|
Microsoft Word Avtomobil muhaziraAvtomobil mühərriklərinin konstruksiyası haqqında ümumi məlumatAvtomobillerin konstruksiyasi-Kerimov Z-Low resolAvtomobil mühərriklərinin konstruksiyası haqqında ümumi məlumat.
Dirsәk-şatun mexanizminin
vәzifәsi porşenin silindrdә irәli – geri hәrәkәtini
dirsәkli valın fırlanma hәrәkәtinә çevirmәkdir. Әvvәldә bir silindrli mühәrrikin
işinә baxılmışdı. Bu orada baş verәn proseslәrin qavranılması üçün lazım idi. Lakin
әksәr yüngül minik avtomobillәrindә dörd silindrli mühәrriklәr yerlәşdirilir.
Әlbәttә ki, başqa saylı da silindrlәri olan variantlar da mövcuddur (ikidәn on ikiyә
qәdәr). Lakin bu kitabda biz sizinlә mәhz dörd silindrli mühәrriklә tanışlıqla
kifayәtlәnәcәyik, belә ki mәhz o әn geniş yayılmış mühәrrikdir. Mühәrrikdә
silindrlәrin yerlәşmә sxemlәri müxtәlif şәkildә ola bilәr (şәkil 12)
Şәkil 12. Müxtәlif tәrtibatlı mühәrriklәrdә silindrlәrin yerlәşmә sxemlәri: a – cәrgәli dörd
silindrli; b – V-şәkilli altı silindrli; c – VR altı silindrli mühәrrik; d – oppozit dörd silndrli; e vә f
– W-şkilli 12 silindrli mühәrrik;
α
– razval bucağı
Cərgəli mühərrik
(şәkil 12, a) – bütün silindrlәrin bir müstәvidә yerlәşdiyi
tәrtibatdır. Silindrlәrin sayı az olanda (2, 3, 4, 5 vә 6) istifadә edilir. Altı silindrli
mühәrrik daha asan tarazlaşdırılır (titrәyişlәrin azaldılması), lakin uzunluğu böyük
olur.
V-şəkilli mühərrik
(şәkil 12, b) – bu mühәrrikdә silindrlәr iki müstәvidә latın
әlifbasının V hәrfini yaradan şәkildә yerlәşdirilir. Bu müstәvilәr arasında bucaq
razval bucağı adlanır. Belә yerlәşmә daha çox altı vә sәkkiz silindrli mühәrriklәr
üçün istifadә edilir vә uyğun olaraq V6 vә V8 kimi işarә edilir. Belә yerlәşmә
mühәrrikin uzunluğunu azaldır, lakin enini artırır.
VR-mühərrik
(şәkil 12, c) kiçik razvala malik olur (tәqribәn 15°), bu isә
aqreqatın hәm uzunluğunu vә hәm dә enini azaltmağa imkan verir.
Dostları ilə paylaş: |
|
|