«Qarapapaqlar». 2010.№5(35). S. 21-25. Dagliq qarabag tariXİNİn araşdirilmasinin zəruriLİYİ Nazim MƏMMƏdov



Yüklə 215,75 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü215,75 Kb.
#65408


«Qarapapaqlar».-2010.-№5(35).-S.21-25.

DAGLIQ QARABAG TARİXİNİN ARAŞDIRILMASININ ZƏRURİLİYİ

Nazim MƏMMƏDOV,

tarix elmləri namizədi, AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutu

Sovet  hakimiyyəti  illərində  Azərbaycan  dövlətinin  tarixi  birtərəfli  araşdırılmış  və  əsl  tarixi  həqiqət  xalqa

təhrif  olunmuş  formada  çatdırılmışdır.  Xüsusilə,  Azərbaycanın  İrəvan  xanlığı  ərazisində  məskunlaşdırılmış

ermənilərin  «Böyük  Ermənistan»  dövləti  yaratmaq  niyyətilə  bütün  iyirminci  yüzillik  ərzində  Azərbaycana  qarşı

təcavüzkarlıq  siyasəti,  erməni  millətçi  təşkilatlarının  başçılığı  altında  azərbaycanlılara  qarşı  dəfələrlə  soyqırımı

təşkil  etmələri  məsələləri  XX  əsrin  90-cı  illərinin  əvvəllərinədək  tam  halda,  obyektiv  tədqiq  və  təhlilini

tapmamışdır. Şimali Azərbaycan dövləti öz müstəqilliyini yenidən bərpa etdikdən sonra tariximizin bir çox qaranlıq

səhifələrinin yenidən araşdırılması və obyektiv şəkildə öyrənilməsi üçün tədqiqatçılarımız qarşısında geniş imkanlar

yarandı.  Xüsusi  olaraq  Ümummilli  liderimiz  H. Əliyevin  Azərbaycan  tarixinin  hərtərəfli  və  obyektiv  tədqiq

olunmasına  şəxsən  hamilik  etməsi  tariximizin  dərindən  öyrənilməsinə  rəvac  və  yeni  vüsət  verdi.  H. Əliyev

çıxışlarından birində demişdir : «Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər, azərbaycanlılara

qarşı  zaman-  zaman  törədilən  ağır  cinayətləri  unutmamaq,  böyüyən  nəsli  bədxah  qüvvələrə  və  onların  məkirli

niyyətlərinə  qarşı  ayıq-sayıqlıq  ruhunda  tərbiyə  etmək  mühüm  vəzifədir...  Tarixi  olduğu  kimi  qəbul  etmək,  dərk

etmək  və  olduğu  kimi  qiymətləndirmək  lazımdır,  tarixi  təhrif  etmək  də  olmaz,  tariximizdəki  qara  ləkələri,  qara

səhifələri unutmaq da olmaz...Tarixçilərimiz çox zəngin və ziddiyyətlərlə dolu olan tariximizi tədqiq etməli və əsl

həqiqəti dünya ictimaiyyəti- nə çatdırmalıdırlar. Tarix elmi, keçmiş fakt və hadisələrin məcmuəsi əsasında konkret

zaman və məkan çərçivəsində, yalnız obyektiv təhlil etməklə əsl həqiqəti üzə çıxara bilər» [4, s. 17].

Bu  baxımdan  Azərbaycanın  tarixinin  tərkib  hissəsi  kimi  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  zəngin,

unudulmuş, təhrif olunmuş, ziddiyyətlərlə dolu olan 1923-1991-ci illər tarixinin tədqiqi olduqca şərəfli, əhəmiyyətli

və  son  dərəcə  zəruridir.  Tədqiqatı zəruriləşdirən  ilkin  amil  münbit  torpaqlara,  zəngin  təbiətə  və  mühüm  strateji

mövqeyə malik Azərbaycanın Dağlıq Qarabağ ərazisinin erməni vandalları tərəfindən işğalı ilə bağlıdır.  Ermənilər

öz məkirli niyyətlərinə dünya miqyasında haqq qazandırmağa çalışırlar və müvəqqəti ələ keçirdikləri Azərbaycanın

Dağlıq  Qarabağ  ərazisinin  onların  ata-babalarınınkı  olması  fıkrini  yayırlar.  Bu  gün  erməni  siyasət-bazlarının,

erməni  diasporunun  xaricdə,  Azərbaycan  haqqnıda  yaymış  olduqları  hər  cür  bədnam,  saxta  fikirləri,  faktlara

əsaslanaraq açmalı və əsl həqiqəti dəlillərlə göstərməliyik. Bir həqiqəti qeyd etməliyik ki, erməni «siyasətçiləri»nin

milli ayrı-seçkilik, şantaj, şovinizm, rasizm və anneksiya siyasəti rəsmi dövlət səviyyəsində aparılırdı. Son dövrlər

isə bu siyasətə bir terror da əlavə edilmiş və bütün dünya üçün təhlükəyə çevrilmişdir.

Bu  gün  bəşəriyyət  onu  hədələyən  daha  təhlükəli  terrordan  -  erməni  terrorizmindən  xəbərsiz  deyil.  Çünki

müasir erməni terror qrupları ilə onların XIX-XX əsrdə törətdikləri, məsləkdaşlarının məqsədləri, hədəfləri, istifadə

etdikləri  taktika  və  təbliğat  metodları demək  olar  ki,  eynidir.  Bu  yolla  özlərinin  çirkin  məqsədlərinə  nail  olmaq

«Böyük  Ermənistan»  dövləti  yaratmaq  üçün  ermənilər  çoxsaylı  terror  təşkilatlarına  malikdirlər.  Beləki,

«Armenakan», «Hmcaq», «Erməni  Federativ  İnqilab Partiyası» («Daşnaksütyun»), «Erməni  Soyqırımının  Ədalətli

Qisasçıları», «Erməni Gizli Azadlıq Ordusu», «Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusu» («ASALA»)

və digər erməni terror təşkilatlarının törətdikləri cinayətlərin siyahısı çox «zəngindir» [6, s.93].

Erməni terrorçuları türk dünyasına, xüsusilə Türkiyəyə və Azərbaycana qarşı dəhşətli  cinayətlər törətmişlər

və indi də törətməkdə israrlıdırlar. Təkcə 1989-1994-cü illərdə erməni terrorçu təşkilatları tərəfindən Azərbaycana

qarşı 12  terror  aktı törədilmiş  yüzlərlə  dinc  sakin  həlak  olmuş  və  ağır  bədən  xəsarəti  almışdır  [11,  s.76].  Erməni

terrorizm  beynəlxalq  terrorizmin  ayrılmaz  tərkib  hissəsidir.  «ASALA»nın  «Hizbullah»,  «PKK»  və.s  terror

təşkilatları  ilə  sıx  işbirliyi  vardır.  Erməni  millətçiliyinin  tarixi  kökləri  dərindir  və  indiyə  kimi  tarixi  mərhələlər

keçərək  davam  etməkdədir.  Müasir  dövrdə  nəinki  region,  ölkə,  hətta  bütün  mütərəqqi  bəşəriyyət  üçün  təhlükəyə

çevrilmiş  hiyləgər  erməni  şovinizmi  terrorçuluqdan  tarix  boyu  istifadə  edərək  faşizmidən  də  dəhşətli,  qorxulu

qüvvəyə  çevrilmişdir.  Baş  verənləri  obyektiv  tədqiq  etməklə  «qonşularımız»ın  kimliyini  dünya  ictimaiyyətinə

çatdırmalı və Azərbaycanımızı təhlükəli erməni terrorundan xilas etməliyik.

Xalqımızın  keçdiyi  tarixi  yola  baxdıqda  məlum  olur  ki,  sosializm  libası  geydirilmiş  çətin,  mürəkkəb  və

iztirablı olan bu yolda köhnə dünyanın maddi və mənəvi mirasının dağıdılması, ölkəmizin parçalanması, məqsədli

şəkildə  dünyanın  müxtəlif  bölgələrindən  ermənilərin  Qarabağın  Dağlıq  hissəsinə  köçürülməsi,  bu  regionda

imperiyanın  dayaqlarının  möhkəmləndirilməsi,  milli  münaqişələr,  azərbaycanlılara  qarşı  soyqırım,  məşəqqətlər,

məhrumiyyətlər və xalqımızın rastlaşdığı bu və ya digər qanlı faciələr dünya ictimaiyyətindən gizlədilmişdir. Eyni

zamanda  xalqımızın  keçdiyi  bu  yolda  qəhrəmanlıq,  fədəkarlıq,  alicənablıq,  mərdanəlik  və  müdriklik  də  nümayiş

etdirilmişdir.  Nailiyyətlərimizi,  nöqsanlarımızı,  səhvlərimizi,  problemlərimizi  öyrənərək  dərk  etməli  və  bu  günkü

cəmiyyət quruculuğunda onlardan dərs almalıyıq.

Bütün  dünyada  DQMV-nin  iqtisadi  və  mədəni  inkişafını Ermənistanla  bağlayan  namərd  erməni  liderlərinə

cavab  verməyin  vasitələrindən  biri  də,  Qarabağ  ermənilərinin  nail  olduqları  yüksək  iqtisadi  və  mədəni  inkişafa

şəraiti  məhz  Azərbaycan  xalqı  və  hökuməti  tərəfindən  yaradıldığını  dünya  ictimaiyyətinə  çatdırmaqdır.  Sovet




hakimiyyəti illərində Azərbaycan dövləti, XIX əsrin əvvəllərindən

DQMV-də məskunlaşmış erməni əhalisi üçün, 68 il ərzində yüksək sosial-iqtisadi inkişaf  və zəngin mədəni

mühit yaratmışdır. Lakin təəssüflə qeyd etməliyik ki, erməni separatçıları DQMV-də baş verən irimiqyaslı iqtisadi

və mədəni inkişafı çox məharətlə saxtalaşdıraraq inkar və təhrif edir, çox hallarda isə iftiralara məruz qoyurdular.

Etiraf etməliyik ki, 1923- 1991-ci illərdə DQMV-nin iqtisadi-sosial və mədəni inkişafı, Azərbaycan hökumətinin bu

sahədəki səmərəli fəaliyyəti son zamanlara qədər aparılan tədqiqatlarda çox zəif işıqlandırılmış və xüsusi tədqiqat

obyekti  olmamışdır.  Bəhs  edilən  illərdə  DQMV-də  sosial-iqtisadi  və  mədəni  inkişaf  istiqamətində  Azərbaycan

hökumətinin  apardığı  humanist  siyasəti  fitnəkar  erməni  separatçılarının  saxtalaşdırmaq  niyyətlərini,  qazanılan

nailiyyətləri inkar edən erməni müəlliflərinin nankorluğunu. iftiralarını tarixi faktlar və sənədlər əsasında ifşa etmək

ən aktual vəzifələrdən biri kimi meydana çıxmışdır.

Sovet  hakimiyyəti  illərində  ermənilər  məkrli  niyyətlərini  məharətlə  gizlətmiş,  Ermənistanda  yaşayan

azərbaycanlıları  dədə-baba  yurdlarından  qovulmasına  və  Dağlıq  Qarabağın  Azərbacandan  qoparılmasına  fəal

hazırlıq görmüşdülər. 1985-ci ildən etibarən keçmiş Sovetlər İttifaqında rəhbər vəzifələrdə çalışanların rəğbətindən,

demokratiya və aş- karlıqdan istifadə edən ermənilər «Böyük Ermənistan» yaratmaq iddiasını dolayı yollarla davam

etdirdilər  və  bütün  bunlar  1988-ci  ildən  açıq  şəkildə  hərbi  təcavüzlə  nəticələndi  [7].  Bu  hadisələrin  arxasında

kimlərin dayandığı bu gün heç kimə sirr deyil. Azərbaycanın Yuxarı Qarabağ ərazisinin qoparılmasına  yönəldilən

cinayətkar  ssenarini  həyata  keçirən  aksiya  müəllifləri  və  təşkilatçıları  özlərinin  uzaqgörən  məqsədləri  naminə

Qarabağ kartından  məharətlə  istifadə  etdilər.  Onlar  tarixi,  sosial-iqtisadi  faktları açıq-aşkar  saxtalaşdıraraq  bütün

dünyada  Azərbaycan  xalqına  qarşı  yalan  və  böhtan  kompaniyasına  başlamışdılar.  Vəziyyəti  son  dərəcə

gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə, ənənəvi əzabkeş obrazı yaratmağa çalışan erməni millətçiləri

əsas diqqəti ona yönəltdilər ki, guya Azərbaycan rəhbərliyinin qərəzli siyasəti nəticəsində DQMV-in iqtisadi inkişaf

səviyyəsi  bütün  Respublika  üzrə  olduğundan  xeyli  aşağıdır.  Guya  bu  fakt  erməni  əhalisinin  narazılığına  səbəb

olmuş, onların səbr kasasını daşdırıb hadisələrin detanatoru rolunu oynamışdır.

Məqalənin  aktuallığını  şərtləndirən  ən  başlıca  amillərdən  biri  də  məhz  tarixi  faktlara,  arxiv  sənədlərinə,

dövrü mətbuat materiallarına, statistikaya əsaslanaraq, ümumrespublika səviyyəsində Naxçıvan MSSR ilə, ayrı-ayrı

rayonlarla,  hətta  Ermənistan  və  keçmiş  Sovetlər  İttifaqının  digər  regionları  ilə  müqayisələr  əsasında  erməni

millətçilərinin  «Dağlıq  Qarabağın  sosial-iqtisadi  geriliyi»  barədə  ortaya  atılan  tezisin  tamamilə  əsassız  olduğunu

sübuta yetirməkdən ibarət olmuşdur.

Təssüflə qeyd etməliyik ki, erməni millətçilərinin DQMV-də yaşayan ermənilərin sosial-iqtisadi vəziyyətini

bəhanə  etməklə  yaratdıqları  təhlükəli  şəraiti  Azərbaycan  rəhbərliyi  obyektiv  qiymətləndirə  bilməmiş  və  erməni

təcavüzünə qarşı xalqı səfərbər edib vahid cəbhədə birləşdirmədilər. Yaranmış əlverişli şəraitdən bəhrələnən erməni

millətçiləri  daha  da  fəallaşdılar.  Dağlıq  Qarabağın  işğalı  ərəfəsindən  bu  günədək  erməni  millətçi  təşkilatları

dünyanın  bir  çox  dövlətlərində  müxtəlif  dillərdə  cəfəng  uydurmalar  yaymışdılar.  Təkcə  bir  faktı  qeyd  edək  ki,

Ermənistanda rus dilində çıxan «Kommunist» qəzetində 1989-1991-ci illərdə beynəlxalq aləmdə Azərbaycana qarşı

yanlış  rəy  formalaşdırmaq  məqsədilə  böhtanla  dolu  400  məqalə  çap  olunmuşdur  [3,  s.131].  Eyni  zamanda

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə haqq qazandırmaq üçün dünyanın 70-dən çox ölkəsində erməni

diasporu və erməni icmalarının təşkilatları Azərbaycana qarşı kəskin düşmənçilik münasibəti yaratmaq üçün xüsusi

canfəşanlıq göstərirlər.

Bununla  yanaşı  Dağlıq  Qarabağ  məsələsinin  daha  da  kəskin  hal  almasında,  xalqımıza  qarşı  qırğınların

törədilməsində və erməni separatçılarının maliyyə cəhətdən təmin edilməsində erməni kilsəsinin rolunu xüsusi qeyd

etməliyik. Hətta, I Vazgen 1990-cı il iyulun 30-da mətbuat işçilərinə verdiyi müsahibəsində yuxarıda dediklərimizi

etiraf etmişdir: «1988-ci ildə başlamış «Qarabağ hərəkatı»nda erməni kilsəsi müəyyən rol oynamışdır  və oynayır»

[5, s.16].

Erməni  millətçiləri  Ermənistanın Azərbaycana  qarşı əsassız ərazi  iddialarına  haqq  qazandırmaq  üçün,  guya

Vilayətdə  yaşayan  ermənilərin  «sosial-iqtisadi  vəziyyətlərinin  ağır-lığı  azərbaycanlılar  tərəfindən  sıxışdırıldığı»

uydurmasını  beynəlxalq  miqyasda  yaya  bilmişdilər.  Halbuki  faktların  təhlili  DQMV-  də  yaşayan  ermənilərin

sosial-iqtisadi  durumunun  ümumrespublika  səviyyəsində  yüksəkdə  dayandığını  göstərir.  Belə  ki,  1971-1985-ci

illərdə  DQMV-nin  iqtisadi  inkişafına  kapital  qoyuluşunun  həcmi  483  milyon  manat  və  ya  əvvəlki

beşilliklərdəkindən  3  dəfə  çox  olmuşdur  [8].  Qarabağ  probleminin  yaranması  ərəfəsində  DQMV-də  mənzil

tikintisinin  həcmi  adambaşına  14,6  kv.m. olmuşdur,  hansı ki,  bu  göstərici  ümumrespublika  üzrə  10,9  kv.m. təşkil

etmişdir  [5,  s.16].  1987-ci  ildə  hər  adama  düşən  istehsal  məhsullarının  həcmi  Respublika  üzrə  21  manata  qarşı,

Dağlıq  Qarabağda  29,5  manat  olmuşdur.  1981-1987-ci  illərdə  Vilayət  sənaye  istehsalının  inkişaf  sürətinə  görə

ümumrespublika  səviyyəsini  3  dəfə,  Aqrosənaye  kompleksinin  maddi  texniki  bazasının  fond  təchizatının

səviyyəsinə  görə  isə  2  dəfə  ötüb  keçmişdir [9,  s.167].  Nəqliyyat,  rabitə,  səhiyyə,  məktəb,  idman,  ticarət  və  digər

sahələrdə  də  Dağlıq  Qarabağ  yüksək  göstəricilər  əldə  etmişdir  və  bütün  bunlar  dövlətimizin  bölgəyə  göstərdiyi

dərin qayqının nəticəsi idi. Lakin çox təəssüflər olsun ki, bütün yüksək göstəricilər, sosial iqtisadi və mədəni inkişaf

üçün  şərait  erməni  icmasının  cəmləşdikləri  kənd  və  qəsəbələrə  aid  edilmişdir.  Demək  olar  ki,  azərbaycanlıların

yaşadıqları ərazilərdə  heç  bir  sosial  obyekt  tikilmir,  qayğısızlıq  üzündən  azərbaycanlılar  yaşayan  kəndlər  boşalıb

dağılır  və  xarabazara  çevrilirdi.  Yu-xarı Qarabağın azərbaycanlılar  və  ermənilər  yaşayan  kəndlərində  1980-ci  ilin

axırlarında vəziyyət belə olmuşdur. Azərbaycanlılar yaşayan kəndlərin 12 faizi məktəbəqədər uşaq müəssisələri ilə




təmin olunduğu halda, ermənilər yaşayan kəndlərdə bu rəqəm 30 faizdən yu-xarı olmuşdur. Həmçinin azərbaycanlı

və erməni kəndlərində bədən tərbiyəsi və idman qurğuları 39% və 66%, qazlaşdırma 65% və 100% təşkil etmişdir

[2, s.205]. Digər sahələrdə - məişət xidməti sahəsində, kitabxanaların, klub müəssisələrinin, sanatoriya və istirahət

müəssisələrinin, su, yol, elektrikləşmə, nəqliyyat, rabitə, məktəb və digər sahələrdə də Vilayətin erməni rəhbərliyi

tərəfindən  məqsədli  şəkildə  azərbaycanlılar  yaşayan  kəndlərə  biganəlik  göstərilmiş,  uzun  illər  ərzində

azərbaycanlılar  yaşayan  kəndlərdə  sənaye  müəssisələrinin  bir  dənə  də  filialı yaradılmamış  və  deməli  yeni  iş  yeri

açılmamışdır.  Nəticədə,  iş  yerləri  olmadığından  azərbaycanlılar  yaşayan  kəndlərdəki  gənclər  iş  dalınca  başqa

şəhərlərə gedir və qədim yaşayış məskənləri boşalırdı.

1985-ci ilin dekabrında ABŞ-dakı daşnak partiyası və Erməni Milli Komitəsi «Böyük Ermənistan» yaratmağı

və  Qarabağı,  Naxçıvanı,  Axalkalak  bölgələrini  Ermənistanla  birləşdirməyi  strateji  məqsəd  elan  etdilər  [5,  s.20].

Həmin  vaxtdan  Ermənistanın  Azərbaycan  ərazisi  olan  DQMV-yə  ərazi  iddiaları aşkar  xarakter  aldı.  1987-ci  ildə

M.S.Qorbaçovun  yaxın  adamı  və  məsləhətçisi  A. Aqambekyan  Parisdə  bəyan  etdi  ki.  Qarabağın  Ermənistana

verilməsini  arzulayır.  O,  bunu  belə  «əsaslandırdı».  «Bir  iqtisadçı kimi  hesab  edirəm  ki,  Qarabağ  Azərbaycandan

daha çox Ermənistanla bağlıdır» [11, s.20].

Əlbəttə,  bu  tezis  tamamilə  saxta,  əsassız tezisdir.  DQMV  sosial-iqtisadi  cəhətdən  Azərbaycanın  ən  yüksək

inkişaf  etmiş  regionlarından  biridir.  Bütün  Respublikamızın  səyləri  nəticəsində  burada  ən  azı 2,5  milyard  manat

qiyməti  olan  milli  sərvət  yaradılmışdır  ki,  bu  sahədə  Vilayətdə  adambaşına  düşən  göstərici  orta  Respublika

göstəricilərindən  1,3  dəfə  çoxdur.  Azərbaycan  dövləti  DQMV  sənayesinin,  kənd  təsərrüfatının,  sosial

infrastrukturunun inkişafı üçün nəhəng tədbirlər həyata keçirmiş, nəticədə Vilayət əhalisinin həyat səviyyəsi xeyli

yüksəlmişdir. Keçmiş ittifaq məkanında respublikalar arasında iqtisadi əlaqələrin mövcudluğunu inkar etməsək də,

Vilayətin  iqtisadiyyatının  möhkəmləndirilməsində  Ermənistan  SSR-in  payı  2  faizdən  aşağı  olmuşdur  [10,  s.25].

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və heç bir zaman Vilayət iqtisadi cəhətdən Ermənistanla bağlı

olmamışdır.

XX əsrin 80-cı illərinin ortalarında erməni palitoloqları Dağlıq Qarabağda vəziyyəti daha da gərginləşdirmək

məqsədilə,  demoqrafik  və-ziyyətə  dair  bütün  dünyada  belə  bir  qərəzli  fikir  formalaşdırmağa  cəhd  etdilər  ki,  guya

bölgədə  Azərbaycan  rəhbərliyi  tərəfindən  ermənilər  sıxışdırılmış  və  nəticədə  Vilayətdə  yaşayan  əhalinin  ümumi

sayında  ermənilərin  payı  azalmış,  azərbaycanlıların  payı  isə  artmışdır.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  Dağlıq

Qarabağda  məskunlaşmış  ermənilərin  sosial-iqtisadi  vəziyyəti  istər  ümumrespublika  səviyyəsində,  istərsədə

Ermənistanla  müqayisədə  çox  yüksəkdə  dayanmışdır.  Əksinə,  istər  DQMV-də  istərsədə  Ermənistanda  yaşayan

azərbaycanlılar  erməni  millətçiləri  tərəfindən  həmişə  sıxışdırılmışdılar.  Aparılan  təhlillər  nəticəsində  məlum  olur

ki,  1988-ci  ildə  DQMV-də  182,4  min  nəfər  əhali  yaşayırdı  ki,  bunun  23  faizini  azərbaycanlılar,  75,9  faizini

ermənilər, yerdə qalanını isə digər millətlərin nümayəndələri təşkil etmişlər [5, s.24].

Ermənistanın  Azərbaycana  qarşı  əsassız  ərazi  iddiaları,  Azərbaycana  silahlı  hücumu  Respublikamızda

demoqrafık vəziyyətə böyük ziyan vurmuşdur. Bu gün Dağlıq Qarabağda bir nəfərdə olsun milliyyətcə azərbaycanlı

qalmayıb.  Əsrlər  boyu  azərbaycanlılar  yaşayan  yüzdən  çox  kənd  erməni  vandalları  tərəfindən  dağıdılıb.  Yüz

minlərlə günahsız insan öz doğma vətənində məcburi köçkünlük və qaçqınlıq həyatını yaşamağa məcbur edilib.

Bütün  iyirminci  yüzillik  boyu  azərbaycanlılara  qarşı  erməni  millətçilərinin  törətdiyi  fəlakətlər  göstərir  ki,

sovet hakimiyyəti  illərində Azərbaycan tarixçiləri  zamanın tələbi  ilə  tarixin  ibrət  dərslərinə  biganə  olmuş, erməni

siyasətinin  Azərbaycan  xalqının  taleyi  üçün  törətdiyi  təhlükənin  miqyasını  müəyyən  edə  bilməmişlər.  Şimali

Azərbaycan  dövləti  müstəqillik  əldə  etdikdən  sonra  Dağlıq Qarabağ tarixinin  tədqiqində  xeyli  işlər  görülmüş, bir

sıra elmi əsərlər və məqalələr yazılaraq xalqa çatdırılmışdır.

Beləliklə,  DQMV-nin  tarixinin  tədqiqini  zəruriləşdirən  amilləri  müəyyənləşdirərkən  aşağıdakıları  xüsusi

qeyd  etməliyik:  Tariximizin  bütün  dövrlərində  Dağlıq  Qarabağın  Azərbaycanın  ayrılmaz  hissəsi  olduğunu  tarixi

sənədlərə  əsasən  sübut  etmək;  Qərəzsiz  statistikanın  dili  ilə  DQMV-dəki  sosial-iqtisadi  durumun  Azərbaycanın

digər  regionlarından  yüksəkdə  dayandığını  göstərməklə  erməni  ideoloqlarının  «DQMV-də  yaşayan  erməni

əhalisinin sosial iqtisadi vəziyyətinin geriliyi» tezisinin ağ yalan olduğunu sübut etmək; XX yüzillik ərzində erməni

vandallarının  Azərbaycan  xalqına  qarşı  törətdiyi  cinayətləri  izləmək,  bütövlükdə  onların  hamısının  məqsəd  və

məramının  eyniliyini  göstərmək;  XX  yüzillikdə  azərbaycanlılar  yaşayan  qədim  yaşayış  məskənlərinin  biganəlik

göstərilməsi,  sıxışdırılmasında  Vilayətin  erməni  rəhbərliyinin  məqsədlərinə  aydınlıq  gətirmək;  Tariximizi

saxtalaşdıran erməni müəlliflərinin «DQMV iqtisadiyyatının Ermənistanla sıx bağlılığı» qeyri-obyektiv fikirlərinin

əsassız  olduğunu  faktlarla  açıqlamaq;  DQMV-nin,  Qarabağ  regionunun,  Naxçıvan  Muxtar  Respublikasının  və

bütün  Azərbaycanın  inkişafının,  siyasi,  iqtisadi,  sosial,  milli  və  digər  məsələlərin  kompleks  həlli,  milli  dövlət

quruculuğu  prinsiplərinin  toxunulmazlığının  təmin  edilməsindən,  şovinist  meyllərin  və  milli  məhdudiyyətlərin

aradan  qaldırılmasından,  Azərbaycanda  yaşayan  bütün  millətlərin  və  xalqların  nümayəndələrinin  əməkdaşlığının

inkişaf etdirilməsindən asılılığını yeri gəldikcə vurğulamaq.

İstifadə edilmiş ədəbiyyat:

1. Ermənistan Respublikası: Terrorizm dövlət siyasəti kimi. Faktlar və rəqəmlər.Bakı,«Elm»,2002, s.3-18.

2. Əlivev M.T. Azərbaycan iqtisadiyyatı. Bakı, «Gənclik», 1998.



3. Quliyev V. Azərbaycanda erməni zülmii. Bakı, «Ozan», 1999.

4. Mənımədov N.R. Azərbaycan SSR DQMV-i iyun 1941 - dekabr 1950-ci illərdə. Bakı, «ADPU», 280 s.

5. Səmədzadə Z. Dağlıq Qarabağ: Naməlum həqiqətlər. Bakı, 1995.

6. Армянский геноцид: Мифы и реальность. Баку, «Азернешр», 1992, с.93.

7. Газета  «Бакинский рабочий». 26 март 1988 г.

8. Газета  «Советский Карабах». 9 мая 1980 г.

9. Народное хозяйство Азербайджанской ССР в 1988 году. Баку, 1989, с. 376.

10. Народное хозяйство и культура ССР. Стат. Сбор. Москва. 1989, с.30-31.

11. П.Помпоев Ю.А. Кровавый Омут Карабаха. Санкт-Петербург. 1992.

РЕЗЮМЕ

Мамедов Назим

Необходимость исследования историю Автономной Области Нагорного Карабаха

В статье широко обусловлено необходимости исследования историю Автономной Области Нагорного

Карабаха  Азербайджанской  советской  социалистической  Республики  и  дано  сведение  об  актуальности

темы.


ESSENCE

Nazim Mammadov

Azerbaijan necessity of investigation of the history of the Nagorny Karahakh 

Autono mous Region of the SSR

Azerbaijan  necessary  conditions  of  the  investigate  history  of  the  Nagorny  Kara-  bakh  Autonomous  of  the



SSR analyzed in the article widely, he have been given infor mation about urgency of the subject.

Yüklə 215,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə