Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə363/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   356   357   358   359   360   361   362   363   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1504


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Although positive changes and improvements were observed during the visits, some negative 

sides were also observed. During the control of the conditions of the detainees kept in the 

disciplinary military brigades, it was identified that the dormitories and other buildings 

considered for prisoners had a heating system operating with the help of diesel, which was not 

safe and could lead to dangerous consequences. When talking about the detention places of 

the MNS, it can be said that the criminal proceedings initiated by some detainees’ complaints 

were not conducted impartially and there were pressures over the prisoners during the 

investigations. After the visits to the relevant institutions under the jurisdiction of the 

Penitentiary Service of Azerbaijan Justice Ministry it was found out that some dormitories 

were not satisfactory and even there were not enough beds for minors there, there was not 

chlorine in washing places of the prisons’ canteens, some employees did not rule sanitary 

norms. Besides this, the existence of the cockroaches in the detention places, the deprivation 

of enough beds, blankets and pillows in prisons’ hospitals can join the negative cases 

mentioned above. Some prisoners could only walk 20-30 minutes which should be one hour 

during the whole day according to the Code of the Azerbaijan Republic about execution of 

punishments. After the visits some offers and recommendations were given to necessary 

agencies and their heads in order to eliminate flaws, inadequacies and other negative elements 

aforementioned, to improve the detention conditions. The officials of the ministries also 

informed about the activities done on those issues. It should also mentioned that numerous 

positive results were obtained in these years, which shows the effectiveness of the measures 

taken in this area. Necessary information can be obtained through the annual reports on the 

activity of National Preventive Mechanism of the Commissioner for Human Rights of the 

Republic of Azerbaijan against Torture.  

And the Ombudsman of Azerbaijan Elmira Suleymanova says: “The establishment of 

an institution to function as the National Preventive Mechanism for the prevention of torture 

and other cruel, inhuman or degrading treatment or punishment (NPM) was the continuation 

of the statehood process, and ensured support for the protection of human rights at the higher 

level. The incorporation of the requirements of the ratified document into the national 

legislation has resulted in the designation of the Institute of the Commissioner for Human 

Rights (Ombudsman) of the Republic of Azerbaijan as the NPM, by taking into consideration 

its primary experience and capacity in this field. During the term of its operation, the 

Azerbaijani NPM has established a distinctive reputation among the relevant specialized 

organizations and the general public due to its contributions to the improvement of the 

prevention of torture in the country from both the legislative and institutional perspectives.” 

 

İNSAN HÜQUQLARININ TƏMİNATI ALİMENT ÖHDƏLİKLƏRİ 



 

Vüsal Məmmədov  

Naxçıvan Dövlət Universiteti  



azerbaycan_namin@mail.ru

 

AZƏRBAYCAN 



 

Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, 

uşaqları saxlamaq üçün tələb olunan vəsait məhkəmə qaydasında tutulur. Adıçəkilən institut 

aliment adlanır. Aliment öz öhdəliklərini icra etməyən tərəfin məcburi qaydada şəxsin saxla-

nılması üçün etdiyi ödənişdir. Mütərəqqi haldır ki, Azərbaycan Respublikasının qanunvericili-

yində ailə münasibətlərinin nizama salınması fonunda alimentin fərqli şəxslərə fərqli qayda-

larla müəyyən edilməsi nəzərdə tutulmuşdur. Belə ki, qanunvericiliyə  əsasən övladlar vali-

deynlərindən, valideynlər övladlarından, baba və nənə nəvələrindən, nəvələr baba və nənələ-




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1505


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

rindən, qardaş və bacı qarşılıqlı olaraq, ər və arvad qarşılıqlı olaraq bir-birindən saxlanılması 

üçün aliment tələb edə bilər.  İnsanlar üçün təmin edilən bu hüquq ailə münasibətləri zəmi-

nində  gələcəkdə yarana biləcək konfliktlərdən sonra öz tələbatını ödəyə bilməyən tərəfin 

tələbatının ödənilməsi üçün nəzərdə tutulur.  

Qanunvericiliyə  əsasən maaşa münasibətdə övladların saxlanılması üçün 1 uşağa görə 

əmək haqqının ¼-i, 2 uşağa görə 1/3-i və  nəhayət 3 və ya daha artıq uşağa görə isə  əmək 

haqqının 1/2 – i nəzərdə tutulur. Bununla yanaşı sabit pul məbləğində ödənişlərin həyata keçi-

rilməsi də prioritet olaraq qəbul edilir ki, bu da sabit əmək haqqı olmayan valideynlərə mü-

nasibətdə tətbiq edilən hüquqi qaydadır. 

Ailə qanunvericiliyinin 79-cu maddəsinə əsasən hər iki valideynin himayəsindən məh-

rum olmuş uşaqlar üçün tutulan aliment himayəçi və ya qəyyuma, eləcə də onun saxlanıldığı 

müəssisəyə ödənilir. Dəqiq olaraq demək olar ki, Ailə qanunvericiliyinin 79-cu maddəsində 

nizama salınan münasibətlər bu cürdür: “79.2. Valideyn himayəsindən məhrum olmuş və tər-

biyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləş-

dirilən uşaqların valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına keçirilir və 

hər bir uşağın özünə xərclənir. 

79.3. Göstərilən müəssisələr həmin məbləğləri bankda saxlaya bilər. Məbləğlərin döv-

riyyəsindən alınan gəlirin 50 faizi uşaqların saxlanmasına sərf olunur. Uşaq bu müəssisələri 

tərk etdikdə aliment məbləğlərinin cəmi və alimentin dövriyyəsindən əldə olunan gəlirin 50 

faizi uşağın adına bankda açılan hesaba köçürülür.” 

Qanunvericilik aliment münasibətlərini bu qaydada tənzimləsə də, burada bir sıra boş-

luqlar vardır. Bilirik ki, son dövrlər artıq valideyn himayəsindən məhrum olmuş  uşaqların 

müəssisədən xaric olunduğu dövrdən etibarən evə olan tələbatının ödənilməsi istiqamətində 

bir sıra işlər görülüb. Lakin təbii ki, heç də hər 18 yaşına çatan valideyn himayəsindən məh-

rum olunmuş uşaq evlə təmin edilə bilmir. Buna görədir ki, fikrimcə, valideyn himayəsindən 

məhrum olmuş  uşaqlara münasibətdə tutulan aliment mütləq bankda saxlanılmalı  və  uşağa 

sərf olunmamalıdır. Belə ki,məhkəmə təcrübəsinə əsaslanaraq, demək olar ki, ölkəmizdə ali-

mentin miqdarı bir qayda olaraq, 100 manat məbləğində  təyin edilir. Bu zaman uşağa sərf 

olunan miqdar 50 manatdır. Buna görə də, nəzərdə tutulan 50 manatı uşağa sərf etmək üçün 

dövlət  özü də verə bilər. Təbii ki, bu alimentin ümumiyyətlə bankda saxlanılması  əslində 

valideyn himayəsindən məhrum olmuş körpəyə göstərilən qayğının dolayısı yolla vətəndaşın 

gələcəkdə layiqli həyat səviyyəsinin təminatının həyata keçirilməsidir. Bu mənada demək olar 

ki, qanunvericilikdə “ödənilən aliment bankda uşağın adına olan hesabda xərclənilmədən sax-

lanılmalıdır” deyə dəyişiklik edilərsə, daha məqsədə uyğun olar. Belə ki, bu yolla 18 yaşına 

çatmış və valideyn himayəsindən məhrum olmuş şəxs müəyyən bir işlə məşğul olanadək he-

sabda yığılan bu pulla kira tuta və ya minimum xərclərini gələcəkdə ödəyə bilər ki, bununla 

da valideyn himayəsindən məhrum olmuş uşaqlar müəssisədən xaric olunan kimi pis şəraitdə 

yaşamağa məhkum olmazlar. 

Alimentlə  əlaqədar olaraq, digər bir məsələ isə Ailə  Məcəlləsinin 104-cü maddəsində 

tənzimlənir. Burada deyilir ki, “104.2. Aliment verməyə borclu olan şəxs iş və ya yaşayış ye-

rinin dəyişməsi haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də 

əlavə qazancı (əvəzçiliklə işlərinə görə və s.) haqqında həmin müddətdə icra məmuruna məlu-

mat verməlidir.” Fikrimcə, bu müddəada  şəxsin üzərinə öhdəlik qoymaqla yanaşı  məhkəmə 

qərarlarının icrasını həyata keçirməkdə vəzifəli şəxs hesab edilən icra məmurlarının da üzəri-

nə öhdəlik qoymalıdır. Belə ki, o vaxt aliment məhkəmə qərarı ilə ödənilir ki, tərəf alimenti 

verməkdən imtina edir. Bu mənada həmin şəxsin gələcəkdə əlavə qazanc əldə etdiyi təqdirdə 

onu gizlətməyə  cəhd etməməsi absurd görünür. Bu mənada qanunvericiliyə edilən  əlavə ilə 

icra məmurunun üzərinə öhdəlik qoyula bilər ki, 1 il tamam olduqca icra məmuru  şəxsin il 

boyu  əlavə qazancının olub olmadığını aydınlaşdırsın. Bununla da xeyrinə aliment tutulan 

şəxsin hüquqları dövlət tərəfindən tam təminatlı şəkildə qorunmuş olardı. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   356   357   358   359   360   361   362   363   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə