Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə14/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   10   11   12   13   14   15   16   17   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
43 
 
Azərbaycanda elmi ədəbiyyatın nəşri məsələləri 
 
Azərbaycanda nəĢr olunan elmi ədəbiyyatı nəzərdən keçirsək 
görərik ki, bu kitabların böyük bir qismi əsasən “Elm”, “Nurlan”, 
“Elm və təhsil”, “Nafta Press” nəĢriyyatında iĢıq üzü görmüĢlər.  
“Elm” respublikamızda elmi  ədəbiyyat  nəĢr edən ixtisaslaĢ-
mıĢ  nəĢriyyat  kimi  1945-ci  ildə  təsis  olunmuĢdur
54
.  1997-ci  ildə 
nəĢriyyat yenidən təĢkil olunaraq MEA “Elm Redaksiya-nəĢriyyat 
və Poliqrafiya Mərkəzi” adlanmağa baĢlamıĢdır.   
Ġ.Umudlu  elmi  və elmi-kütləvi  ədəbiyyat  nəĢrində  olan ten-
densiyaları  təhlil  edərkən  yazır:  “Azərbaycanın  elm  potensialının 
çox böyük bir qismi Milli Elmlər Akademiyasında cəmləĢdiyindən 
elmi  və  elmi-kütləvi  ədəbiyyatın, sahə ədəbiyyatının  nəĢri burada 
maliyyələĢdirilir  və  qurumun  tərkibindəki  “Elm”  nəĢriyyatında 
iĢıq üzü görürdü”
55
. Amma 1990-ci illərdən sonra nəĢriyyatın çap 
etdiyi kitabların sayı azalmıĢdır. 2000-ci illərdə yenidən artım mü-
Ģahidə olunmaqdadır.  
Hal-hazırda  "Elm"  nəĢriyyatı  bir  çox  müsabiqələrdə  iĢtirak 
edir. Akademiyaların Beynəlxalq Assosiasiyasının kitab nəĢri üzrə 
ġurası 2010-cu il noyabrın 25-də Moskvada ən yaxĢı elmi nəĢrlər 
layihəsi üzrə “Elmi kitab” adlı beynəlxalq müsabiqə keçirilmiĢdir. 
Müsabiqədə AMEA “Elm” nəĢriyyatı da iĢtirak etmiĢ və “Ġctimai 
elmlər”  nominasiyası  üzrə  M.Seyidbəylinin  “Rusiyada  Azərbay-
can faktoru: formalaĢması və inkiĢafının xüsusiyyətləri, istiqamət-
ləri” kitabının  hazırlanması  və  nəĢrinə  görə qalib elan  edilmiĢdir. 
“Elm” nəĢriyyatının direktoru ġ.AlıĢanlı xarici ölkələrin elmi isti-
qamətli nəĢriyyatları ilə əməkdaĢlıq etdiklərini qeyd edir: “Ötən il 
AMEA-nın müxbir üzvü X. Hüseynovun fundamental monoqrafi-
yasını  “Nauka”  nəĢriyyatı  ilə  birgə  nəĢr  etmiĢik.  Akademiyaların 
Beynəlxalq  Assosiasiyasının  təĢkil  etdiyi  elmi  konfrans  və  sərgi-
                                                           
54
 ASE, c. IV, s. 44. 
55
 Umudlu Ġ. Kitab nəĢri bu gün. Bakı: 2004, s. 33. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
44 
 
lərə “Elm” nəĢriyyatı ardıcıl Ģəkildə qatılır, respublikamızda aparı-
lan elmi tədqiqatların əyaniləĢdiyi nəĢrləri beynəlxalq miqyasa çı-
xartmaqda mövcud imkanlardan yararlanır”
56

 
“Nurlan” nəĢriyyat-poliqrafiya müəssisəsi 1994-cü ildə filo-
loq  alim  prof.  N.Məmmədli  tərəfindən  yaradılmıĢdır.  Universal 
nəĢriyyat kimi fəaliyyət göstərsə də, əsas çap məhsulunu elmi ədə-
biyyat  təĢkil  edir.  2000-ci  illərdə  nəĢr  olunmuĢ  elmi  ədəbiyyatın 
böyük bir qismi bu nəĢriyyatın payına düĢür.  
"Elm  və  təhsil"  nəĢriyyatı  2006-cu  ildə  yaradılmıĢdır.  NəĢ-
riyyat elmi, bədii ədəbiyyatların buraxılıĢı ilə də məĢğul olur. 
“Nafta-press” nəĢriyyatı 1997-ci ildə AMEA Geologiya Ġns-
titutu tərəfindən yaradılmıĢdır. Bu nəĢriyyatın da əsas çap məhsu-
lunu elmi ədəbiyyat təĢkil edir. 
Ġ.Umudlu  elmi  ədəbiyyat  nəĢrində  tendensiyalardan  bəhs 
edərkən qeyd edir ki, say və həcm artımının qarĢılığında keyfiyyət 
aĢağıdır. Yəni, bir sıra müəlliflərin elmi kitab adı ilə buraxdıqları 
kitablar adi elmi tələblərə cavab vermir, bu baxımdan onların çoxu 
“elmi  əsər”  adlandırıla  bilməz...  Elmi  əsərlərin  nəĢrinə  keçmiĢin 
ciddi  yanaĢma  tərzi  bu  gün  yalnız  AMEA-nın  öz  vəsaiti  ilə  çap 
olunan  kitablara  tətbiq  olunur,  yəni  əvvəllərdəki  kimi  olmasa  da, 
hər  halda  AMEA  sistemində  kitabların  səviyyəsinə  müəyyən  bir 
nəzarət var
57
.   
Azərbaycanda son illərdə çıxan elmi ədəbiyyatı nəzərdən ke-
çirdikdə məlum olur ki, bu kitabların  əksəriyyəti müəlliflərin öz-
ləri tərəfindən nəĢr olunur. Monoqrafiyaların böyük bir hissəsi bu 
kitablara  qarĢı  qoyulan  tələb  və  standartlara  cavab  vermir.  Çünki 
bu  əsərlər  ya  namizədlik,  ya  da  doktorluq  dissertasiyalarının  əsa-
sında hazırlanır. Müəlliflər əlyazmanı redaktə və korrektura mər-
hələlərindən keçirmədən, sadəcə kitab formatına salmaqla kifayət-
lənərək  nəĢriyyata  təqdim  edirlər.  Nəticədə  monoqrafiyalar  elmi 
                                                           
56
 525-ci qəzet, www.525.az/view.php?lang=az&menu 
57
 Umudlu Ġ. Kitab nəĢri bu gün. - Bakı: 2004, s. 35-36. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
45 
 
aparatsız və bəsit Ģəkildə nəĢr olunur. Qeyd edək ki, monoqrafiya 
və  dissertasiyaların  nəĢrə  hazırlanmasında,  elmi  aparatının  tərti-
bində fərqlər çoxdur. 
 
Ədəbiyyat 
 
Baydur  G.  Kitap  sonu  indeksleri  //  Türk  kütüphaneciligi  dergisi, 
1988, N 2, s. 61-68. 
Bozuyla M. Bilgisayar yardımı ile kitap sonu indeksi hazırlanması. 
Pamukkale  Üniversitesi,  Fen  Bilimleri  Fakültesi,  Yüksek  Lisans 
Tezi, 2011, 79 s. 
Demirel Ġ. H., Erol B., Saraç C. Akademik yazım ihlalleri. – Ankara: 
TÜBĠTAK, ULAKBĠM, 2011, s. 58. 
Ələsgərova Ġ. Kitabın bədii və texniki tərtibatı. Bakı, 2010, 184 s. 
GöyüĢov N. Milli sənətin nəzəri təhlilinə giriĢ. Bakı: Nurlan, 2006. 
Musalı  V.  Elmi  nəĢrlər:  mahiyyəti,  tipoloji  əlamətləri  və  redaktə 
prinsipləri  // Dil və ədəbiyyat (beynəlxalq elmi-nəzəri jurnal), Bаkı, 
2008, № 6 (66), s. 277-281. 
Vəliyev Ġ. Redaktənin əsasları. – Bakı: GünəĢ, 2009, 399 s. 
Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. 
– М.: Издательство МГУП., 2002, 468 с. 
Антонова  С.,  Соловьев  В.  Редактирование.  Общий  курс.  –  М.: 
Издательство МГУП, 1999, 256 с. 
Научная литература. Язык. Стиль. Жанры. М.: 1985. 
Редактирование  отдельных  видов  литературы  /  Под  ред.  Н. 
Сикорского. – Москва: Книга, 1987. 
 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə