Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   22   23   24   25   26   27   28   29   30

 

84

idxal-ixrac  əməliyyatları  üzrə  hər  hansı  bir  dotasiya  ləğv  edilmişdir. 



Mərkəzləşdirilmiş  qaydada  sifariş  edən  və  bölüşdürülən  məhsulların  xarici  xarici 

ticarət dövriyyəsində xüsusi çəkisini azaltmaq lazımdır.  

 

 

 



 

 

 

 

 

 

 

3.3. Azərbaycan Respublikasında pul və məzənnə siyasətinin 

ə

sas istiqamətləri 

 

Mərkəzi  Bank  dinamik  iqtisadi  artım,  dünya  iqtisadiyyatına  inteqrasiyanın 



dərinləşməsi və qlobal proseslərin ölkə iqtisadiyyatına təsirinin artması şəraitində 

öz  səlahiyyətləri  daxilində  məzənnə  sabitliyi,  inflyasiya  səviyyəsinin  azaldılması 

və maliyyə sabitliyinin qorunmasına yönəldilmiş pul-məzənnə siyasəti yeridir. 

Qeyri-neft  sektorunun  isə  əvvəlki  illərdə  formalaşmış  dayanıqlı  templə 

artması gözlənilir. 

Makroiqtisadi proseslərin əvvəlki ildən kəskin fərqlənməsi, başqa sözlə, pula 

tələbin  genişlənməsi,  kapital  axınlarının  güclənməsi  və  məcmu  tələbin  yüksək 

templə artdığı halda pul siyasəti qarşısında duran məqsədlər öz irsiliyini saxlayır. 

Bu  siyasətin  əsas  kompanentlərini  inflyasiyanın  aşağı  salınması,  qeyri-neft 

sektorunun  rəqabət  qabiliyyətini  qoruyub  saxlamaq  üçün  manatın  məzənnəsinin 




 

85

kəskin  möhkəmlənməsinin  qarşısının  alınması  və  maliyyə  sistemində  sabitliyin 



təmin olunması təşkil edir. 

Mərkəzi  Bank  əvvəlki  illərdə  olduğu  kimi,  növbəti  il  də  pul  kütləsinin 

artımını  optimal  səviyyədə  saxlamaq  məqsədilə  özünün  qısamüddətli  notlarından 

istifadə  etməklə  aktiv  təkrar  sterilizasiya  əməliyyatları  aparacaqdır.  Maliyyə 

Nazirliyi  ilə  dövlət  qiymətli  kağızlarının  həcminin  artırılması  da  sterilizasiya 

ə

məliyyatlarının  effektivliyinə  müsbət  təsiri  nəzərdə  tutulur.  Faiz  dəhlizinin 



parametrləri,  о  cümlədən  uçot  dərəcəsi  ölkədəki  və  maliyyə  bazarlarındakı 

vəziyyətdən asılı olaraq çevik tənzimlənməlidir. Bununla yanaşı, kapitalın ölkədən 

çıxması  rejiminin  liberallaşdırılması  tədbirləri  davam  etdiriləcəkdir.  Bu  tədbirlər 

baza inflyasiyasının birrəqəmli səviyyədə saxlanılmasına hədəflənəcəkdir. 

Qəbul  edilmiş  makroiqtisadi  çərçivə  və  ölkənin  xarici  investisiyalar  üçün 

cəlbediciliyinin  artması  manatın  məzənnəsinin  möhkəmlənməsi  ilə  bağlı 

təzyiqlərin qalmaqda davam edəcəyini gözləməyə əsas verir. Belə şəraitdə Mərkəzi 

Bank  üzən  tənzimlənən  məzənnə  rejimini  dəyişməz  saxlamaqla  bu  çərçivədə 

manatın  məzənnəsiin  kəskin  tərəddüdlərinin  qarşısını  almaq  üçün  aktiv 

steriliizasiya əməliyyatlarını həyata keçirməlidir. 

Məzənnə  siyasətin  tətbiqi  mexanizminin  təkmilləşdirilməsi  çərçivəsində 

manatın  ABŞ  dollarına  nəzərən  məzənnəsinin  dəyişməsinin  hədəflənməsindən 

valyuta  səbəti  dəyərinin  hədəflənməsinə  keçirilməsi  nəzərdə  tutulur.  Məzənnə 

siyasətindəki bu dəyişiklik Mərkəzi Bankın manatın ticarət tərəfdaşı olan ölkələrin 

valyutalarına nəzərən orta dəyişimini xarakterizə edən nominal effektiv məzənnəyə 

təsir  göstərmək  imkanlarını  artıracaqdır.  Nominal  effektiv  məzənnəyə  təsir 

vasitəsilə Mərkəzi Bank qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunmasına 

dəstək verəcəkdir. 

Məzənnə  sabitliyini  qorumaq  üçün  Mərkəzi  Bankın  aparacağı  aktiv 

müdaxilə  əməliyyatları  valyuta  ehtiyatlarının  sürətli  artımını  şərtləndirəcəkdir. 

Bunu  nəzərə  alaraq  valyuta  ehtiyatlarının  idarə  olunmasının  səmərəliliyinin 

artırilması  xüsusi  diqqət  mərkəzində  saxlanılacaq.  Yeni  investisiya  siyasətinə 




 

86

uyğun olaraq ehtiyatların saxlanılma məqsədlərinə uyğun idarəetmə strategiyasının 



seçilməsi  nəzərdə  tutulur.  Bu  idarəetmə  srategiyasının  əsas  kompanenti  kimi 

həyata  keçirilmiş  valyuta  diversifıkasiyası  ehtiyatların  bir  valyutadan  asılılığının 

azaldılmasını və bununla ehtiyatların mütləq dəyərinin saxlanılmasını təmin edərək 

ölkənin iqtisadi təhlükəsizliyinin daha da möhkəmlənməsinə dəstək vermis olacaq. 

Son  illərin  təcrübəsi  göstərir  ki,  keçid  şəraitində  valyuta  tənzimlənməsinin 

geniş  miqyasda  həyata  keçirilməsi  pozitiv  xarakter  daşıyır  və  bütövlükdə 

makroiqtisadi tarazlığın təmin olunmasında müstəsna əhəmiyyət kəsb edir. Valyuta 

tənzimlənməsinin  əsas  aləti  olan  Mərkəzi  Bankın  valyuta  müdaxilələri  həm 

manatın ABŞ dollarına nisbətən məzənnəsinin sabitliyinin təmin olunması, həm də 

pul  kütləsinin  həcminə  nəzarət  olunmasına  imkan  vermişdir.  Yaxın  perspektivdə 

neft  dollarlarının  irihəcimli  axınını  nəzərə  almaqla  valyuta  müdaxilələrinin 

ə

həmiyyəti  daha  da  artacaqdır.  Çünki  Azərbaycanın  pul  sektoruna  bu  miqyasda 



maliyyə axınları şəratfində manatın yüksək templə revalvasiyasına yol verilməməsi 

üçün  Mərkəzi  Bankın  aktiv  valyuta  müdaxiləsi  həlledici  amil  olacaq.  Valyuta 

tənzimlənməsinin  mühüm  istiqamətlərindən  biri  də  bankların  açıq  valyuta  ilə 

mövqeyinin  tənzimlənməsidir.  Mərkəzi  Bank  real  situasiyadan  çıxış  edərək 

bankların formalaşdırdıqları aktiv və passivlər üzrə məzənnənin dəyişməsi ilə bağlı 

risklərin minimuma endirilməsi məqsədilə və valyuta bazarındakı situasiyadan asılı 

olaraq onların valyuta mövqelərini çevik tənzimləməlidir. 

Bank  sisteminin  real  sektorla  inteqrasiyasının  sürətləndirilməsi,  pul-kredit 

bazarının inkişafı üçün kommersiya banklarının aktiv və passivlərinin strukturunun 

müvafiq  iqtisadi  normativlər  sistemi  ilə  məqsədyönlü  tənzimlənməsi  də  mühüm 

ə

həmiyyət  kəsb  edir.  Bankların  istehsal  sferaları  üzrə  formalaşdırdıqları  aktivləri 



üzrə (məsələn uzunmüddətli kreditlər, lizinq və s) həvəsləndirici normativ əmsal-

larının tətbiq olunması məqsədə uyğun olardı. 

Qeyd  etmək  lazımdır  ki,  zəruri  fövqəladə hallarda valyuta  məhdudiyyətləri 

də  istisna  edilməməlidir.  Xüsusilə  də  bu  xarici  valyuta  vasitələrinin  məcburi 

qaydada  satışı  mexanizminə  aiddir.  Hazırda  dünyanın  bir  çox  dövlətbri  todiyyə 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə