i n a y ə t   m ü h a k i m ə   i c r a a t ı n ı n   a ş k a r l ı ğ ı

 

27.1.  Bu  Məcəllədə  nəzərdə  tutulmuş  dövlət,  peşə  və  kommersiya  sirlərinin, 



habelə  vətəndaşların  şəxsi  və  ailə  sirlərinin  qorunması  halları  istisna  olmaqla, 

Azərbaycan  Respublikasında  cinayət  işləri  və  cinayət  təqibi  ilə  bağlı  digər 

materiallar üzrə ədalət mühakiməsi bütün məhkəmələrdə açıq aparılır. 

27.2.  Bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla  Azərbaycan 

Respublikasının  məhkəmələrində  cinayət  işləri  və  cinayət  təqibi  ilə  bağlı  digər 

materiallar üzrə ədalət mühakiməsinin qiyabi aparılmasına yol verilmir. 

27.3. Bütün hallarda cinayət mühakimə icraatı zamanı qəbul olunmuş məhkəmə 

qərarları açıq elan olunur. 

M a d d ə   2 8 .   C i n a y ə t   m ü h a k i m ə   i c r a a t ı n ı n   o b y e k t i v l i y i ,  

q ə r ə z s i z l i y i   v ə   ə d a l ə t l i l i y i

 

28.1.  Məhkəmələr  cinayət  işlərinə  və  cinayət  təqibi  ilə  bağlı  digər  materiallara 



məhkəmə  iclaslarında  yalnız  bu  Məcəlləyə  müvafiq  surətdə  müəyyən  edilmiş 

hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. 

28.2.  Hakimlər  cinayət  mühakimə  icraatını  həyata  keçirərkən  qanunun 

mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. 

28.3.  Hakim  və  ya  andlı  iclasçı  şəxsən  cinayət  prosesinin  nəticəsi  ilə  birbaşa, 

yaxud  dolayı  yolla  maraqlıdırsa,  cinayət  işi  və  ya  cinayət  təqibi  ilə  bağlı  digər 

material üzrə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edə bilməz. 

28.4.  Cinayət  mühakimə  icraatını  həyata  keçirərkən  məhkəmələr  aşağıdakı 

vəzifələri yerinə yetirməlidirlər: 

28.4.1.  cinayət  prosesində  tərəflərə  cinayət  təqibi  ilə  əlaqədar  bütün  halların 

hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək; 

28.4.2.  şübhəli  və  ya  təqsirləndirilən  şəxsi  həm  ifşa  edən,  həm  də  ona  bəraət 

verən  halları,  habelə  məsuliyyəti  yüngülləşdirən  və  ağırlaşdıran  halları  nəzərə 

almaq; 


28.4.3.  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  təqsirsizliyi,  yaxud  az  təqsirliliyi 

barədə,  habelə  ona  bəraət  verən  və  ya  məsuliyyətini  yüngülləşdirən  hallar  üzrə 

sübutların  olması  barədə  özü,  yaxud  müdafiəçisi  tərəfindən  irəli  sürülən  ərizə  və 

vəsatətlərə baxmaq; 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə