Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə15/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   11   12   13   14   15   16   17   18   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

799



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

 

Məlum olduğu kimi sinonimik paradiqma - yaxın və ya eynimənalı sözlərin bir qrupda 



cəmlənməsidir. Buna görə də sinonimlərlə fonosemantika arasında əlaqəni qurarkən identiklik 

və yaxınmənalılıq  əlamətlərini nəzərə almaq lazımdır. Amma yalnız leksik deyil, eyni 

zamanda fonetika baxımından bu əlamətlərə baxılmalıdır. Belə ki, əgər sinonimlik cərgəsini 

təşkil edən sözlərin müsbət, mənfi, neytral əlamətlərin fərqi 9% təşkil edirsə onda bu 

sinonimlər fonosemantik səviyyədə identiklik ifadə edir (Журавлев  А.П.  Вопросы 

семантики. Калининград, 1978). 

Sinonimlərin məna fərqliliyi əlamətini əsas tutaraq onları bir neçə qrupa ayırmaq olar. 

Qruplara bölərkən sinonim cütlüyü - dominant + sinonimik paradiqmasından biri. Belə ki, 

sinonim cütlüyünün bir üzvü 9% dən az, digəri isə 9 %-dən çox fəqrli səs əlaməti daşıya bilər. 

Bunları əsas götürərək biz sinonimləri aşağıdakı qruplara ayırdıq: 

1. Fonosemantik müstəvidə "uyğunluq" ifadə edənlər 

2. Fonosemantik müstəvidə az "uyğunluq" ifadə edənlər 

3. Fonosemantik müstəvidə "uyğunluq" ifadə etməyənlər 

 

Birinci qrup -"Fonosemantik müstəvidə "uyğunluq" ifadə edənlər" özü də iki 



yarımqrupa bölünmüşdür: A yarımqrupu və B yarımqrupu. A yarımqrupuna emosional məna 

çalarları 9%-dən az olan, B yarımqrupuna isə 9%-dən çox olan sinonim cütlüklər daxildir. 

 

İkinci yarımqrupa fonosemantik müstəvidə cüzi "uyğunluq" təşkil edən sinonimlər 



aiddir.Üçüncü qrupa isə fonosemantik səviyyədə "uyğunluq" təşkil etməyən sinonimlər daxil 

edilmişdir. 

Beləliklə, apardığımız təcrübəyə  əsasən biz aşağıdakı  nəticələri  əldə etdik: sinonim 

cütlüklərin 97%-ində həm leksik, həm də fonosemantik oxşarlıq, yaxınlıq müşahidə edilir. 

Bundan əlavə tədqiqatın gedişində sinonimlərin tipləri də təyin olunur. Burada məqsəd 

sinonimlərin fonosemantikası ilə onların semantikası arasındakı əlaqəni təyin etməkdir. 

 

 

 



XIX ƏSRDƏ VƏ XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ NAXÇIVAN ƏDƏBİ 

MÜHİTİNDƏ ŞƏRQ VƏ QƏRB ƏNƏNƏLƏRİNƏ MÜNASİBƏT 

 

Nərgiz İSMAYILOVA 

AMEA Naxçıvan Bölməsinergiz.ismayilova@hotmail.com 

AZƏRBAYCAN 

 

XIX-XX  əsrlər Azərbaycan  ədəbiyyatı tarixi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu 



dövrdə  həm dünya ədəbiyyatında, həm də Azərbaycan  ədəbiyyatında maraqlı konsepsiyalar 

ortaya atılmış, bu istiqamətdə  fərqli  ədəbi yanaşmalar ortaya çıxmışdır. Həmin dövrün 

ədəbiyyatı uğurlu inkişaf dövrü keçməklə yanaşı, bir o qədər də qarışıq olmuşdur. Dünyaya 

inteqrasiya, dünya ədəbiyyatı ilə sintez, dünya ədəbiyyatı fövqündə milli ədəbiyyat yaratmaq 

cəhdləri bu dövr ədəbiyyatının əsas prinsiplərindən idi. XIX əsrin sonu XX əsrin əvvəllərində 

də Naxçıvan Azərbaycan elminə  və maarifinə  böyük töhfələr vermişdir.  Azərbaycanda 

təzahür edən milli maarifçilik hərəkatı Naxçıvanda da özünü göstərməyə başlamışdır. İctimai-

iqtisadi, sosial-mədəni yeniliklər mütərəqqi, demokratik ziyalılar  təbəqəsinin formalaşması 

üçün münbit zəmin yaratmışdır. Yeni tipli mədəni-maarif ocaqlarının təşkil edilməsi 

nəticəsində dünyəvi elmlər tədris olunmağa başlamış, müəllim və  şagirdlərin sayı getdikcə 

artmağa  başlamışdır. Qərb  ədəbiyyatına meylin artdığı bir zamanda, Şərq  ədəbiyyatına 

hörmətin izləri hələ  də qalırdı. Naxçıvan  ədəbi mühitində yetişən sənətkarların hər birinin 

yaradıcılığında Şərq motivi özünəməxsus bir şəkildə təzahür edib. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

800



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Bu cür sujetlərə biz R. Babayevin “Azərbaycan folklorunun Regional xüsusiyyətlər”i, 

Naxçıvan folkoru adlı dissertasiyasında da rast gəlirik: “Qırğızlar “təkgözlü divi” Malgün, 

yəni Məlun, qaqauzlar isə Denegoz adlandırırlar. Yunan, Hind və digər mənbələrdə onunla 

bağlı maraqlı məlumatlar var. Azərbaycan folklorunda Təpəgözə münasibət daha maraqlıdır”. 

“Bütövlükdə XIX yüzilliyin ədəbiyyatı, Azərbaycan ədəbiyatının yeni yüksək mərhələsi 

sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır. Məhəmmədağa 

Şahtaxtılının mədəniyyət konsepsiyası və bundan doğan vətəndaşlıq keyfiyyətləri “Şərqi-rus” 

qəzetində çap edilən “Hər gün bir az” silsilə məqaləsində də öz ifadəsini tapmışdır. O, Şərqin 

taleyindən danışarkən ilk növbədə  tərəqqini mühüm amil hesab edir. Avropalıların bütün 

nailiyyətlərə və yeni mədəniyyətlərə tərəqqi ilə nail olduqlarını söyləyir və bunu müsəlman-

lara nümunə göstərir. Eyni zamanda, tərəqqidən danışarkən qadınların cəmiyyətdəki roluna da 

xüsusi diqqət yetirir. Avropa və Amerika qadınları ilə müsəlman qadınları arasındakı fərqin 

Şərqin zərərinə işlədiyini əsaslandırır”. 

Qadın azadlığı  şüarı ilə diqqət çəkən sənətkarlardan olan Eynəli bəy Sultanov, Cəlil 

Məmmədquluzadə isə qadınların azadlığını, inkişafını elmdə təhsildə görürdü. 

Eynəli bəy Sultanov da publisist məqalələrində Qafqaz və Şərq xalqlarının  mənafeyini 

müdafiə etmişdir. O “Təzə pir” hekayəsinin əvvəlində Hafizdən bir sitat gətirmişdir: “Riyazi-

dəruniyi –pərdə zi rindani-məst purs” (Pərdənin dalındakı sirri sərxoşlardan soruş). Bu 

hekayədə o, müsəlmanların avamlığından, dini-fanatizmdən və onun bilinməyən, gülünc 

tərəflərindən bəhs edir. Hekayədə eşşəklərin dəfn olunduğu məzarları xalqa “əməlisaleh, mö-

min  şəxsin məzarı” kimi qələmə verib, məzarın üzərində türbə ucaldan fırıldaqçılar tənqid 

atəşinə tutulur.   

Azərbaycan klassikləri ilə bərabər, Şərq və Qərbin böyük sənətkarlarını, böyük filosof-

larını, tələbəlikdən oxuyub öyrənməyə başlayan Mirzə Cəlil isə bu işə 80-90-cı illərdə daha 

ciddi fikir verir. Dünya mədəniyyəti gənc yazıçının təşəkkülünə, kamilləşməsinə kömək edən 

bir amil, fikir xəzinəsi olsa da, onun fikrincə, hər bir milli mədəniyyətin öz qiyməti, öz gözəl-

liyi vardır.  

C.Məmmədquluzadə “Danabaş  kəndinin  əhvalatları”nda qədim yunan filosofu Sokrat-

dan sitat gətirmişdir. Həmin  əsərdə    həm də “Camei-Abbasdan” bəhs edən müəllif Qəzetçi 

Xəlilin dili ilə o vaxt oxunan əsərlərə bu yolla diqqət çəkir. Görüldüyü kimi, sonrakı dövrdə 

Azərbaycanın məktəb və  mədrəsələrində  Sədinin “Gülüstan” ,“Bustan” əsərləri, Füzulinin 

“Divanı”, “Tarixi-Nadir”, “Camei-Abbas” kimi kitablar dərslik və dərs vəsaitləri kimi geniş 

şəkildə istifadə olunmuşdur. Həmin kitablar şagirdlərin bilik və yaş səviyyəsinə uyğun olmasa 

da, milli dərslik yaradıcılığımızda ilk nümunələr kimi qiymətlidir. C.Məmmədquluzadənin 

başçılıq etdiyi “Molla Nəsrəddin”  ədəbi məktəbinin nümayəndələrinin yaradıcılıqlarında da 

Şərqin təsviri, Şərq mövzusu aktual idi.  

Şərq və  Qərbin sintezi şəklində  əsaslandırılan hadisələr və bu hadisələrə  fərqli baxış 

romanı daha da qiymətli edir. Əsərdə müəllifin Şərqə və Qərbə münasibəti müxtəlif surətlərin 

dili ilə verilir. “Dumanlı  Təbriz” romanında həmçinin Qərbin  Şərqə,  Şərqin də  Qərbə 

münasibəti, bu münasibətdəki mənfi və müsbət cəhətlər təsvir olunub. Əsərdə “Vəhşi Şərqə” 

mədəniyyət gətirib, Şərqi mədəniləşdirmək istəyən rus, alman, türk, ingilis xalqlarının daxili 

siması  məharətlə  təsvir olunub. Əsərin müxtəlif hissələrində Ordubadi Şərq və  Qərbin 

müqayisəsini də vermişdir.  Şərqi maddi zənginliklərini tərif edən  ədib bəzən də  Şərqin 

təfəkküründəki geriliyi tənqid edir. “Şərqin mülkədarını da Qərbin mülkədarı ilə müqayisə 

etmək olmaz” və  s.  kimi  ifadələr bu fikri sübut edir.  Şərqdə  hökm sürən fanatik və cahil 

mühitin bədii və siyasi mənzərəsini yaradır və göstərir ki, dinini kamil bilməyən  şərqliləri 

molla qiyafəsinə bürünən rus və Qərb casusları aldada bilir. Şərqlilərin yaşadığı evləri təsvir 

edən sənətkarın bu qeydləri də diqqət çəkir: “Ümumiyyətlə, Təbriz evləri fransızların nəşə və 

zövqünə      uyğun bir vəziyyətdə düzədilmişdir. Təbriz evlərinin səqfində  çılpaq  məlakə 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə