Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə11/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   7   8   9   10   11   12   13   14   ...   91

49
 
 
qəmini, kədərini özününküləşdirən və bu qaranlıqdan xilas 
olmaq   üçün  başqalarının           yoluna şəfəq nuru saçan, öz 
sevincini hamıyla bölüşməyə  tələsən, kədərini isə heç  kəsə 
bildirməyən, öz içində dəfn etməyibacaran, kimsəsizlərin ümid 
çırağı olan,yüksəkmənəvi dəyərləri və gözəl insani 
 
keyfiyyətləri özündə  cəmləşdirən,bəlkə  də heç  kimə  məlum 
olmayan qayğılı  və narahat bir ömür yaşayanlardan biri də  
Şəfiqə xanım Əliyevadır. 
 Mən Şəfiqə  xanımın necə bir həssas qəlbə,mehriban, xeyirxah  
əməllər sahibi, zəngin mənəvi  aləmə malik olması barədə 
eşitmiş  və ona həsr edilmiş  “Şəfqət nuru” kitabından 
oxumuşdum. Həqiqət xanım Kərimovanın yüksəs insani 
duyğularla bu gözəl və nəcib xanımı oxuculara təqdim etməsi 
özü də xeyirxah bir işdir. Yazarın hədsiz dərəcədə hissetmə 
qabiliyyətinə, erudisiyaya, insan təbiətinin gözəlliyini
rəngarəngliyini və onların sirli aləmindən özünəməxsus tərzdə  
söz    açması istər- istəməz hər bir  adamı düşünməyə məcbur 
edir. Bir yazıçı kimi mənim  Şəfiqə xanım arasında tanışlıq 
körpüsünü də Həqiqət xanım salmışdı. İlk  tanışlıqdan, Şəfiqə 
xanım  barəsində məndə gözəl   təəssüratlar oyandı.        
 Şəfiqə xanımı  hər  şeydən öncə adamlara sevdirən onun 
sadəliyidir.İngilislərin belə bir zərbi-məsəli var:“Sadəlik- 
böyüklükdür.” 
Şəfiqə xanımın seçdiyi peşə dünyada ən müqəddəs və ülvi 
peşələrdəndir. O, müəllimlik peşəsini hər  şeydən uca tutur və 
ömür boyu da ona sadiq qalmışdır.  Şəfiqə xanım təmiz və 
şərəfli müəllim adını bu çətin  günlərdə də qoruyub saxlamağı 
bacaran əsl  ziyalı qadındır. 
      Bir  dəfə dünya fatehi İsgəndərə belə bir sual verirlər: 
Atanı çox istəyirsən, yoxsa müəllimini?”  İsgəndər cavab  
verir:  “Atam məni dünyaya gətirib, müəllimim isə  mənə 
əbədiyyət bəxş edib.” 
 Şəfiqə xanım dərs dediyi şagirdlərini çox sevir, onların qəlbinə 
yol tapmağı bacarır, hər birinə öz doğma övladı kimi yanaşır, 


50
 
 
qayğısına qalır, dərdlərinə şərik olur, sevinclərini birgə bölüşür. 
Buna  görə uşaqlar da Şəfiqə xanımı çox istəyir, ona öz doğma 
analarıtək  hörmət və ehtiram bəsləyirlər. O, heç kəsə laqeyd və 
biganə deyildir. Kimliyindən asılı olmayaraq hamıya hər 
zaman kömək  əlini uzatmağa hazırdır. Hər  şeydən öncə bu, 
Şəfiqə xanımın böyük insaniyyətindən irəli gəlir. 
Bir dəfə  qədim filosof Sokratdan soruşurlar: “İnsanda  ən çox 
nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən cavab verir: 
“İnsaniyyəti.” 
İnsan üçün insaniyyətə tam sahib olmaq ən böyük səadət,  ən 
böyük qəhrəmanlıq,  ən böyük   şərəfdir.  İnsaniyyət 
xeyirxahlığı, insana məhəbbəti, qayğıkeşliyi, həssaslığı, 
diqqətliliyi, dərdə    şərikliyi və s. özündə ehtiva edir. Bu 
baxımdan  Şəfiqə xanımda hər  şeydən  əvvəl, insana qayğı ilə 
yanaşmaq, ona həssas münasibət  bəsləmək, onun bütün 
tələblərinə diqqətli olmaq, insan ləyaqətinə hörmət etməyi 
bacarmaq qabiliyyəti çox yüksəkdir. 
Şəfiqə xanım insani münasibətlərdə  vəzifə    və mövqeyindən 
asılı olmayaraq bütün insanlara eyni münasibət bəsləyir. O, 
bəzən adamların özünə  və başqalarına qarşı qeyri-bərabər 
münasibəti gördükdə narahat olur. Şəfiqə xanım bu cür 
münasibəti  ədalətsizlik, haqsızlıq hesab  edir. Onun fikrincə, 
hər bir adama bərabər münasibət bəslənilməsi insanın 
şəxsiyyətinin  böyüklüyünün, onun ləyaqətinin dərin hörmətə 
layiq olduğunun  əsas meyarıdır. Məhz  Şəfiqə xanımın özü 
hazırda böyük hörmətə layiq  ziyalıdır. Hörmət insana  böyük 
dayaqdır.  İnsana hörmətlə      yanaşmaq  şəxsiyyəti öz gözündə 
yüksəldir, ona əminlik, öz qüvvəsinə inam yaradır, bir 
şəxsiyyət kimi onun  ictimai dəyərini artırır.  Şəfiqə xanım bu 
cür insani keyfiyyətləri çox gözəl anlayır və ona görə  də 
bunları  özünün həyat devizinə  çevirmişdir. Təbiidir ki, özünə 
hörmət olunduğunu hiss edən  şəxsiyyət öz şərəfini və 
ləyaqətini daha dərindən dərk edib qiymətləndirir və  həmişə 
onları  qorumağa çalışır. Hörmət eyni zamanda birbaşa insanın 


51
 
 
qəlbinə  təsir edir, onu həlimləşdirir, kövrəkləşdirir və 
xaraktercə   mülayimləşdirir. Səmimi hörmət və mehribanlıq 
insanı həyata bağlayan ən möhkəm tellərdir. Şəfiqə xanımı da 
insanlara sevdirən onun səmimiliyi və mehribançılığıdır. Bir 
sözlə desək, hörmət edənə hörmət olunur. Bu, həyatın bir növ 
obyektiv qanunudur. Hörmət edilmək, cəmiyyətin bütün 
təbəqələri arasında hörmət- izzət sahibi olmaq məncə,  ən 
böyük səadətdir. Sadəlik, hörmətlilik, səmimiyyət, mehribanlıq 
həqiqi böyüklüyün və  mənəvi zənginliyin,  ən başlıcası isə 
insaniyyətin ən gözəl nümunələridir. Bu böyük səadət də məhz 
hamımızın sevimlisi Şəfiqə xanıma nəsib olubdur. 
Şəfiqə xanım ən çox mənəviyyat adamıdır. O, adamlarda əxlaqi 
keyfiyyətləti, mənəvi zənginliyi, intellektual səviyyənin 
dərinliyini yüksək qiymətləndirir və  həyatda hər  şeyi ağlın, 
zəkanın fövqündə dayandığını israr edir. Bu cəhətinə görə 
Şəfiqə xanımın alimlər, akademiklər ümumiyyətlə, elm 
adamları və ziyalılar arasında böyük hörməti var. 
Şəfiqə xanım eyni zamanda Allah adamıdır. O, kimsəsizlərə, 
yetim uşaqlara himayədarlıq edərək onların qəlblərinə öz 
xeyirxahlığıyla nur çiləmiş, onlar üçün heç kəsin bəxş edə 
bilmədiyi sevinci, ümid çırağını   yandırmışdır. Əgər bir kimsə 
yetim bir kəsə  əl tutub, onu     sevindirərsə, bu işin səvabı 
axirət dünyasında  bütün səvablardan üstün tutulur. Bu 
baxımdan  Şəfiqə xanım axirət  dünyasını  bəzəyən Allah-
təalanın əziz bəndələrindən hesab olunur. 
Şəfiqə xanımın gözəl insani keyfiyyətlərindən çox danışmaq  
olar, amma mən kimsənin fikirlərini  təkrarlamağı xoşlamıram. 
Şəfiqə xanım həm də saatlarla Allah  kəlamlarını diqqətlə 
dinləyən və onları özündə əxz etməyə çalışan, üzündə həmişə 
həya  rübəndi olan əsl müsəlman qadınıdır.  Könüllər 
aydınlaşdıran, fikirlər ziyalandıran elm və hikmət günəşi 
Həzrəti-Əli (ə) dediyi kimi: “ Allah kəlamı qəlbin dərmanıdır.” 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə