Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə48/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   44   45   46   47   48   49   50   51   ...   54

Сечилмиш ясярляри
  
 
 
331
 
QISA TƏMSILLƏR 
 
Faciə 
 
İlan ağzında qurbağa 
Boylanaraq sola, sağa 
«Siyasi qiymət» istəyir – 
İlan isə ət istəyir… 
 
Tərbiyə 
 
Toyuq yazıq cücəni 
Var gücüylə döyürdü, 
Soruşanda: - Sənə nə, 
Öz balamdı – deyirdi. 
 
Milçək düşüncəsi 
 
Pərvanə şam eşqinə 
Od tutaraq yanırdı, 
Milçək uzaqdan uçub 
Onu axmaq sanırdı. 
 
Hiylənin aqibəti 
 
Bir gün kömək istədi 
Yaralanmış boz ilan 
Dedilər sancmaq üçün 
Uydurub yeni yalan. 
 


 
    
Адил Ъямил
  
 
 
332
 
 
*** 
 
Hər budaqda bir yuva var – 
Sındırmayın budaqları. 
Ocaq varsa, el-oba var – 
Söndürməyin ocaqları. 
 
Hər ürəkdə bir sevgi var
Susdurmayın ürəkləri. 
Ömrü kəsik ruhlar bilin 
Başı kəsik küləkləri. 
 
Hər ümmanda bir ada var, 
Ümman adasız olmasın. 
Kimsəsizdən kimə nə var, 
Adam adamsız olmasın… 
1986 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
333
 
DAHA MARAQLI 
 
İşıqlı nə varsa göz qabağında, 
Kölgəli olanlar – daha maraqlı. 
«Bəlkə»ni əkiblər cücərməyibdir – 
«Bəlkə»li olanlar daha maraqlı. 
 
Üzə bulud çökür, gözə çən gəlir. 
Başdan başlamırmı qəlbin əngəli?.. 
Yol var döngəsizdir, yol var döngəli, 
Döngəli olanlar daha maraqlı. 
 
Mən ki lal axışlı bir sısqa çaydım, 
Niyə qıjıldayıb sirrimi yaydım?.. 
«Get-get» söyləyənin məramı aydın, 
«Gəl-gəl»i olanlar daha maraqlı… 
 
Bu ömür yoludur – döngəsiz olmur, 
İşığın özü də kölgəsiz olmur… 
Adam var heç yerdə yengəsiz olmur – 
   Yengəli olanlar daha maraqlı… 
 
1986 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
334
 
SƏRHƏD BOYUNDA TOY 
 
Kimsə toy edirdi sərhəd boyunda, 
Toyun işığına kənd yığışmışdı. 
Baxışlar axırdı Araz çayında, 
Gözlərə qəm çöküb, dərd yığışmışdı. 
 
Bayatı çəkirdi cavan xanəndə
Araz ağlayırdı muğamat üstdə. 
Qübarlı qocalar baxırdı kəndə, 
Yüz ürək yanırdı bir murad üstdə. 
 
Yaman yumşalmışdı sərhəd dirəyi, 
Tikanlı məftillər pilə kimiydi. 
Bir səda gətirdi payız küləyi – 
O tayda ağlayan belə kimiydi… 
 
Bir qəmli toy idi Araz boyunda, 
Araz aralıqdan axa bilmirdi. 
Ana oynayırdı oğul toyunda – 
Qolları yuxarı qalxa bilmirdi… 
 
İldırım qopurdu, şimşək çaxırdı, 
Sanki dağ tərpənir, daş oynayırdı. 
Bu tayın toyuna o tay baxırdı, 
Ana çöhrəsində yaş oynayırdı… 
 
Kim bilir, bəlkə də ya gəlin, ya bəy 
O taylı kişinin nəvəsi idi… 
Bəlkə də mağarı tərpədən külək 
Babanın dualı nəfəsi idi. 
 
O taydan bu toyu görməmək çətin – 
Gözlər bu sahilə dikili imiş… 
İkiyə ayrılan bir məmələkətin 
Sən demə toyu da ikili imiş… 
                                                    
Beyləqan, 1988 


Сечилмиш ясярляри
  
 
 
335
 
DƏDƏ-BABA YOLU 
 
Üz qoyduğum bu yol ki var – 
Dədəmin, babamın yolu. 
Ürəyimdən keçib gedir 
Elimin, obamın yolu. 
 
Baxdım gözümü apardı, 
Qışı yazımı apardı, 
Daşı dizimi apardı – 
Budur arzu-kamın yolu. 
 
Bu dünyanın hər yolu var. 
Araz yolu, Kür yolu var. 
Bir olmağın bir yolu var – 
Gəlin tapaq həmin yolu… 
 
1988 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
336
 
GÖYƏRƏCƏK FƏRMAN YOLU 
 
Dünyamızdan vədəsiz köçən gözəl insan, 
istedadlı yazıçı Fərman Kərimzadənin əziz xatirəsinə 
 
El üçün ağlayan gözüm, 
Xalq üçün çağlayan sözüm, 
Sürünərəm dizin-dizin 
Bu ayrılıq düzlərində. 
 
Kim demişdi «yan vətənə» - 
Qurban etdin can vətənə. 
Qərib getdin son vətənə – 
Qürbət yaşı gözlərində. 
 
Kür üstündən kürünsək də, 
Araz boyu sürünsək də, 
Parçalanıb bölünsək də 
Birləşmişik sözlərində. 
 
Ürək adlı «sarı simin» 
Dərdini ağladı kimin? 
Təmiz uşaq təbəssümün 
Uşaqların üzlərində. 
 
Son yuxuda sən gülürdün
Şax qəddimiz bükülürdü… 
Gözündən yaş tökülürdü 
Ürəyi daş kəslərin də… 
 
…Gözləyəcək xırman yolu, 
Darıxacaq orman yolu. 
Göyərəcək Fərman yolu 
Yurda qalan izlərində. 
1988 
 


Сечилмиш ясярляри
  
 
 
337
 
YERİN GÖRÜNÜR, MİRZƏ CƏLİL 
 
Bu torpağı bizdən alıb 
bizə verdin; 
Torpaq dönüb VƏTƏN oldu – 
Harayına yetən oldu… 
 
Sən bizə dupduru dil qoyub getdin, 
Bu dili yaşadan el qoyub getdin, 
Bu elin ömrünə yer qoyub getdin – 
Yerin görünür, Mirzə Cəlil… 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə