Microsoft Word Adilli Ayt?kin 869M. docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix02.10.2017
ölçüsü0,56 Mb.
#2895
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

41 

 

Bəzən  innovasiya  yalnız  standartda  həyata  keçirilir,  obyekt  isə  əvvəlki  kimi 



qalır.  Buna  misal  olaraq  digər  üslubda,  eyni  fasonda  olan  şlyapanın  geyilməsini 

göstərmək olar. Digər hallarda əksinə standart eyniilə qalır, lakin obyekt dəyişir. Bu 

innovasiyanın nisbətən acıq və geniş yayılmış görünüşdür (məsələn, ensiz şalvarların 

enlilərlə,  qısa  yubkanın  uzunla  dəyişməsi).  Standart  və  obyektlərin  eyni  zamanda 

innovasiyalarıda  vardır.  Nəhayət,  modalı  innovasiya  obyektdən  (məsələn,  baş 

geyimindən, çətirdən, yelpikdən və i. a.) imtina etməsindən də ibarət ola bilər. Modalı 

innovasiyaların  həyata  keçirilməsi  üslublarını  üç  yerə  və  uyğun  olaraq  üç  görünüşə 

bölmək  olar:  1)  onun  müəyyən  mədəniyyətdə  və  ya  mədəni  sahədə  ənənəsini 

aktuallaşdırılması  vasitəsilə  yerinə  yetirilməsi;  Bu  görünüşü,  ifadənin  zahiri 

paradoksallığına  baxmayaraq  innovasiyanın  ənənə  vasitəsi  kimi  işarə  edək.  Mədəni 

irslərin  müxtəlifliyinə  baxmayaraq,  hər  bir  nəsl  ona  irsən  qalanları  seçməli  olur, 

beləliklə  təkcə  öz  gələcəyini  deyil,  həmdə  keçmişini  seçmiş  olur.  Moda  kimi, 

keçmişin bu və ya digər mədəni nümunələrini işıqlandıraraq onları müasirləşdirir və 

hamının diqqətinə çatdırılmasına imkan verir. 

Aktuallaşdırılmış  ənənəvi  formaların  uzaqlaşması  müasir  dəyərləri  işarə  edə 

bilər, digər sözlə «yeni» keyfiyyətdə, müxtəlif müsbət assosiasiyalarla (gözəl, rahat) 

qəbul  edilə  bilər.  Obyektin  müvəqqəti  uzaqlaşması  və  ya  yaxınlaşmasının  ona 

göstərdiyi  təsir  dərəcəsini  aydın  dərk  etmək  üçün  kostyumun  tarixini  tədqiq  edən 

ingilis alimi D.Leyver tərəfindən tərtib edilmiş sxemdən istifadə etmək olar.

 

Eyni kostyum müxtəlif xassəli olur: 



-

 

ə



dəbsiz – özvaxtından 10 il əvvəl 

-

 



yaraşıqsız – öz vaxtından 5 il əvvəl 

-

 



ekstrovoqantlı – öz vaxtından 1 il əvvəl 

-

 



zərif - öz vaxtında 

-

 



zövqsüz – 1 ildən sonra 

-

 



çirkin, iyrənc – 10 ildən sonra 

-

 



məzəli – 30 ildən sonra 

-

 



gəşəng, ədabaz – 50 ildən sonra 

-

 



heyranedici – 70 il sonra 


42 

 

-



 

romantik – 100 il sonra 

-

 

çox qəşəng – 150 il sonra 



nnovasiyanın  digər  yolu,  digər  mədəniyyətlərdən  və  ya  mədəniyyətin  digər 

sahələrindən  (məsələn,  dəzgah  rəssamlığının  və  ya  memarlığın  qarşılıqlı  əlaqəsi 

nəticəsində,  geyimin  xüsusiyyətləri  cihaz  stilinin  istehsal  sferasından  məişət 

məmulatına və i. a.) keçir. Bu innovasiya görünüşü, 2) qarşılıqlı vasitə ilə əldə edilən 

innovasiyadır.  Onun  standartların  və  obyektlərin  dəyişilməsində  də,  mühüm 

ə

həmiyyəti, modanın  atribut  dəyərlərinin  universallıq mühüm olması kimi  əsas  rolu 



vardır.  Bu  halda  standart  və  obyektlərin  qarşılıqlı  əlaqədən  yararlanmasını  müvafiq 

mədəniyyətdə və mədəni sahədə nəzərdən keçirir, modalı əhəmiyyətlərini əldə edərək 

«modalı»  olurlar.  Qarşılıqlı  əlaqə  nəticəsində,  qərbdə  geniş  yayılmış  rus  qadın 

uzunboğaz çəkmələri istifadə edilərək  yenidən modalı standartlar şəklində Rusiyaya 

qayıtmasını 1 və 2- ci görünüşə aid ən yaxşı misal kimi göstərmək olar. Son illərdə, 

milli  geyim  elementlərinin  və  Şərq  motivlərinin  Avropa  modelyerləri  tərəfindən 

işlənilərək yenidən modali standart kimi vətənə dönməsi də bu qəbildəndir. 

Göründüyü  kimi,  adları  çəkilən  hər  iki  innovasiya  görünüşləri  yalnız  müəyyən 

sosial-  mədəni  konteksə  aiddir.  Yalnız  3-  cü  üsul  uyğun  görünüşlü  modalı 

innovasiyanı–  ixtiraetməni  təqdim  edir.  3)  Standart  və  obyektlərin  tarixdə  yeni 

elementlərin  və  ya  köhnə  elementlərin  yeni  kombinasiyada  tətbiq  edilməsi, 

innovasiyası  modanın  strukturunda  mühüm  hadisədir.  Əvvəla  ixtira  öz–  özlüyündə 

mədəniyyətin müxtəlif sahələrində az hallarda baş verir. Onlar heç də həmişə moda 

ə

həmiyyətini  almırlar.  Digər  sözlə  hər  bir  innovasiya  modada  təşəkkülünü  tapmır, 



məlumdur  ki,  müxtəlif  ixtira  moda  innovasiyalarının  mühüm  faktorunu  təşkil  edir. 

Hətta qədim mədəniyyət sahəsindəki elmi kəşflər modalı innovasiyaları stimullaşdıra 

bilər.  Belə  ki,  1920-  ci  illərdə  aparılan  arxeoloji  qazıntılar  zamanı  məşhur  Misir 

fironu  Tutanxamona  aid  əşyalar  geyimdə,  bəzəklərdə  və  interyerdə  innovasiyaların 

ə

mələ gəlməsinə mühüm dərəcədə təsiretmişdir. 



Hazırda  məişət  məmulatları  sahəsində  modalı  innovasiyalar  texnologiyanı, 

xüsusilə ekoloji təmiz resurs və qənaətcil enerjini əldə edir. Texnologiyanın imkanları 

mühüm  dərəcədə  dizayn  həllinin  imkanlarını  və  yaradıcılıq  axtarışının  diapazonunu 



43 

 

genişləndirir və ya onu daraldır. Buradan da, «texnoloji estetika» anlayışı və tanınmış 



dizayner  A.Andreyevanın  təklif  etdiyi  müasir  modalı  geyimlərin  səciyyəvi  cizgiləri 

meydana çıxır. O haqlı olaraq qeyd etmişdir ki, bu gün texnologiya təkcə məmulatın 

sayının artırılmasına deyil, həm də geyimdə modanın əmələ gəlməsinə köməklik edir. 

«Sənaye  texnologiyası»  müasir  rəssam-  modelyerin  yaradıcılıq  prosesinin  ayrılmaz 

hissəsi olub, daha da mühüm və mütləq vəzifəsidir. 

Bütün  dünyada  paralel  olaraq  əl  üsulu  ilə  geyimin,  bəzəklərin  və  interyer 

predmetlərinin  və  i.  a.  istehsalına  maraq  yaranmaqdadır.  Qeyd  etmək  lazımdır  ki, 

moda  iştirakçılarının  gözləri  qarşısında  göstərilən  üç  görünüşdə  olan  innovasiyalar 

arasındakı fərq mühüm dərəcədə deyildir, eyni zamanda onları həqiqətən standart və 

obyektlərin  nə  qədər  «yeni»  olmasından  asılı  olmayaraq  eyni  radikallar  kimi  qəbul 

edilirlər.  Bu  nə  ilə  bağlıdır?  Əgər  qeyd  etdiyimiz  kimi,  a)  dəyişən  standart  və 

obyektlərin  arxasında  modanın  eyni  daxili  dəyərləri  dayanırsa,  b)  standart  və 

obyektlərin dəyişməsi bir qayda olaraq əsas mədəni nümunələrin yalnız variasiyasını 

təmsil  edirsə,  onun  çərçivəsindən  çıxmırsa,  c)  əksər  hallarda  modalı  innovasiyalar 

ə

nənə  və  qarşılıqlı  vasitə  ilə  həyata  keçirilirsə,  onda  biz  həmişə  modalı  standart  və 



obyektləri  arasıkəsilməyən  və  radikal  dəyişən  kimi  qəbul  edirik.  Bunlar  həqiqətən 

hansı  münasibətlərdə  arasıkəsilməz  və  radikal  olaraq  dəyişirlər?  Modanın 

funksiyalanma  prosesi,  modalı  standartlar  özü  ondanəvvəlki,  «modadan  çıxmış»  ilə 

bilavasitə  daimi  fəaliyyətdə  olur.  Onlar  bir  yerdə  real  surətdə  fəaliyyət  göstərirlər, 

çünki  bunlardan  birinin  digərini  sıxışdırması  və  müxtəlif  moda  iştirakçılarının  yeni 

moda standartına birləşdirilməsi birdən– birə deyil tədricən əmələ gəlir. 

Bundan  əlavə  «köhnə  modalı»  obraz,  kütlənin  təfəkküründə  modanın 

yetişməmiş  antipodu  kimi  iştirak  edir.  Beləliklə,  «yeni  modalı»  və  «köhnə  modalı» 

bir  sistemi  təşkil  edir,  funksional  cəhətdən  bir-  birini  tamamlayır.  Onlara  standart 

sahəsində bir nizamlama mexanizminin iki hissəsi kimi baxmaq lazımdır. 

Nəzərə alasaq ki, artıq modalı innovasiyanın əsas mənasını ifadə edə bilərik 1) 

sosial  diqqət  istənilən  halda  cəlbedici  olduğu  kimi,  «yeni  modalı»nın  «köhnə 

modalı»dan  az  da  olsa  fərqləndirən  dəyişiklikləri  belə  təsbit  edir;  2)  bir  tərəfdən 

stildə, funksiyalarda, materialda və i. a., digər tərəfdən isə standart və obyektlərin real 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə