Microsoft Word Avropa medeniyyeti metodiki vesait doc



Yüklə 227,55 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix26.09.2017
ölçüsü227,55 Kb.
#2087
1   2   3   4   5   6   7   8

 

12

2.3. Çin mədəniyyəti 



 

Çinin sivilizasiyası tarixi minillikləri əhatə edəm qədim mədəniyyətlərdən bi-

ridir. Çinlilərin özlərinin təsdiq etdikləri kimi, ölkənin tarixi e.ə.III minilliyin son-

larına gedib çatan Yao, Şunya, Yuya hakimlərinin hökmranlıq dövründən başlayır.  

Çin  sivilaziyasının  uzun  illəri  əhatə  edən  inkişaf  yolu  dünya  mədəniyyəti 

tarixində  mədəniyyətin  tamamilə  yeni  unikal  tipini  yaratdı.  Qərb  və  qonşu  hind 

mədəniyyətlərindən  fərqli  olaraq  Çin  sivilizasiyası  daha  rasional  və  praqmatik 

səciyyə kəsb etmiş və edir. Hər bir çinli üçün ilk növbədə sosial etika və inzibati 

praktika müstəsnalıq kəsb edirdi.  

Çin  mədəniyyətində  bir  çox  adət-ənənələr  buddizmlə  bir  əlaqədardır. 

Məsələn, çay və çayiçmənin təşəkkülü haqqındakı əfsanə buna aiddir. Bu əfsanəyə 

görə  buddaçılar  etiqada  zamanı  gümrah  olmalı,  bir  çox  saat  ərzində  hərəkətsiz 

qalmalıdır.  Bu  zaman  mürgüləmək  və  ya  yuxuya  getmək  –  böyük  günah,  eyib 

hesab  edilirdi.  Lakin  bir  dəfə  görkəmli  patriarx  Bodxidxarma  etiqada  prosesində 

özü  də  bilmədən  yatır.  Oyandıqdan  sonra  hiddətlənən  patriarx  öz  kipriyini  kəsir. 

Bu  zaman  yerə  düşən  qan  damlalarından  çay  kolunun  yarpaqları  yaranır.  Ondan 

hazırlanan içki isə insana gümrahlıq verir. Bu bir əfsanə olsa da onun mahiyyətində 

böyük bir hikmət vardır.  

Qədim  çin  mədəniyyətinin  ən  geniş  yayılmış  sənət  növlərindən  biri  də 

dekorativ-tətbiqi incəsənət idi. Bu sənət aşağıdakı sahələr üzrə inkişaf edirdi: matal 

üzrə iş, toxuculuq, kağız, rəngli fanar, süni çiçəklərin, lak-şirəli məhsulların, kağız 

ilanların hazırlanması.  

Nefrit,  fil  sümüyü  üzərində oyma,  nəqş  işləməli  dünya  miqyasında  tanınmış 

sənət növləridir.  

Çini və keramika Çinin ən qədim kəşflərindən biridir.  

Beləliklə,  qədim  sivilizasiyanın  mühüm  tərkib  hissəsini  təşkil  edən  çin 

mədəniyyətinin  çox  möhtəşəm  yeri  vardır.  Öz  unikallığı  və  humanizmi  ilə 

fərqlənən qədim çin mədəniyyəti sonrakı tarixi dövr və mərhələlər üçün zəngin irs 

qoymuşdur.  



 

13

 



stifadə olunmuş ədəbiyyat 

Azərbaycan dilində 

 

1. Azərbaycan tarixi I c. (Z.Bünyadov, Y.Yusifov). B., 1994 



2. Əliyev R. Azərbaycan VII-XIV əsrlərdə. B., 1980 

3. Mahmud  smayıl. Azərbaycan Tarixi. B., 1997 



 

Rus dilində 

4.  Азимов  К.  Ценностный  мир  человека  в  религиозно-философской 

доктрине

 зароастризма. Б., 1991 

5. Алпатов. Всеобшая история исскуства. М-л, 1948 

6. Введение в культурологию (под.ред.Е.В.Попова). М., 1995 

7. Есин. . Введение в культурологию. 1999 

8. История древного мира. М., 1997 

9. Культорология. Краткий тематический словар. Ростов – на-Дону. 2001 

10. Бонгард-Левин Г.М.Древнеиндийская цивилизация. М., 1980, 1993 

11. Всемирная история. В 13 т.м. 1955-1983 

12.  Дмитриева  Н.А.  Виноградова  П.А.  Искусство  древнего  мира.  М., 

1986 

13. Любимов. Искусство древнего мира. М., 1971 



14. Матье М. Искусство Древнего Египта. М., 1970  


 

14

3. Antik dövr mədəniyyəti 



 

3.1. Qədim Yunanıstan mədəniyyəti. Krit-Miken dövrü 

Mədəniyyət  tarixində  hər  bir  dövr  özünə görə  qiymətli  və təkrarolunmazdır. 

Tədqiqatçlar bu faktı təsdiqləyərək Qədim Yunan mədəniyyətinə xüsusi əhəmiyyət 

verirlər.  Antik  yunan  mədəniyyətinə  müasir  ədəbiyyat  janrları  və  fəlsəfə  sistemi, 

sütunlu  arxitektura  və  heykəltəraşlıq,  astronomiyanın  əsasları,  riyaziyyat  və 

təbiətşünaslıq  daxildir.  Qədim  yunan  mədəniyyətinin  ən  başlıca  nailiyyəti  isə 

insanın kəşfidir. Allahıın yaratdığı insan ən ecazkar, mükəmməl və ali bir varlıqdır. 

Avropa  tarixinə  və  mədəniyyətinə  güclü  təsir  göstərən  antik  mədəniyyət,  müasir 

dövrün tarixçilərinə “Yunan möcüzəsi”ndən danışmağa imkan yaradır.  

B.e.ə.  I  minillikdə  qədim  şərq  sivilizasiyası  sönməyə  başlayır  və  öz  yerini 

Aralıq  dənizində  yerləşən  regionların  mədəniyyət  ocağına    verir.  B.e.ə.VI  əsrdən 

başlayaraq  bu  bölgənin  mədəniyyət  mərkəzi  Yunanıstan  olur.  Yunan 

mədəniyyətinin inkişafında etnik və coğrafi şəraitin rolu böyük idi.  

Yunanları kosmosdan gələn ağıllı, ilhamlı, məqsədyönlü və hər bir qarışıqlığa 

qarşı duran kimi qiymətləndirirdilər. Artıq dünyaya, təbiətə və kainata baxış estetik 

kateqoriyaların  yaranmasına  səbəb  olur.  Bu  ,Qədim  Yunan  mədəniyyətinin 

tərkibinə  daxil  olub  incəsənətdə  xüsusi  inkişaf  –  gözəllik,  ölçü  və  harmoniyanı 

yaradır.  

Qədim Yunan bədii mədəniyyəti üç əsas mənbədən qidalanır.  

1. Egey dənizinin adasında yerləşən əhalinin qədim krit-miken incəsənəti. Bu 

özünü  zəngin  arxitekturaya  malik  olan  Krit,  Miken  və  Tirinf  iqamətgahlarında 

göstərir, həmçinin rəsmlərində, keramika və qızıl əşyalarında büruzə verirdi.  

2. Aralıq dənizi sahilindəki Kiçik Asiya və Finikiyalılar tərəfindən daxil olan 

kompozisiyalı arxitektura, Qədim Misirin incəsənəti də güclü təsir göstərirdi.  

3. Dori tayfalarının incəsənəti. Şimaldan gələn Doru tayfalarının incəsənəti və 

özləri ilə gətirdikləri həndəsi üslub da Yunan mədəniyyətinə təsir göstərir.  

Öz  inkişaf  tarixində  Qədim  Yunan  mədəniyyəti  bir  neçə  mərhələdən  keçib. 

Bunlardan birincisi Krit-Miken mədəniyyətidir.  




Yüklə 227,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə