Microsoft Word Adilli Ayt?kin 869M. docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix02.10.2017
ölçüsü0,56 Mb.
#2895
1   2   3   4   5   6   7   8   9   ...   23

 

uçulmağa başlayır. Istedadlı modelçi əmələ gələn bu geyimi tapmalıdır.  



Modanın  meydana  gəlməsini iri  parça  istehcalı  ilə əlaqədə  olduğunu göstərilir. 

Çox  guman  ki,  belə  də  olmuşdur,  cünki  geyimin  formasını  kifayət  qədər  tez-tez 

dəyişməsi üçün bol parça istehsalı təmin olunmalıdır. 

XlV  əsrdə  qeyri-mütəşəkkil  şəklində  hansısa  geyim  görünüşünün  ümumilikdə 

artması moda adını   almışdır. Moda sözü “modis” sözündən qəbul edilmişdir və hədd 

hüdud,  tərz,  qayda  kimi  tərcümə  olunur.  Bəzən  daha  çox  “fashion”  istifadə  olunur.     

Ümumilikdə bu məna  indiyədək saxlanılır, hər halda o müasir moda  anlayışının bir 

hissəsini təşkil edir. 

Sonralar  moda  taliyada,  ngiltərədə,  spaniyada  geniş  yayılmışdır.  Moda  ilə 

oyun çoxlarının xoşuna gəldiyindən onun pərəstişkarları artırdı. O  ən ciddi sərhədləri 

keçərək  ənənəvi  geyim  növlərini  əvəz  edərək  öz  qayda  və  üstünlüklərini  yaymaqda 

davam etdirirdi. 

O  dövrlərdə  kostyumda  əmələ  gələn  elementlər  bunların  estetik  inkişafı 

zərurətindən və ya tələbatından irəli gəlməsini demək olmaz: məsələn, hündürlüyü bir 

metr  olan  şlyapaları,  qadın  paltarının  yerlə  sürünən  uzun  dal  ətəyi,  burun  hissəsi  

həddindən  artıq  ensiz  kişi  pantalonları  və  ya  burun  hissəsi  burulmuş  və  qaytanla 

boğaz hissəyə bağlanmış çəkmələri göstərmək olar. 

Bəzi mütəxəssislər hesab edirlər ki, modanın əmələ gəlməsi hər hansı müəyyən 

dövrə  aid  etmək  və  ya  hadisə  kimi  qəbul  etmək  çətindir.  Çox  guman  ki,  bu  qeyri-

müəyyən olduğu kimi sonu da qeyri-müəyyəndir. 

Bütünlüklə  moda  heyrətlə  və  rəğbətlə  qəbul  edilir,  onunla  fəxr  edirlər,  onu 

istəyirlər. Düzdür, modanı sevməyənlər də vardır. Belə  adamlar hesab edirlər ki, öz 

ölçülüb  biçilməmiş  və  ya  konstruktiv  zövqlərini  digərlərinə  sırımaq  mümkündür. 

Modelyerlərin  hər  bir  yeni  təkliflərini  onlar  etiraz  ilə  qarşılayırlar.  Onlar  müasir 

dəbdə geyinmiş  adamları gördükdə hiddətlənir, ələ salırlar. Lakin buna baxmayaraq 

modanı dayandırmaq belə adamların heç birinə nəsib olmayıb. 

Modanın  ən  mühüm  cəhətlərindən  biri  də  onun  dəyişgənliyidir.  Kostyum  digər 

predmətlərə birgə geyimin yeni modasının əmələ gəlməsi, qabaqda gedən modaya aid 

olanların bir hissəsi və ya mühüm hissəsisinin estetik dəyərinin itirməsi səçiyyəvidir. 



 

Bu amilin estetik və iqtisadi əhəmiyyəti vardır. Deməli, formanın dəyişməsi (xüsusilə 



kostyumun)  təbii  olaraq  insanlarda  formanın  yeniləşdirilməsinə  tələbat  cəhdi 

olduğundan,  istehlakçılar  tərəfindən  geyimin  dəyişməsi  ilə  (eyni  zamanda  estetik 

zövqünün) və bütünlükdə cəmiyyətin inkişafı ilə bağlıdır. 

Fransız  modelçi-rəssam  P.  Kardena  moda  haqqında  qeyd  edir  ki,  “Moda 

yeniləşmə deməkdir. Bunun prinsipi daima təbiətdən irəli gəlir.” 

Ağac öz köhnə  yarpağını tökür, insan isə təngə gəldiyi geyimi çıxarır. Hər hansı 

geyim  həddindən  artıq  adət  edilmiş  olduqda  ondan  tez  bezirlər.  Moda  eyniliyin 

yoruculuğundan xilas edir. Insanlar bir-birinin xoşuna gəlmək, gözəl geyinmək, yaxşı 

görünmək istəyirlər. 

 

1.2 Modanın strukturu və funksiyası 

 

Dəb  yalnız  kostyumun  deyil  həm  də  ümumən  müasir  cəmiyyətin  mühüm 

evolyusiya  faktorudur.  nsan  mədəniyyətinin  xüsusi  forması  kimi  dəbi  hələ  XVIII 

ə

srin axırlarında öyrənməyə başlamışlar.  Onu hər şeydən əvvəl incəsənət sahəsində 



və  kostyumda  estetik  idealın  və  zövqün  dəyişməsi  ilə  əlaqədar  olan  estetik  hadisə 

kimi  şərh  edirlər.  Lakin  dəb  anlayışının  əsas  mahiyyətinin  dərk  edilmədiyi  üçün, 

onun  cəmiyyətdə  əmələ  gəlmə  və  fəaliyyət  mexanizmlərinin    dərinliyini  açmağa 

(açıqlamağa) dəbin öyrənilməsinə sosioloji yanaşma imkanı yaradıb.  

XIX  əsrin  sonları  –  XX  əsrin  əvvəllərinə  dəb  tədqiqatçıları  dəbin  əmələ 

gəlməsinin  sosial  səbəblərini,  həmçinin  onun  təsirinin  sosial,  iqtisadi  və  mədəni 

nəticələri analiz edərək onu sosial fenomen kimi nəzərdən keçirirdilər. Dəbi müxtəlif 

nöqteyi  nəzərdən(sosial  psixologiya,  psixoanaliz,  bazar  kapitalizminin  iqtisadiyyatı, 

kulturologiya)  tədqiq  edirdilər.  Dəb  cəmiyyətin  inkişaf  dinamikasını  müəyyən  edən 

müasir insan cəmiyyətinin əsas komponenti kimi dururdu. Dəbli ola biləcək, mədəni 

nümunələr  yaradan  dizaynerin  dəb  fenomeni  təbiəti  barədə  dolğun  təsəvvürü 

olmalıdır.  Çünki  dəb  müasir  cəmiyyətdə  sosial  və  iqtisadi  münasibətlərin 

tənzimləyicilərindən biridir.  



10 

 

 



Moda  tədqiqatçılarının  çoxu  onun  izahını  modanın  kütləvi  davranış  qaydalar 

ilə bağlı olduğundan çıxış edərək verirlər.  

“Moda” anlayışının birinci belə tərifini təqdim etmək olar:  

Moda-sosial informasiyanın işlənməsinin (təkmilləşdirilməsinin) xüsusi üsulu, 

yeni meyarıdır (psixoloq Z. Petrovun tərifi).  

Moda  insanların  əksəriyyətinə  xas  olan  yeniliklərə  münasibət  bildirmənin 

növü.  Əsasən  o,  yeni  hərəkət  və  düşüncə  tərzi  kimi  seçim  obyektlərinin  vaxtaşırı 

dəyişməsində özünü büruzə verir (sosial psixoloq E. Boqdanusun tərifi).  

Moda  adət  və  sosial  institutlarda  yanaşı  davranışın  sosial  requlyasiyası 

formasıdır.  Moda  –  vaxtaşırı  dəyişik  və  kütləvi  davranış  nünmunələrinin  dövri 

xüsusiyyətinə səbəb olan requlyatordur (sosioloq A. Qofmanın tərifi).  

Moda mədəniyyətin bütün hadisələrinə (incəsənət, ədəbiyyat, tibb, sosiologiya, 

iqtisadiyyat,  fəlsəfə,  texnika,  siyasət,  ideologiya,  idman)  aiddir.  Maddi,  mənəvi 

dəyərlərə  aid nə varsa hər şeyə  aiddir və  dəyişmə prosesindədir. Modanın strukturu 

aşağıdakı elementlərdən ibarətdir:  

  1. Moda standartları. Moda standartı-davranış və ya hərəkətin üsulu və ya nümunəsi. 

2.  Moda  obyektləri.  Moda  obyektləri  material  və  qeyri-material  ola  bilər.  Bura 

əş

yalar, ideyalar, sözlərin və onların xüsusiyyəti daxildir.  



  3.  Modanın  əhəmiyyəti  və  ya  moda  dəyərləri.  Moda  standartı  və  ya  obyekti  moda 

düşürsə o mod olur, moda dəyərini itirdikdə “dəbdən düşür”. 

Modanın təzahürü onun davamçılarına müəyyən dəyərlərlə nail olmağa imkan 

yaradır.  Modanın  ilkin  daxili  dəyərlərinə  malikdir:  müasirlik,    universallıq(moda 

zaman  çərçivəsindən  başqa  heç  bir  sərhəd  tanımır),  əyanilik  (moda  kommunikasıya 

üsulu  olduğundan  öz  sosial  statusunu  və  özün  haqda  məlumatı  nümayiş    etməyə 

imkan  vardır).    Moda  evristik  yaradıcılıq  fəaliyyəti  ilə  bağlıdır,  yeniliyinaxtarışını, 

yeniliyin  yaradılmasını  və  köhnənin  yeni  kimi  kəşfini  stimullaşdırır.  XX  əsrin 

kulturologiyası  oyunu  insan  mədəniyyətinin  universal  elementi  kimi  nəzərdən 

keçirir.Oyun  dünyanı  dərki  formasıdır.Moda  isə  oyun  davranışının  formasıdır, 

özünəməxsus “moda qaydalarına” riayət etmək moda standartını formalaşdırır. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə