Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə12/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   8   9   10   11   12   13   14   15   ...   190

42.2.4.  bu  Məcəllənin  42.1.4-cü  maddəsində  nəzərdə  tutulmuş  əsaslara  görə 

şəxsin  təqsirliliyini  təsdiq  edən  kifayət  qədər  sübutlar  toplanılmadıqda  və  ya 

toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. 

M a d d ə   4 3 .   M ə h k ə m ə   b a x ı ş ı   g e d i ş i n d ə   c i n a y ə t   t ə q i b i n ə  

x i t a m   v e r i l m ə s i n i n   ə s a s l a r ı

 

43.1.  Məhkəmə  baxışı  gedişində  təqsirləndirilən  şəxsə  qarşı  cinayət  təqibinə 



xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 

43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 

KM

 

43.1.2.  Bu  Məcəllənin  39.1.4,  39.1.6—39.1.11-ci  maddələrində  nəzərdə  tutulmuş 



hallar olduqda. 

43.2.  Xüsusi  ittihamçının  üzrlü  səbəb  olmadan  məhkəmə  iclasına  təkrarən 

gəlməməsi  və  ya  gəlməməsinə  üzrlü  səbəb  olduğu  barədə  məhkəməyə  məlumat 

verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər 

tutulur. 

43.3.  Məhkəmə  baxışının  gedişində  təqsirləndirilən  şəxsə  qarşı  cinayət  təqibinə, 

həmçinin  bu  Məcəllənin  39.1.3,  39.1.5,  39.1.12  və  40.2-ci  maddələrində  nəzərdə 

tutulmuş  hallarda  müdafiə  tərəfinin  razılığı  ilə  xitam  verilməsi  barədə  məhkəmə 

qərar çıxarmağa haqlıdır. 

43.4. Məhkəmə baxışının gedişində dövlət ittihamçısının bu Məcəllənin 39.1.2 və 

39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibindən imtina etməsi ilə 

əlaqədar  məhkəmənin  qərarına  əsasən  cinayət  təqibinə  xitam  verilərkən  cinayət 

törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, qərar qanuni qüvvəyə mindikdən sonra 

bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi 

məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya 

məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallarını  ibtidai  araşdırmaya 

prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 

xi[11]


 

M a d d ə   4 4 .   M ə h k u m   e t m ə n i n   ə s a s l a r ı

 

44.1.  Məhkəmə  baxışı  gedişində  tədqiq  olunmuş  sübutların  məcmusuna  əsasən 



təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü 

çıxarır. 

44.2.  Bəraət  hökmü  və  ya  cinayət  təqibinə  xitam  verilməsi  barədə  qərar 

çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən 

əsaslar  mövcud  olmadıqda,  məhkəmə  aşağıdakılara  riayət  edərək  ittiham  hökmü 

çıxarır: 

44.2.1.  bu  Məcəllənin  39.1.3-cü  maddəsində  nəzərdə  tutulmuş  halda  — 

təqsirləndirilən şəxsə cəza təyin etməməklə; 

44.2.2.  bu  Məcəllənin  39.1.12-ci  maddəsində  nəzərdə  tutulmuş  halda  — 

təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə; 




44.2.3.  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  müddəalarına  əsasən 

cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına 

gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə; 

44.2.4. bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda 

— təqsirləndirilən şəxsə cəza təyin etməklə. 

I V   f ə s i l    

CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI 

M a d d ə   4 5 .   C i n a y ə t   t ə q i b i   ü z r ə   i c r a a t ı n   a p a r ı l m a s ı n ı n  

m ə c b u r i l i y i

 

45.1. Cinayət təqibi həyata keçirilərkən onun gedişini və nəticələrini əks etdirən 



icraat aparılmalıdır. 

45.2.  Cinayət  təqibi  üzrə  icraat  cinayət  işi  üzrə  materiallarda,  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  materialında  və  ya  xüsusi  ittiham  qaydasında  şikayətin 

materialında əks olunur. 

45.3.  İctimai  və  ya  ictimai-xüsusi  ittiham  qaydasında  cinayət  təqibi  üzrə  icraat 

cinayət  işi  başlandığı  andan  müvafiq  olaraq  təhqiqatçı,  müstəntiq  və  ya  prokuror 

tərəfindən açılır. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətə dair şikayət üzrə 

təhqiqatçı cinayət işi başlamadan sadələşdirilmiş icraat aça bilər. 

45.4.  Xüsusi  ittiham  qaydasında  cinayət  təqibi  üzrə  icraat  xüsusi  ittiham 

qaydasında  şikayəti  öz  icraatına  qəbul  etmiş  məhkəmə  tərəfindən  müvafiq  qərar 

qəbul etdiyi andan açılır. 

45.5.  Cinayət  təqibi  üzrə  icraata  cinayət  təqibini  istisna  edən  hallara,  cinayət 

təqibinin  həyata  keçirilməməsinə  imkan  verən  hallara,  habelə  cinayət  təqibinin 

həyata  keçirilməsinə  mane  olan  hallara  görə  cinayət  prosesini  həyata  keçirən 

orqanın qərarı ilə xitam verilə bilər. 

M a d d ə   4 6 .   C i n a y ə t   i ş i n i n   b a ş l a n m a s ı   i l ə   b a ğ l ı   c i n a y ə t  

t ə q i b i   ü z r ə   i c r a a t ı n   a ç ı l m a s ı n ı n   x ü s u s i y y ə t l ə r i

 

46.1.  İctimai  ittiham  və  ictimai-xüsusi  ittiham  qaydasında  cinayət  təqibi  üzrə 



cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır. 

46.2.  Cinayət  işinin  başlanması  üçün  səbəb  kimi  törədilmiş  və  ya  hazırlanan 

cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) 

və  ya  kütləvi  informasiya  vasitəsinin  məlumatları,  yaxud  bu  məlumatların 

təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. 

46.3.  Cinayət  işinin  başlanması  üçün  əsas  cinayətin  əlamətlərinə  işarə  edən 

kifayət  qədər  dəlillərin  olmasıdır.  Cinayətin  əlamətlərini  əks  etdirən  əməlin 

törədilməsini  və  cinayət  təqibini  istisna  edən  halların  olmadığını  güman  etməyə 

əsaslar  mövcuddursa,  öz  səlahiyyətləri  daxilində  fəaliyyət  göstərən  təhqiqatçı, 

müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə