Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə34/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/74
Xul balıqları  Xəzər dənizindəki növlərinin sayına görə siyənək balığından sonra ikinci 
yerdədir; onlar dənizin bütün regionlarında mövcuddur, əsasən, dayaz ərazilərdə (yazda və 
yayda olduqları yerdə suyun dərinliyi 30-70 m-ə çatır, qış aylarında daha dərinliklərə köçürlər) 
yaşayırlar. Ov məqsədi daşıyan balıqtutma qeydlərinə  əsasən, kilkə  Xəzərdə  və  Xəzərə 
tökülən çay deltalarında mövcud olan ən bol balıq növüdür (biokütlə baxımından) və  Xəzər 
dənizində ümumi balıq ovunun 75 %-ini təşkil edir. Kilkədən sonra Xəzərdə ən çox ovlanan 
nərə balıqlarıdır. (Daha ətraflı məlumat üçün Əlavə 6C-yə istinad edin). 
 
Həssaslıq 
 
Balıq növləri üçün mövsümi aktivlik Cədvəl 6.28-də göstərilir.  Ərazidə balalayan balıq 
növlərinə xul balığı, kilkə  və kefal balığı kimi burada daimi yaşayan balıqlar daxildir. Xul 
balıqları aprel və iyul ayları arasında, kefal balığı iyun və sentyabr ayları arasında çoxalır, 
kilkə isə yanvar və noyabr ayları arasında çoxalır.  
 
ŞD Müqavilə Sahəsində  həyata keçirilmiş  əvvəlki qazma fəaliyyətləri zamanı qazma 
işlərindən meydana çıxan atqılar məhdud müddətdə və ölçüdə bulanıq şleyfləri yaradmışdır. 
Balıq növlərinin bu şleyflərdən uzaqlaşacağı gözlənilir. 
 
Cədvəl 6.28-də qeyd edildiyi kimi, balıq növlərinin çoxu üzmə qovuğuna malikdir. Üzmə 
qovuğu üzgəclilər sinfinin əksər sümüklü balıqlarında qeydə alınan hava dolu kisədir. Üzmə 
qovuğu qaldırma qüvvəsini təmin edən üzgəc, ağciyər və  səs yaradan orqan rolunu 
oynamaqla çoxsaylı müxtəlif funksiyaları yerinə yetirir. Bundan başqa, üzmə qovuğu sualtı 
səsin gücləndirilməsi vasitəsilə balıq növlərinin eşitmə qabiliyyətini gücləndirə bilər. Ona görə 
də üzmə qovuğu olan balıqlar həmin orqanın olmadığı balıqlardan fərqli olaraq səsə daha çox 
həssas olmağa meyllidir. Nəticədə, belə balıq növlərinin üzmə qovuğu olmayan balıqlardan 
daha çox sualtı səsə həssas olmaq potensialı var. 
 
Cədvəl 6.28-də üzmə qovuğu olan balıq növləri həm də “yox olmaq təhlükəsi altında olan” və 
ya “yox olmaq təhlükəsinə yaxın olan” növlər kimi təsnifləndirilir. Belə balıqlara nərə balığının 
bütün növləri, Xəzər qızıl balığı və Xəzər ilanbalığı daxildir. 
 
6.7.2.5 Xəzər suitisi 
 
Xəzər suitisi (Phoca Caspica) Xəzər dənizi üçün endemik növdür və 2008-ci ilin oktyabr 
ayından etibarən IUCN “Qırmızı siyahı”sına ‘Yox olma təhlükəsi altında olan’ canlı kimi daxil 
edilmişdir.
30
  Xəzər suitisinin populyasiyası 20-ci əsrin  əvvəllərindən bəri 90 %-dən çox 
azalmışdır və azalmaqda da davam edir və buna səbəb isə ovlanma, təbii yaşayış mühitinin 
korlanması (invaziv növlərin gətirilməsi ilə), xəstəlik, sənayenin inkişafı, çirklənmə və torlardan 
istifadə etməklə aparılan balıqtutma əməliyyatları olduğu hesab edilir. Vaxtilə Xəzər suitilərinin 
populyasiyasının bir milyondan artıq olduğu hesablanmışdı. 2005-ci ildə hesablamalara 
əsasən, ümumi populyasiya təxminən 111000 təşkil edirdi
31
. Qazaxıstan  ərazisindəki qış 
buzlaq  ərazisində (Xəzər suitiləri üçün başlıca yuvalıq yerlər) Xəzər suiti balalarının sayına 
dair sonradan aparılmış tədqiqatlara əsasən məlum olmuşdur ki, balavermə sayının azalması 
nəticəsində populyasiyada əlavə azalmalar mövcuddur
323334

 
Xəzər dənizi boyunca Xəzər suitilərinin paylanması miqrasiya xüsusiyyətləri ilə müəyyən 
olunur. Miqrasiya marşrutları Şəkil 6.27-də əks etdirilib. Onlar, adətən, yay aylarını Mərkəzi və 
Cənubi Xəzər hövzəsində keçirir və payız aylarında (oktyabr - dekabr) isə  şimal-şərqə 
istiqamətində miqrasiya edirlər. Dişilər tipik olaraq qış mövsümünün əvvəllərində (yanvar 
ayının ortasından fevral ayının sonunadək)  Şimali Xəzər hövzəsindəki buzlu yuvalıq 
sahələrdə bala verirlər, suitilərin balaları isə  təxminən mart ayının sonlarında suya girirlər. 
                                                      
30
 www.iucnredlist.org/apps/redlist/details/41669/0 
 
31
 Xəzər Hövzəsi üzrə Beynəlxalq Sorğu (2005). Xəzər hövzəsinin Qazax suları 2005 qış buz sahəsi üzrə əhali sayı 
və sıxlıq paylaşdırılması (Phoca caspica).
 
32
 Xəzər Hövzəsi üzrə Beynəlxalq Sorğu (2008). Xəzər hövzəsi üzrə sorğunun 2007-ci il üzrə Yekun Hesabatı
 
33
 Harkonen, T, Jussi, M., Baimukanov, M., Bignert, A, Dmitrieva, L., Kasimbekov, Y., Verevkin, M., Wilson, S. və 
Goodman, S. J. Xəzər Hövzəsinin (Phoca caspica) İnsan təsirlərinə münasibətdə  kərpic istehsalı  və  təkrar 
istehsalının paylaşdırılması. Ambio Vol. 37, No. 5, 356-361.
 
34
 Ən son araşdırma üzrə hesabatlar Xəzər hövzəsinin ümumi əhali üzrə qiymətləndirmələrini təqdim etmir və onların 
əhalisi üzrə qiymətləndirmələri yalnız kərpic istehsalına əsaslandırır.
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/75
Cənuba doğru miqrasiya aprel – may aylarında başlayır. Qeyd etmək lazımdır ki, Xəzər suitisi 
illik olaraq bütün Xəzər boyunca miqrasiya edən transsərhəd növlərdəndir. Buna görə də bu 
növlərin ilin müxtəlif vaxtlarında Azərbaycan sularından istifadə etdiklərinə baxmayaraq, 
müstəsna olaraq yalnız Azərbaycana məxsus olan populyasiya mövcud deyil. Həm cütləşmə 
dövrünün, həm də miqrasiya dövrünün vaxtı hava şərtlərindən asılı olaraq bir aya qədər 
dəyişə bilər. 
 
2009-cu ildə suitilərin monitorinqi üzrə aparılmış tədqiqatların təhlili (Əlavə 6D-yə istinad edin) 
göstərir ki, Xəzər dənizinin Azərbaycan sektoruna gələn suiti populyasiyasına təxminən 
10000 – 15000 fərd daxildir. Yaz mövsümündə Abşeron arxipelaqı adalarının  ətrafında 
suitilərin maksimum dərəcədə toplaşması müşahidə olunur. Onların bu regiondakı sayının 
minimum 5000 fərddən ibarət olduğu hesablanıb.
35
 Yaz-yay-payız mövsümləri  ərzində 
Yalama sahillərindən tutmuş  Lənkəran sahillərinə  qədər olan sahil xətti boyunca, həmçinin, 
kiçik 24 suitidən ibarət qrupları da müşahidə edilmişdir. Krılovdan  əldə olunan məlumatlar 
göstərirdi ki, 20-ci əsrin sonlarında Xəzər dənizindəki yataqlarda və açıq dəniz sahəsində 
təxminən 10-15000 fərd suiti qalmışdır.
36
 Müqavilə Sahəsində suitilərin fəallığının ən yüksək 
olduğu vaxtın yaz aylarına təsadüf edəcəyi gözlənilir, belə ki, bu zaman İran sularına doğru 
cənub istiqamətində 4000-dək suiti miqrasiya edə bilər. Payız aylarında  şimala miqrasiya 
zamanı suitilərin sayının nisbətən daha az (1000 – 2000 fərd) olacağı və onların təkbaşına, 
yaxud kiçik dəstələrlə  hərəkət edəcəyi gözlənilir. Yay aylarında az sayda suiti olacağı 
(təxminən 500) və qış aylarında isə bu rəqəmin çox kiçik olacağı gözlənilir. 
 
Xəzər suitilərinin qida rejiminə dair (xüsusən də məkan və zaman göstəriciləri ilə bağlı olaraq) 
məlumat azdır. Hazırda suitilərin qida rasionuna dair ən son əhatəli məlumatlar mövcud deyil, 
lakin buna baxmayaraq, 1995-ci ildə aparılmış  ədəbiyyat icmalı göstərir ki, ümumi suiti 
populyasiyasının böyük faizi pelagik (dərin sularda üzən) balıq növləri ilə  zəngin  ərazilərdə 
qidalanmaq üçün may və iyun ayları arasında mərkəzi və Cənubi Xəzər hövzəsinə miqrasiya 
edir.
37
 Yayın sonu və payız mövsümünün əvvəlləri, bir çox suitilər dərin sularda qidalanmaq 
üçün açıq dənizə doğru hərəkət edir ki, buraya ªD Müqavilə Sahəsi də daxildir. Hesab edilir ki, 
onlar burada sentyabr ayına qədər qidalanır, sonra isə onların  əksəriyyəti  şimala doğru 
miqrasiya edir. Suitilər siyənək və kilkə kimi vətəgə  əhəmiyyətli növlər ilə qidalandıqlarına 
baxmayaraq, əldə bunu təsdiqləyəcək mövcud məlumatlar (kəmiyyət göstəriciləri) azdır.  
                                                      
35
 Darvin Təşəbbüsünün bir hissəsi olaraq toplanmış dərc edilməmiş məlumat – 2010-cu ilin yayında dərc edilməsi 
nəzərdə tutulub.
 
36
 Krılov  İ.V.(1990), Hazırki ekoloji şəraitdə resurs və  Xəzər Hövzəsinin səmərəli istifadəsi, s. 78-98. Giriş: Xəzər 
Hövzəsinin bioloji və ekologiyasının bəzi aspektləri, VNIRO, Moskva, 1990. 100k
 
37
 ABƏŞ (1995). Ətraf-mühitin İlkin Araşdırılması üzrə Ədəbiyyata Baxış, 1995, Woodward Clyde International.
 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə