Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə9/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   5   6   7   8   9   10   11   12   ...   91

33
 
 
əlindən gələn köməyi heç kimdən  əsirgəmir.Gənclərə böyük 
ümid bəsləyən  Əlibala müəllimin onlarda torpağa bağlılığı, 
milli qüruru, Vətən təəssübkeşliyi, mənəvi dəyərləri qorumağı, 
əxlaqi kamillik zirvəsini fəth etməyi tövsiyə edərək, 
ədalətsizliyə, xəyanətə, riyakarlığa,  əxlaqsızlığa, mənəviy-
yatsızlığa qarşı barışmaz olmağa səsləyir. 
Əlibala müəllimin böyüklüyü ondadır ki, o, gənc yazarlara 
həmişə qayğı  və  həssaslıqla yanaşır. Onu qeyd edim ki, 
Yazıçılar Birliyinə üzv qəbul olunmaqdan ötrü mənə üç 
zəmanət lazım idi. Həmin zəmanətlərdən birini Əlibala 
müəllim məmnuniyyətlə yazıb mənə verdi. Çünki bir neçə gün 
öncə yenicə çapdan çıxmış dördüncü, “Ölümlə üz-üzə” 
kitabımı hörmətli yazıçımıza təqdim etmişdim. Bir gün 
nəşriyyatda görüşəndə o, məni qucaqlayıb: “Ay Camal, o nədi 
yazmısan? Oxuyandan sonra səhərə kimi yata bilmədim”, deyə 
uğurlar dilədi.  Əlibala müəllimin bu sözündən sonra sanki 
dünyanı  mənə bağışladılar. Yazıçının bu sözləri məndə 
tələbkarlıq və məsuliyyət hissini daha da artırdı. 
Əlibala müəllimdə insanlara qarşı olan məhəbbəti tükənməzdir. 
Çünki  ən güclü məhəbbət daşürəkli adamları belə  əritməyə 
qadirdir. Bəli,  ən nadan adam belə onunla söhbət zamanı 
yazıçının mehriban, xoş, qəlbləri isidən hərarətli baxışları 
altında sanki özünü mərhəmətlə, ülvi hisslərlə, gözəl 
duyğularla əhatə olunmuş başqa bir aləmdə hiss edir. 
 Bəli,  Əlibala müəllim bu gün zahirən gülərüz, xoşrəftar, 
mehriban görünsə  də, qəlbində dağ boyda Qarabağ  dərdi 
daşıyır. Tarixən xalqın, millətin  ən ağır dərdini həmişə onun 
yazıçıları, şairləri çəkibdir.Bu gün də belədir. 
Nasir Qarabağ  dərdinə dözə bilmir, o, keçirdiyi hissləri lirik 
şəkildə qələmə alır: 
 “Gecələr Qarabağımı basıb bağrıma, 
Körpə uşaq kimi mışıl-mışıl yatardım. 
 Gözlərimdə şır-şır axan bulaqlar, 
Yuxularımda başı qarlı silsilə dağlar, 


34
 
 
Xəyallarımda gah çiçəkdim, gah qardım...” 
 
Əlibala müəllim bu gün də sakit axan suya bənzəyir. Deyirlər, 
sakit axan su dərin olar. 
Bəli, Ə. Hacızadənin həm yaradıcılığı, həm də bəşəri duyğular 
üzərində köklənmiş əxlaqi kamilliyi daha dərindir. 
Bu dərinliyə çatmaq üçün biz, gənc yazarlar hələ çox yuxusuz 
gecələr keçirib, çoxlu müşahidələr, tədqiqatlar aparmalıyıq. 
Əlibala müəllimin özünün dediyi kimi, o, dərk olunmamış 
kitabdır. 
 Əlbəttə, biz bu kitabı  vərəq-vərəq oxuyub dərindən dərk 
etməliyik. 
 Mən hörmətli  Əlibala müəllimi ömrünün 65-ci baharı 
münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda ən ümdə 
olan can sağlığı, uzun ömür, tükənməz yaradıcılıq uğurları, 
böyük  əzm, qartal vüqarı,  əyilməzlik, mübarizlik, ideya və 
əqidəsində dönməzlik, milli qürurunda möhtəşəmlik və 
əzəmətli olmağı arzu edirəm. 
 
 
 
 
 
“Axşam” qəzeti, 2001-ci il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


35
 
 
 
 
Görkəmli alim, nəcib insan 
 
      Şərqin etika və  əxlaq nəzəriyyəçilərindən biri vaxtilə 
yazmışdır ki, “mən  ən güclü, ən qüdrətli,  ən  zəkalı o adamı 
hesab edirəm ki, o, öz istəklərini idarə etməyi bacarır”
Doğrudan da bu sözlərdə böyük həqiqət vardır. Əgər bizim hər 
birimiz öz maddi və  mənəvi təlabatlarımızı, arzu və 
istəklərimizi lazımi səviyyədə idarə etməyi bacarsaq, o zaman 
biz  əxlaqca təmiz, saf, mənəviyyatca daha zəngin olarıq. 
     Hazırda elə bir dövrdə yaşayırıq ki, maddi təlabatlar hər 
cəhətdən mənəvi təlabatları  üstələyir. Məsələn, vaxtilə elmi 
fəaliyyətinə,  şəxsiyyətinə    və  dərin zəkasına hörmət etdiyimiz 
bir insan  həyatın bu çətin sınağına dözməyib, istər- istəməz 
müəyyən qüvvələrin təsiri altında maddiyyət aləminə üz 
tutmaq  məcburiyyətində qalır. Bəzən belələrini qınamaq da 
olmur. Çünki, indiki yaşayış uğrunda mübarizə həmin insanları 
dilemma qarşısında qoyur. 
     Amma həyatda elə insanlar da var ki, onları tutduğu yoldan, 
ideyalarından,  əqidəsindən, özünətələbkarlıq,  əxlaq və 
mənəviyyata vurğunluqdan, sadəliyindən, başqalarına qarşı 
səmimiliyindən, məsuliyyət hissini dərkdən heç bir maddiyyət 
uzaqlaşdıra bilmir. Belə insanlardan  biri qısa zaman kəsiyində 
tanış olduğum, ilk baxışdan məndə qeyri-adi yüksək təəssürat 
yaradan “Respublika” qəzetinin baş redaktoru, filologiya 
elmləri doktoru, professor Teymur Əhmədovdur. 
     Mən, qısa tanışlıq  ərzində Teymur müəllimin necə yüksək 
insani keyfiyyətlərə malik olduğunu gördüm. O, təkcə özünə 
deyil, həm də  ilk dəfə onunla  ünsiyyət körpüsü yaradan 
adama böyük hörmətlə yanaşır, onu səbrlə, diqqətlə axıra kimi 
dinləməyi bacarır. Teymur müəllim tərifdən riyakarlıqdan, 
yaltaqlıqdan  zəhləsi gedən bir insandır. O eyni zamanda heç  


36
 
 
vaxt kiminsə köməyinə ehtiyac duymur. Başqaları kimi 
nəyinsə, kiminsə xatirinə özünü  nümayiş etdirməyi xoşlamır. 
Ona etibar edilmiş  işə  məsuliyyətlə yanaşır, həmişə çalışır ki, 
üzərinə götürdüyü işdə səhvə yol verməsin. 
     Teymur  müəllim hər  şeyin yerini bilən adamdır. O, eyni 
zamanda  əxlaqi kamilliyi qiymətləndirməyi bacaran bir 
şəxsiyyətdir. 
     İndiki dövrdə müəyyən  ideyalara axıra   kimi sadiq  qalmaq 
hər insana nəsib olmur.  İdeyasız yaşamaq isə    insanı  mənəvi 
cəhətdən  yoxsullaşdırır. Ancaq insana hakim olan ideyaları 
qoruyub saxlamaq adamdan  böyük iradə, qüvvə  tələb  edir. 
Bəzən insanın elə  anları olur ki, onu    bürümüş hisslər əhvali- 
ruhiyyəyə  və  iş  fəaliyyətinə  mənfi təsir göstərir.  Belə halda 
zəif iradə sahibləri ötərgi həzz dalınca qaçaraq, əsas və 
həyatının mənasını  təşkil edən ideyadan əl çəkməli olur.  
Teymur müəllimdə  əxlaqi və iradi özünütərbiyə o  qədər 
güclüdür  ki, o, bu ötərgi hissləri dəf etməyi bacarır. O, həm də 
qayğıkeş, xeyirxah, nəcib və  səmimi bir insandır.  Onun   
yanına        gələnləri, yaşından asılı olmayaraq xoşsifətlə  qəbul 
edir,  gülərüzlə yola salır. 
     Teymur  müəllim hazırda rəhbərlik etdiyi “Respublika” 
qəzetinə  ən çətin anlarda  gəlib. Ölkədə baş verən hadisələrin 
çevikliyi, qeyri-stabillik, hərc-mərclik, dəqiqləşdirilməmiş  və 
yoxlanılmamış informasiyaların qəzet səhifələrinə  çıxarılması 
baş alıb gedir, nəticədə xalqın çaş-baş salınmasına və onlarda 
dövlətçiliyin qorunması  və möhkəmləndirilməsi sahəsindəki 
işlərə qarşı  şübhə toxumu səpilməsinə, yenidən hakimiyyətə 
qayıtmış dünya şöhrətli siyasətçi, cahanşümul siyasi lider H. 
Əliyevin atdığı addımlara kölgə salmağa cəhd  göstərilirdi. 
Onlara layiqli cavab verə bilən, dövlətçilik  ənənələrini, 
ideyalarını düzgün təbliğ etməyi qarşısına məqsəd qoyan rəsmi 
mətbuata   zərurət yaranmışdır. 
      Belə bir ağır  şəraitdə T.Əhmədova çətin bir missiyanı öz  
üzərinə götürmək təklif olundu. Ömrü boyu gördüyü işlərlə, 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə