Microsoft Word Avropa medeniyyeti metodiki vesait doc



Yüklə 227,55 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix26.09.2017
ölçüsü227,55 Kb.
#2087
1   2   3   4   5   6   7   8

 

18

dəyişdi. Bütün bu proseslərin praktik nəticələri incəsənətin bütün növlərində özünü 



bədii formada göstərdi.  

Ellinizm  dövründə  klassik  dövrdən  fərqli  olaraq  nəzəriyyə,  təcrübə 

və  elmi  texnika  arasındakı  fərq  aradan  götürüldü.  Bu,  xüsusilə,  Arximedin 

(b.e.ə.287-212)  yaradıcılığında  özünü  göstərdi.  O,  elmə  hidravlik  qanunun  banisi 

kimi daxil oldu ki, bu da gələcəkdə nəzəri mexanikanın əsasını təşkil etmiş oldu. 

Bunlardan  başqa,  Arximed  gələcək  texnikanın  inkişafına  təkan  verən  vintvari 

nasos,  müdafiə  qurğuları,  hərbi-döyüş  atıcı  maşınlarının  konstruksiyalarını  da 

vermişdi.  

 

 

 

stifadə olunmuş ədəbiyyat 

Azərbaycan dilində 

 

1. Azərbaycan tarixi I c. (Z.Bünyadov, Y.Yusifov). B., 1994 



2. Tağıyev Ə., Əliyev Q. Kulturologiya. B., 1997, Dərs vəsaiti 

3. Yusifov Yusif. Qədim şərq tarixi. B., 1990 



 

Rus dilində 

4. Алпатов. Всеобшая история исскуства. М-л, 1948 

5. Арнольндов А. Введение в культурологию. М., 1998 

6. БоннарА. Греческая цивилизация. тт. 1,2,3. М., 1992 

7. БоннарА. Культура древнего Рима. М., 1985 

8. Васильев Л.С. История религии Востока. М., 1988 

9. Васильев Л.С. Цивилизации Востока. Вып.з., М., 1995 

10. Васильев Л.С. История Востока. М., 1998 

11. Джеймо. Римская цивилизация. 2000 

12. Бонгард-Левин Г.М.Древнеиндийская цивилизация. М., 1980, 1993 

13. Ерасов Б.С.  Культура, религия и цивилизация на Востоке. М.,1999 



 

19

14. Зелинский Ф.Ф. История античной культуры. СПБ., 1995 



15. Каждан А.П. Византийская культура (Х-Х вв). М., 1997 

16. Куманецкий К. История культуры Древней Греции и Рима. М., 1990 

17. Лосев А.Ф. Очерки античного символизма и мифологии. М., 1993 

18. Перкинс. Греческая цивилизация. М., 2000 

19. Хук С.Г. Мифология ближнего Востока. М., 1991 



 

20

4. Orta əsrlər mədəniyyəti 



 

4.1. Qərbi Avropa mədəniyyəti 

 

Təxminən  10  əsrlik  bir  dövrü  əhatə  Orta  əsrlər  Qərbi  Avropa  mədəniyyəti 

siyasi,  iqtisadi  və  mədəni  həyatdakı  dəyişikliklər,  incəsənətdə  yeni  cərəyan  və 

üslubların yaranması ilə xarakterizə olunur.  

“Orta əsrlər” anlayışını ilk dəfə XV əsrdə  talyan humanistləri öz yaşadıqları 

dövrü  antik  klassikadan  ayırmaq  üçün  işlətmişlər.  Sonralar  bu  termin  Roma 

imperiyasının  süqutundan  ntibah  dövrünədək  olan  bir  mərhələni  bildirməyə 

başladı. Məhz bundan sonra dünya tarixi Antik dövrə, Orta əsrlərə və Yeni dövrə 

bölündü.  Maarifçilik dövründə bu  mərhələyə  maraq  daha  da  artdı.  Romantiklərin 

bu  məsələyə  münasibəti  isə  birmənalı  olmadı.  Yalnız  XIX-XX  əsrlər  qərb 

sivilizasiyalarının  böhranı  dövründə  alim-kulturoloqlar  orta  əsrlərin  zəngin 

mədəniyyətini hərətərəfli öyrənməyə başladılar.  

V-XIV (bəzən XVI) əsrləri əhatə edən orta əsrlər dövrü feodal cəmiyyətinin 

yaranması,  inkişafı  və  süqutu  ilə  əlaqədar  olubadətən  erkən  orta  əsrlərə  (V-X 

ə

srlər), klassik orta əsrlərə (XI-XIII əsrlər), bəzən isə feodalizmin daha uzun sürən 



regionlarında son orta əsrlərə (XIV-XVI əsrlər) bölünür.  

I dövr üçün Avropa xalqlarının formalaşması prosesi, Qərbi Avropa xristian 

mədəniyyəti  tipinin  yaranması,  xristianlığın  daha  da  möhkəmlənməsi  və  geniş 

yayılması xas idi.  

II  dövr  mədəniyyətinin  mühüm  hadisəsi  –  xristian  dininin  yayılması  ilə 

ə

laqədar  bu  dinin  əsas  atributu  olan  kilsələrin  kütləvi  tikintisi  və  nəticədə 



memarlıqda roman və qotika üslublarının bərqəarar olması idi.  

III  dövr  dahi  Dantenin,  Akvianlı  Fomanın  adları  ilə  bağlıdır.  Bu  dövrə 

həmçinin  elm  və  təhsilin  inkişafı,  fəlsəfədə  sxolastikanın  əsas  istiqamətə 

çevrilməsi xas idi.  

 

 



 

21

4.2. Roman və Qotika mədəniyyəti 



 

Xristianlığın yalnız Kilsə formasında mövcud olması, əsas atributunun məhz 

Kilsə olması yeni memarlıq üslublarının – roman və qotikanın yaranmasına səbəb 

oldu.  Avropa  feoadal  pərakəndəliyi  şəraitində  xalqları  birləşdirən  yeganə  vasitə 

Katolik  Kilsəsi  oldu.  O,  müqayisəedilməz  dərəcədə  ideoloji  və  iqtisadi  qüvvəyə 

malik  idi.  Qərbi  Avropada  roman  üslubu  dini  dünyagörüşlü  feodal  cəmiyyəti 

şə

raitində yetişir və vüsət alırdı.  



Roman  incəsənətinin  əsas  növü  olan  memarlığın  inkişafı  Qərbi  Avropada 

feodal  dövlətlərinin  yaranması  və  çiçəklənməsi,  təsərrüfat  fəaliyyətinin 

canlanması,  mədəniyyət  və  incəsənətin  yeni  dirçəlişi  dövründə  başlamış 

monumental  tikintilərlə  bağlı  idi.  Qərbi  Avropanın  monumental  memarlığı  hələ 

barbar  xalqlarının  incəsənətində  mövcud  idi.  Məsələn,  Ravennada  Teodorixin 

məqbərəsi (526-530), Karoliqlər dövrünün kilsə binalarından olan Axende Böyük 

Karlın saray kapellası (795-805). 

Roman  memarlığınını  sələfi  məhz  orta  əsr  Orta  Avropasının  feodal  qəsrləri 

oldu. Qəsr tikintisi təcrübəsi sonralar monastr komplekslərinə keçdi ki, bunlar da 

şə

hər-qalalar və ya əməlli-başlı qəsəbələrdən ibarət idi.  



 

stifadə olunmuş ədəbiyyat 

 

Azərbaycan dilində 

 

1. Azərbaycan tarixi I c. (Z.Bünyadov, Y.Yusifov). B., 1994 



2. Əliyev R. Azərbaycan VII-XIV əsrlərdə. B., 1980 

3. Mahmud  smayıl. Azərbaycan tarixi. B., 1997 

4. Mehdiyev Niyazi. Orta əsrlər Azərbaycan estetik mədəniyyəti. B., 1986 

5. Mədəniyyət, problemlər, perspektivlər. III h. B., 2002 

6. Şükrov A. Kulturologiya dərslik. B., 1998 

 

 




Yüklə 227,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə