Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə3/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   2   3   4   5   6   7   8   9   ...   190

4.2.  Cinayət  prosesi  iştirakçılarının  hüquqlarını  məhdudlaşdıran  Azərbaycan 

Respublikası  cinayət-prosessual  qanunvericiliyi  müddəalarının  geriyə  qüvvəsi 

yoxdur. 

4.3. Ədalət mühakiməsi həyata keçirilərkən sübutların mümkünlüyü həmin anda 

qüvvədə  olan  Azərbaycan  Respublikası  cinayət-prosessual  qanunvericiliyinin 

müddəalarına  uyğun  olmalıdır.  Azərbaycan  Respublikası  cinayət-prosessual 

qanunvericiliyinin  yeni  qəbul  edilmiş  müddəası  sübutların  mümkünlüyü  şərtlərini 

əhəmiyyətli  dərəcədə  dəyişirsə,  yeni  müddəalara  uyğun  gəlməyən  sübutlar 

ittihamın əsasını təşkil edə bilməz. 

M a d d ə   5 .   C i n a y ə t - p r o s e s s u a l   q a n u n v e r i c i l i y i n   x a r i c i  

v ə t ə n d a ş l a r   v ə   v ə t ə n d a ş l ı ğ ı   o l m a y a n   ş ə x s l ə r   b a r ə s i n d ə  

q ü v v ə s i

 

5.1. Cinayətin törədilməsində şübhə və ya ittiham olunan xarici vətəndaşlar və ya 



vətəndaşlığı  olmayan  şəxslər  haqqında  cinayət-prosessual  fəaliyyət  Azərbaycan 

Respublikası  cinayət-prosessual  qanunvericiliyinin  müddəalarına  uyğun  həyata 

keçirilir. 

5.2.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə 

müəyyən  edilmiş  diplomatik,  habelə  digər  imtiyaz  və  toxunulmazlıqlara  malik 

şəxslər  haqqında  və  ya  onların  iştirakı  ilə  həyata  keçirilən  cinayət-prosessual 

fəaliyyətin  xüsusiyyətləri  bu  Məcəllənin  436—441-ci  maddələrinin  müddəaları  ilə 

müəyyən olunur. 

M a d d ə  

6 .  


C i n a y ə t - p r o s e s s u a l  

q a n u n v e r i c i l i y i n  

t ə l ə b l ə r i n ə   ə m ə l   e d i l m ə s i

 

6.1.  Azərbaycan  Respublikası  cinayət-prosessual  qanunvericiliyinin  müddəaları 



Azərbaycan  Respublikasının  ərazisində  olan  bütün  fiziki  və  hüquqi  şəxslər  üçün 

məcburidir. 

6.2.  Azərbaycan  Respublikası  cinayət-prosessual  qanunvericiliyinin  tələblərinə 

əməl edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş 

hallarda məsuliyyətə səbəb olur. 

M a d d ə   7 .   C i n a y ə t - p r o s e s s u a l   q a n u n v e r i c i l i y i n   ə s a s  

a n l a y ı ş l a r ı

 

7.0. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində aşağıdakı 



əsas anlayışlardan istifadə olunur: 

7.0.1. cinayət hadisəsi — cinayətin əlamətlərini özündə əks etdirən hadisədir; 

7.0.2.  ərizəçi  —  özünün  həqiqi  və  ya  ehtimal  olunan  hüquqlarının  müdafiəsi 

üçün  cinayət  prosesini  həyata  keçirən  orqanlara  və  ya  məhkəməyə  müraciət  edən 

şəxsdir; 



7.0.3.  cinayət  prosesi  —  cinayət  təqibi  üzrə  həyata  keçirilən  prosessual 

hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusudur; 

7.0.4. cinayət təqibi — cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə 

nəzərdə  tutulmuş  əməli  törətmiş  şəxsin  ifşa  olunması,  ittiham  irəli  sürülməsi,  bu 

ittihamın  məhkəmədə  müdafiə  edilməsi,  ona  cəza  təyin  edilməsi,  zəruri  olduqda 

prosessual  məcburiyyət  tədbirlərinin  təmin  edilməsi  məqsədi  ilə  həyata  keçirilən 

cinayət-prosessual fəaliyyətdir; 

7.0.5.  cinayət  prosesini  həyata  keçirən  orqanlar  —  icraatında  cinayət  işi  və  ya 

cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları 

və ya məhkəmələrdir; 

7.0.6. cinayət işi — törədilən və ya törədilməsi ehtimal edilən cinayətlə əlaqədar 

cinayət təqibinin həyata keçirilməsi zamanı toplanmış materialların məcmusudur; 

7.0.7.  cinayət  təqibi  ilə  bağlı  digər  materiallar  —  məhkəməyədək 

sadələşdirilmiş  icraat  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  və  ya  xüsusi  icraat 

üzrə cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar toplanmış materiallardır; 

7.0.8.  cinayət  mühakimə  icraatı  —  bu  Məcəllədə  nəzərdə  tutulmuş  qaydada 

məhkəməyədək, 

habelə 


birinci, 

apellyasiya 

və 

kassasiya 



instansiyası 

məhkəmələrində aparılan icraatdır; 

7.0.9. məhkəmə — Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 

ədalət  mühakiməsini  həyata  keçirmək  məqsədi  ilə  yaradılan,  bu  Məcəllə  ilə 

müəyyən  edilmiş  qaydada  birinci,  apellyasiya  və  kassasiya  instansiyası  qismində 

cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara baxan məhkəmədir; 

7.0.10.  birinci  instansiya  məhkəməsi  —  bu  Məcəllə  ilə  müəyyən  edilmiş 

qaydada və hallarda hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxmaq və həmin 

ittihamın  mahiyyəti  üzrə  hökm  və  ya  digər  yekun  qərarı  çıxarmaq  səlahiyyətinə 

malik olan məhkəmədir; 

7.0.11.  apellyasiya  instansiyası  məhkəməsi  —  bu  Məcəllə  ilə  müəyyən  edilmiş 

qaydada  və  hallarda  birinci  instansiya  məhkəməsinin  qanuni  qüvvəyə  minməmiş 

hökmündən  və  ya  digər  qərarından  verilmiş  şikayət  və  ya  protestlərə  baxmaq 

səlahiyyətinə malik olan məhkəmədir; 

7.0.12.  kassasiya  instansiyası  məhkəməsi  —  bu  Məcəllə  ilə  müəyyən  edilmiş 

qaydada  və  hallarda  birinci  instansiya  məhkəməsinin  andlı  iclasçıların  iştirakı  ilə 

çıxarılmış  və  ya  apellyasiya  instansiyası  məhkəməsinin  qanuni  qüvvəyə  minmiş 

hökmündən  və  ya  digər  qərarından  verilmiş  şikayət,  protest,  yaxud  təqdimatlara 

baxmaq səlahiyyətinə malik olan məhkəmədir; 

7.0.13.  hakim  —  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 

edilmiş  qaydada  həmin  vəzifəyə  təyin  edilmiş  şəxsdir  (məhkəmənin  sədri,  onun 

müavini,  kollegiya  sədri  və  ya  birinci,  apellyasiya,  yaxud  kassasiya  instansiyası 

məhkəməsinin hakimi); 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə