Адил
Ъямил
318
ƏYİLƏNDƏ
Ömür-gün zülmətə düşərmiş demə –
Taleyə nur saçan gün əyiləndə.
Ürək qəm odunda bişərmiş demə –
Bəxtə duman çöküb, çən əyiləndə.
Min ürək sındırır
bir ürək küsü,
Boğur məhəbbəti nifrət bürküsü.
Dağılır arada ülfət körpüsü –
Könüldən könülə kin əyiləndə.
Bu doğma dünyada doğmam, yadım var,
Bir nəslin adını çəkən adım var.
Baxmayın insanam – polad qatım var –
Bilin ki, sınmışam mən əyiləndə…
1984
Сечилмиш ясярляри
319
MİNGƏÇEVİR HƏSRƏTİ
Özümü axtarıb tapıram hərdən
Ömrümün qayğısız keçən çağında.
Yollarım başlayır Mingəçevirdən,
İzlərim göyərir Kür qırağında.
Hələ uşaq idim,
balaca idim
Aldı ağuşuna bu şəhər məni.
Ömrünü ömrümə calayan əmim
Məktəbə ötürdü hər səhər məni…
Nazımı çəkdikcə bibim Xoşqədəm
Bağlı sabahlara inamım artdı.
Elə tələsdi ki, uşaqlıq vədəm
Bilmədim yuxudu, yoxsa həyatdı…
Bu şəhər güləndə doqquz yaşıma
Anamın duası gərəyim oldu.
İnsanam – çox işlər gəldi başıma,
Nəyim olmasa da ürəyim oldu.
Arabir darıxdım
Kəlbəcər üçün,
Atamı, anamı yuxuda gördüm.
Son sözü söylədi mənim son gücüm,
Həyatda azı da, çoxu da gördüm…
Gördüm bu dünyanın gündoğanı var –
Çıxdım taleyimin arzu yoluna.
Gördüm bu diyarın Mil, Muğanı var –
Döndərdim yolları mən su yoluna.
Адил Ъямил
320
İnsan yorulmayır bu çək-çevirdən,
Heyrət eyləyirəm ürək oduma.
Özümə baxıram Mingəçevirdən –
Kür boyu kürlüyüm düşür yadıma…
Ömür ağacının kökü dərində,
Xatirə dünyamda sarı sim qalıb.
O
doğma şəhərin küçələrində
Bir də qayıtmayan gəncliyim qalıb.
…Özümü axtarıb tapıram hərdən
Ömrümün qayğısız keçən çağında.
Məni çağırırlar Mingəçevirdən,
Məni gözləyən var Kür qırağında…
1990
Сечилмиш ясярляри
321
HANDAN HANA
Ömrü yarı eyləyirik,
Ayılırıq handan hana.
Bəs etməyir bir qiyafə –
Hey giririk dondan dona.
Ayrılıqlar görküyük biz,
Səs-sədayıq, hay-küyük biz.
Görmürük ki,
körpüyük biz
Ruhdan ruha, qandan qana.
Daş dirənir dizimizə,
Yaş yığılır gözümüzə.
Qayıdırıq özümüzə,
Qayıdırıq sondan sona…
1989