Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə18/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   14   15   16   17   18   19   20   21   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

805



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Xəyyama görə insanın ömrü sürətlə keçir, neçə ki su arxdan, külək səhradan.Axıb 

gedən həyat bir də geri dönmür, ölüm qətidir.Madam ki, belədir, insan həyatını zövq və 

səfa ilə keçirməli, təbiətin gözəlliklərindən və nemətlərindən mümkün qədər çox istifadə 

etməlidir.Bu səbəbdən şair meyi və şərabı xüsusi ilə bir həmdəm kimi məsləhət görür.Bu 

həmdəm həqiqi şərab məhfumundan uzaq olan fəqət həqiqi sərməstliyə yaxın bir hissləri 

özündə ehtiva edən simvolik bir içkidir.Şairə görə həyat ancaq bu dünyadır.Saysız hesabsız 

ölüb gedənlərdən bir xəbər yoxdur.Ölənlər çürüyüb qəbirdə torpağa dönürlər. Qabaqınız-

dakı bu şərab  şüşələri, qədəhlər, piyalələr ölüb getmiş dilbərlərin  əlləri, dodaqları, gözəl 

üzləri, zərif boyunları, aşiq və məşuqələrin torpaqa dönmüş üzvləridir. Varlıqda olan mad-

dələr fasiləsiz toplanır, dəyişir və dağılır.Sonsuz fəzalarda axıb gedən ulduzların, boşluq-

larda dönüb dolaşan kainatın nə əvvəli olmuş, nə də axırı olacaq.Haradan gəlmişik? Haraya 

gedirik? Nə üçün doğuluruq? Nə üçün ölürük? İnsanın heç yüz min ildən sonra bir ot kimi 

bitmək ümidi də yoxdur.Bu kuzəçinin ayaqları altında tapdalanan torpaq ölüb getmiş 

insanların vücududur.Bu kuzələri alanlar da, düzəldənlər də, satanlar da yoxluqdan gəlib 

yoxluğa gedən müsafirlərdir.Madam ki, belədir onda faydalı iş görək, müvəqqəti həyatdan 

zövq alaq.Əgər bunları da etməsək, deməli dünyadan nakam gedəcəyik.Boş mövhümata, 

parçalanmış din qalıqlarına inanmayaq.Dünyanın ləzzətlərindən faydalanaq. 

Xəyyam özü istədiyi kimi yaşaya bilməmiş, amma insanların azad və xoşbəxt 

yaşamasını arzu etmişdir.Xəyyam öz dövründə çox sıxışdırıldı, cəmiyyətə görə, ona olunan 

təzyiqə görə özünü sıxdı.Rübailərində qəlbindən axan sözləri gələcəyə çatdırdı.Onun dün-

yanın fani olmasını bu qədər ifratçılıqla qeyd etməsi insanda müəyyən fikirlər yaradır.Axı 

Xəyyam kimi böyük filosof nəyəsə söykənməsə bu fikirləri deməzdi.Bəli, Xəyyamdan 

keçən yüz illər boyunca bu bütün tədqiqatçıların müəmma doğuran sualına çevrildi. 



“Zaman külək kimi əsdikcə, tarix ələk kimi ələndikcə, bəşəriyyətin nadir inciləri 

almaz dənələri kimi üzə çıxır. Zamansız və məkansız Ömər Xəyyam kimi”... 

 

XIII-XIV ƏSRDƏ AD VƏ FEİL HİSSƏSİ EYNİ OLAN SUBSTANTİV VƏ 



PREDİKATİV FRAZEOLOJİ VARİANTLARIN SEMANTİK-ÜSLUBİ 

ÖZƏLLİKLƏRİ (NƏSIMI DILININ ƏSASINDA) 

 

Türkan ASKEROVA 

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu Dil tarixi və Dialektologiya 



disser083@gmail.com 

AZƏRBAYCAN



 

 

            Qeyd etmek lazımdır ki, Azərbaycan dilçiliyində ümumən sabit söz birləşmələri quru-

luşuna görə mürəkkəb sözlərə daxil edilir.  Bir qism alimlər isə mürəkkəb sözlərin idiomatik 

səciyyə daşımasını vurğulayaraq, səs vermək tipli məcazlaşmış feli birləşmələr sabit söz 

birləşmələri hesab edirlər. Son elmi mənbələrbu fikri təsdiqləyir. Məsələ ilə  əlaqədar Q. 

Kazımov yazır: “Feillər qədim tarixi olan bir nitq hissəsi olaraq həqiqi mənada işləndikləri 

kimi  əksəriyyət etibarilə  məcaziləşərək başqa bir sözlə (adlarla) birləşir, ismi və feili fraze-

oloji vahidlər əmələ gətirir”. 

 

Həm klassiklərimizin, həm də Nəsiminin dilində adların feillərlə birləşməsi nəticəsin-



də yaranan mürəkkəb feil qurluşlu feili frazeoloji vahidlər çoxdur. Bu tip feili frazeoloji 

vahidlər, mürəkkəb feil kimi, məna və qrammatik cəhətdən birləşərək bir məna ifadə edir və 

semantik baxımından zəngin məna çalarlı feili frazeoloji vahidlərkimi formalaşır. 

Məlumdur ki, Azərbaycan dilində feili frazeoloji vahidlərin bir qismini də leksik və 

leksik-qramatik fərqlərlə bir – birindən fərqlənən, lakin məzmunca dəyişməyən frazeoloji 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

806



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

variantlar təşkil edir. Elmi ədəbiyyatlarda frazeoloji varinatlar üçün səciyyəvi xüsusiyyət 

olaraq onların tərkibində müxtəlif ortaq sözün olması, lakin eyni mənaya malik olması, 

mətndə variantların bir-birini əvəz etməsi, obrazlılığın eyni olması kimi amillər göstərilir. 

Frazeoloji varinatlarda komponentlər arasında eyniyyət olması mühüm şərt hesab 

edilir. Bu səbəbdən, komponentlərin eyni olması baxımından, Azərbaycan dilində olan feili 

frazeoloji variantların iki növü müəyyən edilir: 

a. Ad hissəsi eyni olan feili frazeoloji variantlar 

b.  Feil hissəsi eyni olan frazeoloji variantlar. 

a. Ad hissəsi eyni olan feili frazeoloji varinatlar və onların semantik-üslubi özəllikləri 

Baş olmaq,  başçıxarmaq, (dərdə düşmək),  mərifət satmaq,  mərifət kəsb etmək (özünü 

mərifətli göstərmək),  dad vermək, dada gətirmək (sözün mahiyyətini artırmaq;  ətək itirmək 

(ayrılmaq, uzaqlaşmaq: Yanaram eşqində, axar gözlərimdən yaşlar, Firqətin dərdiçıxardı 

yürəgimdə başlar! Yarimi ayırdı məndən çərxi – qəddar, üştə gör! Yürəgim baş oldu qəmdən, 

gəl içim yar, üştə gör! Mərifət satır  gəlir hər mərifətsiz canavar, Mərifət kəsb eylə ləbi – lövhə 

məşğul ol!; Gərçi Nəsimi sözün dadini verdi, vəli, Dada gətirdi anı ləfzi – şəkər barımız!; Ətək 



silkinmək (uzaqlaşmaq, rədd etmək), Tozlu cahana silkin ətək kim, nəiminə, Hər kim, bibəsər 

oldu müqəyyəd əsirdir; Yarın ətəgin itirdin əldən, Düşün bu xərabə bil nədən? 

Göründüyü kimi, bu qrupa daxil olan feili frazeoloji vahidlər,  əsasən eyni mənanı 

bildirən feili frazeoloji variantlardır və bunların birinci komponenti  (tərəfi) ümumidir, yəni 

eyni sözdür; həmin frazeoloji vahidlərdəki ümumi sözlər  baş (yara), ətək,  mərifət sözləri 

olanların eyni fikrin variantlar vasitəsilə ifadə edilməsini təmin edir: nəfsini öldürmək (nəfsə 

uymamaq), nəfsini qurtarmaq (əmarədən - ərəbcə əmr edən, əmr verən) və daha bədii obrazlı 

variantlar: nəfsini yük etməmək,  nəfsi oda atmaq,  nəfsin çərisin basmaq, nəfsi - şumun atına 



binməmək kimi variantlar bədii  şəkildə müasir Azərbaycan dilində  işlənməkdə olan nəfsini 

basmaq, nəfsini öldürməyi bacarmaq frazeoloji vahidlərin daha emosional, daha ekspressiv 

ifadəsidir. 



b. Feil hissəsi eyni olan feili frazeoloji variantlar və onların semantik-üslubi özəllikləri 

Bu vahidlər feil hissəsi eyni olub, yaxın mənaları bildirən feili frazeoloji variantlardır. 

Bu tip feili frazeoloji variantlar Nəsiminin dilində  birinci tiplərə (I komponenti – ad hissəsi 

eyni olan frazeoloji variantlara) nisbətən çoxluq təşkil edir və  Nəsiminin dilinin bədii 

zənginliyini təmin edən əsas vasitələrdən biri kimi  maraqlıdır. Digər tərəfdən isə feilin çox 

zəngin məna çalarlarına malik olması ilə isə izah oluna bilər. 

İkinci komponentibasmaq, eyləmək, etmək, olmaq, düşmək, gəlmək   feil ilə ifadə 

edilən feili frazeoloji varinatlar: qədəm basmaq,  ayaq basmaq (gəlmək, daxil olmaq): Başıma 

qutlu  ayağın  gəldi  basdı ol nigar, Kölgəsi düşdü mana sərvi - xuramanın yenə!;  Bas qədəm 

meydani – eşqə görəsən məvayi – eşq!; yəğma eyləmək (dağıtmaq, bərbat eyləmək): Könlümün 

şəhrini çünkim eylədi yəğmayi – eşq, Saldı  əqlim mülkünə  şüri – şərü qovğayi - eşq! 

Kərəmeyləmək, lütf eyləmək: Gəl  kərəm eylə, zahir et dildəki bu xəbər nədir?; Allah ilə ol 

imdi, niyaz eylə, Nəsimi! Başəd ki, suçundan keçə, lütf eyliyə rəzzaq!;qan eyləmək,  qiyamət 



eyləmək (poetik mənada cilvələnmək, özünə  cəzb etmək): Ey Nəsimi sübhdən var, ərz qıl 

dildarə kim, Qəmziyə versin nəsihət, yoxsa çox qan eylədi!; Rüxün niqab içində yaşur, ey 

qəmər surətli! Ki rüxün qiyamət eylər!  zahir etmək (açıqlamaq, yaymaq, üzə  çıxarmaq): 

Vüslət çinə - çin olub, razu şikar edin bizə, Gəl kərəm eylə, zahir et dildəki bu xəbər nədir?; 



muştaq olmaq, heyran olmaq (vurulmaq, xoşlamaq): Eşqində  məhv oldu cahan, hüsnündə 

heyran oldu, can, Ey küntə-kənzin gövhəri, eşqin əcəb dərya imiş; Gəl ki, müştaq olmuşam 

sirin dodağın qəndinə! 

Beytdən aydın olur ki, şair bu frazeoloji variantlar vasitəsilə öz daxili gərginliklərini, 

poetik duyğularını  dəryaların qaynaması, içindən coşub-daşması ilə yer üzündə bütün 

varlığının fəryad etməsini və yalnız bundan sonra cavab tapmasını bəyan edir. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə