Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə58/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   54   55   56   57   58   59   60   61   ...   69

 
182
ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə 
ə
saslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir”
136

2009-cu  il  əksər  dünya  ölkələrində  qlobal  böhranın  güclən-
məsi  ilə  müşayiət  olunsa  da,  respublikamızın  daxili  potensiala 
ə
saslanmaqla  həyata  keçirdiyi  antiböhran  tədbirləri  dinamik  inki-
ş
af tempini qoruyub saxlamağa imkan verdi. Bir sıra yaxın və uzaq 
ölkələrdə  iqtisadi  tənəzzülün  dərinləşməsinə  rəğmən,  Azərbay-
canda ümumi daxili məhsulun 9 faizlik artımı, həyata keçirilən sə-
mərəli iqtisadi siyasətin nəticəsidir.  
2009-cu ildə daxili maliyyələşmə mənbələri hesabına iqtisa-
diyyatın kapitalizasiyası davam etmişdir. Bununla belə investisiya-
ların maliyyələşməsində özəl sektorun payı artmışdır. Belə ki, əsas 
kapitala qoyulmuş 7.4 mlrd.manat (ÜDM-in 21.3%-i) məbləğində 
investisiyanın 57.2%-i və ya 4.2 mlrd. manatı özəl sektorun payına 
düşmüşdür. Buna baxmayaraq investisiyaların 5.2%-i bank krediti, 
36.4%-i isə büdcə vəsaiti hesabına maliyyələşmişdir.  
Uğurla həyata keçirilən inkişaf və modernləşmə strategiyası 
sayəsində  Azərbaycan  iqtisadiyyatı  qlobal  böhrana  yüksək 
                                                 
136
 Ramiz Mehdiyev " ctimai və humanitar elmlər: zaman kontekstində baxış". 
Bakı,2010.  


 
183
dayanıqlıq  nümayiş  etdirərək  müvazinətini  itirmədi,  artım 
dinamikasını  və  sosial  inkişaf  səviyyəsini  qoruya  bildi.  Ölkədə 
güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən 
antiböhran  siyasəti  maliyyə  sabitliyinin  qorunmasına  da  yaxşı 
imkanlar yaratdı.  
Həyata keçirilmiş antiböhran proqramı nəticəsində bank 
sektorunun maliyyə dayanığğı  daha da güclənmişdir: 
1.
 bank  sistemi  cari  ohdəliklərinin  təqribən  80%-i 
səviyyəsində likvid aktivlərə malikdir ki, bu da minimal normadan 
(30%) coxdur; 
2.
 sektorun  kapital  adekvatlıgı  göstəricisi  qəbul  edilmis 
normadan iki dəfə cox -19% olmuşdur; 
3.
 kredit  portfelinin  keyfiyyəti  məqbul  səviyyədə  qorunub 
saxlanılmış, vaxtı kecmiş kreditlərin umumi portfeldə xüsusi çəkisi 
3.3% təşkil etmişdir; 
4.
 bankların maliyyə nəticələri musbət olmuş, cari ilin on bir 
ayında  aktivlər  uzrə  gəlirlik  2.6%,  kapitalın  gəlirliyi  isə  17.8% 
təşkil etmişdir. 
Beləliklə,  uğurla  həyata  keçirilən  inkişaf  və  modernləşmə 
strategiyası  sayəsində  Azərbaycan  iqtisadiyyatı  qlobal  böhrana 
yüksək  dayanıqlıq  nümayiş  etdirərək  müvazinətini  itirmədi,  artım 
dinamikasını  və  sosial  inkişaf  səviyyəsini  qoruya  bildi.  Ölkədə 
güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən 
antiböhran  siyasəti  maliyyə  sabitliyinin  qorunmasına  da  yaxşı 
imkanlar yaratdı.  
Azərbaycan  manatı  məzənnəsini  qoruyub  saxladı,  dövlət 
məhz  əhalinin  sosial  mənafeyini  əsas  tutaraq  manatın  devolvasi-
yasına imkan vermədi.  
Azərbaycan  üçün  səciyyəvi  olan  bu  mütərəqqi  inkişaf 
modelinin  uğurları  ölkə  hüdudlarından  kənarda  diqqətlə  izlənilir, 
maraqla  qarşılanır.  Dünya  Bankı,  Ümumdünya  qtisadi  Forumu 
(Davos  forumu),  Beynəlxalq  Valyuta  Fondu,  MDB  Statistika 
Komitəsi  və  digər  qurumlar  ilin  yekunlarını  Azərbaycan  üçün 
kifayət qədər uğurlu saydılar.  


 
184
 
 
V FƏS L 
 
QLOBAL PROSESLƏ
FONUNDA BEYNƏLXALQ 
MAL YYƏ S STEM N N 
TƏKM LLƏŞD R LMƏS  
PROBLEMLƏR  


 
185
5.1. QLOBAL PROSESLƏR FONUNDA 
BEYNƏLXALQ MAL YYƏ S STEM N N 
TƏKM LLƏŞD R LMƏS  PROBLEMLƏR  
 
Beynəlxalq  maliyyə  sisteminin  möhkəmləndirilməsi  məsə-
ləsi XX əsrin sonunda baş verən və Avropa, Asiya, həmçinin Latın 
Amerikasının bir çox ölkələrini əhatə edən növbəti maliyyə böhra-
nından sonra geniş müzakirə olunmağa başlandı. BVF-nin qiymət-
lənləndirməsinə  görə  bu  böhran  son  50  il  ərzində  baş  verən  böh-
ranlar  arasında  öz  əhatə  dairəsinə  görə  birinci  yerdə  dayanır  və 
buna görə də böyük narahatçılıq doğurur. Məhz bu səbəbdən bank-
maliyyə  sisteminin  subyektləri  gələcəkdə  eyni  halın  təkrarlanma-
ması  üçün  beynəlxalq  valyuta  və  maliyyə  sisteminin  “arxi-
tektura”sında dəyişikliklərin zəruri olması fikrini dəstəkləyirlər.  
“Arxitektura”  anlayışına  ayrı-ayrı  qurumlar,  bazarlar,  hö-
kumətin,  müəssisələrin  və  ayrı-ayrı  şəxslərin  iqtisadi  və  maliyyə 
fəaliyyətini  həyata  keçirmək  üçün  istifadə  etdikləri  müxtəlif 
tədbirlər daxildir. BVF-nin qiymətləndirməsinə əsasən möhkəm və 
stabil  beynəlxalq  maliyyə  sisteminin  təşkili  dünyanı  maliyyə 
böhranlarına qarşı daha dözümlü edəcək və bütün ölkələrə iqtisadi 
artım və həyat səviyyəsinin  yüksəldilməsi də daxil olmaqla vahid 
sistemin üstünlüklərindən faydalanmaq üçün imkan yaradacaq.  
1998-ci  ilin  aprelində  dünya  maliyyə  sistemində  sistem 
rolunu  oynayan  ölkələrdən  G-22  qrupu  təşkil  olundu.  Bu  qrupa 
daxil  olan  ölkələrin  nümayəndələri  aşağıdakı  istiqamətlər  üzrə 
təkliflərin  hazırlanması  üçün  3  işgüzar  qrup  formalaşdırdılar: 
“şəffaflıq” və məsuliyyətin artırılması; milli maliyyə sistemlərinin 
möhkəmləndirilməsi;  böhrandan  çıxmaq  üçün  dövlət  və  özəl 
sektor arasında ağırlığın bölüşdürülməsini stimullaşdırmaq.  
Beynəlxalq  maliyyə  sistemində  islahatların  aparılması 
mövzusu  1999-cu  ildə  Davosda  keçirilən  iqtisadi  forumda  geniş 
müzakirə olundu. Bu mövzu haqqında xarakterik fikirlər BMT-nin 
iqtisadi  və  sosial    məsələlər  üzrə  craçı  komitəsinin  “yeni  bey-


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə