Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə15/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   11   12   13   14   15   16   17   18   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
46 
 
III FƏSĠL 
ELMĠ-KÜTLƏVĠ NƏġRLƏR 
 
Elmi-kütləvi nəşrlərin tipoloji xarakteristikası və redaktə 
xüsusiyyətləri 
 
Elmi biliklərin populyarlaĢdırılmasının müxtəlif üsulları var-
dır.  Buraya  kino,  televiziya,  radio,  dövri  nəĢrlər  aiddir.  Əsas  rol 
isə kitab və jurnallara məxsusdur. GeniĢ mənada elmi-kütləvi nəĢr 
nəzəri  və  ya  eksperemental  tədqiqatları  əhatə  edir,  elmi,  texniki 
nəticələrin yayılması məqsədi ilə hazırlanır və geniĢ oxucu kütləsi 
üçün nəzərdə tutulur
58
.  
Elmin  məhsuldar  qüvvəyə  çevrilməsi,  sürətli  inkiĢafı  və  Ģa-
xələnməsi,  sosial  xarakteri  elmi-kütləvi  ədəbiyyata  geniĢ  oxucu 
kütləsinin  diqqətini  artırır.  Elmi-kütləvi  ədəbiyyata  fundamental 
və  tətbiqi  elmlərin  əsaslarından,  aktual  problemlərindən,  elm  xa-
dimlərinin  həyatından,  səyahətlərindən  bəhs  edən  müxtəlif  janrlı 
əsərlər daxildir
59
. Elmi-kütləvi əsərlərdə qabaqcıl elmi nailiyyətlər 
anlaĢıqlı formada təbliğ edilir.    
Elmi-kütləvi  nəĢrlərin  predmetinə  elm  və  elmi  tədqiqata 
daxil olan hər bir problem aiddir: 
Elmi tədqiqatın nəticələri; 
Tədqiqat aparılan elm sahəsi; 
Tədqiqatın obyekti; 
Elmi  problemin,  tədqiqatın  məqsədi  və  metodu,  tədqiqatın 
aparılma Ģəraiti, tədqiqatın əsasını təĢkil edən faktlar, qanun, hipo-
tez, kəĢflər və s. 
                                                           
58
 Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. - Москва, 
2002, 468 с. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 
59
 ASE, c. IV, s. 48.  


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
47 
 
Elmi-kütləvi  nəĢrlərin  tematikası  çox  geniĢ  ola  bilər.  O,  cə-
miyyətin tələbatı, oxucuların sorğu və marağı ilə müəyyən olunur. 
Elmi-kütləvi nəĢrlərin təyinatı texnikanın, mədəniyyətin tətbiqi sa-
hələrinin, elmin  əsas  yeniliklərinin  geniĢ  oxucular arasında  yayıl-
ması və təbliğindən ibarətdir. Oxucuda elmi dünya görüĢünün for-
malaĢdırılması elmi-kütləvi kitabların məqsədlərinə daxildir. 
Funksional cəhətlərinə gəlincə, onlar müxtəlifdir. Bu kitabla-
rın əsas funksiyası elmi biliklərin yayılması və təbliğidir.  
Elmi-kütləvi  kitablara  qoyulan  tələblər  aĢağıdakılardan  iba-
rətdir: 

 
müasir  elmin  vəziyyətini  əks  etdirən  yeni  tədqiqatların, 
kəĢflərin iĢıqlandırılması; 

 
kəĢflərin  üzə  çıxarılma  prosesi  və  hansı  Ģərtlər  altında 
həyata keçirilməsi; 

 
Ģərhin son dərəcə aydınlığı, məntiqiliyi və maraqlılığı; 

 
nəticələrin dəqiqliyi və kütləviliyi
60

 Elmi-kütləvi  kitabların  qruplar  üzrə  oxucularının  bölgüsü 
çox çətindir. Bu kitabların oxucu auditoriyası Ģagirddən alimə qə-
dər  müxtəlif  oxucu  qruplarını  əhatə  edir.  Ancaq  elmi-kütləvi  ki-
tabların  oxucusunun  qeyri  mütəxəssislər  olması  qəbul  olunmuĢ-
dur. Yəni söhbət kitabın mövzusunun aid olduğu sahənin mütəxəs-
sisi olmayan oxuculardan gedir.  
Kütləvi  kitabların  oxucularını  hər  hansı  qruplara  müxtəlif 
Ģərtlərlə bölmək olar. Elmi, texniki, mədəni inkiĢafı izləyən ümu-
mi  hazırlıqlı  oxucular  və  ali  təhsilli  oxucular.  Elmi-kütləvi  kitab-
larda bu oxucular kainat, məiĢət, din və s. haqqında suallara cavab 
axtarırlar.  
Digər  bir  qrup  orta  təhsilli  oxucuları  təĢkil  edir  ki,  onlar 
kainat  haqqında  ümumi  təsəvvürə  malikdirlər  və  yeni  məlumat-
                                                           
60
 Антонова С и др. Редакторская подготовка изданий: Учебник. – Москва,  
2002. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
48 
 
larla  maraqlanırlar.  Onlar  üçün  elmi-kütləvi  kitablar  praktik  sual-
ların həllində qiymətli mənbə rolunu oynayır.  
Oxucuların geniĢ hissəsini isə məktəb Ģagirdlərindən tutmuĢ 
universitet tələbələrinə kimi oxucu qrupu təĢkil edir. Bu qrupa təh-
sil və yaĢ səviyyəsinə görə yanaĢmaq lazımdır. Eləcə də, psixoloji 
hazırlığı nəzərə almaq gərəkdir.  
Elmi-kütləvi  kitabın  oxucu  tələbatı  marketinq  tədqiqatı  ilə 
üzə çıxarılır. Elmi-kütləvi kitabın oxucu auditoriyasını iki hissəyə 
ayırmaq olar:  

 
kütləvi oxucular – qeyri ixtisas;  

 
yaxın sahə mütəxəssisləri. 
KitabĢünaslıqda elmi-kütləvi kitabların təsnifatına birmənalı 
baxıĢ  mövcud  deyil.  Elmi-kütləvi  kitabı  nəĢrə  hazırlayarkən  re-
daktor nəzərə almalıdır ki, bugünkü oxucu müxtəlif vasitələrlə in-
formasiya alır və yüksək bilik səviyyəsinə malikdir. Sözügedən ki-
tabları nəĢrə hazırlayarkən redaktorun qarĢısında iki vəzifə durur:  

 
məzmunun elmi olmasını qiymətləndirmək;  

 
kütləviləĢməni təmin edən üsul. 
Elmi-kütləvi əsərin məzmunu üzərində redaktor iĢi iki planlı 
xarakter daĢıyır:  
1. məzmunun elmiliyini yoxlamaq;  
2.  onun  kütləviliyini  təmin  edən  əksetdirmənin  mövcud-
luğu
61

Belə ki, kitabda istifadə  olunan Ģərh metodları elmi prinsip-
lərə cavab verməlidir. Redaktor məzmunun nəyin hesabına aydın-
laĢdığını görməlidir. Digər tərəfdən əsərin çətin materialla yüklən-
mədiyindən  əmin  olmalıdır.  Onu  da  unutmaq  olmaz  ki,  elmi-küt-
ləvi  əsərdə  sadələĢmə  gerçəkliyin  təhrifinin  səbəbi  hesab  olunur 
                                                           
61
 Антонова С и др. Редакторская подготовка изданий: Учебник. – Москва,  
2002. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə