Microsoft Word Adilli Ayt?kin 869M. docx


 Modanın strukturu, modalı standartlar v



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix02.10.2017
ölçüsü0,56 Mb.
#2895
1   2   3   4   5   6   7   8   9   ...   23

17 

 

 



1.4. Modanın strukturu, modalı standartlar və   

obyektlə

 

Moda  insan  və  sosial  fraqmentlərin  reallığı  çərçivəsindən  kənara  çıxaraq  ayrı- 

ayrı  elementlərlə  kəsişir.  Modanın  bu  cürtəzahürü  bütöv  və  universal  olub  insanın 

həyat fəaliyyətinin iqtisadi, psixoloji, estetik və digər sahələrini əhatə edir. Buna görə 

modanın  tədqiq  edilməsi  müxtəlif  elmi  fənlərlə  birgə  yerinə  yetirilir  və 

fənnlərarasında  bir  növ  həlqə  rolunu  oynayır.  Bu  sahənin  tarixi,  mədəni,  estetik, 

iqtisadi, psixoloji, sosioloji, etnoqrafik nəailiyyət və imkanları böyükdür. 

Lakin modanın öyrənilməsində adları çəkilən, həm də bir çox digər fənnlərin və 

elmi  sahələrin  problemlərinin  nəzərə  alınması  ona  xələl  gətirilməsi  ilə  nəticələnə 

bilər.  Belə  ki,  bunların  hər  biri  çoxsahəli  təzahürün  hər  hansı  şaxəsini  işıqlandırır. 

Bununla  belə  bizi maraqlandıran  müəyyən  ayrı-  ayrı  elementlərin  tədqiqat  predmeti 

eyni  deyildir.  Onlardan  hər  birinin  ön  plana  çıxarılması  ya  tədqiqatçının 

konsepsiyasından,  onun  ixtisasından  yaxud  da  hər  ikisindən  asılıdır.  Məsələn, 

sənətşünas  tədqiqatçı  modanın  təzahürünün  izahatını  verərkən  təbii  ki,  onun  estetik 

cəhətlərinə  üstünlük  verir.  Modaya  verilən  bu  nəzər-  nöqtə  uzun  müddət  ərzində 

populyar  olmuşdur.  Tədqiqatçı-  sosioloqlar  isə  modanı  sosial  və  sosioloji-  psixoloji 

təzahür kimi qəbul edirlər. Bu təzahürün öyrənilməsində onlar əsas rolu sosiologiya 

və sosial psixologiyaya verirlər.  

Məhz sosiologiya, hətta sosial reallığın ayrı- ayrı sferaları ayrı- ayrı institutlarla 

ə

laqədə olduqda belə, onlar həmişə bütövlükdə sosial, yaxud digər şəkildə müəyyən 



sosial  çərçivədə  yerləşdirilirlər.  Məsələn,  sosial-  iqtisadi  həyatın  iqtisadi 

elementlərdən  fərqi  əhalinin  ayrı-  ayrı  sosial  qrup  və  sisteminin  tələb  və  meylinin 

ödənilməsi ilə bağlı ayrı- ayrı iqtisadi institutların bu və digər iqtisadi effekti ilə sıx 

ə

laqədə olmasındadır. 



Sosial  psixologiya  isə  fərdlərin  öz  aralarında  və  sosial  qruplar  ilə  qarşılıqlı 

ə

laqələrini, bu qrupların xüsusiyyətlərini və onların qarşılıqlı münasibətlərini öyrənir. 




18 

 

Xüsusilə qeyd etmək lazımdır ki, moda ilk növbədə əşya dünyasına deyil, insan 



dünyasına məxsusdur. Əşyalar özü- özlüyündə modanın təsirindən dəyişirlər, insanlar 

dəyişərək  özləri  ilə  mədəniyyət  arasında  qarşılıqlı  əlaqənin  əhəmiyyətini  modanın 

ayağına yazırlar. 

Məhz  buna  görə  də,  modanın  tədqiqatında  insanın  sosial  həyatının  müxtəlif 

tərəflərinə  aid  olan təfəkkürünə,  davranışına,  sosial  qruplarına və  sosial psixologiya 

fənnlərinə  əsas  üstünlüklər  verilir.  Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  bu 

tədqiqatın  fənnlərarası  xassələrinə  müxtəlif  elementləri  və  semiotikləri  cəlb  etmək 

lazımdır.  

Ümumilikdə insanların davranışı yalnız sosial deyil, həm də bioloji və psixoloji 

mexanizmlər  ilə  bağlıdır.  Bütün  bunlar  özləri  arasında  qarşılıqlı  əlaqəli  olub  bir- 

birinə  nüfuz  edir.  Sosial  nizamlama  anlayışı  mənasına  görə  digər  iki  sosioloji 

anlayışlara  yaxındır:  «sosial  idarəetmə»  və  «sosial  nəzarət».  Sosial  nizamlanma 

proseslərinin  əsas  tərkib  hissəsi  sosial  sistemin  normal  funksiya  göstərməsi  və 

müxtəlif  səviyyələrdə  (qlobal  cəmiyyətdən  kiçik  qruplaradək)  inkişafının  təyin 

edilməsindən  ibarətdir.  Bununla  yanaşı  o  sosial  şəraitin  normal  funksiyası  üçün 

bioloji,  psixoloji,  ekoloji  və digər sistemlərin,  cəmiyyətin  həyat  sürməsi  üçün  şərait 

yaratmalı və kömək etməlidir. 

Sosial  nizamlanmanın  mexanizmi  çoxdur.  Bunlara  bilavasitə  sosial  normalar, 

dəyərlər, institutlar, təşkilatlar, adətlər və i. a aiddir. 

Moda  belə  mexanizmlərdən  biridir.  O  hələlik  elə  bir  ümumi  konstatasiya  ilə 

məhdudlaşır  ki,  çıxış  nöqtəsinə  xidmət  edə  bilsin.  Sonrakı  ifadə  edilməsinin 

gedişatında  modanın  bu  və  ya  digər  dəqiq  sosial  nizamlanmasının  və  insanın 

davranışının  özünü  nizamlaması  kimi  xüsusiyyətlərin  nədən  ibarət  olduğuna  dair 

cəhdlər göstərilir. 

Modanın  öyrənilməsi  məsələsinin çətinliklərindən  biri də,  onun  həqiqi mənada 

seçimi,  kifayət  qədər  dürüst  və  etibarlı  sərhədlərinin  müəyyən  edilməsi  və  modalı 

olduğunun  fərqləndirilməsidir.  Bu  şərtlərə  əməl  etmək  çox  çətindir.  Buna 

baxmayaraq  bütün  bunlar  bizim  həmişə  başa  düşdüyümüz  gündəlik  təsəvvürümüzə 

aid yükdür. 



19 

 

 «Moda»  dərəcələrinə  bir  çox  hallarda  modaya  aid  olmayan  hadisələr  düşür. 



Tədqiqat  obyekti  olan  moda  isə  diqqətdən,  nəzərdə  tutulan  fikirdən  qaçır.  Bəzən 

modanı  sərhədisiz,  hər  yerdə  mövcud  olan,  amma  tutula  bilinməyən  mövhum  kimi 

interpritasiya  edirlər.  Bəzən  elə hallar  olur  ki,  modanın  bir hissəsini  (əksər  hallarda 

hər  hansı  modalı  obyekti,  yəni  dəbdə  nədirsə  onu)  bütünlükdə  moda  kimi  qəbul 

edirlər. Bu uyğun yerdəyişmə və bizi maraqlandıran predmetin dəyişik salınmasının 

təhlükəsindən  necə  xilas  olmaq  olar?    Bunun  üçün  ilk  növbədə  modanın  nəzəri 

modelini qurmaq lazımdır. Nəzəri modelin əsas xüsusiyyəti elementlərin dəqiq təsbit 

edilmiş əlaqələrindən ibarətdir, mühit daxili münasibətin reallığını əks etdirir. Bizim 

hal  üçün  belə  modelin  yaradılması  –  modanı  ideallaşdırılmış  şəkildə  və  ya  ideal 

obyekt  kimi  təqdim  etmək,  modaya  bərabər  olmayan  empirik  müşahidə  obyekti 

qismində,  mürəkkəb  strukturlu  və  qarşılıqlı  elementlərlə  əlaqədə  olan,  özəl  ideal 

obyekt kimi təqdim etmək deməkdir. 

Bu obyektlər ideallaşdırılma prosesində konstruksiya etmə kimi anlayışlarda əks 

etdirilir.  deallaşdırılma– hər bir elm üçün qəbul edilməyən, bilinməyən obstrakt elmi 

formalardan  biridir.  Bu  obyekt  heç  bir  kənar  qarışığı  olmayan  təmiz  halda 

seçilməsinə imkan yaradır. 

deal  obyektlər  humanitar  və  təbiət  elmlərinə  aiddir.  deal  obyekt  anlayışı 

göstərilən  səciyyəvi  nümunəyə  aid  olub,  əksər  hallarda  onun  məntiqi  və  elmi 

metodologiyasında  həndəsi  nöqtə  kimi  xidmət  edir.  Güman  etmək  olar  ki,  təbiətdə 

heç  bir  nöqtə  yoxdur,  lakin  bu  anlayış  müəyyən  münasibətlərdə  mühüm  reallığın 

ə

lamətini  təsbit  edir.  Belə  obyerktlər  sosial  normaları,  dəyərləri  və  ya  rolları 



«yoxlamaq», hər hansı hissiyyat orqanları vasitəsilə qəbul etmək üçün sosial həyatın 

real və fəaliyyətdə olan fakt və faktorlarıdır. Onu da nəzərə almaq lazımdırki, onlar 

tədqiqatın fantaziyası deyildir.  

Modanın  nəzəri  modelinin  yaradılması,  yəni  struktur  formasında  təqdim 

edilməsi  üçün,  bundan  sonra  «moda  nədən  ibarətdir»  sualına  aşağıdakı  kimi  cavab 

vermək olar. 

Modanın birinci və ən çox aydın, amma ən az davamlı elementi dedikdə modaya 

«daxil»  olub,  vaxtı  çatdıqda  bir-  birini  əvəz  edən  «kiçik»,  müəyyən  üsul  və 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə