Microsoft Word Avropa medeniyyeti metodiki vesait doc



Yüklə 227,55 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix26.09.2017
ölçüsü227,55 Kb.
#2087
1   2   3   4   5   6   7   8

 

15

Yunan  ərazisindəki  qədim  sivilizasiya  tədqiqatçılar  tərəfindən  Krit-Miken 



mədəniyyəti adını almışdır. Bu ad Krit adaları və materik Yunanıstanı ərazisindəki 

Miken şəhəri ilə əlaqədardır. Müəyyən yüksəliş və tənəzzül mərhələlərini yaşayan 

bu mədəniyyət təxminən b.e.ə.2000-ci ildən 1200-cü ilə qədər yaşamışdır.  

3.2. Homer və arxaik dövr mədəniyyəti  

Yunanıstanın  dorilər  tərəfindən  qəsbi  Egey  mədəniyyətinin  və 

ümumilikdə təsərrüfatın süqutuna səbəb oldu. Tarixdə bu dövrün, yəni b.e.ə. XI-IX 

ə

srlərin  Qədim  Yunan  mədəniyyətində  “qaranlıq  əsrlər”  kimi  qəbul  edilməsi 



məqbul  hesab  edilmir.  Bu  dövrün  digər  məşhur  adı  Homer  dövrüdür.  Homer 

Qədim  Yunan  mədəniyyətinin  əzəmətli  nümayəndəsi  olub,  məşhur  “ liada”  və 

“Odisseya” əsərləri ilə dünya ədəbiyyatı siyahısına töhfə bəxş etmişdir. Bu əsərlər 

poema janrında yazılmış və Homerin dövründən çox-çox əvvəllərin (b.e.ə.IX əsr) 

hadisələrini  təsvir  edir.  Homer  “ lliada”  poemasında  qədim  Troyanı  “Müqəddəs 

şə

hər” kimi qiymətləndirir. 



Yunan  mədəniyyətində  Homer  dövrünün  sonlarına  yaxın  sənətin 

spesifik,  səciyyəvi,  təkrarolunmaz  xüsusiyyətləri  təzahür  tapmağa  başlayır  ki, 

bunlardan  ilk  növbədə,  bütün  yunan  mədəniyyətinə  aid  olan  kosmoloji 

xüsusiyyətdir.  Bu  xüsusiyyətin  əsas  mahiyyətini  bütün  mədəni  hadisələrin  dünya 

qanununa uyğun nizamlanması məsələsi təşkil edir.  

B.e.ə.  VIII  əsrin  ortaları  VI  əsrin  axırları  arxaik  dövr  kimi 

qiymətləndirilərək  Yunanıstanda  müstəqil  polislərin  təşəkkül  tapdığı  çağdır. 

Ə

halinin kəmiyyətcə artması, şumlanmış torpaqların azlığı polislərin çox hissəsini 



ticarətin , ərazi ekspansiyasının inkişaf etdirilməsinə sövq etdi. Bu hadisə tarixdə 

“böyük kolonizasiya” kimi tanınaraq bədii mədəniyyətin inkişafına şərait yaratdı.  

 

3.3. Klassik dövr mədəniyyəti 

Q.ədim  Yunan  mədəniyyətinin  çiçəklənmə  dövrlərindən  birini  də 

b.e.ə.  VI-IV  əsrləri  əhatə  edən  klassik  dövr  təşkil  edir.  Bu  dövr  erkən  klassika 

(b.e.ə.VI-V  əsrin  I  yarısı),  orta  klassika  (b.e.ə.  V  əsrin  ortaları)  və  son  klassika 

(b.e.ə. V-IV əsrin sonları) çağlarına bölünür.  



 

16

Erkən  klassika  çağında  incəsənətdə  ciddi  üslub    başlıca  yer  tutur. 

Bu ilk növbədə, həmin tarixi dövrdə ictimai-siyasi şəraitdəki vəziyyətlə bağlı idi. 

Yunanıstanın Fars hökuməti ilə mübarizəsi, yunan şəhər-dövlətlərində (polislərdə) 

demokratiyanın  güclənməsi  ilə  izah  edilməyə  başlayır.  Arxaik  dövrdəki  tiranlıq 

artıq keçmişdə qaldı. Tarix səhnəsində vətəndaş, insan başlıca fiqur kimi əsas yer 

tutdu.  Bu  isə  incəsənətdə  mübarizə  və  döyüşlərlə  bağlı  hadisələrə  üstünlük 

verilməsinə səbəb oldu.  

B.e.ə.  V  əsrin  60-cı  illərində  Olimpiyada  məşhur  Zevsin  məbədi 

ümumellin cəmiyyətinin əsas müqəddəs yerlərindən biri kimi qiymətləndirilir.  

Erkən  klassikanın  məşhur  əsərlərindən  biri  də  “Disk  atan  oğlan” 

heykəlidir.  Heykəl  dövrümüzə  qədər  olduğu  kimi  gəlib  çatmasa  da,  roma  surəti 

ə

sasında  o  yenidən  işlənib hazırlanmışdır.  Onun  yaradıcısı  b.e.ə.  yaşamış  məşhur 



Miron  idi.  O,  tuncdan  hazırlanaraq  ciddi  üsluba  malik  olmaqla  dövrünün  ruhuna 

tam uyğun şəkildə yaradılmışdır.  

Yunan  incəsənəti  orta  klassika  (təsviri  sənət  tarixində  b.e.ə.V  əsr  – 

Perikl dövrü – orta deyil, yetkin klassika dövrü adlanır, fəlsəfə tarixində isə yetkin 

dövr – b.e.ə. IV əsrin I yarısı – məhz Platon və Aristotelin adı ilə bağlıdır) çağında 

çiçəklənir.  Farsların  dağıntılarından  sonra  şəhərlərin  dirçəldilməsi,  məbədlərin 

bərpası  və  yenilərinin  tikintisi,  ictimai  bina  və  digə  müqəddəs  tikililərin  inşası 

başlıca yer tutur. Afinada b.e.ə. 449-cü ildən başlayaraq Perikl adlı yüksək təhsili 

bir  şəxs  hakimlik  edərək  öz  ətrafına  Elladanın  bütün  zəkalı  insanlarını  –  filosof 

Anaksaqoru,  rəssam  Polikleti,  heykəltəraş  Fidini  və  d.cəlb  edir.  Afina 

Akropolunun yenidən, daha möhtəşəm və füsunkar formada tikilişi Fidinin üzərinə 

düşür və bunun öhdəsindən o çox peşəkarcasına gəlir.  

Dövrün  ən  məşhur  müdriki  Sokrat  (b.e.ə.470-399)  idi.  Onun 

fəlsəfəsinə  görə  mütləq  həqiqət,  mütləq  etik  dəyərlər  mövcuddur  ki,  bu  da  allah 

tərəfindən  idarə  olunur.  Bu  filosof  özündən  əvvəlki  müdriklərin  ənənəvi 

problemlərinə  nəzər  yetirmədən  əsas  diqqəti  insana  –  onun  təbiəti,  imkan  və 

tərbiyəsinə yönəldir.  



 

17

Bu  çağın  digər  müdrik  filosofu  Demokrit  (b.e.ə.460  –  uzun  ömür 



sürərək  vəfat  etmişdir)  idi.  O,  fəlsəfəyə  atomist  nəzəriyyənin  müddəalarını 

gətirmişdi.  Demokritə  görə,  təbiət,  materiya  bölünməyən  atom  zərrəciklərindən 

ibarətdir.  Müxtəlif  cisimlərin  atomları  forma  və  ölçülərinə  görə  müxtəlifdir,  eyni 

atomların görüşməsi, birləşməsi cismin formasını yaradır.  

Orta klassika dövründə elm naturfəlsəfə ilə vəhdət təşkil edirdi, lakin 

biliklərin  həcmcə  artması,  ayrı-ayrı  fənlərin  yaranmasına  təkan  verdi.  Məsələn, 

b.e.ə.  V  əsrdə  Hippokratın  adı  ilə  bağlı  (b.e.ə.460-370)  təbabətin  tərəqqisi 

müşahidə olunur.  

Orta klassika dövründə ədəbiyyatda irəliləyiş Esxil, Sofokl, Evripid, 

Aristofan  kimi  yazarların  adı  ilə  bağlıdır.  Esxil  (b.e.ə.525-456)  klassik  yunan 

faciəsinin  banisi  hesab  edilir.  O,  dramı  inkişaf  etdirərək  teatr  səhnələrini  daha 

dinamik və canlı etdi. Teatra dekorasiya, maskaların daxil edilməsi Esxilin adı ilə 

bağlıdır.  Onun  yaradıclığının  aparıcı  motivində  vətəndaş  xeyirxahlığı, 

vətənpərvərliyin tərənnümü başlıca yer tutur. Onun “Zəncirlənmiş Prometey” əsəri 

belələrindəndir.  

Son klassika dövrünün məşhur filosofları Platon və Aristotel idi.  

Beləliklə,  qədim  yunan  mədəniyyətində  klassika  dövrünün,  onun 

ayrı-ayrı çağlarınnı çox böyük rolu vardır.  

 

Ellinizm mədəniyyəti 

Ellin mədəniyyətinin xronoloji dövrü, yuxarıda qeyd etdiyimiz kimi  

Makedoniyalı  skəndərin vəfatından sonra başlamış və Misirin Roma imperiyasına 

birləşməsinədək davam etmişdir.  

Ellin  sivilizasiyası  bədii  mədəniyyət  sahəsində  ciddi  dəyişikliklərlə 

müşayiət olunurdu. Bu, sivilizasiyanın incəsənətində klassik qaydalara və ciddiliyə 

son qoyur, bədii fəaliyyəti xeyli səviyyədə professionallaşdırırdı.  

Ellinizmin  əsas  xüsusiyyətlərindən  biri  olan  kosmopolitizm 

insanların özünü köməksiz hiss etməsinə səbəb oldu. Bu hisslər tez bir zamanda öz 

təzahürünü fəlsəfə və dində tapdı. Bu şəraitdə yunanların dinə olan məhəbbəti də 




Yüklə 227,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə