Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf
mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/29
Terminaldan cənubda üstünlük təşkil edən təbii mühitlər aşağıda təsvir edilmişdir (Şəkil 6.9-a
istinad edin).
Səhra/yarımsəhra - Bu təbii yaşayış mühitinə müxtəlif elementlər, o cümlədən aşağıdakılar
daxildir:
Açılmış lil/çılpaq torpaq;
Şibyə və yosun bitkiləri olan lil (mikrobiotik qat);
Çoxillik
kolların kasıb örtüyü (səhra bitkiləri); və
Ot
və illik növlərin bağlı örtüyü ilə çoxillik kol yamaqları (yarımsəhra bitkiləri).
Terminalın yaxınlığında bitən bitki növləri arasında çoxillik kiçik kollar (Salsola nodulosa,
Salsola dendroides, Suaeda dendroides, Salsola ericoides və Artemisia lerchiana), o
cümlədən onların sahilyanı zona növləri və otluq yerlərlə əlaqədar digər
kollar üstünlük təşkil
edir. Mövcud olan nümunələrdən heç biri Azərbaycanın “Qırmızı kitab”ına (AzQKB) daxil olan
və ya IUCN-in həssas/təhlükə altında olan növ kimi təyin etdiyi səhra/yarımsəhra bitkilərinə
aid deyildir. Tədqiqat göstərdi ki, terminalın yaxınlığında səhra yaşayış mühitləri əsas etibarilə
otlaq sahələri kimi çox istifadə edilir.
Bataqlıq - iri bataqlıq sahə terminaldan cənubda yerləşir. Bataqlıq sahələrinin, əsasən,
efemeral su hövzələri,
o cümlədən Şahqaya vadisi, həmçinin digər səthlərindən axınlar
tərəfindən qidalanması və Bakı Su Kanalı Departamentinin Səngəçal Su nasosu stansiyasının
borularında axan suyun da əlavə olması hesab olunur. Bataqlıqda məskunlaşma sahələrinin
mövcud flora və faunanın qeydiyyatının aparıldığı tədqiqat 2002, (AÇG Faza 1 ƏMSSTQ-də
hesabat verildiyi kimi
8
) 2010 və 2011-ci illərdə yerinə yetirilmişdir.
Ümumiyyətlə, bataqlıqların təbii mühitlərin qarışığından ibarət olması ehtimal edilir, bura Bakı-
Salyan şosesinin, qonşu dəmiryol xəttinin və dəmiryol xətti ilə terminal arasında boru kəməri
dəhlizinin tikintisindən sonra yaranmışdır. Bataqlıqlar suyun axmasının çətin olması və suyun
bəzi topoqrafik çöküntülərdə yığılıb qalması ilə əlaqədar yüksək dərəcəli gilləşməyə məruz
qalır (Bölmə 6.4.4-ə istinad edin). Topoqrafiyada dəyişkənlik bataqlıqların sərhədlərini və rast
gəlinən bitki növlərini müəyyən edir.
Bataqlıq ərazilərdə səth sularından asılı əsas yaşayış mühitləri bataqlığın Səngəçala ən yaxın
olan sahəsi boyu, üçüncü tərəf boru kəməri dəhlizində və daha dərin suların
olduğu digər
ərazilərdə bitən yüksək qamışlıq (Phragmites australis) sahələridir. Nisbətən dayaz daimi
sularda su qamışı (Typha angustifolia) kolluqları, eləcə də dəniz qamışının (Juncus
maritimus) və nəhəng qamışın (Bolboschoenus maritimus) üstünlük təşkil etdiyi böyük
bataqlıq zonalar gözə dəyir. Bataqlıq ərazilərin kənarlarında, adətən ,yulğun (Tamarix meyeri)
və dəvətikanı (Alhagi pseudoalhagi) kollarına, həmçinin şoranot koloniyaları (Salicornia
europaea) ilə örtülmüş palçıqlı yastı ərazilərə rast gəlinir.
Bataqlıqlarda rast gəlinən əlavə məskunlaşma sahələrinə yulğun (Tamarix meyeri) kollarının
və alçaq boylu otların (məs. Poa bulbosa) və dənli bitki növlərinin daxil olduğu tabaşir
düzənliyinə oxşar bitki örtüyünü dəstəkləyən yastı landşaftlı vadi kanalları daxildir. Daimi su
hövzələri həmçinin müəyyən ərazilərdə rast gəlinir və Charophytes (çoxhüceyrəli su yosunu)
və su qaymaq-çiçəyi (Ranunculus sp.) kimi daimi su tələb edən bitkilər vardır.
Həssaslıq
Bu günə kimi quruda başa çatdırılmış monitorinqlər (2006 və 2011-ci illər arasında
2
) əsas
diqqəti mövcud flora növlərində və bitki örtüyündə baş verən potensial dəyişikliklərə və
meyllərə vermişdir.
Səhra/yarımsəhra bitki örtüyü qruplaşmasına gəldikdə, vaxt keçdikcə onların paylanmasında
və ya ümumi vəziyyətində nəzərəçarpacaq heç bir dəyişiklik müşahidə edilməmişdir. Dağılmış
torpaqlarda təbii bərpanın səviyyəsi aşağıdır, yalnız yağışdan sonra müvəqqəti səth sularının
müşahidə edildiyi sahələrdə bitki örtüyü daha tez bərpa olunur.
8
AÇG Faza 1 ƏMSSTQ (2002)
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/30
Tədqiqatlar terminalın ətrafındakı ərazi daxilində bitki örtüyündə dəyişiklik baş verdiyini
göstərir. Ümumiyyətlə, bitki örtüyünün əhatə dairəsinin artması müşahidə edilir və ölçülə bilən
mikrobiotik qatın sayının azalması baş verir. Mikrobiotik qatın bolluğunun azalma səbəbi
məlum deyil, lakin o, ot örtüyünün artması nəticəsində qatın müşahidəsinin
çətinləşməsi ilə
əlaqədar ola bilər.
Tədqiqatın aparıldığı müddət ərzində yağış sularının istiqamətinin dəyişdirilməsi və
tikinti/digər fəaliyyətlərin aparılması nəticəsində terminalın qonşuluğunda bitki örtüyündə bəzi
tənəzzül müşahidə edilmişdir.
Fiziki fəaliyyətlər, məsələn, torpaq işləri istisna olmaqla, terminalda aparılan əməliyyatların
terminaldan cənubdakı təbii yaşayış mühitində hər hansı bir dəyişikliyə səbəb olması
müşahidə edilməmişdir. Bundan əlavə, bataqlıq ərazilərdəki çirklənmiş sahələrin
müşahidəsindən (Bölmə 6.4.4.2-yə istinad edin) bataqlıq sahələrinə nəzərəçarpacaq mənfi
təsirin dəymədiyi aşkar olunur.
Terminalın yaxınlığında qeyri-adi təbii yaşayış mühitləri aşkar edilməmişdir:
6.4.5.2 Flora
AzQK
daxil edilmiş, yaxud IUCN tərəfindən həssas/təhlükə altında olan növlər kimi qəbul
edilən növlər bundan əvvəl 2004-cü ildə quruda aparılmış tədqiqatlarda qeydə alınmışdır, o
cümlədən:
Ferula persica (AzQK) - quru iqlimdə bitən, adətən, daha zəif təbii yaşayış mühitlərində
rast gəlinən çətirli yovşan ailəsinə aid çoxillik ot bitkisi;
Cladochaeta candidissima (IUCN, qeyri-müəyyən) - sahilyanı qumlarda, çınqıllı
yerlərdə, quru çay yataqlarında və düzənliklərdə rast gəlinir;
Glycyrrhisa glabra (AzQK) - (Avropa biyanı) quru təbii yaşayış mühitlərində
kol/yarımkollar;
Nitraria
schoberii
(AzQK) - çoxillik ağac kollar; və
Ammochloa palaestina (AzQK) - qumlu, quru sahələrdə rast gəlinir.
Terminalın yaxınlığında aşağıdakı iki növ qeydə alınmışdır:
Astragalus bakuensis (AzQK) - kolliq/yarımkolluq sahilyanı sahələr 2001-ci il ilkin
hesabat tədqiqatında və 2006-cı ilə boru kəmərinin quruya çıxma
sahəsinin monitorinqi
hesabatında qeydə alınmışdır; və
Iris acutiloba (AzQK) - quru, qumlu təbii yaşayış mühitləri 2001-ci ildə aparılmış ilkin
hesabat tədqiqatında və bitki örtüyünün 2005, 2008 və 2009-cu illər tədqiqatlarında
qeydə alınmışdır. 2009 və 2011-ci il tədqiqatları bu növləri Terminalda şimal-şərqdə
yerləşən SS1-2 monitorinq sahəsində qeydə almışdır.
Yuxarıda verilmiş növlərin heç biri 2011-ci ildə terminaldan cənubda aparılmış EMP
çərçivəsində bitki örtüyü tədqiqatları zamanı qeydə alınmamışdı. Bu növlərin koloniyalarının
həmin tarixdən bəri bu sahə daxilində yayılması həddindən artıq qeyri-mümkün sayılır.
Həssaslıq
Bundan əvvəlki tədqiqatların nəticələri regional sahə daxilində AzQK və ya IUCN siyahılarına
daxil edilmiş bitki növlərinin olmasını göstərsə də, ən son 2011-ci il məlumatı bu növlərin heç
birinin terminaldan cənubda yerləşmədiyini əks etdirir. Buna görə də yerli bitki örtüyü sahə
üçün tipik olan bitki növləri üçün səciyyəvidir və nə nadir, nə də təhlükə altında deyil
6.4.5.3 Fauna
Terminalın yaxınlığında quru və bataqlıq ərazilərin tədqiqatları 2001 və 2011-ci illər arasında
aparılmışdır.