Microsoft Word Avropa medeniyyeti metodiki vesait doc



Yüklə 227,55 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix26.09.2017
ölçüsü227,55 Kb.
#2087
1   2   3   4   5   6   7   8

 

25

Rafael  mahir  rəsm  ustadı  idi.  Bu  rəsmlərdə  cizgi  və  xətlərin  rahat,  azad, 



səhvsiz məqamlarını duymaq mümkündür.  

Yüksək  ntibahı  Mikelancelo  Buonarrottisiz  (1475-1564)  təsəvvür  etmək 

qeyri-mümkündür.  Onun  yaradıcılığı  ntibaha  yetkinlik,  bütövlük,  kamillik  bəxş 

etmişdir.  1496-cı  ildə  Romaya  gələn  gənc  Mikelancelo  burada  sonralar 

məşhurlaşacaq “Pyeta” (“ sa peyğəmbəri oxşama”) (1498-1501) əsərini müqəddəs 

Pyotr  kilsə  kapellasında  yaptı.  Bu  heykəltəraşlıq  nümunəsi  öz  möhtəşəmliyi  ilə 

kapellaya xüsusi müqəddəslik görkəmi bəxş edirdi.  

1501-ci ildə Florensiyaya dönən Mikelancelo Davidin mərmərdən möhtəşəm 

heykəlini  yaratmağa  başladı  (1501-1504).  Heykəl  5,5  m  ölçüyə  malik  olaraq 

insanın  nəhəngliyinin  hüdudsuzluğunu  üzə  çıxarır.  Düşmənə  daşla  zərbə 

endirməyə hazırlaşan gəncin özünə həm fiziki, həm də mənəvi arxayınçılığı onun 

qalib olacağından xəbər verir. Bu duyğunu heykəltəraş böyük həssaslıqla, ustalıqla 

təcəssüm etdirə bilmişdir.  

Mikelancelo  özünü  heykəltəraş  kimi  qələmə  versə  də,  onu  gözəl  rəssam  və 

memar  kimi  də  dəyərləndirmək  olar.  Belə  ki,  Vatikanda  Sikstin  kapellasının 

Tavanının müəllifi, məhz bu görkəmli sənətkar olmuşdu ki, bunu da 1508-1512-ci 

illərdə yaratmışdı.  

Son intibah. Bu dövr XVI əsrin 40-cı illərindən başlayır. Bu tarixi mərhələdə 

taliya xarici qəsbkarların hökmranlığı altına düşür. Yalnız Venetsiyada incəsənət 

sahəsində müstəqillik, sərbəstlik mövcud idi. Demək olar ki, humanist mədəniyyət, 

incəsənət  dərin  böhran  keçirirdi.  Burada  antirenessans,  antiklassik  tendensiyalar 

manyerizm cərəyanında təzahür tapdı. Lakin bütün bunlara baxmayaraq,  ntibahın 

son  mərhələsinin  görkəmli  sənətkarları  yetişmişdi.  Bunlardan  biri  memarlıqda 

Ş

imali  taliyanın  yetişdirməsi  olan  Andrea  Palladiodur  (1508-1580).  Palladionun 



memarlığa  gətirdiyi  yeniliklər  artıq  XVII-XVIII  əsrlərdə  Avropa  klassisizminin 

palladioçuluq adını daşımasına səbəb oldu.  

Yaradıcılığı  bu  rəssama  tam  əks  olan  Son  ntibah  nümayəndəsi  Tintoretto 

(1518-1594) hesab edilir. Əsl adı Jakano Robusti olan Tintoretto incəsənətdə yeni 

cığırın nümayəndəsi idi. O, rəssamlıqda simmetriya, ciddi çəki bərabərliyinə qarşı 



 

26

olub, məkan məhdudluğunu aradan götürmüşdü. Onun “Gizli gecə” əsəri dövrünün 



ə

n gözəl rəsm əsərlərindəndir. Digər əsəri “Məbədə giriş” adlanır.  

Beləliklə,  taliya  ntibahının bütün dövrləri ilə tanışlıqdan sonra onun dünya 

mədəniyyəti,  sivilizasiyasının  aparıcı  dayaqları  olması  haqqında  qəti  nəticə 

çıxartmaq olar.  ntibaj incəsənəti bütün sahələri, xüsusilə, təsviri sənət, memarlıq, 

tətbiqi sənətdə daha unikal səviyyədə inkişaf etmişdir.  

 

 

5.2. Barokko mədəniyyəti 

 

XVII əsr Yeni dövrün milli-mədəni inkişafında müstəsna rol oynadı.  taliya, 

spaniya,  Flandriya,  Hollandiya,  Fransa  kimi  ölkələrin  hər  birinin  özünəməxsus 

bədii  ənəənələrə  və  milli  bədii  məktəblərə  malik  olması  XVII  əsri  mədəniyyət 

tarixində  yeni  mərhələ  kimi  nəzərdən  keçirməyə  imkan  verir.  Bu  ölkələrin  milli 

xüsusiyyətləri  onların  ümumi  cəhətlərə  malik  olmasını  istisna  etmir.  Riyaziyyat, 

astronomiya,  fizika  və  digər  təbiət  elmlərinə  artan  maraq  elm  və  fəlsəfəni  yeni 

istiqamətə  yönəltdi.  Avropanın  mütərəqqi  fikirli  filosof  və  alimləri  “elm  elm 

üçündür”  devizini  deyil,  təbiəti  insana  tabe  etmək  məqsədini  güdürdülər. 

ngiltərədə  F.Bekon,  Fransada  R.Dekart,  Hollandiyada  Spinoza  bir-birindən 

fərqlənsələr də onları məhz bu məqsəd birləşdirirdi.  

Beləliklə, XVII əsrdə Avropada incəsənətin bütün növlərini – bədii ədəbiyyat, 

musiqi,  teatr,  memarlıq  və  təsviri  sənəti  əhatə  edən  2  yeni  üslub  –  barokko  və 

klassisizm bərqərar oldu.  

Şə

rti olaraq Cordano Brunonun (1600) qətl ili  ntibahın yekunu hesab edilir. 



Mədəni-tarixi baxımdan olduqca coşqun və maraqlı olan məhz XVII əsrdə  ntibah 

barokko  ilə  əvəz  olunur.  Həyatın  mahiyyətini  hərəkətdə  verən  barokko,  termin 

kimi yalnız XIX əsrin sonunda  sveçrə sənət nəzəriyyəçisi U.Burqxardt və Völflin 

tərəfindən ədəbiyyata gətirilib. Barokko italyan dilində “qəribə, əcayib”, portuqal 

dilində “əyri mirvari” deməkdir. Əslində isə heç kimi bu sözün nə mənşəyini, nə də 

ilkin mənasını bilmir. Lakin barokkonun XVII əsr incəsənəti tarixində müstəsna rol 



 

27

oynaması  hamıya  məlumdur.  Barokko  ntibah  böhranından  sonra  manyerizmin 



ardınca yaranaraq rokoko üslubunun sələfi olur.  

Barokko  dünyaya  klassik  əsərlər  yaradan  yazıçılar,  rəssamlar,  memarlar, 

musiqiçilər bəxş etdi.  

XVIII əsrin sonunda artıq “mədəniyyət” anlayışı bütün Avropa dillərində və 

elmi ədəbiyyatda vətəndaşlıq hüququ qazandı.  

Yan  Amos  Komenski  (1592-1670)  XVII  əsrin  görkəmli  maarifçi  filosofu, 

humanist pedaqoqu olmuşdur. O özünün “Dünyanın dolaşıq yolları”, “Dillərin açıq 

qapısı”,  “Böyük  didaktika”,  “Fizika”,  “Didaktika”,  “Təbii  üsulun  qanunları”, 

“Ümumi  hikmətlərin  müjdəçisi”,  “ şığın  yolu”,  Təbii  istedadların  mədəniyyəti 

haqqında”, “Dirilmiş forsi” və s. əsərləri ilə dünya şöhrəti qazanmışdır.  

Con Lokk o zamankı  ngiltərə burjua cəmiyyətində ləyaqətli yer tutmuşdur. 

O,  ngiltərədə  burjua  cəmiyyətində  ləyaqətli  yer  tutmuşdur.  O,  ngiltərədə  yeni 

burjua  dövlət  quruluşunu  əsaslandırmağa  çalışmışdır.  “ nsan  əqli  haqqında 

təcrübə”  əsərində  sübut  etmək  istəmişdir  ki,  insan  şüuru  və  təsəvvürlərində  fitri 

ideyalar yoxdur, uşaq ruhu “ağ lövhəyə” bənzəyir. 

Jan  Jak  Russo  (1712-1778)  XVIII  əsr  fransız  maarifçilərindən  biridir.  O, 

dövlətin  mənşəyi  haqqında  C.Lokkun  görüşlərinə  əsaslanıb  sübut  etməyə 

çalışmışdır ki, insan təbii halında həmişə azadlıq, bərabərlik, qardaşlıq üçün təbii 

hüquqlara malik olmuşdur. O, insanın formalaşması və dövlət quruculuğunda əqlin 

gücünə yüksək qiymət verirdi.  

Deni  Didro  (1713-1784)  fransız  materialist  filosoflarının  ən  görkəmli 

nümayəndərindən biridir. O, “Fəlsəfi düşüncələr”, “Korların məktubu və gözlülərə 

nəsihət” adlı əsərlərində feodal quruluşunu tənqid edirdi.  

Didro  materiyanın  məhv  olması  və  yaşaması  ideyasını  müdafiə  edirdi.  O, 

duyğuları  yüksək  qiymətləndirərək  göstərirdi  ki,  ağıl  hakim,  duyğular  isə  onun 

ş

ahidləridir. Ağıl həmin şəhidlər vasitəsilə alınan məlumatları mühakimə etməlidir. 



O, ağılla hissləri eyniləşdirmir, onlarıı dialektik vəhdətdə götürürdü.  

 



 

28

stifadə olunmuş ədəbiyyat 



Azərbaycan dilində 

 

1. Mədəniyyət, problemlər, perspektivlər. IV h. B., 2003  



2. Məmmədova Maral. Mədəniyyət nəzəriyyəsi. B., 2003 

3. Şükrov A. Kulturologiya dərslik. B., 1998 

4. Tağıyev Ə., Əliyev Q. Kulturologiya. B., 1997, Dərs vəsaiti  

 

Rus dilində 

1. Арнольндов А. Введение в культурологию. М., 1998  

2. Веремьев А.А. Введение в культурологию 

3. Ерасов Б.С.  Культура, религия и цивилизация на Востоке. М.,1999 

4. История зарубежного искусства. М., 1984 

5.  Культурология.  История  мировой  культуры.  Учебник  Под  ред.проф. 

А

.Н.Марковой. М., 2000 



6. Мамонтов С. Основы культурологии. М., 1994 

7.  Ревуненкова  Н.В.  Ренессансное  свободомыслие  и  Реформация.  М., 

1988 

8. Мец А. Мусульманский Ренессанс. М., 1996 



9. Лосев А.Ф. Эстетика Возрождения. М., 1978 

10. Культура эпохи Возрождения и Реформации. Л., 1981 

11. Баткин Л.М. Итальянское возрождение. М., 1995 

12. Бицилли П.М. Место Ренессанса в истории культуры. СПб., 1996 




 

29

 



6. XIX-XX əsrlər mədəniyyəti 

 

6.1. XIX əsr Qərbi Avropa mədəniyyəti 

 

Beləliklə,  XIX  əsrdə  fəlsəfə,  elm,  texnika,  ədəbiyyat  və  incəsənət  sahəsində 

böyük irəliləyişlər oldu.  

XIX  əsrin  bədii  mədəniyyətində  iki  başlıca  mərhələni  qeyd  etmək  olar: 

romantizm  mərhələsi  (yüzilliyin  I  yarısı)  və  dekadans  mərhələsi  (50-ci  illərin 

sonundan I Dünya müharibəsinə qədər).  

“Romantizm”  anlayışı  bədii  cərəyan  olmaqdan  çox-çox  əvvəl  təşəkkül 

tapmışdı.  XVIII  əsrə  qədər  “romantik”  epiteti  roman  dillərində  yazılmış  bədii 

ə

sərlərin  üslub  xüsusiyyətlərini  ifadə  edirdi.  Bunlar  roman,  romans,  cəngavərlər 



haqqında poemalar idi.  

Romantizmin təşəkkülü mürtəce burjua həqiqətləri üzərində ədalətli cəmiyyət 

qurmaq ideyalarını təbliğ edən maarifçilik ideyalarının naümidliyi ilə bağlıdır.  

Romantizmin  çiçəklənməsi  XIX  əsrin  20-30-cu  illərinə  təsadüf  edir. 

Romantizmin yaradıcı metodunu bütün incəlikləri ilə təzahür edən kinayə (yüngül 

və  acı)  təşkil  edirdi.  Sentimentalizmin  xəttini  davam  etdirən  romantizm  hiss, 

həyəcan və ehtiraslara üstünlük verirdi. Bu ruhda yazılmış əsərlər öz parlaqlığı və 

orijinallığı  ilə  fərqlənirdi.  Burada  melanxoliya,  “bəşəri  kədər”,  gözəl  keçmişə 

nastalgiya  hisslərlə  zəngin  olurdu.  Əsərin  qəhrəmanı  ilə  ətraf  mühit  arasındakı 

faciəvi  ziddiyyət  ədəbiyyat,  musiqi  və  rəngarlıqda  aparıcı  mövzu  idi.  Tənhalıq 

motivi bir çox yazıçıların, Bayron, Heyne, Şelli, Stendalın yaradıcılığında başlıca 

yer  tutub.  Musiqi  sənətində  gözəlliyi  duymağın  sıxıntı,  kədərlə  təzahürü  Şuman, 

Ş

ubert, Berlioz yaradıcılığında üstünlük təşkil edirdi.  



Romantizm  əvvəlcə  Fransanı,  daha  sonralar  Avropanı  lərzəyə  salan  nəhəng 

sosial  çevrilişlər  cəmiyyət  tərəfindən  sakit  qarşılanmadı,  inqilabdan  ümidi  boşa 

çıxan ictimai psixologiyaya güclü təsir göstərdi.  nsanın zahiri həyatına olan maraq 

onun emosional, mənəvi aləminə olan maraqla əvəz olundu.  




 

30

Mədəniyyət və incəsənətdə insana, bir tərəfdən yanaşma yeni bir istiqamətlə əvəz 



olundu.  Mədəniyyət  və  incəsənətdə  insana,  bir  tərəfdən  yanaşma  yeni  bir 

istiqamətlə  əvəz  olundu.  Bu  özünü  öncə  romantizmdə  daha  sonralar  realizmdə 

göstərdi.  

Romantik  sənətə  aşağıdakı  xüsusiyyətlər  xasdır:  burjua  gerçəkliyinə  qarşı 

nifrət;  burjua  maarifçiliyinə  və  klassisizminin  rasionalist  prinsiplərindən  qəti 

surətdə imtina edilməsi və s.idi.  

Romantizmin  mənəvi  –  estetik  pafosu  insan  ləyaqətinin  təsdiqi,  mənəvi  – 

yaradıcı  həyatının  özünüqiymətləndirilməsi  ilə  bağlı  idi.  Bütün  bunlar  sonra 

azadlığa can atan romantik qəhrəman obrazlarında öz əksini tapmışdır.  

Almaniyada  təşəkkül  tapan  romantik  dünyagörüşü  və  romantik  estetikası 

tezliklə  bütün  Avropaya  yayılır.  O,  mənəvi  mədəniyyətin  bütün  sahələrini  – 

ə

dəbiyyat, musiqi, teatr, humanitar elmlər, plastik incəsənəti əhatə edir.  



XIX  əsrin  I  yarısında  Avropada romantik  fəlsəfə  mövcud  idi.  ohann  Qotlib 

Fixte (1762-1814), Fridrix Vilhelm Şellinq (1775-1854), Artur Şopenhauer (1788-

1860) və b. 

Romantizmin  zirvəsini  Ernst  Toedor  Amadey  Hofman  (1776-1822) 

yaradıcılığı  təşkil  edir.  Alman  romantizminin  bu  görkəmli  yazıçısı,  həm  də 

istedadlı  musiqiçi,  karikatura  ustası  idi.  Onun  əsərlərinə  dramatizm  və  sarkazm, 

lirika  və  qrotesk  kimi  keyfiyyətlər  xasdır.  Həqiqət  və  fantastika  aləmi  ilə 

qarşılaşaraq Hofman fantastikanı kinayə ilə təhlil edir.  

ngiltərədə  lirik  romantizmin  görkəmli  nümayəndəsi  Corc  oel  Qordan 

Bayron  (1766-1824) oldu.  Bayron əsərlərinin  mərkəzində qəmgin  əhval-ruhiyyəli 

obraz  sivil  cəmiyyətindən  Şərqə  doğru  cəhd  göstərərək  ehtiras  və  coşqun  hisslər 

axtarır. Özünün şərq poemalarında “Korslar”, “Abidoslu gəlin”, “Lara” əsərlərində 

Bayron zülmə qarşı fəal mübarizə aparır. O həm də fəlsəfi poemaların müəllifidir. 

“Manfred”,  “Don  Juan”  məhz  belələrindəndir.  Bu  əsərində o, öz idealını – siyasi 

azadlığa cəhd göstərən obrazı tərənnüm edir. Fəal humanizmi və peyğəmbərcəsinə 

uzaqgörənliyi onu bütün Avropada tanıtmışdır.  

ngilis romantizminin digər nümayəndəsi c.Kits və P.B.Şelli hesab edilir. 



 

31

XIX  əsrdə  Fransa  ədəbiyyatında  mütərəqqi  romantizmin  görkəmli 



nümayəndələri V.Hüqo və Jorj Sand hesab edilir.  

Viktor  Hüqo  (1802-1885)  çox  çətin  və  mürəkkəb  inkişaf  yolu  keçmişdir. 

Hüqo yaradıcılığında azadlıq və təbiiliyi tərənnüm edirdi. Bütün bu tələblər Viktor 

Hüqonun “Kromvel” pyesində öz əksini tapıb. Onun məşhur romanlarından “Paris 

Notrdam  kilsəsi”,  “Dəniz  əməksevərləri”,  “Gülən  adam”,  “Səfillər”  bəşəri 

ə

həmiyyət kəsb etdi. Çünki burada XIX əsrin ən kəskin sosial problemləri əksini 



tapırdı.  Yazıçının  son  romanı  olan  “Doxsan  üçüncü  il”  Fransa  inqilabına  həsr 

edilir.  

Romantizmdə demokratik cərəyanın görkəmli nümayəndəsi Jorj Sanddır (əsil 

adı  Avrora  Dyüdevandır,  1804-1876).  Onun  əsərlərinin  əsas  motivi  sosial 

məsələlərdir.  “ ndiana”,  “Valentina”,  “Leliya”,  “Jak”  adlıı  romanlarında  qadının 

ailə  və  cəmiyyətdəki  vəziyyəti  ilə  əlaqədar  problemlərə  toxunulur.  Onun  bir  çox 

ə

sərləri tərcümeyi-hal məzmunludur.  



Almaniyada  romantik  operanın  ilk  nümayəndəsi  E.T.A.Hofman  (“Undina” 

operası)  və  K.M.Veber  (1786-1826)  idi.  K.M.Veber  alman  milli  opera  sənəti 

uğrunda mübarizə apararaq bu xalqın azadlığı və ölkənin birləşməsini əsərlərində 

təcəssüm etdirirdi.  



 

6.2.  XIX əsr Rus mədəniyyəti 

 

Rus  mədəniyyəti  tarixində  XIX  əsr  xüsusi  yer  tutur.  Bu  əsr  rus 

mədəniyyətində  indiyədək  görünməmiş  sıçrayış  edərək,  elm,  təhsil,  incəsənət, 

maarif, fəlsəfə, ədəbiyyat sahəsində qüdrətli sənətkarlar yetirmişdir.  

XIX  əsrdəki  ictimai  həyat,  reallıqlar  bu  dövrün  ədəbiyyatında  da  əks 

etdirilirdi. Ədəbiyyatda başlıca istiqamətlər klassisizm, sentimentalizm, romantizm 

idi.  Realizm  bunların  içərisində  daha  qabarıq  təzahür  edirdi.  Sentimentalizmin 

görkəmli  nümayəndəsi  yazıçı  və  tarixçi  haqqında  yuxarıda  söhbət  açdığımız 

N.M.Karamzin idi.  



 

32

Rus  relizminin  banisi  dahi  A.S.Puşkin  (1799-1837)  hesab  edilir.  Rus 



ə

dəbiyyatının  qızıl  əsri,  məhz  onun  adı  ilə  bağlıdır.  O,  rus  ədəbiyyatında  yeni 

istiqamətin, abı-havanın müəllifidir. Rus mədəniyyəti dünya sivilizasiyasına məhz 

Puşkinin adı ilə daxil olmuşdur.  

Puşkinin sələfləri ondan sonra rus ədəbiyyatını qoruyub saxlayaraq, daha da 

zənginləşdirdilər. Belələrindən biri M.Y.Lermontov (1814-1841) idi.  

XIX  əsr  rus  ədəbiyyatının  qızıl  dövrünün  digər  əzəmətli  nümayəndələri 

.S.Turgenov  (1818-1883),  .A.Qonçarov  (1812-1891),  M.E.Saltıkov-Şedrin 

(1826-1889),  A.N.Ostrovski  (1823-1886),  şairlər  N.A.Nekrasov    (1821-1878), 

F. .Tyutçev (1803-1873), A.A.Fet (1820-1892) və b.hesab edilir. A.N.Ostrovski öz 

ə

sərlərində  Qoqolun  “natural  məktəbi”ni  davam  etdirir.  Onun  “Gəlirli  yer”, 



“Tufan”,  “Canavar  və  qoyunlar”,  “Cehizsiz  qız”  və  s.  povestlərində  ticarət 

aləminin  incəlikləri  tədqiq  olunur.  Ostrovski  dramaturgiyası  rus  realist  teatrının 

təşəkkülündə əhəmiyyətli rol oynamışdır.  

Rus ədəbiyyatının qızıl dövrünü yekunlaşdıraraq digər iki nəhəng L.N.Tolstoy 

(1828-1910)  və  F.M.Dostoyevski  (1821-1881)  mədəniyyətin  əlçatmaz  zirvəsini 

təşkil etdi.  

XIX  əsrin  ilk  onilliyi  rus  memarlığında klassisizmin  yekunlaşması  və  ampir 

(frans.empire – imperiya, dövlətin qüdrətini təzahür etdirən) üslubunun tətbiqi ilə 

səciyyələnir.  

Dövrün  memarlığının  xarakterik  xüsusiyyəti,  iri  memarlıq  ansambllarının 

yaradılması idi.  

 

stifadə olunmuş ədəbiyyat 



Azərbaycan dilində 

 

1. Mədəniyyət, problemlər, perspektivlər. III h. B., 2002 



2. Məmmədova Maral. Mədəniyyət nəzəriyyəsi. B., 2003 

3. Şükrov A. Kulturologiya dərslik. B., 1998 



 


 

33

Rus dilində 

4. Алпатов. Всеобшая история исскуства. М-л, 1948 

5. Веремьев А.А. Введение в культурологию 

6. Грибунина Н.Г. История мировой художественной культуры. В 4 ч. – 

Тверь


, 1993 

7. Драч. Культурология в вопросах и ответах.  

8. Кондаков И.В. Введение в историю русской культуры. М., 1997 

9.  Культурология.  История  мировой  культуры.  Учебник  Под  ред.проф. 

А

.Н.Марковой. М., 2000 



10.    Культорология.  Краткий  тематический  словар.  Ростов  –  на-Дону. 

2001 


11. Мещеряков История Российской культуры. Имена и факты. 15-20 вв. 

М

., 2000 



12. Петрухинцев Н. 20 лекций по истории мировой культуры. М., 2001 

 



 

34

7.  Mədəniyyət və sivilizasiya 



 

Mədəniyyətlə  bağlı  olan  anlayışlardan  biri  də  “sivilizasiya”dır.  Bu  termin 

latın  dilindəki  “sivilis”  sözündən  götürülərək  “vətəndaş”,  “mülk”,  “dövlət” 

mənalarını  ifadə  edir.  Dilimizdə  bu  termini  çox  vaxt  “inkişaf”,  “tərəqqi” 

mənalarında işlədirik. Əlbəttə, “sivilizasiya” anlayışı özünün ilkin mənasında məhz 

bu  məzmunu,  yəni  “tərəqqi”ni  ifadə  edir.  Çox  zaman  bizə  elə  gəlir  ki,  “tərəqqi” 

yalnız müasiri olduğumuz bu günə aiddir. Amma əslində tarix boyu mədəniyyət və 

sivilizasiya  anlayışları  bir-biri  ilə  bağlı  olmuşdur.  Məsələn,  qədim  sivilizasiyalar 

haqqında  şahidlik  edən  abidələr  bunun  bir  daha  canlı    nümunəsidir.  Bəzən  isə, 

sivilizasiyanın  modern  texnikası  ilə  bağlılığına  güvənilir.  Əslində  sivilizasiya  ilk 

növbədə  insanların  şüurunda,  beynində  olmalıdır.  Məhz  bu  xüsusiyyətinə  görə 

görkəmli filosof  .Kant qeyd edirdi ki, sivilizasiya insanın öz həyatı və davranışını 

nizama salandan sonra başlayır.  

Sivilizasiya  inkişafın  ən  yüksək  mərhələsi,  eyni  zamanda,  süqutun 

başlanğıcıdır.  Bunu  sübut  etmək  üçün  tarixi  mərhələlərin  bir-birini  əvəz  edərək 

süqutlarının nümunəsi kifayətdir. Belə ki, onların süqutuna səbəb bu mərhələlərin 

özünəxas  ən  yüksək  inkişafı,  xüsusilə,  təsərrüfatın  tərəqqisi  idi.  Tarixi  inkişaf 

prosesinə  uyğun  olaraq  sivilizasiyaların  da  formaları  mövcuddur:  quldarlıq, 

feodalizm, kapitalizm və s.  

Mədəniyyət  və  sivilizasiya  anlayışlarını  müxtəlif  aspektlərdən  tədqiq 

edənlərin hamısını bir nöqteyi-nəzər birləşdirir ki, bu da bir neçə məqam ilə izah 

edilir.  Bunlar  ilk  növbədə  aşağıdakılardır:  birincisi  “mədəniyyət”  anlayışı 

“sivilizasiya” anlayışına nisbətən daha genişdir.  

Bütöv bir sistem kimi mədəniyyət iki formada anlanılır: maddi mədəniyyət və 

mənəvi mədəniyyət. Mədəniyyətin bu iki formaya bölünməsi iki mühüm istehsal – 

maddi  və  mənəvi  istehsalın  mövcudluğuna  uyğundur.  Maddi  mədəniyyət  insanın 

maddi-istehsal  fəaliyyətinin  bütün  sahələrini  əhatə  edir.  Buraya  əmək  vasitələri, 

yaşayış və gündəlik məişət əşyaları, geyim, nəqliyyat vasitələri və s. aiddir.  




 

35

Mənəvi mədəniyyətə isə, mənəvi istehsal sahəsi və onun nəticələri, məhsulları 



aid  edilir.  Buraya  şüurun  bütün  sahələri  –  elm,  mənəviyyat,  tərbiyə  və  maarif, 

hüquq, fəlsəfə, incəsənət, ədəbiyyat, folklor, din və s.aiddir.  

 

stifadə olunmuş ədəbiyyat 

Azərbaycan dilində 

 

1. Mədəniyyət tarixi və nəzəriyyəsi. B., 2010 



2.  Kulturologiya.  Dərslik.  ADM U-nun  “Mədəniyyətşünaslıq”  kafedrasının 

nəşri. B., 2003.02 

3. Mədəniyyət, problemlər, perspektivlər. Elmi məqalələr toplusu. B., 2001 

4.  Mədəniyyətin  aktual  problemləri  (ADM U-nun  “məd.  tar.  və  nəzər” 

kafedrasının elmi məqalələr toplusu). B., 2000  

5.  Mədəniyyət  nəzəriyyəsinin  öyrənilməsinə  dair  metodik  göstərişlər 

(S.Şahhüseynova). B., 1999 

6. Mədəniyyət, problemlər, perspektivlər. III h. B., 2002 

7. Şükrov A. Kulturologiya dərslik. B., 1998 

 

Rus dilində 

8.  Азимов  К.  Ценностный  мир  человека  в  религиозно-философской 

доктрине


 зароастризма. Б., 1991 

9. Арнольндов А. Введение в культурологию. М., 1998 

10. Веремьев А.А. Введение в культурологию  

11. Введение в культурологию (под.ред.Е.В.Попова). М., 1995  

12. Культурология. История мировой культуры. Учебник Под ред.проф. 

А

.Н.Марковой. М., 2000 



13. 15. Культурология (сост.А.А.Радугин). М.,1999 

 

Yüklə 227,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə