117
Fikri eksperiment həyata keçirilərkən təfəkkürdə real
eksperimentin strukturu yaradılır. Elmi tədqiqat zamanı fıkri
eksperimentin rolu irəli sürülmüş prinsip və fərziyyələri
əsaslandırmaqdan ibarətdir.
Məqsədlərinə görə eksperimentləri tədqiqat, yoxlama,
nümayiş eksperimentlərinə bölmək olar. Tədqiqat
eksperimentlərində obyektin əvvəllər məlum olmayan
xassələrini aşkar etmək məqsədi ğüdülür. Yoxlama
eksperimentinə başqa bir nəzəri mülahizəni yoxlamağa ehtiyac
olduqda müraciət edilir. Hər hansı bir hadisəni tədris məqsədilə
nümayiş etdirmək üçün əyani eksperimentdən istifadə olunur.
Tədqiqat obyektinin xarakterinə görə eksperimentləri fiziki,
kimyəvi, bioloji, psixoloji və sosioloji və s. növlərə ayırırlar
71
.
Tədqiqatın obyekti real cisim və ya proseslər olan
eksperiment müstəqil eksperiment, cismin əvəzinə onun
modelinin istifadə olunduğu eksperiment isə model
eksperiment adlanır.
Tədqiqatın metoduna və nəticələrinə görə eksperimentləri
keyfiyyət və kəmiyyət eksperimentlərinə ayırmaq olar.
Keyfiyyət eksperimentləri bir sıra amillərin tədqiq olunan
prosesə təsirini aydınlaşdırmaq məqsədilə aparılır.
Kəmiyyət eksperimenti isə öyrənilən obyektin hərəkətinə
və ya prosesin gedişinə təsir göstərən bütün mühüm amillərin
dəqiq ölçülməsini həyata keçirmək üçün aparılır. Bu məqsədlə
ölçən və qeydə alan cihazlardan və mürəkkəb riyazi
hesablamalardan istifadə edilir
72
. Sosioloji eksperimentlərin
köməyi ilə müəyyən ictimai qanunauyğunluqlar tədqiq edilir.
Sosioloji eksperimentlərdə eyni zamanda nəzəri mülahizələri
yoxlamaq üçün istifadə edilir. Elmi eksperimentlər
tədqiqatçının nəzəri mülahizələrini təsdiq və ya təkzib edir.
71
Г.И.Рузавин. Методы научного исследования. Изд. «Мысль», М.,
1974, с.68.
72
Р.В.Рывкин. А.В.Винокур. Социальный эксперимент. Новосибирск,
1968.
118
Beləliklə, elmi eksperimentlər həqiqətin meyarı rolunda çıxış
edə bilər
73
.
Abstraktlaşma öz mahiyyəti etibarı ilə cisim və
hadisələrin fikrən tədqiqatçını maraqlandıran bir və ya bir neçə
mühüm tərəfinin seçilib ayrılmasından ibarətdir.
“Abstraksiya (lat.”abstractio”- aralanmaq, uzaqlaşmaq)
dar mənada təfəkkürün elə prosesidir ki, burada biz təsadüfi,
əhəmiyyətsiz tərəflərdən uzaqlaşır və elmi, obyektiv idraka
çatmaq ücün ümümi, zəruri, əhəmiyyətli cəhətləri ayırırıq.
Abstraksıya anlayışların yaranması vasitəsidir”.
74
Abstrakt dedikdə predmetin bütövlükdə mahiyyətini
açmayan, onun müəyyən cəhətlərinin dərk edilməsi ilə bağlı
olan birtərəfli, natamam bilik nəzərdə tutulur. Abstraksiya
vasitəsi ilə şeylərin ayrı-ayrı tərəfləri, xassələri və əlaqələri
müəyyən edilir.
Hər bir predmetin, hadisənin saysız-hesabsız mürəkkəb
xassələri, əlaqələri və münasibətlərinin bütün cəmi ilə birlikdə
fikri obrazına idrakda konkretlik deyilir.(lat. “concretus” –
bitişmə). Fəlsəfə dilində müxtəlifliyin vəhdəti konkretlik
adlanır. Fikrin ayrı-ayrı abstraksiyalardan onların sintetik
birliyinə doğru hərəkətinə- mücərrəddən konkretə yüksəlmək
metodu deyilir.
Beləliklə, idrakda konkretlik və mücərrədlık bir-biri ilə
qırılmaz şəkildə bağlıdır. Heç bir elmi nəzəriyyə konkretliyi
bütövlükdə bir tam kimi əks etdirə bilməz, onun yalnız
müəyyən tərəflərini, xassələrini, əlaqələrini əhatə edə bilər.
Elmi biliklərin heç bir sistemi mücərrədlik olmadan təsəvvür
edilə bilməz.
Konkret bilik birtərəfli olan abstrakt biliklə əkslik təşkil
edir. Buna görə də təfəkkür prosesində konkret nəticə kimi
73
М.А.Розов. Проблемы эмпирического анализа научных знаний. Изд.
«Науки», Новосибирск, 1977, с.116.
74
Философский Энциклопедический Словарь. М., ИНФРА, 1999, с. 9.
119
meydana çıxır. Abstraktdan konkretə yüksəlmə elmi tədqiqatın
qneseoloji üsulu, idrak metodudur.
Abstraktdan konkretə yüksəlmə elmi biliyin ümumi
hərəkət forması, gerçəkliyin təfəkkürdə əks olunması
qanunudur. Bu metoda görə idrak prosesi iki nisbi müstəqil
mərhələyə ayrılır
75
. Birinci mərhələdə hissi konkretdən
abstarkta keçid baş verir. Bu halda obyekt fikrən hissələrə
bölünərək bir sıra anlayış və mühakimələr vasitəsilə təsvir
olunur, yəni abstraksiya prosesi baş verir. İdrak prosesinin
ikinci mərhələsində isə abstraktsiyadan konkretə yüksəlmə baş
verir. Bu mərhələdə obyektin başlanğıcdakı tamlığı bərpa
olunur. Beləliklə, biliklərimizın abstraktdan konkretə
yüksəlməsi prosesində ayrı-ayrı əlaqələr, münasibətlər,
xassələrin tədqiq edilib abstraktlaşdırılmasından ibarət olan
prosesdən konkretə doğru mürəkkəb dialektik keçid baş verir.
Abstraktdan konkretə yüksəlmə biliyin inkişaf metodudur, elmi
nəzəriyyə və təlimlərin yaradılması üçün tədbiq edilən rəhbər
metoddur.
Abstraksiya prosesi vasitəsilə hadisələrin mahiyyəti
müəyyən edilir. Abstraksiya obyektiv inkişaf proseslərini əks
etdirən təfəkkürdür. Abstraksiya prosesində bir-biri ilə əlaqəli
olan iki pillə vardır. Birinci pillədə tədqiqatçını maraqlandıran
hadisədə mühüm tərəf qeyri mühüm tərəfdən fərqləndirilir və
mühüm olan tərəf qiymətləndirilərək götürülür. Hadisələrin
ümumi tərəflərinin müəyyən edilməsi bu pillədə həyata
keçirilir. Məsələn, kütlə abstraksiyasında onun üçün ümumi
xassə kimi məlum olan ətalət xassəsi götürülür.
Həm abstraktlaşdırma prosesinin, həm də onun
nəticəsinin əsas funksiyası ondan ibarətdir ki, mürəkkəbi sada
75
О.М.Сичивица. Методы и формы научного познания. Изд. «Высшая
школа», М., 1972, с.52.
Dostları ilə paylaş: |