Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə22/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   18   19   20   21   22   23   24   25   ...   54

Сечилмиш ясярляри
  
 
 
143
 
ÖMRÜMÜN BEŞ İLİ 
 
İllərin içində beş ilim gəzər - 
Beş yol «fırlamışam papağımı» mən… 
O illər atdığım addıma bənzər - 
Beş addım atmışam sabahıma mən. 
 
İllərin içində beş ilim gəzər, 
Nazlanar nazəndə gəlinlər kimi. 
Beş ildə olmayıb maraqlı əsər - 
Bizim başımıza gələnlər kimi… 
 
O illər məktuba «yığıbdı» məni - 
Görüblər qanadlı qaranquşam mən. 
Taleyim təzədən doğubdu məni; 
Kəndimiz, elimiz, obamız üçün 
Təzədən, təzədən yaranmışam mən. 
 
O illər qürurtək qəlbimdən keçib, 
Demişəm: - ləpəyəm, hələ nəyəm mən… 
O illər bəzən də cibimdən keçib
Görmüşəm yenə də tələbəyəm mən… 
 
Közərib sinəmdə odu, ocağı, 
Beləcə boy atıb beş ilim mənim. 
O illər ömrümə ana qucağı, 
O illər ikinci beşiyim mənim. 
 
Tapdığım cığırlar, seçdiyim yollar 
Kövrək bir qələmin ucundan keçib. 
O illər bilir ki, keçdiyim yollar 
Anamın ağarmış saçından keçib… 
 
1980 


 
    
Адил Ъямил
  
 
 
144
 
GÖY ÜZÜ…YER ÜZÜ 
 
İşığına qovuşduğum Göy üzü 
Günəşini, ulduzunu, ayını 
Gözlərimə köçürdüm, 
Sözlərimə köçürdüm; 
Misralarım ulduz-ulduz közərdi - 
Gördüm şerim gözəldi… 
 
İnsanına qovuşduğum Yer üzü, 
Sevincini, kədərini, 
Gəldi-gedərini, 
Ürəyimə köçürdüm… 
Haçansa sən də məni 
Xəyalından keçirəcəksən - 
Bir ömrü daşıyan bir misra kimi 
Torpağına köçürəcəksən. 
 
1981 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
145
 
İLLƏRİN AYRICINDA 
 
Hər bahar özüylə bar gətirməyir, 
Hər qışın gəlişi qar gətirməyir, 
Baxanda görürsən başqadır zaman, 
Aldadır fəsillər, baş qatır zaman, 
Aşır başımızdan qayğılarımız. 
Daşır başımızda duyğularımız, 
Qayığa dönürük qayğı içində, 
Üzürük üzülməz duyğu içində
Gəlib dayanırıq yol ayrıcında, 
Gəlib dayanırıq il ayrıcında - 
Durub boylanırıq biz sağa, sola, 
Köhnə il tələsir - salırıq yola, 
Burnumuz göynəyir təzə il üçün – 
Köhnədən qaçırıq təzəlik üçün… 
 
31 dekabr, 1981 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
146
 
MƏNİM YAŞIM 
 
Dərdimin yaşı var 
özümdən böyük. 
Gözümün yaşı var — 
gözümdən böyük. 
Mənim yollar ölçən ayağım yekə, 
Mənim qələm tutan əlim də böyük, 
Buna yaş neyləsin, yaş neyləsin ki?.. 
 
Saçlarım tökülür, ağara bilmir, 
Ürəyim göynəyir, bağıra bilmir, 
Buna yaş neyləsin, yaş neyləsin ki? 
 
Alnımın qırışı fikir yoludur, 
Qəlbimin yolları fikir doludur. 
Gözümün yaşı da gözümdən böyük, 
Böyüyüb olmuşam özümdən böyük –  
Buna yaş neyləsin, yaş neyləsin ki… 
 
1978 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
147
 
MUĞANDA QIŞ 
 
Qar qovurub torpağı — 
Hər qarışı quraqdır. 
Ağappaq şum yerləri 
Yazılmamış varaqdır. 
 
Yaman aşılmaz olub 
Qarşıda qar aşırım. 
İtib itkin misratək 
Qar altda qara şırım. 
 
Düzlər elə bəyazdır 
Bənzəyir süd gölünə. 
Elə bil ki, düşmüşəm 
Yenə pambıq çölünə… 
 
Torpaq nəfəs aldıqca 
Qar qalağı əriyir. 
Günəş yerə baxdıqca 
Bəyaz düzlər «yeriyir». 
 
Bildirçinlər bilmir ki, 
Torpağa nə oxuya… 
Bahar gələnə kimi 
Torpaq gedib yuxuya… 
 
1982 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
148
 
GÖRÜNMƏZLİK 
 
Göy üzündə sonsuz sayda 
Görünməyən ulduzlar var… 
İynə ulduzu boyda 
İşığını, şəfəqini 
biz görmürük. 
 
Üzü gündoğan tərəfə 
Boylanırıq neçə dəfə 
Üfüqlərin üfüqünü 
biz görmürük. 
 
Ana bətnində uşağa 
Həyat qabaqcadan bəlli - 
Ölümdən o yana nə var 
biz görmürük. 
 
Zaman-zaman ağlımızla, 
Gözümüzlə öyünsək də, 
Özümüzlə öyünsək də 
Çox şeyləri düz görmürük. 
Günəşdən savayı günəş 
Bəlkə də var – biz görmürük… 
 
1983 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
149
 
KEŞİKDƏYƏM 
 
Keşikdəyəm gecəyarı, 
Azalıbdır gözlərimin 
Görə bilmək ixtiyarı 
Bu gecənin qarasında. 
 
Vətənimin sahilində 
Qranittək bitirəm mən. 
Yad gəlişin ləpirini 
İstəmirəm itirəm mən 
Qaranlığın arasında. 
 
Ulduzları vətənimin 
Ayrıcına səpəm gərək. 
Mehdiləşən, Həziləşən 
Səngərləri öpəm gərək 
Aydınlığın aynasında. 
 
Gecəm keçir, yuxum köçür… 
Gül balalar bal yuxuya 
Batsın deyə mən yatmıram. 
Ana vətən, ana torpaq 
Yatsın deyə mən yatmıram… 
 
1978 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə