Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf
mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/11
daha isti aylarında torpaq qızdıqca quruda daha güclü küləyə çevrilir. Regionun meteoroloji
dinamikaları ilə müşayiət olunan bu termal təsir əvvəlcədən gözlənilmə ehtimalı az olan güclü
küləklər ilə nəticələnə bilir.
Şəkil 6.2-də 2007-ci ildə Bakı hava limanında qeydə alınmış məlumatlar əsasında
tərtib
edilmiş küləklər gülü (diaqramı) göstərilir.
4
Üstünlük təşkil edən külək istiqaməti şimal küləyi
olmaqla, ilin təxminən 15%-ni əhatə edir Şimal - şimal-qərb və şimal - şimal-şərq küləkləri
təxminən küləklərin 10-12%-ni təşkil edir. Küləyin sürəti, adətən, 0.5 m/s-dən 12 m/s-dək
dəyişir, sürəti saniyədə 8 metrdən çox olan küləklər isə təxminən 30% təşkil edir.
Şəkil 6.2 İllik külək gülü (Bakı Hava limanı), 2007
6.4 Qurudakı ətraf mühit
6.4.1 Parametrlər
Təxminən 5.5 km
2
ərazini əhatə edən Səngəçal terminalı cənub-şərqə və Xəzər dənizinə
doğru az meylli düzənlikdə yerləşir. Terminal sahəsi orta dəniz səviyyəsindən (ODS)
təxminən 15 – 20 metr aşağıda yerləşir (Xəzər dənizinin orta səviyyəsi ODS-dən 27 – 28 metr
aşağıdır). Terminalın şimalına və şimal-şərqinə doğru bir sıra dik təpələr mövcuddur və
onların hündürlüyü şimala doğru getdikcə artır və 300 metrdən yüksəyə çatır, sonuncu dəfə
2000-ci ildə püskürmüş iri palçıq vulkanı olan Qaraquş dağının ətrafındakı təpələrin
hündürlüyü isə 400 metr təşkil edir. Ən yaxınlıqdakı təpələr şimal-qərb tərəfdə yerləşir və
onların orta hündürlüyü ODS-dən 70 – 85 metr yüksəkdir.
Terminalın yaxınlığında dörd əsas yaşayış məntəqəsi vardır (Şəkil 6.1) və onlardan ən
böyüyü təxminən 2.5km cənubda yerləşən Səngəçal qəsəbəsidir. Ümid yaşayış məntəqəsi
terminalın
cənub-şərqində, terminaldan 1 km-dən az məsafədə, Əzimkənd və Massiv 3 isə
təxminən 2.7 km aralıda yerləşir.
Ümid və Səngəçal qəsəbələri Xəzər dənizinin sahilyanı zolağına paralel uzanan dörd hərəkət
zolağına malik bərk örtüklü yol olan Bakı-Salyan magistral yolunun kənarındadır. Magistral yol
ilə terminal arasında magistral yola paralel dik ərazi boyunca (yer səthindən 2 – 4 m hündür)
4
Anemometr (küləkölçən cihaz) yer səviyyəsindən 10m yüksəkdə yerləşir.
0
0
3
1.5
6
3.1
10
5.1
16
8.2
(dəniz mili)
(m/s)
Küləyin sürəti
0° 10°
20°
30°
40°
50°
60°
70°
80°
90°
100°
110°
120°
130°
140°
150°
160°
170°
180°
190°
200°
210°
220°
230°
240°
250°
260°
270°
280°
290°
300°
310°
320°
330°
340°
350°
300
600
900
1200
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/12
dəmir yolu uzanır. Dəmir yolu və terminal arasında üçüncü tərəfə məxsus boru kəməri
dəhlizində magistral yola paralel çoxsaylı yerüstü və yeraltı boru kəmərləri (neft, su və qaz
boru kəmərləri) də keçir.
Yaxınlıqda yerləşən digər sənaye müəssisələrinə terminalla Səngəçal qəsəbəsi arasında
yerləşən və 2008-ci ilin sonundan istismara verilmiş dövlətə məxsus elektrik stansiyası
daxildir. Səngəçal Elektrik Stansiyası qazın yandırılması ilə işə düşən
generatorlardan istifadə
edərək elektrik enerjisi hasil etmək üçün layihələşdirilmişdir və həmçinin bu elektrik stansiya
alternativ olaraq mazutdan da istifadə edə bilir.
Terminalın yaxınlığındakı su axınlarına aşağıdakılar daxildir:
Şahqaya vadisi – Terminalın şimalında yerləşən Şahqaya təpələrindən axaraq terminal
ərazisinin qərbindən keçir və Xəzər dənizinə axır; və
Ümid vadisi – terminaldan şərqdə yerləşir
Bataqlıq sahə terminalla Bakı-Salyan magistral yolu arasında yerləşir.
Terminalı mümkün daşqınlardan qorumaq üçün onun şimal, qərb
və şərq perimetrlərinin
ətrafında drenaj kanalı çəkilmişdir. Kanal yağış zamanı yaranan sel sularını terminal ilə Xəzər
dənizi arasında mövcud olan təbii axın xətlərinə - selovlara yönəldir.
Bakı-Salyan magistral yolu ilə Xəzər dənizinin sahil xətti arasındakı sahilyanı zona əhəng daşı
laylarından və dəniz çöküntülərindən ibarət platformadan formalaşmışdır. Quruya yönəlmiş
yamac qum götürmək məqsədilə qazılıb çıxarılmışdır. Dənizə tərəf meylli yamacdakı
əhəngdaşı platforması suyun kənarına enir, buradakı kiçik sahələrdə xırda materiallar çıxır.
ŞD2 Erkən İnfrastruktur İşlərinə (Eİİ) Terminalın ŞD2 Layihəsi üçün genişləndirilməsində
lazım olan tikinti işləri daxildir və onlar hazırda yerinə yetirilir .
Ehtimal
edilir ki, Əsas ŞD2 layihəsi tikinti işləri podratçısına təhvil verilənə qədər aşağıdakı Eİİ
fəaliyyətləri başa çatdırılmalıdır:
ŞD2 genişləndirmə sahəsində ərazinin təmizlənməsi və hamarlanması;
Yeni
giriş-çıxış yolunun tikintisi
Daşqından mühafizə səddinin tikintisi; və
Daşqından mühafizə səddi ilə ªD2 Geniºləndirilmə sahəsi arasında yağış suları üçün
drenajın tikilməsi
Bu fəaliyyətlərlə bağlı təsirlər bundan əvvəl ŞD2 İnfrastruktur
Layihəsinin ƏMSSTQ
sənədində qiymətləndirilmiºdir.
5
Şəkil 6.3-də ŞD2 üzrə Eİİ-nin əhatə dairəsi qiymətləndirildiyi
kimi göstərilir.
Yuxarıda qeyd edilmiş işlərə əlavə olaraq, daşqından mühafizə səddi və ŞD2
Genişləndirilməsi sahəsi arasındakı ərazinin əksəriyyəti Eİİ işləri zamanı dağıdıla bilər,
burada tikinti düşərgəsi və tikinti binaları üçün sahələrin təmizlənməsi və hamarlanması
gözlənilir.
5
ŞD2 İnfrastruktur layihəsi üçün ƏMSSTQ (2012)