Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə13/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   9   10   11   12   13   14   15   16   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
40 
 
Elmi kitablarda cədvəl, illüstrasiya, diaqram və s. siyahısının 
verilməsi  məqsədəuyğundur.  Bu  oxucuların  nəĢrin  ayrı-ayrı  ele-
mentlərindən  istifadəsinə  imkan  verir.  Təbiət  elmlərinə  dair  nəĢr-
lərdə  predmet  göstəricisi  ilə  yanaĢı,  coğrafi  adlar,  bitkilər,  tibbi 
preparatlar;  ictimai  elmlərdə  isə  tarixi  hadisələrə,  abidələrə  gös-
tərici verilir.  
Göstərici hazırlanan zaman dil  normalarına da fikir vermək 
lazımdır. Göstəricidə daxili məntiqi əlaqələr təmin olunmalı, söz-
lərin, terminlərin, predmetlərin yazılıĢı dəqiq və adlıq halda veril-
məlidir.  
Azərbaycanda  nəĢr  olunan  kitabların  çox  az  bir  qismində 
göstəriciyə  rast  gəlirik.  Çünki  müəlliflər  bu  çətinliyin  altına  gir-
mək istəmirlər. ĠnkiĢaf etmiĢ ölkələrdə nəĢr olunan elmi ədəbiyya-
ta nəzər salsaq görərik ki, bu kitabların böyük bir qisminin göstəri-
cisi vardır. 
Hal-hazırda isə kompüterlərdəki proqramlar  vasitəsilə asan-
lıqla göstərici hazırlamaq mümkündür
45
.    
Mündəricat  və  içindəkilər  spesifik  göstərici  hesab  olunur. 
“Mündəricatın  əsas  vəzifəsi  lazım  olan  bölməni  tapmaqda  oxu-
cuya yardım etmək, onda kitabın quruluĢu, iĢıqlandırılan mövzula-
rın ardıcıllığı haqqında təsəvvür yaratmaqdır”
46
. Mündəricat fəsil-
lərə, paraqraflara, yarımparaqraflara bölünən əsərlərdə, içindəkilər 
isə  müxtəlif  xarakterli  materialları  əhatə  edən  məcmuələrdə,  jur-
nallarda istifadə olunur
47
. Mündəricatda yer alan altrubrikalar nis-
bətən  kiçik  Ģriftlə  verilməlidir.  Mətndəki  struktur  hissələrinin  ad-
larının  mündəricatla  uyğun  olub-olmadığına  fikir  vermək  lazım-
dır.. Mündəricatda mətndəki bütün rubrikalar öz əksini tapmalıdır. 
Ġçindəkilərdə isə  topluya daxil olan məqalələrin və müəlliflərinin 
                                                           
45
 Bax: Bozuyla M. Bilgisayar yardımı ile kitap sonu indeksi hazırlanması. Pa-
mukkale Üniversitesi, Fen Bilimleri Fakültesi, Yüksek Lisans Tezi, 2011, 79 s. 
46
 Ələsgərova Ġ. Kitabın bədii və texniki tərtibatı. – Bakı: 2010, s. 121. 
47
  Бельчиков  И.  Основы  технического  редактирования  советской  книги.  - 
Москва: 1958, с. 88. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
41 
 
soyadları,  adları  verilir.  Kitabda  yerləĢmə  yerinə  gəlincə,  axtarıĢı 
asanlaĢdırmaq  məqsədi  ilə  mündəricatın  kitabın  əvvəlində  yer  al-
ması  məqsədəuyğundur.  “Mündəricatı  axırda  yerləĢdirməyin  tex-
noloji  cəhətdən üstünlüyü ondadır ki,  çap vərəqinə uyğun  gəlmə-
yən  səhifələrin  sayını  tənzimləmək,  yəni  onları  bir  az  sıxmaq  və 
ya tamamilə ləğv etmək olar. Kiçik həcmli nəĢrlərdə yer az qaldıq-
da  mündəricatı  titul  və  ya  üz  qabığının  arxasında  da  vermək 
olar”
48
.  
Elmi  nəĢrlərdə  kolontitulların  verilməsi  də  məqsədəuyğun-
dur. Kolontitul (fransızca colone-sütun, tituls-baĢlıq) səhifə baĢlığı 
olub,  hər  səhifənin  mətni  üstündə  verilən  məlumatdır
49
.  Kolonti-
tulda müəllifin adı, soyadı, kitabın adı verilir. Bəzən isə kitabın və 
fəslin sərlövhəsinin verilməsi  hallarına da təsadüf edirik. Daimi  - 
yəni bütün kitab boyu eyni Ģəkildə verilən kolontitullatı “ölü”, də-
yiĢən  –  hər  fəslə,  paraqrafa  görə  dəyiĢənləri  isə  “diri”  kolontitul 
adlandırırlar
50
. Kolontitulların kitab boyu dəyiĢməsi, oxucuya istə-
diyi  bölməni  asanlıqla  tapmağa  kömək  edir
51
.  Elmi  əsərlərdə  ko-
lontitulun  Ģrifti  mətndən  kiçik  olmalı  və  ya  kursivlə  verilməlidir. 
Kompüter  vasitəsilə  kolontitulların  müxtəlif  növlərini  vermək 
mümkündür. Bu həm də kitabın estetik baxımdan gözəl görünmə-
sinə xidmət edir (Əlavə 3). 
Əlavələr də elmi nəĢrlərin aparatına daxildir. Burada da təd-
qiqatı  həyata  keçirmək  üçün  vacib  olan  müxtəlif  növ  əlavələr  və 
ya  iĢçi  material  verilir.  Onların  arasında  eksperementlərin  nəticə-
lərini,  anketləri,  normativ  sənədləri,  arxiv  materiallarını  sadalaya 
bilərik.  Təbii  ki,  əlavələr  nəticələrin  dəqiqliyini,  inandırıcılığını, 
tamlığını  təsdiq  etmək  lazım  olan  zaman  verilir.  Əlavələr  mətnlə 
istinadlar vasitəsi ilə bağlı olmalıdır.   
                                                           
48
 Ələsgərova Ġ. Kitabın bədii və texniki tərtibatı. Bakı, 2010, s. 123. 
49
 ASE, 1981, c. 5, s. 445.  
50
 Axundov B., Ġmaməliyev R., Mahmudov M. NəĢriyyat-poliqrafiya və 
jurnalistika terminlərinin izahlı lüğəti. – Bakı: 2009, s. 84. 
51
 Ələsgərova Ġ. Kitabın bədii və texniki tərtibatı. – Bakı: 2010, s. 120.  


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
42 
 
Bəzi  müəlliflər  kitablarının  əvvəlində  “epiqraf”  və  ya 
“ithaf” verirlər. İthaf – elmi, bədii əsərlərin baĢlanğıcında verilib, 
əsərin kimin Ģərəfinə və ya hansı münasibətlə yazıldığını göstərən 
qeyddir. Ġthaf konkret Ģəxsə müraciət Ģəklində ola bilər (Əlavə 2).  
Kitabın  beynəlxalq  standart  nömrəsi  (ĠSBN  ing.  Ġnternati-
onal Standard Book Number) - hər hansı nəĢriyyatın çap etdiyi ki-
tabın  beynəlxalq  standart  eyniliyini  müəyyən  edən  nömrədir. 
ISBN kitabları beynəlxalq miqyasda kodlaĢdırmaq üçün hər kitaba 
çap olunduğu bölgə və nəĢriyyatı nəzərə alaraq verilən nömrədir. 
Müəyyən bir kitab adı, müəllifin adı və yalnız ona aid olan ISBN 
kodu  vasitəsilə  xarakterizə  olunur.  Kitabın  sadəcə  ISBN  kodunu 
bilməklə onu tapmaq və almaq mümkündür. 
Hal-hazırda  13  rəqəmli  ISBN  kodundan  istifadə  edilir.  Hər 
ISBN kodu soldan sağa oxunuĢda beĢ hissədən ibarətdir: kitab sə-
nayesini xarakterizə edən rəqəm, müəyyən dil ətrafında cəmləĢmiĢ 
ölkələr  qrupunu  xarakterizə  edən  rəqəm,  konkret  nəĢriyyata  aid 
edilən rəqəm,  konkret  kitaba aid  edilən rəqəm  (kitab identifikasi-
yası) və  yoxlama rəqəmi. Misal: ISBN 978-9952-20-046-1 (qrup-
lar arasnda defis qoyulur və ya məsafə buraxılır). 
Azərbaycan  Respublikasının  ISBN  agentliyi  Xəzər  Univer-
siteti NəĢriyyatıdır. Bütün nəĢriyyatlar nəĢrə hazırladıqları kitablar 
üçün ISBN kodunu ölkənin ISBN agentliyindən almalıdırlar
52

Kitabın siqnal  nüsxəsi  çıxdıqdan sonra tapılan  yanlıĢlar dü-
zəliĢ vərəqində yer almalıdır
53
DüzəliĢ vərəqəsinin forması aĢağı-
dakı kimidir. 
DüzəliĢ 
 
Səhifə  
Sətir 
Gedib 
Olmalıdır 
 
 
 
 
 
 
                                                           
52
 http://www.isbn-international.org/ 
53
Vəliyev Ġ. Redaktənin əsasları. Bakı, 2009,  s. 126.  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə