Сечилмиш ясярляри
291
YİYƏSİZ YERLƏR
Bizdən qabaqdadır avropalılar –
İşi iş bilənə tapşırır onlar…
Şəhriyar
Kökündən, soyundan xəbərsiz olan
«Ulu» keçmişindən, kökündən yazır.
Kimə gərək imiş bu yağlı yalan –
Torpaq tanımayan əkindən yazır.
Elindən-günündən xəbər tutmayan
Bəzən el adından elçilik edir.
Bizə də əyandır, sizə də əyan –
Dilini bilməyən dilçilik edir.
Alim var həvəsi vaxtsız soyuyub –
Hər şeyi hər yerdə hazır axtarır.
Alim var elə bil əliylə qoyub –
Kaha koğuşunda qızıl axtarır.
Nə çoxdur səhrada çeşmə axtaran,
Nə çoxdur meşədə dəvə gəzənlər.
Nə çoxdur boş yerə heç nə axtaran,
Nə çoxdur dərədə zirvə gəzənlər…
Bu yolun yolçusu mindən biridir,
Hər yola çıxanın öz cığırı yox.
Şair var – çox da ki, «xalq şairi»dir,
Xalqına qovuşan söz çığırı yox.
Demirəm ürəyin dərdi-sərini,
Həkim var bilmir ki, ürək hardadır.
Gəlin bu yerlərin yiyələrini
Gəzək qapı-qapı görək hardadır?..
1988
Адил Ъямил
292
GƏLİB GEDİRİK
Məni bu dərdlərin əlindən alan
Dərd bilən, dil bilən insan tapılmaz.
Bu yalan dünyada səadət yalan,
Ömür bir yuxudur – yozan tapılmaz.
Qəfəsdə quş kimi çırpınır ürək,
Bu gün nə keçmişdir, nə gələcəkdir.
Onu bilirik ki, biz hardan bilək
Sabah başımıza nə gələcəkdir…
«Başlı adamların başı salamat» -
Tale belə demir, yox, belə demir.
Güldürə-güldürə ağladır həyat –
Sinəyə sancılan ox belə demir.
Azalır, sozalır xeyir-bərəkət,
Sıyıq bir xəmirdən kündə olmayır.
Allah deyibdir ki, «səndən hərəkət…»,
Adamlar Allaha bəndə olmayır.
Elə pozulub ki, mizan-tərəzi,
İrəli bilinmir, geri bilinmir.
Kiçiklər görürəm «böyük» əvəzi –
Böyüyün, kiçiyin yeri bilinmir.
Dünyaya nə üçün gəlmişəm axı,
Mənə çox gərəkmi bu ah, bu aman?
İnsanın deyilmiş insan günahı,
Bütün zamanlarda günahkar – «zaman».
Сечилмиш ясярляри
293
…Beləcə ömrümüz-günümüz keçir,
Beləcə gecəni sabah edirik.
Ən tezə çevrilir bəzən ən geci –
Biz gedib gəlmirik, gəlib gedirik…
Адил Ъямил
294
MƏNİM GİLEYİM VAR YURDDAŞLARIMA
Mənim o torpaqda vətənim varmı –
Vətəndən nə qaldı torpaq üstündə?
Uğrunda ölənim, itənim varmı –
Sonuncu təsəlli tapaq üstündə?
Haqsızın «haqqını» verən olmadı,
İgid bildiklərim yoxsa naçarmış?
Yaxşı ki, bu «köçü» görən olmadı –
Sıraya düzülüb el də qaçarmış…
Hanı o torpağa can qıyanlarım,
Hanı Ana Yurda oğul sevgisi?
Ey ürək dağlayıb, qəlb oyanlarım,
İnsanın torpaqdan doğur sevgisi…
Günəş dediyimiz dünya işığı
Başımız üstündə gəzəri torpaq.
Torpaq qarışığı – qan qarışığı,
İnsanın axırı, əzəli – torpaq.
Sozalan səbrimin yoxdur dözümü –
Mənim gileyim var yurddaşlarıma;
Siz gərək bu xalqın «VƏTƏN» sözünü
Qanla yazaydınız yurd daşlarına.
Ölümsüz – həyat yox, qansız - qələbə,
Neyləyər düşmənin hədə-qorxusu?..
Bu qəm ürəyimdə qalan bir qəlpə –
Kişilər qaçırtdı gədə qorxusu.
Сечилмиш ясярляри
295
Yad əllər toxundu Ələsgərimə,
Məzarı şumlandı Aşıq Alının.
Bu dünya dar gəlir dərdi-sərimə:
Ruhu yetim qaldı o şıx Alının.
Olumdan ölümə uzanan yoldur –
Torpağın altı da, üstü də VƏTƏN.
Göynəyə-göynəyə görünməz oldu
Bu qəfil dumanda, tüstüdə VƏTƏN.
Geriyə hər addım – torpaq itkisi,
Əyildi, büküldü Azərbaycanım.
İçinə çəkilən bir dəniz kimi
Özünə çəkildi Azərbaycanım.
…Sozalan səbrimin yoxdur dözümü,
Mənim gileyim var yurddaşlarıma.
Siz gərək bu xalqın «Vətən» sözünü
Qanla yazaydınız yurd daşlarına…
1989
Адил Ъямил
296
ELƏ KÖK ATAQ Kİ
Natəvanın əl işləri
Fransanın muzeyində.
Şəki xanının xalısı
İlmə-ilmə yanıb-sönür
Ermitajın bəzəyində.
Qədim Gəncə qapıları
Oğurlanmış qeyrətimdir –
Kutaisi quzeyində…
Qılıncımız qında qaldı,
Sıyırmadıq pas tutunca.
Dirimizi ağlamadıq,
Ölümüzə yas tutunca –
Yetər bunca…
Çən yeridi, duman gəldi,
Ürəklərə daman gəldi.
İlğımların pərdəsindən
Bizə baxan zaman gəldi.
Oğurlandı saflığımız,
Oğurlandı sağlığımız.
Qara günə qalasıymız
Pambıq kimi «ağlığımız».
Yad damara axasıymış
Neft kimi qara «qanım» -
Heyf sənə, Suraxanım,
Heyf sənə, Balaxanım…
Сечилмиш ясярляри
297
Gilə-gilə yoxa çıxdıq,
Parça-parça oğurlandıq.
İlim-ilim itdi ilməm,
Xalça-xalça oğurlandıq.
Borcumuzdan çıxmaq üçün
Düşdük borca – oğurlandıq.
Gəlin elə kök ataq ki,
Budanmasın budağımız,
Tökülməsin yarpağımız.
Oğurlanıb torba-torba
Daşınmasın torpağımız…
1988
Dostları ilə paylaş: |