Microsoft Word Agahuseyn ?liyev docx



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix26.05.2018
ölçüsü0,73 Mb.
#46288
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

61 

 

müəyyənləşdirilməlidir.  



c)  nflyasiyanın  mənbəyi,    yəni  onun  hansı  növ  olması  aydm-laşmalıdır:Bunlar 

fərqli  mənbələrdən  qidalandığından  onlarla  mübarizə  tədbirləri  və  istifadə  olunan 

vasitələr  də  müxtəlif  olacaqdır.  Əgər  istehsal  amillərinə  olan  tələb  ardıcıl  olaraq 

artmaqda  davam  edərsə,  nəticədə  onların  qiymətlərinin  səviyyəsi  də  yüksəlməyə 

başlayır.    Əməyin  və  |  Istehsal  amillərinin  qiymətləri  tələbin  artmasına  daha  həssas 

olduğu  üçün  istehsal  amillərinin  qiymətlərinin  yüksəlməsi  məsrəflərin  artmasına 

səbəb olur ki,  bu da öz növbəsində hazır məhsulun qiymətinin artması ilə nəticələnir 

ki,    bu  zaman  nflyasiya  özünü  büruzə  verməyə  başlayır.    Tələbin  ilkin  artması  ilə 

qiymətlərin  səviyyəsinin  yüksəlməsi  arasında  bir  əlaqə  mövcuddur.  Bu  mərhələ 

qiymətlərin  uyğunlaşdırılması  mərhələsi  adlanır  və  bir  neçə  ay  ərzində  davam  edə 

bilər. Istehsal amillərinin qiymətləri qalxmağa başlayan kimi digər iki amil də özünü 

göstərir.  Bu  vəziyyət  hazır  məhsulların  qiymətlərindən  istehsal  amillərinə 

istiqamətlənən  əks  əlaqədir.  Nəticədə  isə  inflyasion  proseslər  güclənir  və  onu 

nəzarətdə saxlamaq qeyri-mümkün olur.  

Antiinflyasiya  siyasəti  özündə  nflyasiyanın  azaldılmasına  istiqamətlənən  dövlət 

tənzimlənməsi  alətlərinin  məcmusunu  birləşdirir.  Hazırda  antiinflyasion  siyasətin 

keynsçilik və monetarist istiqaməti formalaşdınlmışdır.  

Keynsçilik  antiinflyasiya  siyasətinin  mahiyyəti  özəl  müəssisə  və  təşkilatlara  iri 

dövlət  sifarişlərinin  verilməsi  vasitəsilə  səmərəli  tələbin  yaradılmasındadır. 

Multiplikativ effektin təsirindən iqtisadıyyat depressiya vəziyyətindən çıxır,  işsizlik 

azalır.  Buna  paralel  olaraq  ucuz  kredit  üçün  də  şərait  yaranır.  Bu  tədbirlərin 

nəticəsində  məcmu  təklifın  həcmi  artır,    qiymətlərin  səviyyəsi  enir,  nflyasiya  isə 

aşağı  düşür.  Bu  siyasətin  nəticəsində  büdcə  kəsiri  artır.  Lakin  bu  kəsiri  əlavə  pul 

emissiyası ilə aradan qaldırmaq olmaz. Əks halda  nflyasiya yenidən sürətlənə bilər. 

Bu  vəziyyətdə  dövlət  istiqrazlarından  istifadə  etmək  daha  məqsədə-  müvafiqdir. 

Onların  ödənilməsinə  isə  sonralar,    artıq  iqtisadiyyat  stabilləşdikdən  Sonra  da 

başlamaq olar.  

nflyasiya  ilə  mübarizə  alətlərindən  biri  olan  pul  siyasətinin  tətbiqi  birtərəfli  və 

təhlükəlidir.  Belə  ki,  nflyasiya  probleminin  həlli  sistemli  yanaşma  tələb  edir. 



62 

 

nflyasiya  yaradan  amillər  xarakterinə  görə  monetar,    yəni  ənənəvi  və  şok  yaradan 



qeyri-monetar  amillərə  bölünür.    Dünya  təcrübəsi  göstərir  ki,    bazar  iqtisadiyyatına 

malik olan inkişaf etmiş dövlətlərdə  nflyasiya proseslərinin fəallaşmasında monetar 

amillərin,  inkişaf etməkdə olan dövlətlərdə isə qeyri-monetar amillərin rolu yüksək 

olur.  Azərbaycanın da inkişaf etməkdə olan ölkə olduğunu nəzərə alsaq,  onda yaxın 

və  orta  müddətli  dövrdə  antiinflyasiya  nöqteyi  nəzərindən  tənzimlənmə  siyasətinin 

aparıcı xəttinin qeyri-monetar amillər üzərində qurulmasıvacibdir.  Lakin,  bu heç də 

monetar  sahənin  antiinflyasiya  istiqamətində  nəzərdə  lutulan  tənzimlənmə 

predmetindən kənarda qalmasma gətirib çıxarmamalıdır.  

Monetaristlərin  fikrinə  görə,  nflyasiya  sırf  pul  fenomenidir  və  dövlətin  iqtisadi 

sferaya düşünülməmiş müdaxiləsinin nəticəsində meydana gəlir. Monetaristlərə görə,  

məcmu  təklifın  artırılması  əlavə  dövlət  investisiyaları  ilə  stimullaşdırılmamalıdır. 

Monetaristlər  bu  zaman  özəlləşdirmə,    pul  kütləsinin  kəskin  məhdudlaşdırılması,  

sosial proqramların ixtisarı hesabına büdcənin balanslaşdırılması,  sahibkarlığm vergi 

stimullaşdınlması kimi vasitələrdən istifadə etməyi məsləhət görürlər. Bunlara paralel 

olaraq,    monetaristlər,    eyni  zamanda  məcmu  tələbi  ixtisar  etməyi,    əmək  haqlarını 

dondurmağı,    ayrı-ayrı  əhali  təbəqələrinə  təyin  edilmiş  güzəştləri  və  transfert 

ödəmələri azaltmağı təklif edirlər.  

Keynsçilərdən fərqli olaraq monetaristlər ucuz deyil,  daha bahalı kreditlər təklif 

edirlər.  Buna  görə  də  zəif  müəssisələr  üçün  kredit  almaq  əlçatmaz  olur  və  onlar 

müflisləşirlər. Güclü müəssisələri isə aşağı vergi dərəcələri ilə həvəsləndirmək təklif 

edilir.  Aydındır ki,    bu təkliflərin tətbiqi əhalinin  əsas  hissəsinin  maddi  rifahına pis 

təsir göstərəcəkdir. Tələbin azalması istehsalın kəskin tənəzzülünü stimullaşdıra bilər,  

işsizliyin səviyyəsi isə yüksələr.  

ngilis  iqtisadçısı  A.  Fillips  demək  olar  ki,    müəyyən  bir  dövr  ərzində  işsizlik 

səviyyəsi  ilə  əmək  haqqı  arasında  qarşılıqlı  əlaqəni  təhlil  edərək  belə  bir  qənaətə 

gəlmişdir  ki,    işsiziiyin  elə  bir  səviyyəsi  (6-7%)  mövcuddur  ki,    bu  zaman  əmək 

haqqının  səviyyəsi  sabit  qalır.  şsizliyin  səviyyəsinin  həmin  həddən  aşağı  düşməsi 

ömək haqqının və qiymətlərin tez bir zamanda artması ilə nəticələnir. Yaxud əksinə,  

işsizlik  artdığı  zaman  əmək  haqqının  artımı  zəifləyir.  Yəni  işsizliyin  daha  yüksək 



63 

 

səviyyəsinə  nisbətən  aşağı  səviyyəli  nflyasiya  uyğun  gəlir.  Bunlar  arasında  qeyri-



xətti əlaqə mövcuddur.  Belə ki,  işsizliyin azaldılması və getdikcə onun səviyyəsinin 

aşağı düşməsi baş verdikdə  nflyasiyanın səviyyəsi daha yüksək templə yüksəlir: 

Rəa = Qat - Ə / s -  t/ 

Burada,  

Rəa - gələcək dövrdə real əmək haqqının artımı; 

Qat- qiymətlərin səviyyəsinin artımının gözlənilən tempini; 

Ə

  -  real  əmək  haqqmm  işsizliyin  konkret  səviyyəsinə  reaksiyasını 



ınüəyyənləşdirən əmsalı; 

c - cari dövrdə işsizlik səviyyəsini; 

t - işsizliyin təbii səviyyəsini əks etdirir.  

ş

sizliyin yalnız təbii səviyyəsi uzunmüddətli iqtisadi tarazlıqla uzlaşır. Əlbəttə ki,  



işsizliyin  səviyyəsini  real  əmək  haqqının  inflyasion  azaldılması  yolu  ilə  təbii 

səviyyədən  aşağı salmaq  mümkündür.    Bu  zaman  müəssisə  və  təşkilatlar  az  maaşla 

daha  çox  işçi  işlətmək  imkanına  malik  olacaqlar.    Belə  bir  şəraitdə  qısamüddətli 

zaman  intervalında  işçilərin  qiymət  gözləmələri  nflyasiyanın  həqiqi  templərindən 

geri qalacaq və  nflyasiya real əmək haqqını aşağı salacaqdır. Lakin bu vəziyyət uzun 

müddət  davam  edə  bilməz,    çünki,    davamlı  nflyasiya  daimi  olaraq  işsizliyin 

səviyyəsini  azaldır.  Müxtəlif  dövrlərdə  artıq  işçilər  anlamağa  başlayırlar  ki,  

qiymətlər gözlənildiyindən daha sürətlə artır və onlar öz əmək haqlarının artınlmasını 

tələb  etməyə  başlayacaqlar  və  artıq  real  əmək  haqqının  azaldılmasım  hissə-hissə 

məhdudlaşdıracaqlar.  nflyasiyanın  gözlənilən  tempi  həqiqi  templə  bərabərləşəcək,  

qiymətlər qalxacaq,  nominal əmək haqqı isə real ©mək haqqmı  nflyasiyaya qədərki 

səviyyədə  saxlamaq  məqsədilə  sürətlə  artacaqdır.    Buna  görə  də  müəssisə  və 

təşkilatlar  yeni  iş  yerləri  açmaqdan  imtina  edəcəklər  və  işsizlik  yenə  də  təbii 

səviyyəyə  enəcəkdir.    Nəticədə  isə  uzunmüddətli  dövrdə  nflyasiya  ilə  işsizlik 

arasındakı qarşılıqlı əlaqə yox olacaqdır.  

nflyasiya ilə mübarizə yollarını göstərən 2 fərqli nəzəriyyə mövcuddur: 

1.

 

Monetarizm 



2.

 

Təklif iqtisadiyyatı 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə