Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə11/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   7   8   9   10   11   12   13   14   ...   190

39.1.10.  şəxs  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməli  anlaqsız  vəziyyətdə 

törətdikdə  (bu  şəxslərə  qarşı  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi 

halları istisna olunmaqla); 

39.1.11.  cinayət  qanunu  müddəalarının  qüvvəsinə  görə  şəxsin  cinayət 

məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda; 

39.1.12.  amnistiya  aktına  əsasən  şəxs  cinayət  məsuliyyətindən  azad  edilməli 

olduqda. 

39.2.  Hər  hansı  şəxs  barəsində  başlanılmış  cinayət  təqibinə  həmçinin  onun 

cinayət  törədilməsinə  aidiyyəti  olmadıqda  və  ya  təqsirliliyi  sübuta  yetirilmədikdə 

xitam verilir. 

39.3.  Bu  Məcəllənin  39.1.1,  39.1.2  və  39.2-ci  maddələrində  nəzərdə  tutulmuş 

hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 

M a d d ə   4 0 .   C i n a y ə t   t ə q i b i n i n   h ə y a t a   k e ç i r i l m ə m ə s i n ə  

i m k a n   v e r ə n   h a l l a r

 

40.1.  Cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  cinayət  məsuliyyətindən  və  cəzadan 



azad  etmə  hallarının  mövcudluğu  cinayət  təqibinin  həyata  keçirilməməsinə  imkan 

verir. 


40.2.  Şəxsin  cinayət  məsuliyyətindən  azad  edilməsi  üçün  Azərbaycan 

Respublikası  Cinayət  Məcəlləsinin  72-74-cü  maddələrində  nəzərdə  tutulmuş 

aşağıdakı  hallarda  təhqiqatçının  və  müstəntiqin  prokurorla  razılaşdırılmış  qərarına 

əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər: 

viii[8]

 

40.2.1. səmimi peşmanlıq çəkdikdə; 



40.2.2. zərər çəkmiş şəxslə barışdıqda; 

40.2.3. şərait dəyişdikdə; 

40.2.4. (çıxarılıb) 

ix[9]


 

M a d d ə   4 1 .   C i n a y ə t   t ə q i b i n ə   x i t a m   v e r i l m ə s i   q a y d a s ı

 

41.1.  Təhqiqatçı,  müstəntiq  və  ya  prokuror  cinayət  təqibi  üzrə  icraatın 



məhkəməyədək hər hansı mərhələsində bu Məcəllənin 39-cu maddəsində göstərilən 

halları aşkar edərsə, cinayət təqibinə xitam verilməsi barədə (o cümlədən cinayət işi 

üzrə icraata xitam verilməsi barədə) qərar çıxarır. 

41.2.  Təhqiqatçı,  müstəntiq  və  ya  prokuror  bəraətverici  əsaslar  olmadıqda 

təqsirləndirilən  (şübhəli)  şəxsin  razılığı  olmadan  cinayət  təqibinə  xitam  verilməsi 

barədə  qərar  çıxara  bilməz.  Belə  halda  cinayət  təqibi  üzrə  icraat  bu  Məcəllə  ilə 

müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının 

çıxarılması ilə başa çatdırılır. 

41.3.  Dövlət  ittihamçısı  məhkəmədə  cinayət  təqibini  istisna  edən  halları  aşkar 

edərsə,  təqsirləndirilən  şəxs  barəsində  cinayət  təqibindən  imtina  edilməsini 

bildirməlidir.  Xüsusi  ittihamçı  ittihamı  müdafiə  etməkdə  davam  edərsə, 



təqsirləndirilən  şəxsin  cinayət  təqibindən  imtina  edilməsi  barədə  dövlət 

ittihamçısının  mövqeyi  cinayət  işinə  və  ya  cinayət  təqibi  ilə  bağlı  digər  materiala 

məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. 

41.4.  Məhkəmə  baxışı  başlananadək  məhkəmə  cinayət  təqibini  istisna  edən 

halları  aşkar  edərsə,  təqsirləndirilən  şəxs  haqqında  cinayət  təqibindən  imtina 

edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. 

41.5. Məhkəmə baxışı  başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən 

halları  aşkar  edərsə,  məhkəmə  baxışını  başa  çatdırır  və  bəraət  hökmü  çıxarır. 

Cinayət  işinə  andlılar  məhkəməsində  baxılarkən  göstərilən  hallar  aşkar  edilərsə, 

şəxsin təqsirli olub-olmaması məsələsi andlı iclasçılar tərəfindən həll edilir. 

41.6.  Dövlət  ittihamçısı  bu  Məcəllənin  40-cı  maddəsində  göstərilən  cinayət 

təqibinin  həyata  keçirilməməsinə  imkan  verən  halları  məhkəmədə  aşkar  edərsə, 

təqsirləndirilən  şəxsin  barəsində  cinayət  təqibindən  imtina  edilməsini  bildirməyə 

haqlıdır.  Dövlət  ittihamçısının  cinayət  təqibindən  imtina  etməsi  barədə  mövqeyi 

xüsusi  ittihamçının  təqsirləndirilən  şəxsin  barəsində  cinayət  təqibini  davam 

etdirməsinə mane olmur. 

41.7. Xüsusi  ittiham qaydasında cinayət təqibindən  imtina edilməsi yalnız zərər 

çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə 

icraata məhkəmə tərəfindən xitam verilməlidir. 

x[10]


 

M a d d ə   4 2 .   B ə r a ə t i n   ə s a s l a r ı

 

42.1.  Məhkəmə  baxışı  nəticəsində  təqsirləndirilən  şəxsə  qarşı  irəli  sürülmüş 



cinayətin  törədilməsində  onun  təqsirsizliyini  təsdiq  edən  bəraət  hökmü  aşağıdakı 

hallarda çıxarılır: 

42.1.1. cinayət hadisəsi olmadıqda; 

42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 

42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 

42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 

42.1.5. andlı iclasçılar kollegiyası şəxsin təqsirsizliyi barədə verdikt çıxardıqda. 

42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 

42.2.1.  bu  Məcəllənin  42.1.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslara  görə 

hadisənin  baş  verməməsi  sübut  olunduqda  və  ya  baş  vermiş  hadisədə  cinayət 

hadisəsi sübut olunmadıqda; 

42.2.2.  bu  Məcəllənin  42.1.2-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslara  görə 

təqsirləndirilən  şəxsin  əməlində  cinayət  tərkibi  olmadıqda  və  ya  əməlin  cinayət 

olmasını aradan qaldıran hallar mövcud olduqda; 

42.2.3.  bu  Məcəllənin  42.1.3-cü  maddəsində  nəzərdə  tutulmuş  əsaslara  görə 

şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə 

və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə