Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə14/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   10   11   12   13   14   15   16   17   ...   190

49.4.2. cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair 

ittihamlar üzrə; 

49.4.3. cinayət təqibi bir əmələ görə xüsusi ittiham qaydasında, digəri ictimai və 

ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən ittihamlar üzrə; 

49.4.4.  birgə  baxılması  obyektiv  araşdırılmasına  mane  ola  bilən  digər  bütün 

ittihamlar üzrə. 

49.5.  Cinayət  işi  üzrə  icraatın  birləşdirilməsi  müstəntiqin  və  ya  prokurorun 

qərarı,  xüsusi  ittiham  qaydasında  icraat  isə  məhkəmənin  qərarı  əsasında  həyata 

keçirilə bilər. 

M a d d ə   5 0 .   C i n a y ə t   t ə q i b i   ü z r ə   i c r a a t ı n   a y r ı l m a s ı

 

50.1. Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında 



baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan 

bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir. 

50.2.  Cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməlin  törədilməsində  iştirak  etmiş, 

cinayət  məsuliyyətinə  cəlb  etməyə  imkan  verən  yaş  həddinə  çatmayan  şəxs  digər 

şəxslərlə  birlikdə  cinayət  təqibinə  məruz  qalarsa,  onun  barəsindəki  icraat  ibtidai 

araşdırma zamanı mümkün qədər ayrıca icraata ayrılmalıdır. 

50.3.  Cinayət  təqibi  üzrə  icraatın  ayrılması  müstəntiqin,  prokurorun  və  ya 

məhkəmənin qərarı ilə həyata keçirilir. 

M a d d ə   5 1 .   C i n a y ə t   t ə q i b i   ü z r ə   a p a r ı l a n   p r o s e s s u a l  

h ə r ə k ə t l ə r i n  

g e d i ş i n i n  

v ə  


n ə t i c ə l ə r i n i n  

p r o t o k o l l a ş d ı r ı l m a s ı n ı n   m ə c b u r i l i y i

 

51.1.  Cinayət  təqibi  üzrə  aparılan  prosessual  hərəkətlərin  gedişi  və  nəticələri 



protokol  və  digər  yazılı  sənədlərdə,  habelə  tərkib  hissəsi  kimi  onlara  əlavə  olunan 

fotoqrafik 

neqativlərdə, 

fotoşəkillərdə, 

diapozitivlərdə, 

audio 


yazılarda, 

fonoqramlarda,  video  və  kino  çəkiliş  lentlərində,  planlarda,  sxemlərdə,  izlərin 

surətlərində  və  basmalarda,  rəsmlərdə,  elektron  və  digər  məlumat  daşıyıcılarında 

əks olunmalıdır. 

51.2.  Cinayət  təqibi  üzrə  aparılan  prosessual  hərəkətlərin  gedişinin  və 

nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən 

orqan  tərəfindən  təmin  edilməlidir.  Cinayət  təqibi  üzrə  prosessual  hərəkətin 

aparılması  haqqında  protokol  bu  hərəkətin  gedişi  zamanı  və  ya  qurtardıqdan 

bilavasitə  sonra  həmin  hərəkəti  aparan  təhqiqatçı,  müstəntiq,  prokuror və ya  digər 

müvəkkil edilmiş şəxs tərəfindən tərtib edilir. 

51.3.  Cinayət  təqibi  üzrə  aparılan  prosessual  hərəkətlərin  protokolu  əllə  tərtib 

edilə,  çap  oluna,  protokollaşdırılması  üçün  digər  texniki  vasitələrdən,  o  cümlədən 

elektron  texnikasından  istifadə  edilə  bilər.  Protokolda  doldurulmamış  sətirlər  və 

səhifələr pozulmalı, ona əlavələr, pozmalar və düzəlişlər xüsusi qeyd olunmalıdır. 




51.4. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini 

protokollaşdıran  sənədlər  elə  tərtib  olunmalıdır  ki,  onların  məzmunu  bilavasitə  və 

ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün. 

51.5.  Məhkəmə  icraatı  halları  istisna  edilməklə,  prosessual  hərəkətin  aparılması 

haqqında  protokol  onu  tərtib  etmiş  şəxs  tərəfindən  imzalanır.  Bundan  sonra 

protokol  prosessual  hərəkətin  aparılmasında  iştirak  etmiş  bütün  şəxslərə  oxunur, 

onlara  protokola  daxil  edilməli  olan  qeydlər  etmək  hüququ  və  protokolu  olduğu 

kimi  və  ya  qeydlərlə  birlikdə  imzalamaq  vəzifəsi  izah  olunur.  Əgər  bu  şəxslərdən 

hər hansı biri fiziki qüsurlar və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq 

imkanından  məhrumdursa,  onun  əvəzinə  protokolu  müdafiəçisi,  qanuni 

nümayəndəsi  və  ya  nümayəndəsi  imzalayır.  Prosessual  hərəkətin  aparılmasında 

iştirak  etmiş  şəxs  protokolu  imzalamaqdan  imtina  edirsə,  bu  barədə  protokolda 

müvafiq qeyd aparılır. 

51.6.  Prosessual  hərəkətin  aparılması  zamanı  texniki  vasitələrdən  istifadə 

olunmaqla  audio  və  başqa  yazılar,  foto,  video,  kino  və  digər  çəkilişlər  həyata 

keçirilirsə,  prosessual  hərəkəti  aparan  şəxs  hərəkəti  başlamazdan  əvvəl  bütün 

iştirakçıları  bu  barədə  xəbərdar  edir.  Texniki  vasitələrdən  istifadə  olunması 

prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş 

isə  möhürlənir  və  müvafiq  protokolun  əlavəsi  kimi  cinayət  təqibi  üzrə  icraatın 

materialları ilə birlikdə saxlanılır. Prosessual hərəkətin gedişinə dair audio və başqa 

yazılar, foto, video, kino və ya digər çəkilişlər başqa prosessual hərəkətin aparılması 

zamanı dinlənildikdə və ya baxıldıqda, bu barədə qeyd axırıncı prosessual hərəkətin 

aparılması haqqında protokolda göstərilməlidir. 

51.7. Məhkəmə iclasının protokolu məhkəmə iclasında sədrlik edən və məhkəmə 

iclasının  katibi  tərəfindən  məhkəmə  iclası  qurtardıqdan  sonra  3  (üç)  gün 

müddətində  imzalanır.  Bundan  sonra  məhkəmə  tərəfindən  onunla  tanış  olmaq 

hüququ  olan  şəxslərə  3  (üç)  gün  müddətində  protokolla  tanış  olmaq  imkanı 

yaradılır.  Həmin  şəxslər  protokola  dair  yazılı  qeydlərini  verdiyi  halda,  məhkəmə 

iclasında  sədrlik  edən  qeydlərə  baxaraq  onlarla  razılaşdıqda  öz  imzası  ilə  qeydləri 

təsdiq edir, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir. Protokola edilən 

qeydlərlə  razılaşıb-razılaşmamasından  asılı  olmayaraq,  həmin  qeydlərin  özü  və 

onlara dair qərar məhkəmənin iclas protokoluna əlavə edilməlidir. 

M a d d ə   5 2 .   C i n a y ə t   t ə q i b i   ü z r ə   i c r a a t ı n   m a t e r i a l l a r ı

 

52.1.  Sübutlar  qismində  əlavə  olunmuş  sənədlər,  bu  Məcəllənin  51.1-ci 



maddəsində  nəzərdə  tutulmuş  sənədlər,  habelə  cinayət  prosesini  həyata  keçirən 

orqanlar  tərəfindən  qəbul  olunmuş  qərarlar  və  cinayət  prosesi  tərəflərinin  yazılı 

müraciətləri  müvafiq  olaraq  cinayət  işinin,  məhkəməyədək  sadələşdirilmiş  icraatın 

və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarında saxlanılır. 

52.2. Hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş 

icraatın  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  icraatın  materialına  əlavə 

olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə