Microsoft Word Avropa medeniyyeti metodiki vesait doc



Yüklə 227,55 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix26.09.2017
ölçüsü227,55 Kb.
#2087
1   2   3   4   5   6   7   8

 

9

Totemizmin  irsi,  fratrial  (yunanca  –  qardaşlıq),  qrup,  cinsi  və  fərdi  növləri 



vardır.  Tədqiqatçıların  əksəriyyətinin  fikrincə,  fratrilər  daha  qədim  hesab  edilir. 

Fratrilər  (icmanın  bir  neçə  qruplara  bölünməsi)  daha  kiçik  nəslin  qruplara 

bölünməsini nəzərdə tutur.  

btidai  dövr  incəsənəti  dünya  mədəniyyətinin  gələcək  inkişafı  üçün  baza 

olmaqla  Qədim  Misir,  Şumer,  ran,  Hindistan,  Çin  incəsənətinin  təşəkkülündə 

ə

həmiyyətli dərəcədə rol oynamışdır.  



 

 

2.1. Misir mədəniyyəti 



 

Qədim  Misir  mədəniyyəti  təşəkkül  tapmış  ən  ilkin  mədəniyyət 

mərkəzlərindəndir.  O,  təxminən  b.e.ə.  IV  minilliyin  sonundan  b.e.ə.332-cı  ilədək 

yaşamışdır.  Misirin  dövlət  kimi  formalaşması  b.e.ə.IV  minillikdə  başlamışdır. 

Artıq  yeni  minilliyin  əvvəllərində  Nil  çayının  şimal  və  cənubunda  40-dan  artıq 

şə

hər yaranmağa başlayır. Minilliyin II yarısında iki iri dövlət birliyi: mərkəzi Buto 



olan Şimali (Aşağı) şahlıq və Cənubi (Yuxarı) şahlıq mövcud olur.  

Bir  çox  əsrlər  ərzində  Misir  dövlətində  insanlar  müxtəlif  allahlara  sitayiş 

etmiş  və  dini  ayinlər  icra  etmişdir.  Müxtəlif  sayda  allahlar  təbiət  qüvvələri  və 

ictimai  hadisələri  tərənnüm  edirdi.  Ay  –  qadın,  torpaq  və  hava  isə  kişi  allahları 

kimi təcəssüm tapmşdır. Baş Allah – Günəş allahı Hepri və Heprer adlandırılırdı.  

Məşhur  piramidalar  Qədim  Misir  mədəniyyətinin  möhtəşəm  abidələri  hesab 

edilir.  B.e.ə.III-II  minillikdə  piramida  və  allahlar  üçün  ehramlar  daşdan  tikilirdi. 

Piramidalar  firon  və  tanınmış  adamlar  tikilir,  kasıblar  üçün  bu  ayin  yerinə 

yetirilmirdi.  Firon və  ya  digər  varlı  insanın  bədəni  Misirin  isti  və  quru  iqlimində 

mumiyalaşdırılaraq  bir  neçə  yüzillik  ərzində  qorunurdu.  Belə  faktlar  Misir 

cəmiyyətində insanların qeyri-bərabərliyini sübuta yetirirdi.  

Arxeoloqlar yüzə qədər piramida aşkar etmiş olsalar da, onların heç də hamısı 

dövrümüzədək  gəlib  çatmamışdır.  Piramidaların  bir  qismi  hələ  qədim  dövrdə 

dağılıb itmişdir. Ən erkən çağlarda inşa edilən piramida firon Coserin adı ilə bağlı 




 

10

olub. 5 min il bundan qabaqkı dövrə aid edilir. O pilləli olub, aya qalxan pilləkəni 



xatırladır. Onu  mxotep adlı memar düşünüb hazırlamışdır.  

Öz  ölçüsünə  və  şöhrətinə  görə  tanınmış  piramidalardan  biri  Gizədəki  firon 

Xeopsun şərəfinə ucaldılandır. Bu piramida 20 il ərzində yüz minlərlə insan əməyi 

nəticəsində  ərsəyə  çatmışdır.  Piramidanın  daxili  ölçüsü  hər  hansı  bir  Avropa 

kilsəsinin  yerləşə  biləcəyi  həcmdə  olub,  hüdürlüyü  146,6  m,  sahəsi  55  min.kv.m 

ə

hatə  edir.  Xeops  ehramı  hər  birinin  çəkisi  təxminən  2-3  ton  olan  iri  əhəng 



daşlarından  ibarətdir.  Alimlər  belə  bir  tikintiyə  təxminən  23000000  daşın  sərf 

olunmasını  hesablamışlar.  Gizədəki  Xeops  ehramı  ilə  yanaşı  Xefren  və  Migerin 

piramidaları öz möhtəşəmliyi ilə yer kürəsinin 7 möcüzəsindən biri hesab edilir.  

E.ə.II  minillikdə  ehramlar  artıq  daşdan  deyil,  kərpicdən  tikilməyə  başladı. 

E.ə.I  minilliyin  əvvəllərinə  yaxın  fironların  sərdabələri  yad insanlardan  gizlədilsə 

də bütün bunlar oğurluğun qarşısını ala bilmədi. Belə ki, sərdabələrin oğurlanması 

Qədim Misir tarixinin bütün dövrlərində baş verirdi.  

Misirin  musiqi  mədəniyyətinin  tarixi  dünyada  daha  qədimdir.  Musiqi  qədim 

misirlilərin  bütün  həyat  və  məişətini  –  dini  mərasimlərini,  kütləvi  bayramlarını 

müşayiət  edirdi.  Buraya  rəqs,  pantomima,  dramatik  səhnə  və  ədəbi  nümunələr 

daxil idi.  

Misirlilər  həm  də  ilk  dəfə  ulduz  kataloqu,  ulduzlu  ayın  xəritəsini  tərtib 

etmişlər.  Su  saatının  icdadı  da  qədim  misirlilərə  məxsus  idi.  Başlıca  və  mühüm 

nailiyyətlər  təbabətdə  də  əldə  edilmişdi.  Meyitlərin  mumiyalaşdırılması 

sahəsindəki  uğurlar  insan  anatomiyası,  daxili  orqanların  hərtərəfli  öyrənilməsi 

üçün ən başlıca səbəb oldu. Misir təbabətinin ən böyük uğuru, həm də qan dövranı 

və  ürək  haqqında  nəzəri  biliklərin  yayılmasındadır.  Diş,  göz  həkimləri  kimi  dar 

ixtisaslar formalaşmağa başladı.  

Coğrafi  xəritələrin  tərtibi  sahəsində  də  qədim  misirlilərin  xüsusi  xidməti 

olmuşdur.  

Beləliklə,  Qədim  Misir  tarixində  və  mədəniyyətdə  əldə  olunan  nailiyyətlər 

ümumbəşəri  xarakter  daşıyaraq  dünya  sivilizasiyasının  inkişafına  xidmət  etmiş 

oldu.  



 

11

2.2. Mesopotomiya mədəniyyəti 



 

Tarixi  mənbələrdə  hər  iki  mədəniyyət  kiçayarası  mədəniyyəti  kimi  qəbul 

edilmişdir  ki,  bu  da  ilk  növbədə  həmin  dövlətlərin  Dəclə  və  Fərat  çaylarının 

arasında  yerləşməsi  ilə  izah  edilir.  “Mesopotomiya”  sözü  yunan  dilindən 

tərcümədə  “ kiçayarası”  mənasını  verir.  Mədəniyyət  tarixində  bunu  çox  vaxt 

Ş

umer-Akkad  mədəniyyəti  kimi  tanımaq  da  qəbul  edilmişdir.  Şumer-Akkad 



mədəniyyətinin, həm də belə adlandırılması digər vacib bir məqamla da izah edilir: 

ş

umerlər və Akkad şahlığı sakinləri müxtəlif dillərdə danışaraq, həm də ayrı-ayrı 



yazıya malik idilər.  

Akkad  dilini  alimlər  afroasiya  dillərinin  semit  qrupuna  aid  edirlər.  Akkad 

yazısı üzrə ən qədim mənbələr gil lövhələr üzərində olub, b.e.ə. XXV əsrə təsadüf 

edir. 


Bu  yazıdan  xeyli  əvvəl  mövcud  olan  şumer  yazısı  daha  qədimdir.  Şumer 

haqqında  məlumatlar  bir  də  onu  deməyə  imkan  verir  ki,  qədim  sakinlər  öz 

fikirlərini  sim  və  ağac  kəsikləri  üzərində  müxtəlif  təsvirlərin  verilməsi  ilə 

bildirmişlər.  

Yazı  Şumer-Akkad  mədəniyyətinin  ən  böyük  nailiyyəti  idi.  Babillər 

tərəfindən o, bütün Ön Asiyada – Suriya və  randa geniş yayılmağa başlamışdır.  

Yazı  əsasında  şumerlər  bəşər  tarixində  ilk  poema  sayılan  “Qızıl  əsr”i,  ilk 

elegiyanı  (mərsiyə  tipli  şeir)  yaratmışlar,  dünyada  ilk  dəfə  biblioqrafik  kataloq 

tərtib  etmişlər.  Şumerlər,  həmçinin  tibbə  aid  reseptləri  toplayaraq  xüsusi  toplu 

hazırlayan ilk xalq olmuşlar.  

Ş

umerlərin  dini  görüşləri  allahlara  sitayiş  üzərində  qurulmuşdu.  Belə  ki,  bu 



xalqın  ən  güclü  allahları  An,  Enlil  və  Enki  idi.  An  –  Səma  allahı  olub,  digər 

allahların atası hesab edilirdi, bütün insanlar hər bir işdə ona müraciət edirdilər. An 

allahı Uruk şəhərinin hamısı hesab edilirdi.  

 

 




Yüklə 227,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə