Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə19/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   15   16   17   18   19   20   21   22   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

807



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

AZƏRBAYCAN DİLİ TƏLİMİNDƏ SÖZÜN LEKSİK-SEMANTİK 

XÜSUSİYYƏTLƏRİ ÜZƏRİNDƏ APARILAN İŞİN MƏZMUNU  

 

Aynur QAFARLI 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

qafarli1976@mail.ru 

AZƏRBAYCAN 

 

Ümumtəhsil məktəblərində “Azərbaycan dili” fənni nəzəri və praktik mahiyyət daşıyan 



təlim məqsədlərinə xidmət edir. Dilin fonetik, leksik, qarammatik xüsusiyyətləri ilə bağlı ən 

zəruri biliklər şagirdlərdə elmi dünyagörüşün yaradılmasına yönəlmişdirsə, bu zəmin üzərində 

aşılanan bacarıqlar  şifahi və yazılı nitq mədəniyyətinin formalaşmasına istiqamətlənmişdir. 

Əsası ibtidai siniflərdə sadə  məlumatlar  şəklində qoyulan nəzəri məlumatlar orta təhsil 

səviyyəsində nisbətən dərinləşdirilərək bir sistem daxilində mənimsədilir. Səs, söz və cümlə 

kimi əsas dil vahidlərinin linqvistik aspektdən öyrənilməsi bir-biri ilə qarşılıqlı əlaqədə həyata 

keçirilir və təlimin şüurlu təşkilində mühüm rol oynayır. Bu yanaşmada söz digər dil vahidləri 

ilə müqayisədə daha qabarıq şəkildə öyrənmə obyektinə cəlb edilir.  

Metodik araşdırmalar göstərir ki, dil dərslərində sözlə bağlı aparılan işlər,  əsasən, 

aşağıdakı istiqmətlərdə yerinə yetirilməlidir: 



I.  Sözün leksik mənasının aydınlaşdırılması. 

Aydındır ki, burada mənası şagirdə tam aydın olmayan və bu səbəbdən onun nitqində 

işlək mövqe tutmayan sözlər nəzərdə tutulur. Şagirdə tanış olmayan hər bir söz heç də bütün 

hallarda cəzbedici təsiri bağışlamır. Əgər söz şagirdi tutubsa, ona yiyələnmək istəyi, marağı 

artır. Müəllim  şagirdin bu məlumatlanma, yeni bilik əldə etmə marağından yararlanmaqla 

təlim prosesini idraki fəallıq üzərində qurmağa səy göstərməlidir. Bunun üçün aşağıdakı  iş 

üsullarından istifadə daha məqsədəuyğun sayılır: 

-  birincisi, sözün mətn və ya cümlə daxilində hansı mənada işlənməsi ilə bağlı kiçik mü-

zakirələr təşkil edilməli, yürüdülən mülahizələr siniflə birgə iş prosesində təhlil edilməlidir; 

-  ikincisi, izahlı lüğətlərin köməyi ilə sözün daşıdığı məna dəqiqləşdirilməlidir.  

Müşahidələrimiz göstərir ki, bəzi müəllimlərin iş təcrübəsində bu iş üsullarından hansı 

məqamda istifadə edilməsi düzgün bölüşdürülmür. Məsələn, mənası şagirdə tam aydın olma-

yan, bəzən birinci dəfə rastlaşdığı sözlərin mətn daxilində kontekstə uyğun izah olunması bir 

tapşırıq kimi qoyulur.  



II.  Sözün semantik xüsusiyyətlərinin müəyyənləşdirilməsi. 

Söz elə bir çevik dil vahididir ki, tarixi inkişaf prosesində daim məna dəyişikliyinə 

uğramaqla yanaşı, birləşmə və ya cümlə daxilində digər sözlərlə əlaqəyə girərkən yeni məna 

çalarları qazanmaqla dilin üslubi imkanlarının genişliyinə rəvac verir. Sözün leksik-semantik 

xüsusiyyətləri ilə bağlı aparılan işlər şagird nitqinin  zənginləşməsi və ifadəlilik kəsb etməsinə 

geniş imkanlar açmış olur. Odur ki sinif səviyyəsindən və qarşıya qoyulan məqsəddən asılı 

olmayaraq, hər bir dərsdə lüğət üzrə işlərə, ötəri də olsa, vaxt ayrılmalıdır. Metodik tələb kimi 

qoyulan həmin işlərin məzmunu aşağıdakı səpkidə müəyyənləşdirilməlidir: 

1)  Omonim və omonimik vahidlər üzərində iş; 

Orta məktəb kursunda omonimlər haqqında ibtidai siniflərdən başlayaraq müəyyən 

ardıcıllıqla məlumatlar verilməklə müvafiq bacarıqlar förmalaşdırılsa da, leksik və leksik-

qrammatik omonimlər fərqləndirilmədən nəzərə çarpdırılır. Məlumdur ki, leksik omonimlər 

yalnız  əsasən nitq hissələrinə aid sözləri  əhatə edir. Bu tipli omonimlər həm eyni, həm də 

müxtəlif nitq hissələri daxilində özünü göstərir. Leksik-qrammatik omonimlər isə həm əsas, 

həm də köməkçi nitq hissəsinə aid sözlərə aiddir. Məktəb təcrübəsində leksik omonimlərin 

leksik-qrammatik omonimlərdən fərqləndirilməməsi, daha konkret desək, leksik-qrammatik 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

808



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

omonimlərin leksik omonimlər kimi təqdim edilməsi tədrisdə çətinlik yaradan məqamlardan 

biri kimi qarşıya çıxır. Odur ki, fənn müəlliminin belə hallarda izahedici şərhlərə müraciət 

etməsi vacib bilinir. 

Orta məktəb dil dərslərində  şagirdlərin tez-tez qarşılaşdıqları dil hadisələrindən biri 

omonimik vahidlərlə bağlıdır. Omoform və omoqraflar haqqında qısa linqvistik məlumatın 

verilməsi  şagirdləri yalnız dil hadisələri ilə bağlı elmi təfəkkürünün deyil, ədəbi tələffüz 

vərdişlərinin  şüurlu qazanılmasında da həlledici amil olaraq özünü göstərir. Müxtəlif mor-

femlərdən ibarət eyni yazılışa malik omoformların (məsələn, “açar” sözü kimi: aç- feilindən -

ar leksik şəkilçisi ilə düzəlmiş isim və aç- feilinin -ar qeyri-qəti gələcək zaman şəkilçisi qəbul 

etmiş forması)  və vurğusu dəyişməklə mənası dəyişən omoqrafların (məsələn, süzmə – süd 

məhsulundan hazırlanmış yemək növünün adı və süz- feilinin -mə şəkilçisi qəbul etmiş inkar 

forması; birinci halda vurğu sonuncu, ikinci halda isə birinci heca üzərinə düşür) şagirdlərə 

izahı sözün leksik-semantik xüsusiyyətləri ilə  əlaqədar aparılan işin mühüm tərkib elementi 

kimi yerinə yetirilməlidir. 

2)  Sinonimlər üzərində iş. 

Sinonimlər, birmənalı  şəkildə,  şagird nitqinin zənginləşməsində  ən önəmli yer tutan 

leksik vahidlər sayılır.  Şagirdlərin danışıq və yazı bacarıqlarının inkişafında  əvəzsiz rol 

oynayan sinonimlər rəngarəng iş üsulları ilə müşahidə olunur. Nitqdə təkrarçılıqdan qaçmağa 

imkan verməklə müxtəlif səs tərkibli yaxınmənalı sözlər üzərində təşkil edilən iş üsullarının 

tətbiqi həmişə aktual olmuşdur. Təlim prosesində  şagirdləri idraki fəallığı  cəlb edən iş 

üsullarının bir çoxu məhz sinonimlər cərgəsi üzərində qurulmaqla tətbiq edilir. Sinonimlərin 

müxtəlif qruplar üzrə  təsnifi, ümumilikdə,  şagirdlərin dil və  ətraf aləm haqqında biliklərini 

əlaqələndirməyə optimal zəmin yaradır. Təcrübədə bu sinonimik qrupların aşağıdakı kimi 

verilməsinin daha səmərəli olduğu müşahidə olunur: 

 



yalnız Azərbaycan mənşəli sözlərdən ibarət sinonimlərin müəyyənləşdirilməsi

 



yalnız alınma mənşəli sözlərdən ibarət sinonimlərin müəyyənləşdirilməsi; 

 



Azərbaycan və alınma mənşəli sözlərdən ibarət sözlərin müəyyənləşdirilməsi. 

Qabaqcıl məktəb təcrübəsi göstərir ki, sinonimlər üzərində yaradıcı  işi sözlərin 

quruluşca növlərinin müəyyənləşdirilməsi ilə də davam etdirmək mümkündür. 

Məktəb təcrübəsində antonimlər və paronimlər üzərində aparılan işlər də sözün leksik-

semantik xüsusiyyətlərinin mənimsədilməsində ayrıca yer tutur və bütövlükdə, şagird nitqinin 

hərtərəfli inkişafına xidmət edən linqvistik imkan kimi dəyərləndirilir. Bu zənginlik isə 

şəxsiyyətyönlü təlimin məzmunca dolğunlaşmasına xidmət edir. 

 

 

TÜRKİYƏ RESPUBLİKASININ ƏRZURUM, QARS, IĞDIR VƏ 

ARDAHAN DİALEKTLƏRİNİN “DƏDƏ QORQUD” DASTANI           

İLƏ ORTAQ MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ 

 

Əlvan CƏFƏROV 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

elvancafarov78@mail.ru 

AZƏRBAYCAN 



 

Dədə Qorqudun 570-632-ci illər arasında, Hz. Məhəmməd (Ə.S) zamanında yaşadığı 

rəvayət edilmişdir. "Ozanların Piri" və ya "Ozanların Başı" olaraq da bilinən Dədə Qorqudun, 

(mənən) Hz. Məhəmmədin xeyir-duasını aldığı  və  Oğuzlara  İslam dinini öyrətdiyi də bu 

rəvayətlərlə günümüzə qədər çatmışdır.  



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə