Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   46   47   48   49   50   51   52   53   54

 
    
Адил Ъямил
  
 
 
338
 
SÖZ KARA GƏLMİR 
 
Rüzgarın günahı rüzgara gəlmir, 
Haqqın məhkəməsi de, hanı, qardaş? 
Şeir işə keçmir, söz kara gəlmir – 
Getdi şairlərin dövranı, qardaş. 
 
İlham gül açmayır söz arğacında – 
Havayı qurmuşuq hananı, qardaş. 
Hanı Nəsimilər dar ağacında?.. 
Getdi şairlərin dövranı, qardaş. 
 
Yanğınlar «cücərir» yan-yörəmizdən, 
Gözümüz görməyir yananı, qardaş. 
Heç nə gözləmirəm heç birimizdən – 
Getdi şairlərin dövranı, qardaş. 
 
Kitabı qutaba dəyişən gördüm – 
Qarın qul eyləyib insanı, qardaş. 
Nizami görübmüş – nəyi mən gördüm
Getdi şairlərin dövranı, qardaş. 
 
«Şeirdən ucalıq umduğum» yetər – 
Yetişib dəllalın zamanı, qardaş. 
Sözün ucuzluğu ölümdən betər – 
Getdi şairlərin dövranı, qardaş… 
 
Əsrin qürubunda yol haça imiş – 
Dağa qarışdırdıq aranı, qardaş. 
Tapılan sevgilər tapmaca imiş – 
Getdi şairlərin dövranı, qardaş. 
 


Сечилмиш ясярляри
  
 
 
339
Sözün yaddaşında biz zaman-zaman 
Yaşatdıq hər günü, hər anı, qardaş. 
Sənət çırağına gətirdik iman
Getdi şairlərin dövranı, qardaş. 
 
Nə bilək nə çəkir bu daş, tərəzi, 
Oğulsan oğrunu gəl tanı, qardaş. 
Əsrin qisasıdır, dövrün qərəzi – 
Getdi şairlərin dövranı, qardaş. 
 
Təmiz duyğulara inam hardadır?.. 
Çıxıbdı gerçəyin yalanı, qardaş. 
Məni ağlamağa anam hardadır – 
Getdi şairlərin dövranı, qardaş… 
 
1990 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
340
 
KƏLBƏCƏRƏ GEDƏRKƏN 
 
Yurduma gedirəm, baba yurduma, 
Yolumuz buludlar üstündən keçir. 
Meşələr tutuşub payız oduna – 
Vertolyot palıdlar üstündən keçir. 
 
Bir az aşağıda qara-qorxu var, 
Bir az yuxarıda əmin-amanlıq. 
Zirvəyə sancılan düşmən oxu var – 
Dağları kövrələn gördüm bir anlıq. 
 
Bu torpaq, bu meşə, bu dağlar mənim
Bəs niyə bağrıma basa bilmirəm. 
Yuvası dağılmış budaqlar mənim – 
Ay ellər, dərdimi yaza bilmirəm… 
 
Yerimə, yurduma göydən baxıram – 
Əlim yetişməyir, qolum çatmayır. 
İlahi, nə yazıq, necə fağıram – 
Yurda qovuşmağa yolum çatmayır. 
 
Yaxamı çox cırıb o böyürtkənlər, 
Tanıyır əzgilli cığırlar məni. 
Qıraqda-bucaqda boyun bükənlər 
Yurdumdan qırağa çıxırlar məni. 
 
Bilən tapılmadı ölkə başında – 
Vətəndə qəriblik havası nədir. 
Kimin günahı var bu göz yaşında, 
Bu iki millətin davası nədir?.. 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
341
Zaman dəyişərək haqqı nahaqqa, 
Bizi ram edərmi bizdən azlara? 
Bu da bir oyundur, bu da bir hoqqa – 
Tarix divan tutur oyunbazlara… 
 
…Yurduma gedirəm, baba yurduma, 
Məni göy üzündə bürüyür heyrət. 
Nədənsə bir misram düşür yadıma: 
- Torpaqda vətən var, səmada qürbət… 
 
Kəlbəcər, 1990 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
342
 
BU DAĞLAR O DAĞLAR DEYİL 
 
Zirvələrdən duman qalxır – 
Bu dağlar o dağlar deyil. 
Hürkə-hürkə gəlir naxır – 
Bu dağlar o dağlar deyil. 
 
Çiçəklər açmağa qorxur, 
Kəpənək uçmağa qorxur, 
Quzular qaçmağa qorxur – 
Bu dağlar o dağlar deyil. 
 
Bulaqların səsi hanı? 
Çayların nəfəsi hanı? 
Koroğlu nəvəsi hanı – 
Bu dağlar o dağlar deyil. 
 
Kinim artır kin doğana – 
İnsan ikən cin doğana… 
Hey baxıram gündoğana – 
Bu dağlar o dağlar deyil. 
 
Sərhəd boyu güllə səsi
Qayalarda qan ləkəsi… 
Çəkilməyir səksəkəsi - 
Bu dağlar o dağlar deyil. 
 
Köhnə yurda el düşməyib, 
Ocaq yanıb, kül düşməyib. 
Alaçıqlar «ötüşməyib» 
Bu dağlar o dağlar deyil. 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
343
Dəyişib, zaman dəyişib
Çomağı çoban dəyişib… 
Gördüyüm duman dəyişib - 
Bu dağlar o dağlar deyil. 
 
Hər qayası bir ər olub, 
Bənd-bərəsi əngəl olub, 
Kahaları səngər olub- 
Bu dağlar o dağlar deyil. 
 
Bu da belə bir sınaqdı – 
Zaman deyər kimlər haqdı… 
Düşmən duza gələn vaxtı 
Bu dağlar o dağlar deyil... 
 
Demirəm ahlar çəkilib – 
Saçıma ağlar çəkilib, 
Sinəmə dağlar çəkilib, 
Bu dağlar o dağlar deyil... 
 
Kəlbəcər, 1990 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə