Azərbaycan memarliq və İNŞaat universiteti Əmr bakı ş



Yüklə 15,83 Kb.
tarix08.09.2018
ölçüsü15,83 Kb.
#67540

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

ƏMR

Bakı ş.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.10.2014-cü il tarixli 342s nömrəli sərəncamına uyğun olaraq 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyasının 2015-ci il may ayının 31-dək başa çatdırılmasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Təhsil Nazirinin 46-11-7689/17 saylı 17.11.2014-cü il tarixli məktubunu rəhbər tutaraq



Ə M R E D İ R Ə M

1.2014/2015-ci tədris ilində qış imtahan sessiyası 28 dekabr 2014-cü il tarixindən 19 yanvar 2015-ci il tarixi müddətində keçirilsin.

2.Qış tətili 19-26 yanvar 2015-ci il müddətində müəyyənləşdirilsin.

3.Təhsilin bakalavr pilləsinin I, II, III kursları üzrə yaz semestri 27.01.2015-ci il tarixindən 10.05.2015-ci il tarixinədək olmaqla, imtahan sessiyası isə 11.05.2015-31.05.2015-ci müddətində keçirilsin.

Buraxılış kursları üzrə yaz semestri 27.01.2015-ci il tarixindən 05.04.2015-ci il tarixinədək olmaqla, imtahan sessiyası 06.04.2015-26.04.2015-ci müddətində keçirilsin.



Əsas: Azərbaycan Respublikası Təhsil Nazirinin 46-11-7689/17 saylı 17.11.2014-cü il tarixli məktubu.

REKTOR prof. G. H. MƏMMƏDOVA

Əmri hazırladı : Razılaşdırılıb:

Tədris şöbəsinin müdiri Tədris işləri üzrə prorektor

dos. S. B. Məmmədov dos. F. M. Cəfərov

Göndərilir: Tədris şöbəsi, Dəftərxana, Fakültələr.
Yüklə 15,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə