Microsoft Word Adilli Ayt?kin 869M. docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix02.10.2017
ölçüsü0,56 Mb.
#2895
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

23 

 

malik olduğu  haqqında  danışmaq  olar,  yəni  sadəcə olaraq  modalı  adlandırmaq  olar. 



Bu dəyərlərə müasirlik, universallıq, demonstrativlik və oyunlar aiddir. 

Bu  və  ya  digər  standartların  dalınca  gedərək,  müəyyən  obyektlərlə  fəaliyyət 

göstərərək  moda  iştirakçıları  öz  davranışlarında  təkcə  üzdə  yerləşən  nizamlama 

səviyyəsini  deyil,  həm  də  bu  dəyərlərin  arxasında  gizlənən,  yuxarıda  qeyd 

edilmişdəyərləri rəhbər tuturlar. Bununla belə modanın atrabutiv (daxili) dəyərəlrinin 

orientasiyasını  onun  bəzi  iştirakçıları  arasında  onları  tanıyan  və  ya  tanımayanlar  da 

təyin edə bilər.  

Ə

ksinə əgər davranış yalnız bilavasitə hansısa standartla orientir edilirsə, demək 



burada  modanın  situasiyası  yoxdur.  Davranış  obyektləri  konkret  mövcud  olmur, 

ancaq onlara moda əhəmiyyətləri verdikdə modalı olurlar. Çox güman ki, standart və 

obyektlərin  bir  sinfi  çox  modalı  (məsələn,  geyim),  digərləri  isə  az,  digər  sözlə 

funksiyasız moda işarə funksiyasına malik olurlar. Amma hər halda funksiyasız moda 

mövcud  deyildir.  Beləliklə,  artıq  modalı  standartlar  və  obyektlərin  nə  olduğunu 

dəqiqləşdirə  bilərik:  o  davranışdır,  onların  obyektlərini  reallaşdıran  üsullardır  və 

modanın göstərilən atribut dəyərini işarə edir. 

Ə

gər  modalı  standartlar  atributlu  (daxili)  dəyərlər  kimi  işarə  edilirsə,  öz 



növbəsində onlar denotativ işarəsinə nəzərən modanın dəyərini təmsil  edirlər. Onlar 

modada  dəyər  obyektinin  sonunu  təşkil  edikləri  üçündenotativ  adlandırılırlar.  O, 

modalı standartlara nəzərən atribut dəyərlərini işarə edir. 

Modalı  standartlara  nəzərən  atribut  dəyərləri  də  denotatlar  kimi  iştirak  edirlər, 

lakin  onlar  modada  işarələnmənin  sonuncu  punktu  deyildir,  onlar  ara  yerini  tutaraq 

bir  tərəfdən  standartlar  arasında  əvəzedilməz,  digər  tərəfdən  isə  dekorativ  dəyərlər 

kimi  funksiyaları  yerinə  yetirirlər.  Lakin  dəyər  qatının  arxasında  sonralar  dəyişərək 

denotativ  adlanan  modanın  zahiri  dəyərlərinin  qatı  vardır.  Biz  bunları  «zahiri» 

dəyərlər adlandıraq, çünki müəyyən situasiyalarda modalı davranış sisteminə kifayət 

qədər  enerji  daxil  olduqda  öz-  özlüyündə  onlar  sərhədlərindən  kənara  çıxırlar, 

modadan kənar qalırları. Onlar eyni zamanda və ya ardıcıl olaraq modanın və eləcə 

də  digər  sosial  formaların  elementlərini  təşkil  edə  bilirlər.  Müəyyən  modalı 




24 

 

standartların dalınca gedən, modanın iştirakçıları eyni zamanda atributlu dəyərlər ilə 



rastlaşırlar. 

Dəyişmənin atributlarının dəyərlərindən fərqli olaraq dekorativ dəyərlər sonsuz, 

çox obrazlı və müxtəlif olurlar. Bu və ya digər formada atribut dəyərləri bütün kütləvi 

moda iştirakçılarını qrup və fərdlərə bölür. Onların əhəmiyyəti və hər birinin xüsusi 

çəkisi  göz  qabağındadır,  müxtəlif  qruplar  üçün  və  fərdilər  üçün  müxtəlifdir.  O  ki 

qaldı  dekorativ  dəyərlərə,  onlar  da  müxtəlifdirlər  və  bəzən  isə  müxtəlif  davranış 

sistemində  əks  istiqamətdə  olurlar.  Bu  fakt  mədəniyyət  tarixində,  modanın 

traktovkasında mühüm dərəcədə əksinədir. 

Modanın  müxtəlif  kateqoriyalı  iştirakçıları  eyni  standartdan,  eyni  atribut 

dəyərlərindən  istifadə  edərkən  oların  bu  və  ya  digər  faktorlarından  asılı  olaraq  son 

mərhələdə donotativ səviyyədə müxtəlif və bəzən əks etik və estetik, siyasi və digər 

dəyərlərə  malik  ola  bilirlər.  Bu  dəyərlər  sosial  bərabərlik  və  elitarlıq,  gözəllik  və 

fayda, komfortluq və qeyri- komfortluq və i. a. ola bilər. 

Çox  güman  ki,  standart  və  obyektlər  iştirakçıların  gözləri  qarşısında  xüsusi 

dəyərlər  kimi  iştirak  edirlər.  Əgər  bu  belə  olmasaydı,  onda  modanın  yuxarıda 

göstərilən  dəyərlərinin  komponentləri  təzahür  etməzdi  və  davranışa  təsir  göstərə 

bilməzdi.  Modalı  standartlar  və  obyektlər  görünən  zahiri  atributları  və  denotativ 

dəyərlərini  təmsil  edir,  moda  iştirakçılarının  zahiri  davranışlarını  məhzempirik 

müşahidə olunacaq səviyyədə orientir edirlər. Lakin modalı standartlar və obyektlərin 

daxilində modalının özünün dəyərini dəqiq seçmək lazımdır, onlar modalı dəyərlərlə 

bağlı  olan  və  digər  qeyri-  faydalıobyektin  yüksək  qiyməti  və  i.  a  modalı 

keyfiyyətləridirlər.Belə  ki,  çox  qiymətli  əşya  (yəni  iqtisadi  dəyəri  olan  əşya) 

təmamilə qeyri- modalı, yəni moda aspektində sıfır dəyərinə malik ola bilər. Modanın 

iştirakçılarının  təfəkküründə  göstərilən  keyfiyyətlər  vahid  haldabirləşdiyindən 

tədqiqatçılar  çox  vaxt  standart  və  obyektləri  spesifik  moda  aspektlərilə  qarışıq 

salırlar. 

Beləliklə,  nəticədə  modanın  strukturunda  üç  dəyər  səviyyəsinin  olduğu 

qənaətinə gəlmək olur: 

1) standart və obyektlərin dəyər aspekti; 



25 

 

2) atributların (daxili) dəyər səviyyəsi; 



3) denotativlərin (xarici) dəyər səviyyəsi. 

Modalı standartlar (modalar) birbaşa (yəni bilavasitə işarə edən) asutyativ (yəni, 

hər  tərəfli  və  daimi  işarə  edilən)  modanın  atribut  dəyərlərinin  işarələrindən  və 

dolayısı ilə (yəni atribut dəyərlərin vasitəsilə) situativ (müəyyən davranış konteksinə 

daxil  edilməsindən  asılı  olaraq)  denotativ  dəyərlər  işarəsindən  çıxış  edirlər.  Uyğun 

olaraq iki əhəmiyyət işarəsi vardır, bunlar I və II səviyyə işarələri adlanırlar. Dəyər və 

ə

həmiyyət işarələri öz-özünə mövcud olmur, onlar moda iştirakçılarının davranışında 



realizə olunur.  

 

Modanın strukturunu sxem şəklində təqdim etmək mümkündür. (sxem 1) 



 

Modalı 


standartlar 

 

Modalı 



obyektlər 

 

 



Modanın 

atribut 


(daxili) dəyərləri 

 

Modanın 



denotativ (xarici) 

dəyərləri 

 

Moda 


iştirakçıların 

davranışı 

 

Sxem 1. Modanın strukturu. 



 

Modada  ikili  işarənin  situasiyasını  daha  da  aydınlaşdırmaq  üçün  bu  işarələrin 

müxtəlifliyini  «yol  işarələri»  ilə  müqayisə  etmək  olar.  Hazırda  «yol  işarələri» 

ifadəsini oxucu dərk edir. O müəyyən fiqurun ölçülərini, formasını və üzərində rənglə 

təsvir  edilmiş  simvolları  işarə  edir.  Bu  fiqurlar  öz  növbəsində,  məsələn,  hərəkətdə 

olan təhlükənin, məhdudluğun, yol şəraitinin xüsusiyyəti haqqında xəbərdarlığı və s. 

bildirir.  



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə