Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə23/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   19   20   21   22   23   24   25   26   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
71 
 
Göstəricilər.  Göstəricilər  sözügedən  mətnin  baĢa  düĢülməsi 
üçün  zəruri  olan  Ģəkildə  tərtib  edilir.  Çoxcildlik  külliyyatlarda 
nəĢrdə yerləĢdirilmiĢ əsərlərin göstəricisi mütləq olmalıdır. Bunlar 
əsərlərin əlifba sırası ilə və xronoloji ardıcıllıqla ola bilər. Əsərlər 
külliyyatında surətlərin adlar göstəricisi də mühüm sayılır.  
Söz  göstəriciləri.  Qədim  abidələrin  nəĢrlərinə  dilçilik  baxı-
mından  müvafiq  maraqlı  sözlər  əlavə  edilir.  Söz göstəriciləri  bə-
zən  abidələrdə  rast  gəlinən  qrammatik  formalar  haqqında  məlu-
matlarla da zənginləĢir. 
Çətin anlaşılan, məhəlli söz və ifadələrin lüğətləri adətən qə-
dim  əlyazmaların,  folklor  abidələrinin  və  s.  nəĢrlərində  yerləĢdi-
rilir. Türkdilli qədim və orta çağ abidələrinin elmi nəĢrlərinə ənə-
nəvi olaraq qədim türk lüğətlərinin əlavəsi məqsədəuyğundur
104

Biblioqrafiyalar  məzmununa  görə  fərqli  olur.  Onlar  bütün 
geniĢ oxucu kütləsi üçün nəzərdə tutula bilər. Belə ki, dolğun bib-
lioqrafiyalarda  abidə  ilə  bağlı  istifadə  olunmuĢ  bütün  nəĢrlər, 
ədəbi göstəricilər, mənbələr əksini tapır.  
Nəşrin  iştirakçilarının  adlarının  qeyd  edilməsi  olduqca  va-
cibdir. Hər hansı mətn nəĢrində müəllifdən sonra ən vacib iĢtirakçı 
Ģübhəsiz ki, mətni nəĢrə hazırlayan və mətnin tarixini tədqiq edən 
mətnĢünasdır. Mətni nəĢrə hazırlayanların adı kitabın titul səhifə-
sinin arxasında verilir (Əlavə 11-14). Ancaq Türkiyədə və Ġranda 
nəĢr  edilmiĢ  elmi-tənqidi  mətnləri  nəzərdən  keçirdiyimiz  zaman 
gördük  ki,  mətni  nəĢrə  hazırlayan  müəllifin  adı  kitabın  cildində, 
əsərin  adından  sonra  verilir  (məsələn,  Əhdi  Bağdadi.  GülĢəni-
Ģüəra. Hazırlayan Süleyman Solmaz). 
Ön  sözdə  əlyazmaların  saxlandığı  yerlər  haqqında  məlumat 
verən, xətti müəyyənləĢdirən, köçürülmə zamanını, bu və ya digər 
faktiki əlamətlərin üzə çıxarılmasına kömək edən və b. məsləhət-
çiləri göstərmək zəruridir. 
                                                           
104
 Yenə orada, s. 97. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
72 
 
Elmi-tənqidi  mətnlərin  soraq-məlumat  aparatına  nəzər  sal-
maq üçün bir örnəyə baxaq. Məsələn, AĢiq Çələbinin “MəĢairüĢ-
Ģüəra” adlı təzkirəsi 2010-cu ildə üç cilddə nəĢr olunmuĢdur. Kita-
bın birinci cildində məlumat aparatına daxil olan elementlər – ar-
xeoqrafik  giriĢ,  ön söz, mətnĢünaslıq tədqiqatı  və s. aĢağıdakı Ģə-
kildə təqdim olunmuĢdur: 
Ön söz 
I Fəsil. AĢiq Çələbinin həyatı, yaradıcılığı və əsərləri. 
II  Fəsil.  “MəĢairüĢ-Ģüəra”nın  təqdimi  -  ədəbiyyatĢünaslıq  baxımından 
önəmi,  dil  və  üslub  xüsusiyyətləri,  qaynaqları,  əlyazma  nüsxələrinin  təqdimi, 
dəyərləndirilməsi, Ģəcərəsi, tənqidi mətn hazırlanarkən istifadə olunan nüsxələ-
rin dəyərləndirilməsi və Ģəcərəsi. 
III Fəsil. Mətn və nüsxə fərqləri ilə bağlı açıqlamalar. 
Biblioqrafiya. 
Elmi-tənqidi mətn 
Nüsxələrə görə Ģairlər. 
Göstəricilər. 
 
Azərbaycanda klassik əsərlərin nəşri vəziyyəti 
 
Ġndiyə kimi respublikamızda bir çox klassik Azərbaycan Ģa-
irlərinin  əsərlərinin  elmi-tənidi  mətnləri  hazırlanaraq  nəĢr  olun-
muĢdur.  MətnĢünaslıq  və  mənbəĢünaslıq  üzrə  tədqiqatlar  əsas 
etibarilə AMEA Əlyazmalar Ġnstitutu, ġərqĢünaslıq Ġnstitutu, Ədə-
biyyat  Ġnstitutu,  Tarix  Ġnstitutu  və  digər  müəssisələrin  müvafiq 
Ģöbələrində həyata keçirilir. 
Azərbaycan  əlyazmalarının  öyrənilməsi  və  nəĢr  etdirilib 
müasir  nəsillərə  çatdırılması  əlyazmaĢünaslarımızın    qarĢısında 
duran ən aktual və vacib məsələlərdən biridir. Bunun üçün isə abi-
dələrin  tədqiqi  ilə  bağlı  elmi  axtarıĢları  geniĢləndirmək  tələb 
olunur.  
Bu  gün  AMEA  Məhəmməd  Füzuli  adına  Əlyazmalar  Ġns-
titutu bütövlükdə Azərbaycan xalqının yeganə əlyazmalar mərkə-
zidir.  Hazırda  AMEA  Əlyazmalar  Ġnstitutu  dünyanın  ən  zəngin 
ġərq  əlyazmaları  və  arxiv  materialları  toplanmıĢ  mərkəzlərindən 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
73 
 
biridir.  Onun  kolleksiyasında  ümumi  sayı  60  mindən  artıq  olan 
müxtəlif səciyyəli materiallar saxlanılır. Bunlar 12 minə yaxın əl-
yazma kitabını (hər kitabda orta hesabla 3-4 əsər yazıldığını nəzə-
rə alsaq, 40 mindən yuxarı əlyazma əsərini), 1000-ə yaxın tarixi-
arxeoqrafik sənədi,  XIX  əsrin ikinci  yarısı  –  XX əsrin birinci  ya-
rısı (Səməd Vurğuna qədər) Azərbaycan mədəniyyət xadiminin 20 
minə qədər saxlama vahidini əhatə edən Ģəxsi arxivlərini, 10 min-
dən  artıq  litoqrafik  (daĢbasma)  və  əski  çap  kitablarını,  təxminən 
2700 köhnə dövri mətbuat materialını, foto və kserosurətləri, mik-
rofilmləri,  həmçinin  əlyazmaĢünaslığın  müxtəlif  sahələrinə  dair 
müasir kitabları əhatə edir. 12 əsrlik bir dövrə aid olan Azərbay-
can və digər Müsəlman  ġərqi  ölkələrinin türk, ərəb və fars dillə-
rində  yazılmıĢ  abidələri  institutda  yaradılmıĢ  xüsusi  iqlim  Ģəraiti 
olan xəzinələrdə mühafizə edilir. Ġnstitutun əsas fəaliyyəti bu abi-
dələrin  mühafizə  Ģəraitinin  müasirləĢdirilməsi,  onların  müntəzəm 
dezinfeksiya,  gigiyena  və  bərpası  məsələlərinin  həlli,  abidələrin 
kataloqlaĢdırılması  və  sistemləĢdirilməsi,  onların  tədqiq  edilməsi 
və  nəĢr  etdirilərək  elmi  tədavülə  və  müasir  nəsillərə  çatdırılması 
ilə bağlıdır
105

Əlyazmalar Ġnstitutunda fəaliyyət göstərmiĢ, əlyazmaĢünaslı-
ğımıza  və  mətnĢünaslığımıza  töhfələr  vermiĢ  alimlərimizdən 
M.Sultanov,  C.Qəhrəmanov,  C.Nağıyeva,  M.Adilov,  A.Musaye-
va, M.Nağısoylu, N.GöyüĢov, K.ġərifov, P.Kərimov, T.Nurəliye-
va, S.Cabbarlı və baĢqalarının adlarını çəkə bilərik. 
Əlyazmalar  Ġnstitutunda  1950-ci  illərdən  bu  günə  kimi  çox 
dəyərli abidələr tədqiqata cəlb olunmuĢ və iĢıq üzü görmüĢdür. Bu 
kitabların böyük bir qismi elmi-tənqidi mətnlər, faksimile nəĢrlər, 
klassik abidələr üzərində tekstoloji-filoloji tədqiqatlar, klassiklərin 
biblioqrafiyaları,  tərcümələr  və  s.  təĢkil  edir.  Onlardan  bəzilərinə 
diqqət yetirək: 
                                                           
105
 Adilov M. Azərbaycan paleoqrafiyası. - Bakı: 2010, s. 6. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə