Microsoft Word Adilli Ayt?kin 869M. docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix02.10.2017
ölçüsü0,56 Mb.
#2895
1   2   3   4   5   6   7   8   9   ...   23

11 

 

Müəyyən  ictimai  statusun  və  ya  ictimai  statusun  göstəricisi  olaraq  moda  “rol 



oyunu”  və  ictimai  rol  anlayışları  ilə  də  bağlıdır.Modanın  ikinci  (zahiri)  təqib  edə 

bilən  moda  iştirakçıları  kateqoriyası  əks  dəyərləri  -  konkret  vəziyyətlə  müəyyən 

edilən  dəyərləri  möcuddur.  kinci  dəyərlər  insanın  dünyaya  və özünə, cəmiyyətə  və 

sosial  insitutlara, təbiyətə (ekoloji dəyərlər) olan münasibətini nümayiş edirlər. 

Moda  iştirakçılarının  dəbli  davranışı.Dəbi  standartlara,  obyektlərə  və  dəyərlərə 

yönəlmiş davranış. 

Modaya aşağıdakı funksyalar xasdır: 

1.

  nnovasiya  –  moda  cəmiyyət  və  mədəniyyətdə,  yeni  axtarış,  öncəkiylə 



müqayisədə  daha  mükəmməl  yeni  mədəni  nümunələri  üzə  çıxarmağın 

eksperimental başlanğıcını stimullaşdırır. 

2.

  Tənzimləyici – dəb həyat tərzinə yeni davranış və insana seçimi yüngülləşdirən 



bununla  da  dəyişkən  dünyaya  uyğunlaşmağa  yardım  edən  çoxsaylı  mədəni 

modellərdən  birini  seçərək  yeni  mədəni  nümunələri  yeridir.  Moda  yaxın 

keçmişlə uzaqlaşmaq imkanını yaradır və yaxın gələcəyə hazırlayır. 

3.

  Psixoloji  –  moda  insanın  dəyişkənlik  illuziyası  yaradaraq  yenilikdə, 



özünütəsdiq  (ictimai  statusu  ilə  narazılığı  kompensasiya  edir)  psixoloji 

tələbatlarını  təmin  edir.  Psixoloji  yüklənmədən  müdafiə  mexanizminin 

elementi  olaraq  moda  kütləvi  miqyasda  şəxsiyyət  davranışının  hazır 

nümunələrini təklif edərək emossianal yüngüllük üuludur. 

4.

  Sosial – moda insanı sosial və mədəni irsə cəlb edir, müəyyən sosial normaları 



və  dəyərləri  qavramağa  yardımçı  olur  və  müəyyən  sosial  sistemi 

canlandırmağa səbəb olur. Bundan başqa moda tənzimləyicisi funksyası yerinə 

yetirərək cəmiyyətdə sosial gərginliyi qaydaya salır. Sosial bərabərsizliyi eyni 

zamanda qeyd və örtbasdır edəcək. 

5.

  Nüfuzlu  –  moda  və  ya  yüksək  sosial  nümayiş  edərək,  ya  da  daha  yüksək 



statusun  illuziyasını  yaradaraq  sosial  statusu  ifadə  edir.  Moda  standartları  və 

elitar  sosial  qrupların  obyektlərini  yamsılamaq  yolu  ilə  natamamlıq  hissinə 

qalib gəlməyə imkan verir. 

6.

  Kommunikativ – moda kütləvi kommunikasiya formalarından biridir. 




12 

 

7.



  qtisadi – istehlak və  yeni malların reklamı  formaları,  istehlakçı davranışının 

tənzimləyicisi və satışın genişlənməsi üsuludur. Moda istehlak sahəsində insan 

davranışına  müəyyən  tələbat  strukturlarının  formalaşmasına  təsir  edir.  Moda 

sahəsində istehlak standartları və əşyaların sosial obrazı hazırlanır. 

8.

  Estetik  –  moda  kütləvi  estetik  zövqün  xüsusiyyətlərini  əks  etdirərək  estetik 



tələbatları  təmin  edir,  cəmiyyətdə  estetik  qiymətlərin  yayılması  və  dəyişməsi 

üsuludur. Müasir  moda cəmiyyətdə  baş  verən sənaye  cəmiyyətinin  ən  dəyərli 

sisteminin norma və qiymətlərini inkar edən post-sənaye (post modern dövrü) 

cəmiyyətinə  keçid  dövrünə  müvafiq  dəyişiklikləri  əks  edir.  Postmodernin 

müxtəlifliyi,  plüralizmi  və  prinsipial  ekleztizmi,  əvvəllər  olduğu  kimi  (yaxşı 

zövq  anlayışının  olmaması  kimi)  müasir  modada  hamı  üçün  vahid  moda 

standartının  olmamasına  gətirib  çıxarıb.  Müxtəlif  ictimai  qruplar  müxtəlif 

dəyərlər  sistemi  və  müvafiq  olaraq müxtəlif  çoxsaylı  və  daima dəyişən moda 

standartlarına  malikdir.  Bir  moda  yerinə  bir  çox  “modalar”  müşahidə  edirik. 

Çünki moda həyat tərzi  və müəyyən ictimai qrupların davranış xüsusiyyətləri 

ilə bağlıdır. 

 

1.2.



  Moda ictimai və psixoloji fenomen kimi 

 

Bütün cəmiyyətə moda yalnız bəzi ictimai qrupların (və ya siniflərin) digərlərini, 

müəyyən  mədəni  nümunələrinin  götürülməsi  vasitəsilə  yamsılaması  mümkün  olan 

yerdə  genişləndirilir  (yayılır).  Ənənəvi  və  silk  cəmiyyətdə  adət  və  hüquq,  modadan 

fərqli olaraq, daha sərt və dəqiq mədəni nümunələri bu və ya digər ictimai qruplara 

təhkim edirlər. Məsələn, orta əsrlərdə aşağı təbəqənin nümayəndələrinə parlaq rəngli 

paltarlar  geyinmək  qadağan  olunmuşdur,  halbuki  zadəganlar  parlaq  rəngli  paltarlar 

geyinə  bilərdilər.  Müəyyən  materialların  işləmə  növlərinin,  formaların  istifadəsi 

kralın  forması  ilə  qanuniləşdirildi.    Məsələn,  1480-cı  ildə  Fransa  kralı  VII  Karl  ali 

zədaganlardan  başqa  hamıya  qızılı  və  gümüşü  parçadan,  ipəkdən  tikilmiş  paltarları 

geymək,  geyimi  bahalı  daş-qaşlarla  bəzəmək  qadağan  etmiş,  ictimai  status  və  titula 

müvafiq  olaraq  ayaqqabı  burnunun  uzunluğunu  qanuniləşdirmişdir.  lk  dəfə  kütləvi 




13 

 

modanın  əmələ  gəldiyi  və  fəaliyyət  göstərdiyi  (qüvvədə  olduğu)  cəmiyyətin  xüsusi 



cəhətlərini XIX əsrin sonunda alman sosioloqu  Q.Zimmel göstərmişdir. O aşağıdakı 

ə

lamətləri qeyd etmişdir: 



1.

  Nüfuza görə cəmiyyətdə ictimai təbəqələr arasında fərq olmalıdır (buna görə 

ibtidai cəmiyyətdə moda yox idi).  

2.

  Aşağı təbəqənin nümayəndələri cəmiyyətdə daha yüksək mövqe tutmağa can 



atırlar və buna imkanları çatır (yəni sərt ictimai maneə yoxdur).  

Moda aşağıda verilən cəhətlərin xas olduğu ictimai sistemlərdə fəaliyyət göstərir: 

1.

  Dinamiklik; 



2.

  ctimai təbəqələşmə və surətlə hərəkət etmə; 

3.

  Açıqlıq (inkişaf etmiş kommunikasiya kanalları); 



4.

  Bolluq (maddi və mədəni rifahın çoxsaylı rəqabət aparan dəb nümunələri). 

Moda  köhnə  ictimai  formalar  içində  daimi  inkişaf  edən  prosesdir.  Modanın 

(dəbin)  XII-XIII  əsrlərdə  Qərbi  Avropa  şəhərlərində  əmələ  gəlməsi  şəhər 

mədəniyyətinin  inkişafı,  daha  səthi  və  qısamüdətli  yeni  komminikasiya  formalarına 

ehtiyacın  olması  ilə  bağlıdır.  Bu  cür  əlaqələrin  yeri  müqəddəs  yerləri  ziyarət  edən 

zəvvarların,  uzaq  ölkələrdən  gələn  tacir  və  səyyahların,  səlib  müharibələrindən 

qayıdan  rıtsarların  görüşdüyü  şəhər  meydanları  və  küçələri  olmuşdur.  Məhz 

şə

hərlərdə  yeni  mədəni  nümunələr  və  ideyalar  əmələ  gəlmiş,  istehsalat  inkişaf 



etmişdir. Əvvəlcə satış üçün malların istehsalına yönəlmiş şəhər sıx sənəti kimi, sonra 

isə  manafaktura  kimi  yaranmışdır.  Lakin  modanın  yarandığı  yer  kral  sarayları 

olmuşdur.  ctimai  əhəmiyyətli  mənanı  moda  burjuaziya  inqilabları  (Böyük  Fransa 

nqilabı) və “bərabər imkanlar” cəmiyyətin formalaşdığı sənaye çevrilişi nəticəsində, 

XIX  əsrdə  əldə  etmişdir.  “Bərabər  imkanlar  cəmiyyətində”  əvvəlki  qadağalar  ləğv 

edilmiş  müxtəlif  çeşidli,  ucuz  mallara  tələbatın  təmin  edilməsinə  imkan  yaradan 

kütləvi istehsalat inkişaf etməyə başlamışdır. Yeni kommunikasiya kanalları və rabitə 

vasitələri  yarandı:  poçt,  teleqraf,  dəmir  yolu  xətləri,  qəzetlər,  jurnallar,  radio, 

televiziya, internet. Müasir moda (dəb) şəhər meqapolislərin məhsuludur. 

Q. Zimmel modanın “elitar konsepsiyaını” irəli sürməklə modanın yaranması və 

fəaliyyət  mexanizmlərinin  səbəblərini  izah  etmişdir.  Bu  konsepsiya  “sızıb  keçmə 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə