Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə32/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/70
Mnemiopsis sp, heç biri təbii yırtıcıları olmayan və öz növbəsində zooplankton və balıq 
sürfələrini yeyən daraqkimilərin invaziv növlərinin davamlı mövcud olması ilə bağlı ola bilər. 
 
6.7.2.3 Fitoplankton 
 
Fitoplanktonların tərkibi və müxtəlifliyi nisbətən dəyişməz qalıb. 2000-ci və 2001-ci illərdə 
fitoplanktonlar zooplanktonlarla eyni müxtəlifliyə malik olmuşdur – aparılmış üç tədqiqatın 
nəticəsində toplanmış nümunələrdə  cəmi 33 növ müəyyən edilmişdir. 2005-ci ildə  həyata 
keçirilmiş regional tədqiqat zamanı əlavə dörd növ müəyyən edilmişdir, bununla da Müqavilə 
Sahəsində olan növlərin ümumi sayı 37-yə çatmışdır. Nümunələrdə cəmi 10 növün müəyyən 
edildiyi 2000-ci ilin iyulunda aparılmış  tədqiqat istisna olmaqla, hər tədqiqat zamanı  aşkar 
edilmiş növlərin sayı 18 – 21 arasında olmaqla kifayət qədər sabit qalmışdır. Fitoplanktonların 
müxtəlifliyi və bolluğu 2000-ci ildə 2001-ci ildəkinə nisbətən aşağı səviyyədə olmuşdur, lakin 
bu fərq yəqin ki, təbii dəyişkənliyin baş verməsi və  tədqiqatların çox məhdud həcmdə 
aparılmasının üst-üstə düşməsi ilə  əlaqədardır. 2009-cu ildə aparılan regional tədqiqatda 
cəmi 34 növ müəyyən edilmişdir; bu indiyə  qədər aparılmış bütün regional tədqiqatlarda 
qeydə alınan ən yüksək rəqəmdir. 
 
Baccillariophyta (yosunlar) ümumilikdə  ən çox müxtəlifliyə malik qrupdur, onun 15 növü 
mövcuddur. Dinophytlər növbəti  ən çox müxtəlifliyə malik qruplardan biridir, 11 növlə  təmsil 
olunur. Cyanophytlərin (göyümtül-yaşıl yosun)  8 növü,  chlorophyt/xlorofitlərin isə 6 növü var. 
Prorecentrum dinophytenin iki növü (cordata və obtusum) bütün tədqiqatlar zamanı mövcud 
olmuşdur.  Pseudosolenia fragilissima  və  Chaetoceros  wighamii yosunları eyni tezlikdə 
meydana çıxır və əksər hallarda yuxarıda adları çəkilmiş iki dinophyte növü ilə eyni çoxluğa 
malik olur. Cyanophytlərin  Oscillatoria  və  Lyndbya sp. növləri bütün tədqiqatlarda bol 
olmuşdur. 
 
Həssaslıq 
 
Fitoplanktonların və zooplanktonların fərdi olaraq kimyəvi  çirklənməyə  həssas olmasına 
baxmayaraq, bu, populyasiya səviyyəsində yüksək həssaslıq demək deyil. Plankton 
populyasiyaları, sadəcə, bir neçə  fərddən başlayaraq sürətlə böyüyə bilər (misal üçün, 
fitoplankton populyasiyaları 12 saat ərzində, kürəkayaqlı  xərçənglərdən ibarət zooplankton 
populyasiyaları isə 2-3 gün ərzində iki dəfə arta bilər). Bu, o deməkdir ki, populyasiyalar 
sürətlə bərpa oluna bilir. Bu, plankton ekologiyasının təbii xüsusiyyətidir. Bəzi hallarda, sürətli 
artma kimyəvi çirklənmənin təsirlərini azalda bilər. 
 
Fitoplanktonlar fotosintez işığından asılıdır və ona görə də su sütunun yuxarı qatlarına qədər 
məhdudlaşdırılır. Suyun yüksək dərəcədə bulanıq olduğu dövrlər, misal üçün, qazma 
süxurlarının boşaldılması ilə  əlaqədar olaraq, bu prosesə mane ola bilər. Qazma 
qurğusundan çıxan süxurlar, adətən, dəniz səthindən təxminən 10 m aşağı boşaldılır. 
Termoklin (yuxarısında fitoplankton populyasiyaları böyüyür) yayda 30-40 m dərinlikdə 
yerləşir. Nəticə etibarilə, qazma süxur 'şleyfi' termoklin ilə  kəsişmədən  əvvəl cəmi 20-30 m 
üzü aşağı axır. Bu məsafə boyunca, şleyf cüzi parçalanmaya məruz qalmalı olacaq və buna 
görə  də çox bulanıqlılığa məruz qalan su həcmi az olacaq. Hətta yerli miqyasda, bu o 
deməkdir ki, fitoplankton populyasiya səviyyəsində süxurların boşaldılmasına qarşı  həssas 
deyil.   
 
Fitoplankton və zooplanktonun hər ikisi, korroziyanın qarşısının alınması sistemi ilə 
təmizlənmiş soyutma suyu kimi su boşaltmalarına qarşı  həssas ola bilər. Lakin bu cür 
boşaltmaların parçalanmasının modelləşdirilməsi göstərmişdir ki,  lazımi durulaşma qısa 
məsafədə baş verəcək və beləliklə, istənilən təsir minimum olacaq və yerli populyasiyaların 
yaşama qabiliyyətinə təsir etməyəcək. 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/71
 
6.7.2.4 Balıqlar 
 
ŞD Müqavilə Sahəsinin hər yerində rast gələn balıqları  aşağıdakı üç kateqoriyaya bölmək 
mümkündür: 
 
 Köçəri növlər: Bunlara, kürüləmə yerləri Kür çayı  və  Xəzərin cənub-qərb və  cənub 
hissəsindəki digər çaylar olan nərə  və  şişqarın növləri aiddir. Onlara Müqavilə 
Sahəsində yalnız ötəri üzüb keçən fərdlər kimi rast gəlinəcək; 
 Daimi 
məskunlaşmış növlər: xulbalığı, qalxanbalığı kimi vətəgə əhəmiyyətli olmayan bir 
neçə balıq növünə il ərzində sahilyanı zonada və daha seyrək halda Cənubi Xəzərin 
açıq dəniz sularında rast gəlinir. Buna görə  də ayrı-ayrı  fərdlərə Müqavilə Sahəsi 
daxilində bütün mövsümlərdə rast gəlinə bilər; və 
 Digər növlər (yarımköçəri): kilkə (siyənəkkimilər fəsiləsi) Xəzər dənizinin balıqlı 
yerlərində  ən bol olan balıq növüdür. Kilkə planktonla qidalanır və  Xəzər dənizində 
geniş yayılmışdır. Mühüm sahələr Xəzər dənizinin cənub hissəsində və ehtimala görə, 
Müqavilə Sahəsinin də daxil olduğu mərkəzi hissəsində yerləşir. Kilkə  də öz 
növbəsində digər növlər üçün (nərə, qızılbalıq və  Xəzər suitisi kimi) mühüm qida 
mənbəyidir. Bunlar Müqavilə Sahəsində əsas etibarilə qış mövsümü ərzində müşahidə 
olunmuşdur. Kefal Qara dənizdən 1930-cu illərdə  gətirilmişdir. Onlar qışı, adətən, 
Xəzərin cənub hissəsində keçirir, yazda isə qidalanmaq üçün Xəzərin mərkəzi və şimal 
hissələrinə köçür. Kürüləmə iyun və sentyabr ayları arasında dərin sularda baş verir. 
Müqavilə Sahəsində kefal balıqlarına rast gəlinəcəyi ehtimal olunur. 
 
Cədvəl 6.28 üzmək-kisələrinə malik olan bir sıra balıq növləri də “nəsli kəsilməkdə olan“ və ya 
“təhdidə yaxın" olan növıər kimi təsnif edilmişdir. Bütün nərə balığı növləri bu siyahıya daxildir. 
 
ŞD Müqavilə Sahəsində rast gəlinən balıq növlərinin miqrasiya marşrutları  və kürütökmə 
əraziləri 6.25 və 6.26-cı şəkillərdə göstərilir. 
 
Şəkil 6.25 Şişqarın, kefal və nərə balıqlarının miqrasiya marşrutları 
 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə